Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.spreaker.com

Autor

Avto FM 107.7

Categoria

Leisure

Site do podcast

www.spreaker.com

Último episódio

10 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

Təkrar bazar nədir? I İş saatı #12 05.09.2024

“ABB İnvest” İnvestisiya şirkətinin departament direktoru Elçin Məmmədovla səhmlərdən, bu səhmlərin üstünlüklərindən, minimum səhm qiymətindən, investorların müraciətlərinin sayından danışdıq.

Sürücülər tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması 04.09.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli ilə paytaxtda sürücülər tərəfindən dayanma və durma qaydalarının pozulmasından, şəhərdə parklanma problemindən, səkiləri zəbt edən sürücülərdən danışdıq. 

Beş min illik tarixi olan ayurvedanın müasir tibdən fərqi nədir? I Yol əhvalatı #503 04.09.2024

"Yol Əhvalatı"nda qonaq olan "Spa Ceylon" brendinin həmtəsisçisi Cənab Şalin Balisuriya Şri-Lankanın müalicəvi məhsullarından bəhs edib. 

Bizim piyadalar maşınlardan niyə qorxmur? 03.09.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə piyadaların səbəb olduğu qəza hallarından, piyada məsuliyyətsizliyindən danışdıq. 

Keniyada avtomobildə gedərkən nəzərə alın ki... I Yol əhvalatı #502 03.09.2024

"Yol Əhvalatı"nda qonaq olan Cəsur Mədətzadə Keniya haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.

"Bike-sharing" xidməti və yeni velosiped zolaqları 02.09.2024

"Qaydaları Pozma" verilişində AYNA-nın Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov ilə "Bike-sharing" xidməti və yeni "Bike-sharing" xidməti və yeni velosiped zolaqları ları haqqında danışdıq. 

Polşaya başınızı keçəl qırxdırıb gedin I Yol əhvalatı #501 02.09.2024

"Yol Əhvalatı"nda qonaq olan Rauf İsmayılov Polşa, Fransa, İtaliya və digər ölkələr haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.

Avtomobildən bayıra zibil atanlar niyə belə edirlər? 30.08.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli ilə  avtomobildən bayıra zibil atanları və bunun səbəbləri haqqında danışdıq. 

Öz evində çılpaq gəzməyin 2 min dollar cəriməsi var I Yol əhvalatı #500 30.08.2024

"Yol Əhvalatı"nda qonaq olan İdris Cəfərli səyahət etdiyi və yaşadığı ölkələr haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.

Gender bərabərsizliyi yollarda özünü necə göstərir? 29.08.2024

"Qaydaları Pozma" verilişində psixoloq Nizami Orucovla birlikdə gender bərabərsizliyinin yollarda özünü göstərdiyi amillərdən danışdıq. 

Hansı halda ABB səhmlərinə komissiya yoxdur? I İş saatı #11 29.08.2024

“ABB İnvest”in Korporativ müştərilərlə xidmət şöbəsinin müdiri Aqşin Əzizovla səhmlərdən, səhm alaraq lotoreyada iştirak etmək şansından, "ABB İnvest"dəki ən son yeniliklərdən danışdıq.

Avtomobillərin mövsümi risklərdən sığortası 28.08.2024

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə avtomobillərin mövsümi risklərdən sığortası haqqında danışdıq. 

Bu ölkədə bağçada ödəniş gəlirə görə alınır I Yol əhvalatı #499 28.08.2024

"Yol Əhvalatı"nda qonaq olan Ofelya Babayeva Almaniya haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.

Maşına həvəsiniz olub, yoxsa məcburiyyətdən almısınız? 27.08.2024

"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücülərin avtomobil idarəsinə həvəslə yoxsa məcburiyyətən yanaşmalarından danışdıq. 

Bu ölkənin küçə yeməklərini yeməyin I Yol əhvalatı #498 27.08.2024

"Yol Əhvalatı"nda qonaq olan İnci Mikayılova Tayland, Portuqaliya, İordaniya və digər ölkələr haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.

Avtobus zolaqlarının əhəmiyyəti 26.08.2024

"Qaydaları Pozma" verilişində nəqliyyat üzrə ekspert Elməddin Muradlı avtobus zolaqlarının əhəmiyyətindən bəhs edib. 

ABŞ-də sürücülük vəsiqəsi necə alınır? I Yol əhvalatı #497 26.08.2024

ABŞ-də sürücülük vəsiqəsi almaq I Nyu-Yorkda təhsil sistemi I Böyük bir tədbirin baş səfiri olmaq "Yol Əhvalatı"nda qonaq olan Rumil Cəfərli Amerika haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.

Piyada və sərnişinlər yol hərəkəti qaydalarına necə riayət etməlidirlər? 23.08.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli ilə piyada və sərnişinlər yol hərəkəti qaydalarına necə riayət etməli olduqları haqqında danışdıq. 

Sürücü və piyada psixologiyası 22.08.2024

"Qaydaları Pozma" verilişində psixoloq Nizami Orucovla birlikdə sürücü və piyada psixologiyasından danışdıq. 

Polşada təhsil və gəzməli yerlər I Yol əhvalatı #496 22.08.2024

"Yol Əhvalatı"nda bu dəfə Elmin İbadov ilə Polşada olan təhsil və iş sistemindən, orada yaşadığı maraqlı müşahidələrindən danışdıq. 

"Real Madrid"in kuboku məndə idi I Yol əhvalatı #495 21.08.2024

"Yol Əhvalatı"nda bu dəfə Pərviz Əkbərov ilə birlikdə Almaniya, İsveçrə səyahətləri, orda yaşadıqları və maraqlı müşahidələrindən danışdıq. 

Yeni sürməyə başlayanları yollarımızda hansı təhlükələr gözləyir? 20.08.2024

"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yeni sürməyə başlayanları yollarımızda gözləyən təhlükələrdən danışdıq.

Bolqarıstana bu halda Şenqen vizası ilə getmək olur I Yol əhvalatı #494 20.08.2024

"Yol Əhvalatı"nda bu dəfə Asiman Qocayev ilə birlikdə Bolqarıstan və Rumıniya səyahətləri, orda yaşadıqları və maraqlı müşahidələrindən danışdıq. 

Londonda pulsuz səyahət I Yol əhvalatı #493 19.08.2024

"Yol Əhvalatı"nda bu dəfə Yasmin Köçərli ilə birlikdə Londondakı həyat tərzindən, orda yaşadıqları və maraqlı müşahidələrindən danışdıq. 

Moped, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin yaratdığı təhlükələr 16.08.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli ilə moped, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin yollarda yaratdığı təhlükələrdən, zolağı düzgün seçməmələrindən, avtomobil sürücülərinə yaratdıqları qəza şəraiti hallarından danışdıq. 

Ouça o podcast Avto FM 107.7 no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos