Fidan's IMDb
ola bilər, gəlin söhbət edək
Salam. Mən Fidan. Artıq 22 yaşım var. Normalda tək sosial şəbəkə aktivliyim, YouTube-da film və serialların emosional dərinliklərini kəşf edib, fikirlərimi "storytelling" vasitəsilə insanlarla bölüşməkdir. Amma normal deyə bir şey qalmayıb, gəlin söhbət edək! Tam olaraq uyğun bir şey tapmadığım və özüm də nə danışdığımı bilmədiyim üçün tələb olunan kategoriya qismində film analizi seçimi etdim. Buna uyğunlaşacağam indi. Zarafat edirəm - filmlərdən danışmayacağam
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Sevdiyim bəzi şeylər : Günəş, heyvanlar, dənizlər, ağaclar və ağac kəsən insanlardan başqa hər şey 02.02.2026 16:37
13 yaşını keçməmiş uşaqlar qədər ola bilməmək və daha çoxu
Son illərdə çıxan filmlərə şans verməməyə davam edin və Intermezzo kitabını oxuyun 25.01.2026 14:48
Hər bir növbəti dəfədə daha yaxşı kitab oxuyuram Dünyadakı bütün kitabları oxumamış olsam da dünyanın ən yaxşı kitabını artıq oxumuş olduğumu bilirəm - Normal People serialının ssenaristi Sally Rooney-dən Intermezzo kitabı Müasir dövrün son illərində çıxan filmlər və seriallar bərbaddır Intermezzo oxuyun
Danışmaqdan ötrü səbirsizləndiyim çox şey var. Here we go again 17.01.2026 12:01
Intermezzo kitabını danışmalıyıq Danışmağa dəyəcək mövzularım var
Sosial şəbəkənin tələblərini ödəməyi düşünməyən məzmun yaradıcısı olmaq | Zuckerberg olmaq sənəti | İnsanları geyiminə görə qarşılayıb, geyiminə görə yola salmaq 01.02.2025 21:22
Mark Zuckerberg niyə uşaqlarının şəklini paylaşmır və niyə siz də paylaşmamalısınız? Zuckerberg qədər vacib insan olmasaq da diqqət etməli olduqlarımız... Atamın 90's paltarları The bear serialını sevməyimin 0,1 %-i olan səhnə Sosial şəbəkə = zibilxana Sosial şəbəkələrin ağır tələbləri
Beynimizin var olduğunu hiss etdiyimiz anlar | Hədəfsiz və məqsədsiz olmaq | Bir zamanlar olan və geri qaytarmaq istədiyim məşğuliyyətlərim 04.01.2025 11:37
Məşğuliyyətlərimizə olan marağımızın yoxa çıxmasına səbəb nədir? Həqiqətən maraqlı olan şeylərə maraq göstərmək Həyatımızı necə yavaşlada bilərik? Ehtiyacımız olmayan şeylərə pul xərcləyərək, əslində vaxt keçirməyi sevmədiyimiz insanlarla oturub durmaqla məşğul oluruq...
Muzey necə gəzilməlidir? | Niyə rəfiqə deyə bir söz var? | Hər şeyi səhv başa düşürük 28.12.2024 9:32
Muzeyin kolleksiyaları, xüsusi sərgiləri və önəmli eksponatları haqqında məlumat toplayın. Vaxtınızı düzgün Planlaşdırın, qeydlər aparmaq üçün dəftər və ya telefonunuzdan istifadə edə bilərsiniz. Anı yaşayın, eksponatları diqqətlə izləyin: tez keçməkdənsə, hər bir əsərin detallarına diqqət yetirin. Onun yaradılış prosesi, tarixi və mənası barədə düşünün. Fotoqrafiya qaydalarına əməl edin: çox muze...
Yemək bişirmək velosiped sürmək və üzməyə bənzəyə bilər | Standart yemək sistemi ilə həyatı asanlaşdırmaq | Uzun müddətli planların qorxuncluğu 21.12.2024 9:07
Hər kəs öz yaxşılığı üçün yaxşı yemək bişirməyi bilməlidir. Planlı yaşamaq dünyanın ən yaxşı şeyidir . Bir kitabın, filmin, serialın həyatımıza xətri sayılacaq qədər qatğısı olması kimi... Çöl yeməkləri hormonlarımızı məhv edir
Film seansına gecikənlər və təşkilatçı valideynlər | Kinoteatra getməyi hər şeyə rəğmən sevmək 14.12.2024 11:29
Uşaq bağçası ekskursiya qrupu ilə animasiya izləmək 1 . Film başlayan an qapıların bağlanması və gecikənlərə nəzarət edilməsi 2. Popcorn satılmaması və yeməyin qadağan olunması 3. Salon girişində telefonların yığılması 4. Filmlərin yaş həddinə fikir verilməsi 5. Kinoteatrlar bağlanması və hamının canı qurtarması
Gedən qatardan Tom Cruise kimi düşə biləcəyini düşünən insanlar və fəsadları. Məcburən və təsadüfən tanıdığımız insanlar. Necə sosiallaşmalıyıq, sosiallaşmaq nədir? (Bilmirəm) 07.12.2024 7:01
Tanış olduğum çin dili müəllimi Niyə Instagram istifadə edirik Daha cəsarətli olmalıyıq Yapon ad və soyadları əsasən 3 və daha artıq hecadan ibarət olur. Ancaq rəsmi bir vəziyyətdə soyad birinci yazılır. Koreyalılarda soyad əsasən tək, adlar isə iki hecalı olur və defislə yazılır. Çinlilərdə soyad tək, adlar 2 və daha artıq hecalı olur. Çin və Koreya soyadları hər təqdirdə birinci yazılır. Vetnam...
Ezhel dinləyib Pink Floyd çalmağa çalışmaq. Niyə bir şeylər dinləyirik? Niyə bir şeylər etməliyik? 30.11.2024 9:16
Fokusumuzu itirmədən vizual olmayan uzun səsləri dinləməyə öyrəşsək, həyatımızdakı bütün problemlər həll olmuş olacaq 2018-2019 Hitləri İnsanlar niyə 7/24 mahnıya qulaq asır? İnsanlar nəyə qulaq asır? Elmi fantastika > xəyal məhsulu realistik roman = uyğunlaşdırılmış elmi-fantastika > bioqrafiya Son dövrlər ancaq Ezhel dinləyib Pink Floyd çalıram təşəkkür edirəm
Bioqrafiya sevmirəm və niyə başımız belə işləyir? (işləmir?) və Cat's Cradle kitabından danışmıram 23.11.2024 8:54
“kitabdakı heç nə gerçək deyildir” Niyə Bioqrafiya sevmirəm və niyə siz də sevməməlisiniz? 50 yaşımda elmi-fantastik hekayə yazacam Söhbət yarım qalanda məndən harada qaldığınızı soruşmayın, bilmirəm “Zərərsiz yalanlara görə yaşayın, bu sizi cəsur, nəzakətli, sağlam və xoşbəxt edər” - arada yalan danışmaq olar Sözü gedən kitab (kitabın sözü getmir əslində) - Kurt Vonnegut Cat's Cradle
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.