Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.spreaker.com

Autor

Avto FM 107.7

Categoria

Leisure

Site do podcast

www.spreaker.com

Último episódio

10 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

Qiymət artımı taksi sahəsində keyfiyyəti yüksəldə bilərmi? 21.10.2024

"Qaydaları Pozma" verilişində taksi bloqeri Fuad Ağayevlə taksi sahəsindəki yeniliklərdən, sürücülərin narazı olduğu məqamlardan, qiymətlərlə bağlı təklif və iradlardan danışdıq. 

Xarici və bizim müdirlər l Şəhər adamı #12 18.10.2024

"Şəhər adamı"nda qonaq olan Azər Nəzərov Amerika səyahətindən, xarici və bizim müdirlərin iş prinsiplərindən, iş qaydalarından və digər maraqlı məqamlardan danışdı.

Sığorta şirkəti ləğv olunsa, ödəniş necə həyata keçirilir? 18.10.2024

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiyasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə sığorta şirkətlərindən, şirkətlərlə avtomobil sahibləri arasında olan problemlərdən, kasko sığortasının müsbət tərəflərindən, sığorta bazarından danışdıq. 

Paytaxt yollarında məlumat lövhələri necə tənzimlənir? 17.10.2024

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Məzkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov oldu. Onunla magistral yollarda təhlükə törədən sürücü və hallardan, geriyə hərəkət edərək qəzaya səbəb olan sürücülərdən, məlumat lövhələrinin tənzimlənməsindən danışdıq. 

Maşınlara mütləq videoregistrator qoyulmalıdır! I Zaman maşını #18 16.10.2024

"Zaman maşını"nda qonağımız olan vəkil Babək Həmidov bizə cinayət işi zamanı verilən ifadələrin önənimdən, maşınlara videoregistrator qoyulmasının vacibliyindən və hər bir insanın mütləq vəkilə ehtiyacı olmasından danışdı.

Turizmdə biznes l Şəhər adamı #11 16.10.2024

"Şəhər adamı"nda Zöhrab Əliyev ilə turizimdə biznesin necə olmasından, hotellərin ulduz sayı necə təyin olunmasından və digər maraqlı məqamlardan danışdı.

Bu halda avtobus qiymətlərində dəyişiklik edilə bilər! 16.10.2024

"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Eldəniz Cəfərovla birlikdə şəhərdə tıxaclara səbəb olan əsas küçə və prospektlərdən, sıxlığın qarşısını almaq üçün görülməli olan tədbirlərdən, avtobus qiymətlərində dəyişikliklərdən və yeni konsepsiyalardan danışdıq. 

Avtomobil alarkən nələrə diqqət etmək lazımdır? 15.10.2024

"Qaydaları Pozma"da qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə maşın seçimi zamanı edilən səhvlərdən, sürücüyə uyğun maşının seçilməsindən, kiçik və böyük maşınlarda görülən problemlərdən danışdıq. 

"Face art" işindən pul qazanmaq olur? l Şəhər adamı #10 15.10.2024

"Şəhər adamı"nda qonaq olan Elmira Qədirova rəssamlıq və "face art" fəaliyyətindən, Cənubi Afrika səyahətindən, başına gələn əhvalatlardan və digər maraqlı məqamlardan danışdı.

Bakıda qadın taksi sürücülərinin sayı niyə azdır? 14.10.2024

"Qaydaları Pozma" verilişində taksi bloqeri Fuad Ağayevlə taksi sahəsi ilə bağlı məsələlərdən, qadın taksi sürücülərinin sayının çox az olmasının səbəblərindən danışdıq.

Sahibkarların biznes kreditlərinə əlçatanlığı I Danışır Sahibkar 14.10.2024

"Danışır Sahibkar"da qonaq olan "Agah Group" MMC-nin təsisçisi Gündüz Nəzərov biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.

Geyim psixologiyadır! l Şəhər adamı #9 14.10.2024

"Şəhər adamı"nda qonaq olan Rəna Melech geyimimizdəki rənglərin psixologiyamızdan xəbər verməsindən, ən dəbli ölkələrdən, bu işin təhsilindən və digər maraqlı məqamlardan danışdı. 

Rejissorlar nə kitab oxuyur, nə də filmə baxırlar! I Zaman maşını #17 11.10.2024

"Zaman maşını"nda qonağımız rejissor Vüsal Əhmədzadə bizə rejissorların özlərini inkişaf etdirməməsindən, "Qapı" və "Alatava" filmlərindən, filmlər üçün maliyyənin az olmasından danışdı.

