PLANET FM

PLANET FM

Science AZ ↓ 441 episodes

Elm və Kosmosu daha yaxın etdik!

Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com

Author

PLANET FM

Category

Science

Podcast website

www.spreaker.com

Latest episode

Oct 16, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

Dünyanın ən bahalı ölkələrindən biri olan Norveçdə günlük ortalama nə qədər xərcimiz çıxar? Baku Elektro Səhər Şousu 02.07.2025

"Osloda şəhərə çıxarkən yanınızda mütləq çətir olsun".  Fyordları, rəngarəng tarixi evləri və möhtəşəm təbiəti ilə tanınan Bergen dünyanın ən gözəl liman şəhərlərindən biri hesab olunur. Qonağımız səyahətçi Gülgün Ənvərli idi.

"Arxeoloq keramikanı ilk baxışdan tanıyaraq, onun aid olduğu dövrü müəyyən edə bilir". Zaman Maşını #30 02.07.2025

"Azərbaycanda arxeologiyanın beşiyi Qarabağdır". "İnsanlar yaşadıqları dövrdə mədəni irs yaradırlar, ona görə də bu irsə olduqca həssas yanaşmaq lazımdır". "Arxeologiyada hansı texnoloji yeniliklərdən istifadə olunur?"  Prezident mükafatına layiq görülən gənc arxeoloq Mircavid Ağalarov qonağımız idi.

"Göllər və dağlarla əhatə olunmuş bu ölkə təbiətsevərlər üçün cəlbedici olacaq". Baku Elektro Səhər Şousu. 30.06.2025

"Qırğızıstan mətbəxi özünəməxsusluğu ilə fərqlənir". "Yurtanın qapısı hər zaman şərqə tərəf açılır". "Qırğızıstandan tranzit ölkə kimi də istifadə edə bilərsiniz".  Qonağımız səyahətsevər Əsmər Bağırovadır.

“Çin dili eyni anda həm ən çətin, həm də ən asan öyrənilən dil sayılır". Zaman Maşını #29 30.06.2025

“Çin dilində sözlərin mənası vurğuya görə dəyişir”. Çinə gedən şəxs üçün hansı səviyyədə dil biliyi vacibdir? Çin ədəbiyyatı: Min illərlə yaşı olan zəngin mədəni miras. Çin mədəniyyəti və həyat tərzi: Qədim ənənələrlə müasir həyatın vəhdəti. Qonağımız Çin dilinin tədrisi üzrə mütəxəssis Eltac Həsənovdur.

"Mərakeş sehrli xalat geyinmədən keçmişə səyahət etmək kimidir". Baku Elektro Səhər Şousu 25.06.2025

"Planeti kəşf edək" rubrikasının qonağı səyahətçi Sona Abdulova oldu. -"Mərakeşin dar küçələrində sizə bələdçilik təklif etsələr qəbul etməyin".  -"Bura bir neçə mədəniyyətin vəhdətidir." -"Mərakeşin bazarlarında qiymət danışmaq adəti var, ona görə də alış-veriş zamanı ilk deyilən qiymətlə razılaşmayın". -Bu ölkəyə uyğun büdcə ilə səyahət etmək üçün nə etməliyik?

Pişiklər bizə sahib çıxır, yoxsa biz onlara? Zaman Maşını #28 24.06.2025

“Zaman Maşını” verilişinin növbəti buraxılışında baytar həkim Rəşad Hüseynov qonaq oldu. Ev heyvanlarına düzgün qulluq, onların yay aylarında baxımı, itlərin gündə neçə dəfə gəzdirilməsi və pişiklərin davranış xüsusiyyətləri barədə danışdıq.

"Bu gün efirimizdə İtaliya, İspaniya və Fransa mətbəxlərindən danışdıq". Baku Elektro Səhər Şousu. 24.06.2025

"İspanların "siestasını" bölmək olmaz".  “Fransanın kafe-restoranlarında menyu əksərən milli mətbəxə aiddir”.  "İtalyan mətbəxi söyləndiyi qədər möhtəşəmdir!" Qonağımız qida bloqeri İnci Həsənzadə idi.

"İslandiyada karvanla səyahət həm büdcəyə, həm də vaxta qənaətdir”. Baku Elektro Səhər Şousu 24.06.2025

“İslandiyada ani hava dəyişkənliyinə hazır olmalısınız”. “Vulkanlar ölkəsinə sadəcə qeyzerləri görmək üçün belə getməyə dəyər”. Qonağımız səyahətçi Seymur Mehtiyevdir.

