Raqif Raufoğlu
SƏSLİ KİTAB
Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂 Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə hansısa sponsorun reklamını sizə eşitdirmək istəmirik. Ona görə də, daimi dinləyicilərimiz mövcud platforma üzərindən istədikləri şəkildə dəstək göstərə bilərlər. Təşəkkür edirik! BİZƏ DƏSTƏK OLA BİLƏRSİNİZ https://kofe.al/@seslikitab
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Xacə Nəsirəddin Tusi - Əxlaqi Nasiri | SƏSLİ KİTAB #52 10.01.2022 10:16
Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.
Məhəmmədhüseyn Şəhriyar - Xatirələrdə | SƏSLİ KİTAB #51 10.01.2022 8:39
Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə”...
Randy Gage - Pul Məktəbi | SƏSLİ KİTAB #50 10.01.2022 11:48
Kitab, biznes seminarlardan yığılmış seçmələr əsasında tərtib edilmişdir. Amerikada və Amerika jurnallarında onu “Ceday ustası” adlandırırlar. Tərəqqi ustası. Bu insan, adi qabyuyandan bu günkü multimilyonerə qədər mürəkkəb bir həyat yolu keçib... Kitabdan sərlövhə: Mən inanıram ki, siz dünyaya varlı olmaq üçün gəlmisiz. Siz xoşbəxt olmaq üçün doğulmusuz. Siz sağlam yaşamaqcün mövcudsuz. Əgər siz...
Yunus Şen, Eyüp Coşkun - Babil Yanarkən | SƏSLİ KİTAB #49 10.01.2022 10:44
Bu kitabda Səddam Hüseyn hakimiyyətinin dağılmasına aparan illərin, günlərin və saatların “içəridən” bir “şəkli çəkilib”. Körfəz böhranını 1990-cı ildən bu yana İraq və region ölkələrində izləyən iki jurnalist – Yunus Şen və Eyüp Coşkun şahidlər, müşahidələr, təhlil və araşdırmaları ilə İraqın uzun bir dövrünə işıq salırlar. Bu gün İraqda baş verənlərin düzgün anlaşılması üçün dünən yaşananlar jur...
Vilayət Quliyev - Baş Nazirin Xanımı | SƏSLİ KİTAB #48 10.01.2022 10:17
Kitab Azərbaycan Cümhuriyyətinin qurucularından biri, müxtəlif vaxtlarda baş nazir və maarif naziri vəzifələrini tutmuş Nəsib bəy Yusifbəylinin (1881-1920) şəxsi həyatına, ailə münasibətlərinə həsr edilib. Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1971) türk dünyasının böyük fikir adamı, “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspralının qızı idi. O, yaxın tarixə həm də Rusiya imp...
Mişkinaz Cavid, Turan Cavid - Cavid Haqqında Xatirələr | SƏSLİ KİTAB #47 10.01.2022 10:52
Kitabda böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ailə üzvlərinin – həyat yoldaşının və qızının Cavid haqqındakı xatirələri toplanmışdır. Bu xatirələr şairin acı taleyinin ağır anlarını bir daha yaşamaqla yanaşı oxucuya, böyük sənət-karın irsinin əbədiliyinə inam hislərini aşılayır.
Stiven Hoking - Mənim Tarixçəm | SƏSLİ KİTAB #45 10.01.2022 11:54
“Mənim tarixçəm” Stiven Hokinqin müstəsna dərəcədə səmimi üslubda yazılmış avtobioqrafik bir kitabıdır. 21 yaşında, bu dünyada qısa müddət yaşayacağını proqnozlaşdıran dəhşətli tibbi diaqnoz qoyulmuş bir insan, dahi bir zəkanı ağır fiziki və mənəvi əzablara məhkum etmiş öz bəxtsiz taleyi ilə daimi mübarizədən ibarət olan həyatı haqqında danışır. Həkimlərin proqnozuna baxmayaraq, artıq yarım əsrdə...
Qurban Səid - Əli və Nino (9-cu fəsil) | SƏSLİ KİTAB #44 10.01.2022 12:24
Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib. Əksər avropa ölkələrində ƏSRİN ROMANI kimi dəyərləndirilib. Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "ge...
