Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.spreaker.com
Autor
Avto FM 107.7
Categoria
Site do podcast
Último episódio
20 de nov de 2026
Onde ouvir?
Podcasts no app Replaio Radio Em breveOs podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts
Episódios
Qısaqapanmadan qorunmaq üçün nələrə diqqət etməliyik? | Meqapolis 20.11.2026 24:41
"Meqapolis" verilişinin qonağı elektrik mühəndisi, yüksək gərginlikli avadanlıqların sınağı və diaqnostikası üzrə mütəxəssis Əliağa Nurullayev oldu. Efirdə qonaqla yüksək gərginlikli avadanlıqların sınaq və diaqnostika prosesi, bu peşənin tələb etdiyi bilik və məsuliyyət, iş zamanı qarşılaşdığı təhlükələr və risklər, qısaqapanmanın səbəbləri və ağır fəsadları barədə danışdıq.
Biznes xərclərini səyahət imkanlarına necə çevirmək olar? | Meqapolis 19.11.2026 25:11
"Meqapolis" verilişinin qonağı "Premium Bank"ın biznes məhsulları üzrə məsul şəxsi Asiya Rüstəmova oldu. Efirdə qonağımızla "Visa Signature Business AllMiles" kartının biznes dünyasına gətirdiyi yeniliklər, sahibkarlar üçün yaratdığı maliyyə və səyahət imkanları, biznes xərclərindən mil qazanma mexanizmi, toplanan millərdən aviabilet əldə etmək üçün istifadə qaydaları, "AllMiles" loyallıq proqramı...
Motosikletlə səyahət: Azadlıq, macəra, yoxsa təhlükə? | Meqapolis 18.11.2026 24:49
"Meqapolis" verilişinin qonağı bloger, motosiklet həvəskarı Sabir Aslanov oldu. Efir zamanı motosikletə olan marağın necə yarandığından, moto həvəskarlarının ilk addımlarından, motosikletlə səyahətin təəssüratlarından, müxtəlif ölkələrdə moto mədəniyyətindən, eləcə də yollarda motosiklet sürücülərinin üzləşdiyi çətinliklərdən və xüsusilə Bakı yollarında təhlükəsizlik məsələlərindən danışdıq.
Qadın alpinistləri kişilərdən daha dözümlü edən nədir? | Meqapolis 16.11.2026 26:46
"Meqapolis" verilişinin qonağı alpinist və dağ bələdçisi Vüsalə Abdullayeva oldu. Efirdə qonaqla alpinizmə gəlişindən, dağlara olan sevgisindən, fəth etdiyi zirvələrdən, çətin və təhlükəli yürüşlər zamanı qarşılaşdığı maneələrdən, ekstremal şəraitdə yaşadığı təcrübələrdən, dağçılığın tələb etdiyi fiziki və psixoloji hazırlıqdan, eləcə də qadın alpinist olmağın özəlliklərindən danışdıq.
Sağlam ailə münasibətlərinin təməlində nə dayanır? | Meqapolis 13.11.2026 22:05
"Meqapolis" verilişinin qonağı Qadın və Gənc Ailələrə Dəstək İctimai Birliyinin sədri Tünzalə Cavadova oldu. Efir zamanı qonaqla fəaliyyəti, gənc ailələrin üzləşdiyi maddi və mənəvi problemlər, ailədaxili zorakılığın fiziki və psixoloji formaları, münasibətlərdə etibar və qarşılıqlı anlayışın rolu, boşanmaların səbəbləri, sağlam ailə modelinin formalaşması və psixoloji dəstəyə müraciətin vacibliyi...
Soyuq havalarda dərimizi necə qorumalıyıq? | Meqapolis 11.11.2026 26:45
"Meqapolis" verilişinin qonağı dermatoveneroloq Quba Rüstəmova oldu. Efirimizdə qonağımızla dəri sağlamlığının qorunması, dermatoloqa vaxtında müraciətin əhəmiyyəti, mövsümi dəri problemləri, yeniyetməlik dövründə yaranan sızanaqlar və stressin dəriyə təsiri barədə danışdıq. Həmçinin dəriyə zərər verən gündəlik vərdişlər, düzgün kosmetik vasitə seçimi, SPF-dən düzgün istifadə qaydaları, gündəlik d...
"Maşının ürəyi və beyni: Mühərrik yağı sirrləri və gizli elektrik xərcləri" 06.11.2026 29:24
"Birdən İkiyə" verilişinin qonağı "Hycron" yağlarının direktoru Yelmar Rəcəbzadə və elektrik Rauf Atakişiyev oldu.
Yuxulu sürücü – Yollarda görünməyən təhlükə 06.11.2026 26:45
"Qaydaları Pozma" verilişinin qonağı NİİM-in mətbuat katibi Ömər Xıdırov oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Yol-nəqliyyat hadisələrinin təhlilində sürücünün yorğunluğu və yuxululuğu nə dərəcədə ciddi risk faktoru kimi qiymətləndirilir? Sürücülər yuxulu olduqlarını hiss etdikləri halda niyə hərəkəti davam etdirirlər? Günün hansı saatlarında sürücülərin yuxululuq səbəbindən qəza r...
