PLANET FM
PLANET FM
Elm və Kosmosu daha yaxın etdik!
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
"Türkiyə arxeoloqlar üçün çənnətdir" Baku Elektro Səhər Şousu 12.09.2025 35:58
"İlk arxeoloji qazıntılarım Bərdə şəhərində olub" "Qazıntılar zamanı sümükdən hazırlanmış qadın saç bəzəyi tapmışdıq" "Ən böyük arzularımdan biri "Rey" qazıntılarında iştirak etməkdir" "Göbəklitəpə abidəsi dünya arxeologiyasının baxış bucağını dəyişdirdi" "İndiyə qədər arxeologiyada qeydiyyata aldığımız ən qədim astronomik müşahidələr ordadır" "Qazıntı sahəsinə arxeoloqdan başqa heç kəs girə bilmə...
Hazırda hansı müasir suvarma üsulları mövcuddur? Zaman Maşını #56 11.09.2025 43:01
"Torpağın strukturu bilavasitə iqtisadi səmərəliliyin açarlarından biridir" Kənd təsərrüfatında hansı sulardan istifadə olunur? "Hər bitkinin özünəməxsus suvarma norması var" "Su ağacların köklərinin formalaşmasında əsas amildir" Kənd təsərrüfatını populyar sahəyə çevirmək üçün hansı addımlar atılmalıdır? "Aqronomluq həkimliklə oxşardır" Mars planetində kənd təsərrüfatının hansı sahəsi ilə məşğul...
"Səyahətin ən gözəl tərəfi qarşıdakı küçənin sizi hara aparacağını bilməməkdir” Baku Elektro Səhər Şousu 11.09.2025 29:39
“Əgər məqsədiniz yaxşı təəssürat əldə etməkdirsə, Dubaya getməyi məsləhət görməzdim” “Ərəb mədəniyyətini görmək istəyənlər üçün Doha yaxşı seçimdir” “Bir şəhəri kəşf etmək üçün üç gün kifayətdir” “Bura turist vizasını cəmi 24 saat ərzində əldə etmək mümkündür" "Azərbaycanda çox zövqlü oxucu auditoriyası mövcuddur” "Romanımdakı bəzi səhnələri yazmaq üçün Praqadakı kilsədən ilham almışam" Qonağımız...
Yüksək mədəniyyətli insan kimdir? Zaman Maşını #55 10.09.2025 35:52
"Mədəni insanın 5 əsas göstəricisi var" "İnsanın ağlı, qəlbi və əməyi nəticəsində yaranan hər şey mədəniyyətdir" "Mədəniyyətin formalaşmasında mühitin önəmi böyükdür" "Hər kəs sistemli kulturoloji təfəkkürə yiyələnməlidir" "Mədəniyyət bilikdən başlayır" "Kulturologiya bütün sosial və humantiar elmlərin inteqrasiyasıdır" Qonağımız kulturoloq, tarix elmləri doktoru Fuad Məmmədov oldu.
“Bizim üçün Yaponiyadakı iş intizamına əməl etmək çətindir” Baku Elektro Səhər Şousu 10.09.2025 34:48
"Yaponlar dəqiq və intizamlıdırlar” “Yaponiyaya viza almaq asandır” “Ən çox məbəd olan şəhər Kiotodur” "Yaponlar bu tarixi Kiotonun bombalanmaması kimi qeyd edir" “Yaponiyada "matcha" populyardır” “Yapon fəlsəfəsinə əsasən, insan eqosunu aşmalıdır ki, həyatı anlasın” “Onlar restoranlarda çaypulu qəbul etməyi xoş qarşılamırlar” Qonağımız radio aparıcı Raqif Raufoğlu oldu
"Kosmos yaşamaq üçün təhlükəli yerdir" Zaman Maşını #54 09.09.2025 44:21
"Dünyada nadir elmlərdən biridir ki, həvəskarlar bu sahəyə böyük töhfə verir" "Hər planetin ən yaxşı müşahidə vaxtı var" "Venera Günəş sisteminin cəhənnəmidir" Saturnu aydın səmada adi gözlə görmək mümkündürmü? "Əvvəllər Abşeron ərazisindən belə Süd yolunu müşahidə edə bilirdik" Dinozavrları məhv edən asteroid kimi bir obyektin yenidən Yerə düşmə ehtimalı nə qədərdir? "Başqa sistemlərdə adətən ən...