Ronda Bern - Sirr | SƏSLİ KİTAB #43 06.01.2022 8:54
Bu kitab minlərlə insana daha fərqli həyat bəxş edib. Bu kitabda verilən məlumatlar yalnız maarifləndirici xarakter daşıyaraq, səhhətin korlanması zamanı diaqnostika, müalicə və ya hər hansı resept kimi nəzərdə tutulmamışdır. Bu məlumatlar peşəkar səhiyyə təşkilatlarının məsləhətləri ilə əvəz edilə bilməz. Kitabın məzmunundan istifadə, peşəkar səhiyyə təşkilatları tərəfindən verilən sağlamlıq proq...
Yuval Noah Harari - Homo Deus - Sabahın Qısa Tarixi | SƏSLİ KİTAB #41 06.01.2022 12:36
“Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabında insanın dünyanı necə fəth etdiyini izah edən Harari “Homo deus”da “sabah başımıza nə gələcək” sualına cavab verməyə çalışır. XX əsrin ikinci yarısında bəşəriyyət yeni inkişaf modelinə keçəcək. Sosial münasibət və dəyərlərin digər formaları meydana gələcək. Harari gələcəkdə insanların möhkəm sağlamlıq, xoşbəxtlik və ölməzlik qazanacağına əmindir. Orqani...
Çingiz Xan - Mişel Yoanq | SƏSLİ KİTAB #40 06.01.2022 9:29
Monqol qəbilələrini bir bayraq altında birləşdirərək dünya tarixinin ən nəhəng imperiyasını yaratmış Çingiz xan Sakit okean sahilləri yaxınlığından Xəzər dənizinəcən uzanan ucsuz-bucaqsız əraziyə hökmranlıq edib. Ölümündən 800 il keçməsinə baxmayaraq qəbrinin harada olduğu hələ də bilinməyən bu qüdrətli şəxsiyyətin həyatı bir-birindən maraqlı, heyrətamiz, elə bir o qədər də tükürpərdici faktlarla...
Gavin Francis - İnsan Vücuduna Səyahət | SƏSLİ KİTAB #39 06.01.2022 7:45
Vücudumuzu yaxından tanıdığımızı zənn etsək də, insan bədəni əslində, çoxumuz üçün kəşf edilməmiş ərazidir. Hansımız qəlbin insan rifahı ilə necə bir bağlantısı olduğunu bilir? Ya da epilepsiya tutmaları beyinə necə təsir edir? Və ya ayaq insanlıq nöqteyi-nəzərindən niyə mühüm rol oynayır? Təltiflərə, mükafatlara layiq görülmüş “İnsan vücuduna səyahət” kitabı oxucuları bədənin gizli qalmış cığırl...
Stiven Hoking | SƏSLİ KİTAB #38 06.01.2022 8:19
Stephen Hawking nəzəri fizika və kosmologiya üzrə görkəmli alim, yazıçı, Kembric Universitetinin Nəzəri Kosmologiya Mərkəzinin elmi işlər üzrə direktoru kimi tanınmışdır. Kvant kosmologiyasının əsasını qoyan nəzəri fizika alimlərindən biri olan Hawking həm də bu elmin kütləviləşməsi istiqamətində mühüm işlər görmüşdür. Onun “Zamanın qısa tarixi” kitabı bu sahə üzrə ən çox oxunan və dəyərləndirilən...
Hüseynqulu Sarabski - Köhnə Bakı | SƏSLİ KİTAB #37 06.01.2022 10:24
«Köhnə Bakı» kitabı həyatın hər üzünü görmüş, min-min əzab-əziyyətə mərdliklə sinə gərmiş mübariz bir sənətkarın yanar qəlbinin əks-sədasıdır. H.Sarabskinin xatirələri Azərbaycan səhnəsinin tərəqqisi naminə əl-ələ verib çalışan, imkansızlıq ucbatından bir çox arzularına yetə bilməyən, ancaq özlərindən sonra heç vaxt sönməyən bir işıq qoyub getmiş neçə-neçə sənət fədaisi barədə qiymətli, nadir fak...