"Avtomobil lükləri niyə su buraxır? | Avtoyuma təhlükəsi və düzgün qulluq qaydaları" 06.11.2026 29:54
"Birdən İkiyə" verilişinin qonağı avtomobil lüklərinin təmiri üzrə mütəxəssis Samir Bəykişiyev oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Avtoyumada lükə təzyiqli su vurmaq olarmı? Avtomobil lükü haqqında miflər və həqiqətlər nədir? Lük tərləməsi və su damcılaması: Nasazlıq, yoxsa təbii hal?
Xankəndiyə ilk daxil olan kəşfiyyatçı: O gün nələr yaşandı? | Meqapolis 06.11.2026 31:14
"Meqapolis" verilişinin qonağı XTQ-nin ehtiyatda olan baş giziri, peşəkar kəşfiyyatçı Xankişiyev Şərafəddin oldu. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan qonağımızla müharibə günlərində yaşadığı unudulmaz anlar, qələbə xəbərini aldığı zaman keçirdiyi hisslər, ailəsinin onun cəbhədə olmasından xəbərdar olub-olmaması və kəşfiyyat xidmətinin xüsusiyyətləri barədə ətraflı söhbət etdik. Eyni zam...
Arxeoloji tapıntılar qədim insanların həyatından nəyi üzə çıxarır? | Meqapolis 04.11.2026 26:58
"Meqapolis" verilişinin qonağı antropoloq Ülkər Allaheverdiyeva oldu. Efirdə bioarxeoloq peşəsinin maraqlı tərəfləri, bu sahəni seçməsinə səbəb olan amillər, karyerası ərzində qarşılaşdığı sirli arxeoloji tapıntılar, qədim insanların skelet və dişləri vasitəsilə onların həyat hekayələrinin, xəstəliklərinin və sağlamlıq vəziyyətlərinin öyrənilməsi, qədim insanlarla müasir insanların fiziki dözümlül...
Saxta mühərrik yağını necə aşkarlamaq olar? I "Qaydaları Pozma" 02.11.2026 34:07
"Qaydaları Pozma" verilişinin qonaqları "Hycron" yağlarının direktoru Yelmar Rəcəbzadə və elektrik Rauf Atakişiyev oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Bazarda saxta mühərrik yağlarını orijinal məhsullardan ayırmaq nə dərəcədə mümkündür? Sonradan quraşdırılan əlavə işıqlar, siqnalizasiya və digər elektron avadanlıqlar avtomobilin elektrik sisteminə zərər verə bilərmi? Avtomobilə q...
Alman maşınının keyfiyyəti, Yapon etibarlılığı, Çin texnologiyası – Hansı qalibdir? l "Birdən İkiyə" 02.11.2026 38:47
"Birdən İkiyə" verilişinin qonaqları avtomobil mütəxəssisləri olan Elgün Xıdırov və Mübariz Salmanov ilə Alman, Yapon və Çin maşınları mövzusunda maraqlı bir debat müzakirəmiz oldu.
Skuterlər və digər kiçik nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar: Kim məsuliyyət daşıyır? I "Qaydaları Pozma" 30.10.2026 29:38
"Qaydaları Pozma" verilişinin qonağı NİİM-in mətbuat katibi Ömər Xıdırov oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Bakıda skuter və digər kiçik nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əsas səbəbləri hansılardır? Bu qəzaların yaranmasında daha çox sürücülərin, yoxsa skuter istifadəçilərinin məsuliyyətsizliyi rol oynayır? Skuter sürücüləri yollarda hansı əsas təhlükəsizl...
Yaxşı sürücülük təlimçisini necə seçmək olar? I "Qaydaları Pozma" 30.10.2026 36:47
"Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov oldu. Bu podkastda bu sualların cavabını tapacaqsınız: İlk dəfə sükan arxasına keçən insan üçün hansı daha vacibdir: avtomobili texniki cəhətdən idarə etmək, yoxsa yoldakı təhlükələri düzgün qiymətləndirmək? Təlimçinin avtomobilində əlavə əyləc pedalının olması nə dərəcədə vacibdir? Şagird ilk dərslərd...
Azərbaycan animasiyasının keçmişi, bu günü və gələcəyi | Meqapolis 30.10.2026 23:33
"Meqapolis" verilişinin qonağı Azərbaycan Animasiya Assosiasiyasının sədri və "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev oldu. Efirdə qonağımızla “Azərbaycan animasiyası” kitabının ərsəyə gəlməsi və ölkəmizin animasiya tarixi, yerli animasiya sənayesinin mövcud problemləri və gələcək perspektivləri, süni intellektin bu sahəyə təsiri, animasiyanın kino sənətində yeri,...
Azərbaycanın innovasiya gələcəyi necə formalaşır? | Meqapolis 26.10.2026 33:52
"Meqapolis" verilişinin qonağları İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin mətbuat katibi Kamil Piriyev və Təhlil və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi oldular. Efir zamanı qonaqlarla 4SİM-in rəqəmsal iqtisadiyyatın inkişafı, müəssisələrin rəqəmsal transformasiyasına dəstək, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, innovasiya...
