Fikirçi
Fikirçi
Salam, əziz Fikirçi ! Biz başlayırıq. Hazır olanda bas play-ə!
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Qərarsızlıq və Popo fəlsəfəsi 27.12.2025 19:37
Bilirsən də ay Fikirçi, yeni ilə girəndə yeni qərarlar qəbul eləməyənlərə pis baxırlar. Odur ki, mən də qərarsızlıq barədə danışmağa qərar verdim. Bölümün adı səni çaşdırmasın, səninlə ciddi söhbətim var. Durma orda, keç içəri ❤️
Zehin axışı 01.12.2025 30:18
Beynimin dərinliklərinə xoş gəlmisən ay Fikirçi. Çəkinmə, keç içəri! Tör-töküntüyə də fikir vermə, həmişə səliqə-səhman olmaz ki ☄️
Sən işıqlandırarsan gecəni 05.07.2025 18:38
Əgər bir gün yol səni qəlbindəki qaranlıq meşəyə aparsa, bu hekayəni xatırla. Üstünə qaranlıq çöksə də, şər yolunu kəssə də üzünü işığa tut. Unutma sən işıqlandırarsan gecəni 🌙
İnsan davranışlarının arxasındakı səbəblər 02.07.2025 1:10:45
“Yaxşı insan olduğun üçün hamının sənə yaxşı davranmasını gözləmək, vegeterian olduğun üçün bir buğanın sənə hücum etməməsini gözləmək kimidir.” - deyib Fridrix Nitsşe. Biz də bu barədə çox danışdıq və ümid edirəm ki, səni çaşdırmarıq. Səs keyfiyyətindəki problemlərə çox da fikir vermə. Düzəltməyə çalışırıq. Yolun həmişə yaxşı insanlarla kəsişsin, ay Fikirçi ❤️
Məndən mənə | 34 21.06.2025 15:49
Sözü çox uzatmayacam , ay Fikirçi. Yaxşı ki, sən sənsən, mən də mən. Sevgi həmişə yaxınında olsun ❤️🪁 Mahnı üçün link : https://www.instagram.com/reel/DKuxfiTNjCE/?igsh=dTA4NWswZjlkYnFz
Planlarla qaçdı-tutdu 28.05.2025 1:15:48
İndi ya sonra, doğurdan budur məsələ? Bilmirəm. Bəzilərimiz planları qovur, bəzilərimiz planlardan qaçır və istənilən halda zaman axıb gedir. Bu elə bir az həyatla da qaçdı-tutdu oynamağa bənzəyir. Səndə necədir vəziyyət, ay Fikirçi? Qovursan ya qaçırsan?
Əgər bir gün ölsəm 16.05.2025 6:52
Deyilənə görə çətin adam imişəm mən. Nə yalan deyim, elə mənim üçün də yaman çətindir mən olmaq. Amma sənə bir söz deyim, ay Fikirçi? Bu dünyaya neçə dəfə gəlsəm, mən yenə mən olardım. Sən də özündən möhkəm yapış. Nə demişdik? Səndən başqa sən yoxdur bu dünyada 🪁
Ağ atlı oğlan 09.05.2025 1:14:08
Salam, ay Fikirçi! Bugün sənə nağıl danışacam. Gündəlik qayğılarını bir kənara qoy, nağıla qulaq as. Bəlkə sənin payına sehrli alma düşdü 🍎✨ Mənə yazmaq istəsən : https://www.instagram.com/clzma.qara?igsh=amphMmE0YnphZWIz
Böyümürəm, əl çəkin! 25.04.2025 22:13
Beynimin dərinliklərinə xoş gəlmisən, ay Fikirçi. Bu bölümdə sənə qarışıqlıqdan başqa heç nə vəd eləmirəm. Hazırsansa, kəmərini bağla. Növbəti dayanacaq: Neverland ✨
Travma dolması 13.03.2025 24:29
Həyatımın bundan sonrasını bir müddət sadəcə dolma bükərək keçirmək istəyirəm demişdim anama. Elə də oldu.
Başladım deyəsən 08.03.2025 10:56
Nə danışıre bu qız? Nə bilim vallah. Qulaq as, gör nə danışır da ❤️
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.