"Çində hər şey çox ucuzdur" Baku Elektro Səhər Şousu 09.09.2025 26:03
"Pekində əylənmək üçün yerlər yoxdur" "Çinlilər ingiliscə danışa bilmirlər, ona görə də turistlərlə ünsiyyət üçün xüsusi cihazlardan istifadə edirlər" "Çində istirahət, alış-veriş və əyləncə üçün ən yaxşı şəhər Şanxaydır" "Çinlilər çox mehriban və yardımsevərdirlər" "VPN-siz heç bir yerdə internet işləmir" "Onların yaşlarının çox olmağından asılı olmayaraq çox cavan görünürlər" "Orada cavanlar Tik...
Hazırda ölkəmizdə tədris olunan sistem özünü doğrultmuş sistemdirmi? Zaman Maşını #53 08.09.2025 30:30
"Savadlı olmaq üçün təhsil önəmlidir" "Məktəb cəmiyyətin intellektual, mədəni inkişafını təmin edir" "Azərbaycan cəmiyyətinin savadlı olması xalqın genetik yaddaşı ilə də bağlıdır" "Azərbyacanda təhsilin elə bir pilləsi yoxdur ki, ora diqqət ayrılmasın" "Hər bir vətəndaş öz dilini bilməlidir" "Bu ildən 5 və 6-cı siniflərdə Azərbaycan tarixi bütün məktəblərdə Azərbaycan dilində tədris olunacaq" Qon...
"Bu qəbilədəki insanlar öz yaşlarını bilmirlər" Baku Elektro Səhər Şousu 08.09.2025 33:21
"Onlar ingilis dilini mükəmməl bilirlər, çünki məqsədləri turistləri "ovlamaqdır" "Afrikada ən xoşbəxt anım təsadüfən daxil olduğum məktəblə bağlı oldu" "Deyilənlərin əksinə, Tanzaniyada heç bir təhlükə ilə qarşılaşmadım" "Hansı qəbiləyə getdiyindən asılı olmayaraq qəbilə başçısına ödəniş etməlisən" "Dünyada qalan sonuncu ovçu qəbilə ilə birlikdə ov etdik" "Onların hər bir heyvan üçün fərqli oxlar...
Sinqapurda niyə hər kəs xoşbəxtdir? 14.08.2025 29:10
“Planeti kəşf edək” rubrikasında bu dəfə Sinqapuru kəşf etdik. Qonağımız turizmçi Vüqar Quliyevlə bu ölkənin modern görünüşü, yüksək texnologiyası və multikultural həyat tərzi haqqında danışdıq. Sinqapurda bir küçədə həm Çin Yeni ili, həm Hind festivalları, həm də Malay adətləri ilə tanış olmaq mümkündür. Bütün bunlarla yanaşı şəhərdəki qadağalardan, mövcud olan nizam-intizamdan və dadlı, rəngarən...
Çilidə həm vulkana qalxdım, həm də iki fəsili eyni anda yaşadım… 12.08.2025 27:10
"Planeti kəşf edək" rubrikasında bu dəfə qonağımız Everesti fəth edən ilk azərbaycanlı qadın, alpinist Vəfa Kahraman oldu. Onunla Çiliyə olan səyahətinin təəssüratlarından, And dağlarında keçirdiyi hisslərdən, Atakama səhrasının unudulmaz mənzərəsindən danışdıq.
Sərhəddə gözlədik ki, ayın 16-sı olsun, Çinə vizasız keçid edək. 12.08.2025 27:49
"Planeti kəşf edək" rubrikasında qonağımız bloqer Vəfa Salmanova Çinə vizasız keçid edən ilk azərbaycan vətəndaşı kimi təəssüratlarını bizimlə bölüşdü. O, sərhəddə iyulun 16-sı vizasız rejimin qüvvəyə minməsini gözlədikləri anlardan, Çinlə ilk tanışlıq təəssüratlarından və bu ölkənin maraqlı tərəflərindən danışdı. Əgər siz də Çinə səyahət etməyi planlaşdırırsınızsa, verilişimizi dinləyərək faydala...