“Peşə təhsilinə maraq böyüyür: aşpazlıq və dərzilik ən populyar ixtisaslar arasındadır”. Zaman Maşını #27 21.06.2025

“Zaman Maşını” verilişinin növbəti qonağı Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli oldu. Bu buraxılışda peşə təhsilinin üstünlükləri, ixtisas seçimi prossesindən, kolleclərlə fərqləri, müraciət qaydaları və digər aktual suallara aydınlıq gətirdik.  Peşə təhsili ilə maraqlanan hər kəs üçün faydalı və maarifləndirici söhbət oldu!

Cərimələr və intizam ölkəsi: Sinqapur. Baku Elektro Səhər Şousu 20.06.2025

“Sinqapurun hər küçəsi müasir şəhərsalmanın nümunəsidir”. “Bura dünyanın ən bahalı şəhərlərindən biridir”.  “Dünyadakı ən yaxşı əyləncə parkları bu ölkədədir”. Bu gün Baku Elektro Səhər Şousunda istiqamət Sinqapur idi.

“Riyaziyyat yalnız məktəb dərsi deyil, düşüncə tərzidir”. Zaman Maşını #26 20.06.2025

"Bu buraxılışda riyaziyyatın humanitar və dəqiq sahələrdəki əhəmiyyəti, şagirdlərin məntiqi düşüncə və problem həll etmə bacarıqlarına təsiri, IQ səviyyəsi ilə əlaqəsi, eləcə də Pifaqor teoremi kimi mövzuların gündəlik həyatda real tətbiqləri barədə riyaziyyat müəllimi Mehman Məmmədovla ətraflı danışdıq”.

“Bakı şəhərində tullantıların yandırılması hesabına Gəncə ölçüsündə bir şəhəri enerji ilə təmin etmək mümkündür”. Zaman Maşını #25 19.06.2025

“Zaman Maşını” verilişinin növbəti buraxılışına Təmiz Şəhər ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı qonaq oldu. Onunla tullantıların düzgün çeşidlənməsi, yaşıl iqtisadiyyat, plastik tullantıların enerji mənbəyinə çevrilməsi məsələlərindən danışdıq.

“Yaponiyada hara getsən, sənə böyük hörmətlə yanaşacaqlar”. Baku Elektro Səhər Şousu #4 19.06.2025

“Bu ölkəyə yayda getməyin".  “Kafelərdə pulsuz Wi-Fi yoxdur”.  “Buradakı balıq bazarında suşi yemədən qayıtmayın!”  “Yaponiyada restoranlarda əvvəlcə yeməyin maketini göstərirlər".  Qonağımız səyahətçi Aysel Ağayevadır.

"Səs kənardan gəlirsə bu şizofreniyadır, içdən gəlirsə psixozdur" Zaman Maşını #24 18.06.2025

“Zaman Maşını” verilişinin növbəti buraxılışına klinik psixoloq Rövşən Nəcəfov qonaq oldu. Psixoloji narahatlıqların səbəbləri, uşaqlıq travmaları və sosial medianın insan psixologiyasına təsiri barədə danışdıq.

Azərbaycanın Milli Parkları: Bildiyimiz və bilmədiyimiz tərəfləri. Zaman Maşını #23 17.06.2025

“Zaman Maşını” verilişinin növbəti buraxılışına ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva qonaq oldu. O, milli parkların yaradılması, oradakı heyvanların müşahidəsi və park ziyarətçiləri üçün qaydalar barədə maraqlı məlumatlar verdi.

Heç bir ilan insanı qəsdən sancmaz. Zaman Maşını #22 17.06.2025

Bu gün “Zaman Maşını” verilişinin növbəti buraxılışında herpetoloq Anar Cəfərov qonaq oldu. O, ilanların yaşayış yerlərindən tutmuş onların davranış xüsusiyyətlərinə, zəhərli və zəhərsiz ilanların fərqlərinə qədər maraqlı məlumatlar paylaşıb. Bundan əlavə, ilanların insan həyatındakı rolu və ilan sancması halında ilk yardım qaydaları müzakirə edilib.

Yenilənən dünyada insanların gündəlik vərdişləri necə dəyişir? Zaman Maşını #21 12.06.2025

Bu dəfə "Zaman Maşını" verilişinin qonağı sosioloq Yusif Nəbiyev oldu. Onunla müasir texnologiyaların uşaqların gündəlik davranışlarına təsirindən, sosial məsuliyyət mövzusundan, cəmiyyətin fərdiləşməsi məsələsindən və modern təhsildəki problemlərdən danışdıq.

“Sağlam qidalanmaq düşündüyünüz qədər çətin deyil”. Zaman Maşını #20 11.06.2025

Bu dəfə "Zaman Maşını" verilişinə sağlam qidalanma mütəxəssisi və ekofəal Məhsəti Hüseynova qonaq oldu. O, sağlam qidalanmanın çətin olmadığından, səhər yeməyinin önəmindən və aralıqlı aclığın faydalarından danışdı. Əlavə olaraq, qlüten və laktoza həssaslığı mövzuları ilə bağlı fikirlərini də bölüşdü.

"Çində bir turistin gündəlik xərclərini qarşılamaq üçün orta hesabla 150 manat lazımdır". Baku Elektro Səhər Şousu 11.06.2025

“İngilis dili biliyi bu ölkədə ünsiyyət üçün kifayət etmir". Çinlə Azərbaycanın işgüzar mədəniyyətləri arasında hansı fərqlər var?  “Şanxayda tanışlıq parkı var”.  "Çində dələduzluq demək olar yoxdur". “Bu ölkədə hər kəs çox səbirlidir”  Qonağımız səyahətçi Həsən Məmmədovdur.

Yaşıl enerji və ekologiya problemləri bir-biri ilə necə bağlıdır? Zaman Maşını #19 10.06.2025

“Zaman Maşını” verilişinin növbəti buraxılışının qonağı ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov oldu. Bu buraxılışda yaşıl enerjinin təbiətə müsbət təsiri, onun istehsalı zamanı yaranan tullantılar və utilizasiya imkanları ilə bağlı maraqlı fikirlər səsləndirildi.

Vyetnam, Kamboca, Tailand vizalarını necə almaq olar? Baku Elektro Səhər Şousu 10.06.2025

Vyetnamda nə yeyək? Vyetnamda küçə yeməklərinə niyə bu qədər çox tələb var? Kambocanın hansı şəhərlərini gəzməliyik? Bu ölkəni kəşf etmək üçün neçə gün lazımdır? Qonağımız səyahətçi Jalə Ələkbərovadır.

“Madaqaskarın bəzi bölgələrində hələ də barter ticarəti davam edir” Baku Elektro Səhər Şousu 05.06.2025

“Vəhşi təbiətin ən yaxşı qorunduğu yer Tanzaniyadır”  “Serengitidə zebra belə təhlükəlidir”  “Madaqaskara təyyarə bileti 2700 dollardır”  Bu adada turistləri hansı çətinliklər gözləyir?  Ada əhalisinin inancı nədir?  Qonağımız Səyahətçi Elşən İsmayılovdur.

Bitkilər Yer kürəsinin ekoloji tarazlığının qorunmasında əsas rol oynayır. Zaman Maşını #18 05.06.2025

Bu gün “Zaman Maşını” verilişində biologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Zeynalovla 5 İyun Ümumdünya Ətraf Mühit günü münasibətilə təbiəti qorumağın əhəmiyyəti, bitkilərin ətraf mühitdə rolu və onların insan sağlamlığı üçün vacibliyi mövzusunda maraqlı söhbət etdik.

Azərbaycanda qar bəbiri varmı? Zaman Maşını #17 04.06.2025

Qonağımız WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov oldu. Bu söhbətimizdə onunla ətraf mühit problemlərini, WWF-in missiyasını, qar bəbirinin həyatını və kamuflyaj istifadə etmə səbəblərini müzakirə etdik. Bununla yanaşı, iqlim dəyişikliyinə antropogen təsirlərdən danışdıq.

Şirin su qaynaqlarından nə qədər qənaətli istifadə edirik? Zaman Maşını #16 03.06.2025

“Zaman Maşını” verilişinin növbəti buraxılışının qonağı hidroloq Amin Məmmədov oldu. Su ehtiyatlarının düzgün istifadəsi, iqlim dəyişikliklərinin təsiri və Xəzər dənizinin səviyyəsinin azalması kimi vacib mövzulara toxunduq.

Listen to the PLANET FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.