Qriqoriy Petrov - Ağ zanbaqlar ölkəsi | SƏSLİ KİTAB #36 06.01.2022 16:12
“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Ru...
Alber Kamyu - TAUN | SƏSLİ KİTAB #35 06.01.2022 10:28
Alber Kamyunun 1947-ci ildə yayımlanan romanıdır. Kamyu romanda Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını müxtəlif sətiraltı ifadələr ilə məna verərək anladıb. Kitapda edilən bənzətmələrin ən vacibi bütün Avropaya, sanki qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsidir. Fransanın İkinci Dünya Müharibəsi əsnasında məruz qaldığı alman işğalı və Fransada işğala qarşı yaranan M...
Og Mandino - Dünyanın Ən Böyük Satıcısı | SƏSLİ KİTAB #34 06.01.2022 8:42
Oq Mandino, kitabları 22 dilə çevrilmiş, 36 milyondan çox nüsxəsi satılmış 18 nəşrin müəllifidir. Onun fərdi inkişaf sahəsində qələmə aldığı əsərlər ən çox oxunan ədəbiyyatlar siyahısındadır. Oxumağa başlayacağınız “Dünyanın ən böyük satıcısı” kitabı da müəllifin fərdi inkişaf sahəsində qələmə aldığı ən təsirli əsərlərdən biridir. Klassik fərdi inkişaf əsərlərindən fərqli olaraq Oq Mandino əsərini...
Orxan Qaravəli - Tanıdığım Nazim Hikmət | SƏSLİ KİTAB #33 06.01.2022 9:25
Kitab görkəmli türk şairi Nazim Hikmətin keşməkəşli həyatını və yaradıcılığından fraqmentləri andırır oxucusuna. Xatirə üslubunda qələmə alınan əsərdə şairin uşaqlığı, gəncliyi, həbsxana dövrü və Moskva həyatından maraqlı lövhələr verilib. Memuarı (eyni zamanda burada getmiş şeirlərin və şeir parçalarını) dilimizə uyğunlaşdıran Azad Qaradərəlidir.
Robert Kiyosaki Sharon Lechter - Varlı ata, Kasıb ata | SƏSLİ KİTAB #32 06.01.2022 8:20
Robert Kiosaki və Şeron Lektorun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər. Kitabdan çıxan başlıca nəticə odur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıl...
Adolf Hitler | SƏSLİ KİTAB #31 06.01.2022 14:36
Kitabda Adolf Hitlerin həyatı XX əsr tarixinin əsas şəxsiyyəti kimi ətraflı şəkildə təsvir edilir. Ədəbiyyat və ilkin mənbələrin 20 il boyu öyrənilməsi nəticəsində müəllif Hitlerin şəxsiyyəti və ətrafı haqqında mübahisəli və mifə çevrilmiş məqamlara aydınlıq gətirib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Ruscadan tərcümə: Hökümə Həbibova
Philip Kotler - A-dan Z-yə Marketinq | SƏSLİ KİTAB #30 06.01.2022 7:26
Marketinq sahəsində dünya şöhrətli mütəxəssis Filip Kotlerin bu əsəri milyonlarla rəhbər və marketinq üzrə mütəxəssisin masaüstü kitabına çevrilib. Əsərdə şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli olan effektli marketinqin 80 konsepsiyası yığcam və anlaşıqlı formada verilib. Kitab marketinqin zamanın sınağından keçmiş klassik alətləriylə yanaşı, yalnız son illərdə tətbiq edilməyə...
Seth Godin - Bənövşəyi İnək | SƏSLİ KİTAB #29 06.01.2022 11:30
Ənənəvi marketinq daha işləmir... Keçmişdə mükəmməl işləyən “reklam – distribüterlərə paylama – satış – reklam...” qapalı dövrəsi artıq işə yaramır. Nə etməli? Reklam eləməyi dayandır, innovasiya tətbiq etməyə başla. Sənin etməli olduğun – öz brendini qeyri-adi məhsula və ya xidmətə çevirməkdir. Marketinq qurusu və bestsellerlər müəllifi Set Qodinin təqdim etdiyi bu kitab çox sadə bir mesaj ver...
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.