Tələbələr İstinye Universitetini niyə seçməlidirlər? 08.08.2025 29:48
"Baku Electro" səhər şousunun qonaqları EDDE Global xaricdə təhsil şirkətinin rəhbəri Miryusif Cavadzadə, İstinye Universiteti nin beynəlxalq əlaqələr şöbəsinin müdiri İsmail ÇİFTÇİ və Beynəlxalq əlaqələr üzrə ekspert Öykü Yıldız oldular.
Ayaz Babayev: Ünsiyyətciləm, linçlərə açıq insan deyiləm 07.08.2025 19:33
"Yaşıl Ulduz" verilişinin növbəti qonağı müğənni Ayaz Babayev oldu.
İspaniyada "İfritələr kəndi"nə mütləq səyahət edin. "Baku Elektro"səhər şousu 06.08.2025 23:10
“Planeti Kəşf edək” rubrikasında bu dəfə səyahətçi Leyla Kitayeva ilə İspaniya səyahətindən danışdıq. Barselonanın gözəlliklərindən, tarixi küçələrindən, rəngarəng mətbəxindən danışdıq. İspaniyanın görülməli kəndlərindən söhbət açdıq.
Şri-Lankada gecə çöldə olmaq təhlükəli ola bilər. "Baku Elektro"səhər şousu 06.08.2025 29:57
“Planeti Kəşf edək” rubrikamızın bugünkü qonağı səyahətçi Türkan Qurbanova oldu. Onunla Şri-Lankanın füsunkar təbiətindən tutmuş qədim budda məbədlərinə, unikal mətbəxindən çay plantasiyalarına qədər bir çox maraqlı mövzulardan danışdıq. Səyahət planlaşdıranlar və yeni mədəniyyətlərə marağı olanlar üçün faydalı məlumatlar var.
Hər kəs ali təhsil almalı deyil. Zaman Maşını #52 01.08.2025 44:26
"Zaman Maşını" verilişimizin növbəti qonağı STM-in əməkdaşı, təhsil eksperti Elmin Nuri oldu. Danışılan mövzular: -Düzgün ixtisas seçiminin vacibliyi; - Peşə təhsili ilə mütəxəssis olmaq mümkündürmü? - Abituriyent və valideynlərin ixtisas seçimi zamanı qərarsızlıq səbəbləri ; - Yaşıl iqtisadiyyat üçün kadr hazırlığının əhəmiyyəti
"Dinamika axtaran gənclər Budvaya getsinlər" "Baku Elektro"səhər şousu 01.08.2025 26:37
"Arzu etdiyiniz hər şey Monteneqroda var" "Qənaət etmək üçün "apartman tipli" hotellərdə qalmaq olar" "Onlayn taksi xidməti olmayan ölkələrdə qiymətlə bağlı çətinliyim olub" "Əgər dənizə getmək istəyirsinizsə, seçiminiz Budva olsun" "Monteneqronun yolları çox qəlizdir" Qonağımız səyahətçi Hökümə Abbasova oldu.
"Yaşıl gələcək" nədir, onun üçün nə etməliyik? Zaman Maşını #51 31.07.2025 33:58
"Zaman Maşını" verilişinin bugünkü qonağı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli oldu. Verilişdə "yaşıl dünya" üçün maarifləndirmə tədbirləri, məktəblərdə ekologiya fənninin tədrisinin vacibliyi və küçə heyvanlarının ekosistemdəki rolu haqqında ətraflı danışdıq.
"İngiltərə təkcə Londondan ibarət deyil" "Baku Elektro"səhər şousu 31.07.2025 33:29
"İngiltərəyə viza almaq çox çətindir" "Əgər İngiltərəyə səyahət edəcəksinizsə, mütləq gedəcəyiniz şəhərlərə biletləri əvvəlcədən alın" "Ən münasib nəqliyyat sistemi avtobusdur" "İngiltərədə ən çətin ingilis ləhcəsi Liverpuldadır" "Mən "sorry" sözünün bu qədər istifadə edildiyi ikinci bir ölkə görməmişəm" Qonağımız İngiltərədə yaşayan səyahətçi Sevil Baxşıyeva oldu.
Kiberdələduzluğa məruz qalmamaq üçün nə etməliyik? Zaman Maşını #50 30.07.2025 39:18
"Səyahət zamanı rəsmi olmayan açıq "Wi-Fi"lara qoşulmaq sizi kiberdələduzluğa məruz qoya bilər" Xarici nömrədən gələn zənglərə qarşı nə edə bilərik? "Mütləq ikili təsdiqləmə kodlarından istifadə etmək lazımdır" Uşaq və yeniyetmələri təhlükəli saytlardan, oyunlardan necə qorumalıyıq? Süni intellektin kibertəhlükəsizlik məsələsinə mənfi və müsbət təsiri nələrdir? Qonağımız Elektron Təhlükəsizlik Xid...
"Pakistanın ən gözəl yeri Skardu bölgəsidir" "Baku Elektro"səhər şousu 30.07.2025 31:52
"Pakistana vizanı çox rahatlıqla ala bilərsiniz" "Pakistanlılar turistlərə qarşı çox qonaqpərvərdilər" "Ölkə olaraq Pakistan çox təhlükəsizdir" "Lahorda yaxşı oteldə qalsanız belə, pəncərədən baxanda havanın və ətrafın çirkliliyini görə bilərsiniz" "Pakistanlılar Azərbaycanı çox sevirlər" "Pakistanda küçə yeməklərini tövsiyə etmirəm" "Təyyarədən belə möhtəşəm mənzərələr görə bilərsiniz" Qonağımız...
İnfeksion xəstəliklər barədə hər şey: viruslardan qorunmağın yolları, rotavirus və miflər Zaman Maşını #49 29.07.2025 47:01
Zaman Maşını verilişinin qonağı infeksionist Türkan Məmmədli oldu. Veriliş ərzində müasir dövrdə geniş yayılmış infeksion xəstəliklər, onların diaqnostikası və profilaktikası ilə bağlı ətraflı müzakirə apardıq. Danışılan mövzular: İnfeksion xəstəlik nədir və yalnız müayinə ilə necə müəyyən olunur? Rotavirusla necə mübarizə aparmaq lazımdır? Spirtli məhlullardan istifadənin hansı hallarda tö...
"Benilüksdən başqa bütün Avropa ölkələrini gəzmişəm" Baku Elektro Səhər Şousu 29.07.2025 32:22
"Bundan sonra qərar verdim ki, Amerikada yaşamaq mənlik deyil" "Amerikalılarla ünsiyyət insanı yorur" "ABŞ-də şəhərləşmə çox zəifdir" "Əgər Almaniyada bir işçini işdən çıxarırlarsa, ona 3 ay əvvəldən məlumat verilir" "Yaşadığınız ölkənin dilini mütləq bilməlisiniz" "Almaniyada axşam 8-dən sonra və bazar günləri hər yer, hətta aptek, market belə bağlı olur. "Mən hər ali təhsilimi təqaüdlə almışam"...
Xəzərin dərinliklərində kəşf edilməyən sirrlər gizlənir. Zaman Maşını #48 28.07.2025 47:01
"Zaman Maşını" verilişinin bugünkü qonaqı Baku Divers Milli Dalğıc Klubunun rəhbəri, beynəlxalq dərəcəli təlimatçı dalğıc Elsevər Əliyev oldu. -Xəzərin dərinliklərində nələr var? - Xəzərdə sualtı muzey yaradıla bilər? -Suyun altında taxta belə çürümür; -Üzə bilməyən adam da dalğıc ola bilər; -Xəzərdə meduzalar var ; -Göygölün 100 metrə qədər dərinliyi var ;
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.