SİMART
Valideyn Bələdçisi
💡 Layihə haqqında:“Valideyn Bələdçisi” — SİMART tərəfindən hazırlanan maarifləndirici podkast layihəsidir. Layihənin məqsədi valideynləri uşağın emosional, sosial və intellektual inkişafı barədə məlumatlandırmaq, ailə dəyərlərini gücləndirmək və düşünən nəsil formalaşdırmaqdır.📲 “SİMART” haqqında:SİMART — uşaqlar, valideynlər və gənclər üçün yaradıcı, maarifləndirici və texnoloji kontent istehsal edən bir platformadır. Burada animasiyalar, podkastlar, 3D kontentlər və sosial mövzulu proqramlar hazırlanır. Məqsədimiz — təhsilə, düşünməyə və dəyərlərə əsaslanan gələcək nəsil formalaşdırmaqdır....
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Övlad tərbiyəsində azadlığın sərhədləri haradan keçir?”| İlqar Kamil | Valideyn Bələdçisi #9 14.06.2026 59:15
🎙️ Bu dəfə #ValideynBələdçisi valideynlərin uşağa azadlıq verərkən harada dayanmalı olduqları, sərhədsiz azadlığın və həddindən artıq nəzarətin hansı problemlərə gətirdiyi və balanslı tərbiyənin necə qurulması barədə danışır. Qonağımız —İlqar Kamil, psixoloq, yazıçı. O, AYB-nin (Azərbaycan Yazıçılar Birliyi), həmçinin APA-nın (Amerika Psixoloqlar Assosiasiyası) üzvüdür. 10-dan çox kitabın müəllifi...
"Mütaliə: Uşaq zəkasının gizli mühərriki”| Fatimə Alxaz&Pərviz Seyidli | Valideyn Bələdçisi #8 02.05.2026 1:04:05
🎙️ Bu dəfə #ValideynBələdçisi uşaqların mütaliə vərdişlərinin formalaşması, oxuya marağın necə yaradılması və valideynin bu prosesdə rolu barədə söhbət açır. Qonağımız – Fatimə Alxaz, yazıçı, naşir, psixoloq. 2000-2004- cü illərdə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisası üzrə bakalavr təhsili alıb. Fəaliyyətinə “Ağıllı bala” mənəvi-maarifləndirici uşaq jurnalının nəşri ilə...
“Uşaq tərbiyəsində cəza, yoxsa mükafat?”| Elmir İsgəndərov | Valideyn Bələdçisi #7 05.04.2026 1:30:50
🎙️ Bu dəfə #ValideynBələdçisi uşağın cəza və mükafatla davranışının necə formalaşdığını, bu yanaşmaların psixoloji təsirini və valideynin daha şüurlu, tarazlı mövqeyinin niyə vacib olduğunu müzakirə edir. Qonağımız — Elmir İsgəndərov, psixoloq. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb, hazırda pedaqoji psixologiya üzrə doktorantdır. Uşaq nəşriyyatı quraraq 3 il rəhbərlik edib v...
"Uşaqların asudə vaxtının səmərəli idarə olunması"| Hüseyn Həsənov | Valideyn Bələdçisi #6 08.03.2026 1:27:56
🎙️ Bu dəfə #ValideynBələdçisi uşağın asudə vaxtının təşkili, maraqlarının kəşfi və valideynin doğru yanaşması haqqında danışır. Qonağımız — Hüseyn Həsənov, pedaqoq-psixoloq. O, Edulance İngilis dili Mərkəzi və Outsite təbiət turizmi şirkətlərinin təsisçisidir. Təhsil və psixologiya sahəsində geniş idarəetmə, metodik inkişaf və pedaqoji mühitin formalaşdırılması üzrə çoxillik təcrübəyə malikdir. Uş...
“Uşaqlarda intelluktual inkişaf və öyrənmə həvəsi” | Rövşən Abdullaoğlu | Valideyn Bələdçisi #5 15.02.2026 1:30:01
🎙️ Bu dəfə #ValideynBələdçisi uşağın intellektual inkişafı, düşünmə tərzi, özünə inamı və yaradıcılıq qabiliyyətinin formalaşması haqqında danışdı. Qonağımız — Rövşən Abdullaoğlu, yazıçı, filosof, psixoloq və təlimçidir. O, PEN America yazıçılar birliyinin üzvü, “Qədim Qala” nəşriyyatının elmi heyətinin rəhbəridir. Müəllifin 30-dan çox kitabı işıq üzü görüb, bir çoxu bestseller olub və bir neçə di...
Təhsildə ilk addımlar: Valideynlər nələrə diqqət etməli? | Günel Əkbər | Valideyn Bələdçisi #4 08.02.2026 1:13:34
🎙️ Bu dəfə #ValideynBələdçisi uşağın təhsilə başladığı ilk mərhələdə valideynin rolu və düzgün yanaşmalar haqqında danışır. Qonağımız: Günel Əkbər, 7 illik pedaqoji təcrübəyə malik ibtidai sinif müəlliməsidir. Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsili alıb, magistratura pilləsini isə Türkiyənin Ondokuz May Universitetində Təhsilin monitorinqi və qiymətləndirilməsi ixtisası üzrə b...
"Övladımı sağlam görmək istəyirəm" | Səbinə Nurəliyeva | Valideyn Bələdçisi #3 02.02.2026 1:45:33
🎙️ Bu dəfə #ValideynBələdçisi uşağın sağlam böyüməsi, fiziki və psixoloji inkişafı barədə danışır. Qonağımız - p ediatr, nevroloq Dr. Səbinə Nurəliyeva 1999–2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil almış, internaturanı Uşaq Nevrologiyası Xəstəxanasında keçərək uşaq nevrologiyası ixtisasına yiyələnmişdir. Daha sonra doktorantura təhsilini Elmi Tədqiqat P...
Sevgi olmadan övlad tərbiyəsi mümkündürmü?| Yasəmən Səmədova | Valideyn Bələdçisi #2 24.01.2026 1:14:38
🎙️ Bu dəfə #ValideynBələdçisi sevgi olmadan övlad tərbiyəsinin mümkün olub-olmaması, sevginin uşağın şəxsiyyətinin formalaşmasındakı həlledici rolu və sevgisiz tərbiyənin yaratdığı psixoloji fəsadlar barədə danışır. Qonağımız — Dr. Yasəmən Səmədova – 2015-ci ildən psixiatr və psixoterapevt kimi fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetinin məzunudur və ATU-nun Psixiatriya kafedrasında rezide...
Övladımı ekranın zərərlərindən necə qoruyum? | Ceyran Əhmədova | Valideyn Bələdçisi #1 18.01.2026 40:15
🎙️ Bu dəfə #ValideynBələdçisi rəqəmsal cihazların uşağın davranışına və psixologiyasına təsiri, valideynin doğru yanaşması və sağlam sərhədlərin qurulması haqqında danışır. Qonağımız — Ceyran Əhmədova uşaq və yeniyetmə psixiatrı. Azərbaycan Tibb Universitetində təhsil almış, ETPI (OMD) üzrə rezidenturanı və Çukurova Universitetində ixtisaslaşmanı tamamlamışdır. Uzun illərdir klinik praktikada ça...
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.