Parfüm insanın xarakterini əks etdirir? | Meqapolis 23.10.2026 24:30
"Meqapolis" verilişinin qonağı "Nurlu Perfume Lab"ın təsisçisi Qoşqar Nurlu oldu. Efirimizdə parfümer olmağın yolundan, Fransada parfümeriya təhsilindən və Azərbaycanda ilk parfüm laboratoriyasının yaradılması ideyasından danışdıq. Fərdi ətirlərin necə hazırlandığını, müştərinin xarakteri və xatirələrinin qoxu seçiminə necə təsir etdiyini, ətirlərin insandan-insana niyə fərqli qoxduğunu, onları dü...
Rəsmi diller, yoxsa şəxsi idxal: Hansı daha sərfəlidir, hansı daha etibarlıdır? l "Birdən İkiyə" 22.10.2026 40:03
"Birdən İkiyə" verilişinin qonaqları sosial şəbəkələrdən yaxşı tanınan Koreya və Çindən avtomobillərinin idxalı üzrə sahibkar Davud Kazımov və Azərbaycan Avtomobil Dillerləri Assosiasiyasının idarə heyətinin üzvü Fərid Hüseynov oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Şəxsi idxalla gətirilən yeni və ya qeyri-standart modellər üçün yerli bazarda ehtiyat hissələrinin tapılmaması və...
Bir tullanış, min həyəcan, bir ömürlük xatirə | Meqapolis 21.10.2026 26:42
"Meqapolis" verilişinin qonağı ekstrim idman növləri üzrə bloger Fuad Tağıyev oldu. Efirdə qonağımızla "skydiving"ə marağın necə yaranması, iştirak etdiyi ölkə və məkanlar, ilk tullanış təəssüratları, sərbəst düşüşün maraqlı məqamları, təyyarə və vertolyotdan tullanma fərqləri, təhlükəsizlik qaydaları, Azərbaycanda bu idman növünün inkişaf imkanları, eləcə də "skydiving"ə başlamaq istəyənlərin ilk...
Şəhər yollarında təhlükəsiz hərəkət etmək üçün nələri bilməliyik? I "Qaydaları Pozma" 20.10.2026 9:19
"Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Bakı yollarında A nöqtəsindən B nöqtəsinə çatarkən sürücülərin qarşılaşdığı ən böyük təhlükələr hansılardır? Sürücü yola çıxmazdan əvvəl marşrutunu planlaşdırmalıdır? Sükan arxasında mobil telefona baxmaq, naviqasiyanı tənzimləmək və ya musiqi dəyişmə...
Bakıda sürücülərin ən təhlükəli vərdişi hansıdır? I "Qaydaları Pozma" 20.10.2026 12:51
"Qaydaları Pozma" verilişinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Bakıda sürücülərin bir-birinə qarşı ən məsuliyyətsiz davranışı nədir? Bəzi sürücülər avtomobili təhlükəli idarə etsələr də, illərlə qəza törətmədiklərinə görə özlərini peşəkar hesab edirlər. Bu, yanlış özünəinam deyilmi? Tıxa...
Motosiklet və skuter sürücüləri qaydalara niyə əməl etmirlər? I "Qaydaları Pozma" 20.10.2026 6:40
"Qaydaları Pozma" verilişinin qonağı NİİM-in mətbuat katibi Ömər Xıdırov oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Skuterlərin sayı artır, bəs yol infrastrukturu və hərəkət mədəniyyəti buna hazırdırmı? Ən çox hansı qayda pozuntularına rast gəlinir? Qırmızı işıqda keçmək, avtomobillərin arasından təhlükəli manevrlər etmək nə qədər ciddi problemdir?
III Təchizat Zənciri Liderləri Zirvəsi 2026 | Meqapolis 19.10.2026 28:54
"Meqapolis" verilişinin qonaqları "PAŞA Real Estate Group"un Kommersiya və Satınalma üzrə direktoru Əli Hacıyev və CIPS Azərbaycanın sədri Əliağa Pirquliyev oldular. Satınalmanın strateji biznes nəticələrinə təsiri, dəyər yaradan təchizat zəncirinin qurulması, risklərin idarə olunması, rəqəmsallaşma və süni intellektin rolu, yerli təchizatçıların inkişafı, beynəlxalq standartların tətbiqi, satınal...
Bir dilim tortun arxasında nələr var? | Meqapolis 16.10.2026 26:43
"Meqapolis" verilişinin qonağı "San Tortino" mağazalar şəbəkəsinin istehsalat rəhbəri Seyfəl Bünyadov oldu. Efir zamanı qonağımızla müştərilərin ən çox üstünlük verdiyi şirniyyat növlərindən, istehsalat prosesinin gündəlik iş rejimindən, qarşılaşdıqları maraqlı və gözlənilməz hadisələrdən, məhsulların qorunması və günün sonunda qalan şirniyyatların idarə olunmasından danışdıq. Həmçinin peşəkar şir...
Podcasts parecidos
O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos