FEMMEKAN

FEMSÖHBƏTLƏR

Science AZ ↓ 17 episodes

Burada siz Femmekan media platformasının hər ay paylaşdığı FEMSÖHBƏTLƏR podkastlarını dinləyə bilərsiniz. Podkastlarımızda yaşadığımız ölkə və cəmiyyətdə 'normal' qəbul edilən, lakin heç də normalın belə olmadığını göstərəcək, izah edəcək mövzulardan bəhs edirik. Bununla yanaşı FEMSÖHBƏTLƏR həmçininmüxtəlif gender mövzularını, problemlərini, qanunların və praktikada onların necə tətbiq edildiyini sahənin ekspertləri ilə birgə müzakirə edib, onların həll yollarını birgə axtarırıq. Cəmiyyət olaraq da birgə inkişaf etməyə sizləri də çağırırıq. Xoş dinləmələr və xoş müzakirələr!

Author

FEMMEKAN

Category

Science

Podcast website

www.femmekan.com

Latest episode

Apr 1, 2024

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab 01.04.2024

“Femmekan” podkastlarının növbəti epizodunda qadın haqları uğrunda mübarizənin önəmini, varlığını və dəyərini görməyimizə kömək edən 11 kitabdan danışacağıq.

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir? 26.02.2024

“Femmekan”ın növbəti epizodunda müstəqil tədqiqatçı Əfsanə Tahirova və iqtisadçı Fərid Mehralızadənin şərhləri ilə bərabər 2024-cü ildə qadın haqları mövzusunda hansı problemlər üzərində çalışmaq lazımdır - məhz bundan danışmışıq. Eyni zamanda 2024-cü il üçün qadınlar və qadın haqları müdafiəçilərinin tələbləri, gözləntiləri, istəkləri nədir, qadınların daha firəvan yaşayışı üçün qarşımızdakı ildə...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu 29.01.2024

“Femmekan”ın növbəti epizodunda iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışdıq. Epizod ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi" kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirləri yer alıb. Niyə iqlim dəyişikliyindən danışarkən bunun qadınlara olan təsirini xüsusi vurğu...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər 26.10.2023

“Femmekan”ın növbəti podkast epizodunda mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyadır.  “DigiMark” reklam agentliyinin direktoru Nigar Abbasova qonağımız olaraq mövzunu daha yaxşı öyrənməyimizə kömək edib.

FEMSÖHBƏTLƏR | Qadınlar kişilərdən daha emosionaldır? 25.11.2022

Emosiyaların səbəbini cinslərdə axtarmaq patriarxal cəmiyyətin buraxdığı izlərdən biridir. Qadınların böyümə çağlarında ətrafa qarşı güvənsizliyinin artması, yaxud ailəsi tərəfindən bu güvənsizliyin aşılanması ilə yaranan müəyyən emosiyalar yetkinlik dövrlərində “çox emosionalsan” adı altında bir tənqid kimi onlarla üzləşməyə başlayır. Femsöhbətlər podkastının bu dəfəki epizodunda mövzumuz məhz bu...

FEMSÖHBƏTLƏR | Toksik maskulinlik və toksik feminenlik nədir 17.10.2022

Yeni Cənubi Uels Universitetinin elmi işçisi və dosent Maykl Solter (Michael Salter) “The Atlantic” jurnalı üçün yazır: “Son bir neçə il ərzində toksik maskulinlik kişilərin törətdiyi zorakılıqları izah etmək üçün cəlbedici bir terminə çevrilib”. Yəqin ki, “TikTok” trendlərindən tutmuş, xarici şoulara, “Instagram” alqoritminin dərinliklərindən bizə ötürülən “toksik maskulinlik” sözü ilə qarşılaşmı...

FEMSÖHBƏTLƏR | Təcavüz hallarının azalmasında feminizmin rolu 22.08.2022

Uzun aradan sonra yenidən yeni epizodla qayıtdığımız “Femsöhbətlər”də bu dəfə təcavüz hallarının azalmasında feminizmin rolu haqqında danışacağıq. Burada ümumi statistikalardan, Azərbaycanda təcavüz hadisələrinin bu günkü gündəmindən, ən son yerli statistikadan və Azərbaycanda feminist aktivizmin təcavüz hadisələrinə qarşı mübarizəsindən söz açmışıq.

FEMSÖHBƏTLƏR | Qadınlar nə qədər həmrəydir? Sisterhood nədir? 11.03.2022

“Sisterhood” hərfi tərcüməsi ilə “bacılıq”, başqa bir deyişlə isə “qadın həmrəyliyi” ikinci dalğa feminizminin əsas xüsusiyyətlərindən biridir. “Qadın həmrəyliyi” bir məfhum kimi, kollektiv birlik və məqsəd hissini təmin etməklə yanaşı, həm də feminist hərəkatı həmrəyliyini nümayiş etdirir. “Qadınlar yaradılış gərəyi ilə rəqabətcil, qeybətcil, qısqanc və paxıldırlar” – bu ifadəni o qədər eşitmişik...

Femsöhbətlər | Kişilər feminist ola bilər? Pro-feminizm nədir? 15.02.2022

Feminizm təkcə qadın hekayələrini eşitmək deyil, həm də gender münasibətlərinin strukturunu dəyişdirmək və patriarxatın yanlış ənənələrini aradan qaldırmaq üçün hərəkət etməkdir.  Feminizm müəyyən mənada kişilərin azadlıq və haqlarına toxunur. Onları hiper, toksik maskulinizmdən və patriarxatın onların üzərinə yüklədiyi mənalardan uzaqlaşmağa səsləyir. Buna görə də kişilərin pro-feminist olma...

Femsöhbətlər | Müasir feminizmin qarşılaşdığı əsas problemlər 21.01.2022

Feminizmin qarşısına qoyduğu məqsədlər, mübarizə apardığı nüanslar haqqında əvvəlki Femmekan podkastlarında uzun-uzun danışmışıq. Onların arasında feminizm haqqında yaranmış səhv fikirlərin təhlili də mövcuddur. 10-cu podkast epizodumuzda isə müasir feminizmin qarşılaşdığı əsas problemlərin bir neçəsindən danışmışıq.

FEMSÖHBƏTLƏR - Cinsi fərqlər və stereotiplər 28.12.2021

FEMSÖHBƏTLƏR - Cinsi fərqlər və stereotiplər Femmekanın növbəti podkastında hər birinizi xoş gördük. Bu dəfəki podkast mövzumuz gender stereotipləridir. Sadə mövzulardan biri olan bu mövzunu seçməyimizin əsas səbəbi anlaşılmayan məsələləri işıqlandırmaqdır. Bəzi insanlar düşünür ki, insanın cinsi onun bacarıq və maraqlarını öyrənmək üçün uyğun üsuldur. Yəni məsələn, qarşınızdakı insanın qadın olma...

FEMSÖHBƏTLƏR - Azərbaycanda Film Festivallarının Qadın Siması 28.12.2021

FEMSÖHBƏTLƏR - Azərbaycanda Film Festivallarının Qadın Siması Bakıdan kənarda - regionlarda yaşayan gənclərin film izləmə və təhlil etmə bacarıqlarının inkişafına fokuslanan bu film festivalını digərlərindən fərqləndirən nədir? “Kənardakılar” layihəsi qadınları necə öz ətrafında toplaşdırır? “Mən Bahara Layiqəm” şüarı özündə nəyi ehtiva edir? Bütün bunlar haqqında “Femmekan”ın 9-cu epizodunda öyrə...

FEMSÖHBƏTLƏR - Gender stereotipləri ədəbiyyatda necə təcəssüm olunur? 28.12.2021

FEMSÖHBƏTLƏR - Gender stereotipləri ədəbiyyatda necə təcəssüm olunur? “Femmekan”ın 8-ci epizodunda nağıllarımızda, ədəbiyyat nümunələrimizdə və dərsliklərimizdə əks olunan gender stereotiplərindən danışmışıq. Epizodumuz tərkibində Aygün Dadaşovanın 5-9-cu sinif ədəbiyyat dərsliklərini təhlil etdiyi magistr tezisi haqqında məlumat alacaqsınız. Eyni zamanda “Audio Nağıllar” layihəsində nağıllar səsl...

FEMSÖHBƏTLƏR - Regiondakı Qızların Təhsil və Sosial Həyat Arzuları 28.12.2021

FEMSÖHBƏTLƏR | Regiondakı Qızların Təhsil və Sosial Həyat Arzuları Femmekanın yeni podkastında kənd mühitində böyüyüb təhsil alma şansını əldə edən Sehran Qurbanzadə və feminist aktivist Vəfa Rüstəm rayonlarda məktəblərin şəraitindən, kənd camaatının feministlərə qarşı qərəzli yanaşmasından danışıblar.

FEMSÖHBƏTLƏR - Azərbaycanda feminist fanzinlərə maraq 28.12.2021

FEMSÖHBƏTLƏR - Azərbaycanda feminist fanzinlərə maraq | Femiskop Bu dəfə Femmekan feminizmi cəmiyyətə başa salmağa çalışan alternativlərə işıq tutub. Bu alternativ üsullardan biri fanzinlərdir. “Femiskop” feminist platformasının hazırladığı fanzinlər isə öz unikallıqları ilə seçilirlər. 6-cı podkastımızda “Femiskop” üzvlərindən soruşduq, fanzin nədir, feminist fanzin kimə xitab edir, Azərbaycanda...

FEMSÖHBƏTLƏR - Qadınların texnologiyada yeri varmı? 12.05.2021

Femsöhbətlər - Qadınların texnologiyada yeri varmı? Qadınların texnologiyada yeri var, bu, aydındır, bəs bu yer nədən ibarətdir? Bu gün texnologiya sahəsində qadınlar çətinliklərlə üzləşirlərmi? Üzləşirlərsə, bu çətinliklər nələrdir? Və ən əsası, gələcəkdə bu sahə üzrə işləyən qadınların sayının artması üçün nələr etmək lazımdır? Femmekan podkastlarının 5-ci epizodunda siz bu suallara müəyyən məna...

FEMSÖHBƏTLƏR - Azərbaycanda feminist yürüşləri 12.04.2021

Femsöhbətlər 2-ci podkast Azərbaycanda günbəgün artan yürüşlər və etiraz aksiyaları sosial əhəmiyyətə sahib olduğu kimi, dünyəvi bir məna da ifadə edir. 8 Mart günü keçirilən yürüşdə nələr baş verdi və baş verməməsi üçün nə etmək olar? Qadın qətlləri niyə siyasidir? Azərbaycanda keçirilən etiraz aksiyaların gələcəyi necə olacaq? Və bu kimi sualların cavabı üçün gender aktivisti Sevgi İsmayılbəyli...

Listen to the FEMSÖHBƏTLƏR podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.