Əlimdəki çip vasitəsi ilə evi idarə edirəm I Zaman maşını #16 11.10.2024

"Zaman maşını"nda qonağımız olan "ağıllı" evlər üzrə mütəxəssis Aqil Ömərli bizə çiplərin üstünlüklərindən, "ağıllı" evin funksiyalarından, qiymətlərindən bizə danışdı.

Kişi rejissorlar mənə paxıllıq edirlər I Zaman maşını #15 11.10.2024

"Zaman maşını"nda qonağımız olan Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə ilə qadın rejissorların sayının azlığından, öz tamaşalarından, bu sahəyə marağından və s. bizə danışdı.

Zibili yerə atmamaq mədəniyyəti hələ formalaşmayıb I Zaman maşını #14 11.10.2024

"Zaman maşını"nda qonağımız ETSN-nin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova ilə yerə tullantı atan insanlardan və onları maarifləndirmək üçün görülən tədbirlərdən danışdıq.

Qəbilələrdə pulu necə qazanırlar? I Zaman maşını #13 11.10.2024

"Zaman maşını"nda qonağımız olan fotoqraf, səyahətçi Əli Əkbər bizə ekstrimə olan marağının yaranmasından, qəbilələrin tərkibində qalmasından, çəkdiyi maraqlı kadrlardan danışdı.

Elektrikli avtomobillərin sığortası necə həyata keçirilir? 11.10.2024

"Qaydaları Pozma"da Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev elektrikli avtomobillərin sığortasından, sığorta ödənişlərinin həyata keçirilməsindən, ödənişlərdəki uyğunsuz hallardan və müstəqil ekspertlərdən danışdı. 

Bakının hansı ərazilərində metro stansiyalar tikiləcək? 10.10.2024

"Qaydaları Pozma" verilişində bu dəfə "Bakı Metropolteni"nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov qonaq oldu. Onunla son zamanlar metro stansiyalarında yaranan sıxlıqdan, təhlükəsizliyin təminindən, maşinistlərin iş rejimindən, yeni tikiləcək metro stansiyalardan və stansiyaların tikiilmə müddətindən danışdıq. 

ABB Biz-in yaranmasında müştərilərin rolu nədir? I İş saatı #15 10.10.2024

ABB Biz tətbiqi üzrə ABB Biz, Müştəri təcrübələri üzrə baş mütəxəssis Ramil Hüseynov tətbiqin üstünlüklərindən,müştəri təcrübələri komandasının fəaliyyətindən, biznesinizi idarə etmək üçün lazım olan bütün funksiyaların tətbiqdə olmasından bəhs edib.

İşıqforlarla bağlı hansı dəyişikliklər olunmalıdır? 09.10.2024

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla paytaxt yollarında işıqforla bağlı edilən yeniliklərdən, işıqfora ehtiyac olan küçələrdən, bu sahədə olan problem və təkliflərdən danışdıq. 

Barselona ilə Qarabağı FK-nı nə birləşdirir? l Şəhər adamı #8 09.10.2024

"Şəhər adamı"nda qonaq olan Qarabağ FK-nın PR və marketinq departamentinin rəhbəri Yusif Cəfərov futbol komandasının PR və marketinq strategiyasından, Qarabağ FK-nın gördüyü işlərdən, "Qarabağ"ın İngiltərədə tıxaca düşməsindən və digər maraqlı məqamlardan danışdı. 

Niyə renessans dövrünün rəssamları əsərlərində yunan mifologiyasından istifadə edirdilər? I Zaman maşını #12 08.10.2024

"Zaman maşını"nda qonağımız olan sənətşünas, art bloger Təyyibə Heydərova bizə renessans dövrünün rəssamlarından, maraqlı rəsm əsərlərindən, art bloger olmasından danışdı.

Sürücülük təlimçisi seçərkən nələrə diqqət etmək lazımdır? 08.10.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə təlim sürücülərindən, sürücülük kursu və müəllimi seçərkən diqqət edilməli məqamlardan, yollarda təhlükə törədən sürücülərdən danışdıq. 

Tailandda "orxideya" çayının mütləq dadına baxın I Yol əhvalatı #514 08.10.2024

"Yol Əhvalatı"nda qonağımız Elnur Eldaroğlu oldu. Həm fitoterapiyadan, həm də səyahət etdiyi ölkələr haqqında maraqlı və faydalı məlumatları bizimlə bölüşdü. 

Ouça o podcast Avto FM 107.7 no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos