Dalğa FM
Dalğa FM
"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et
Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Camal Qasımov — "Sanremo Junior" Uğuru və Yaradıcılıq Yolu I Sənətin səsi 01.07.2026 33:08
"Sənətin səsi"nin qonağı gənc ifaçı, "Sanremo Junior" beynəlxalq mahnı və musiqi müsabiqəsində Azərbaycanı uğurla təmsil edən Camal Qasımov oldu. Verilişdə Camal Qasımovun musiqiyə ilk addımları, beynəlxalq səhnədə qazandığı təcrübə, "Sanremo Junior" müsabiqəsində yaşadığı anlar, gələcək yaradıcılıq planları haqqında danışdıq.
Gülər Əmirahova: Memarlıqdan biznesə gedən uğur yolu I Biznes inciləri 30.06.2026 37:35
"Biznes inciləri" verilişinin qonağı memar, "Flax Project" şirkətinin təsisçisi və rəhbəri Gülər Əmirahova ilə memarlıq sahəsində uğurlu karyera qurmağın sirlərindən, yaradıcılıqla biznesin vəhdətindən, öz brendini formalaşdırmaq yolunda atdığı addımlardan danışdıq.
Aktyor Səfa Mehdi: Yaradıcılıq yolu, teatr və kino haqqında I Sənətin səsi 30.06.2026 37:37
"Sənətin səsi" verilişinin qonağı aktyor Səfa Mehdi oldu. Söhbət zamanı onun sənətə gəliş yolundan, teatr və ekran fəaliyyətindən, rol aldığı layihələrdən, yaradıcılıq axtarışlarından danışdıq.
Uşağın inkişafı və sağlamlığı: Pediatr məsləhətləri I Valideyn saatı 29.06.2026 34:03
"Valideyn saatı"nın qonağı fəlsəfə doktoru, pediatr, "Boston Children's Hospital"ın "Developmental Pediatrics" şöbəsində elmi işçi Ülviyyə Aslanova ilə uşaqların fiziki və nevroloji inkişaf mərhələləri, erkən inkişafın qiymətləndirilməsiı, qidalanma, yuxu rejimi, immunitetin gücləndirilməsi, tez-tez rast gəlinən uşaq xəstəlikləri, profilaktik müayinələrin əhəmiyyəti haqqında danışdıq.
Xalq artisti Nəzakət Teymurova: Yaradıcılıq yolu və milli musiqimizin təbliği I Sənətin səsi 29.06.2026 31:22
"Sənətin səsi" verilişində qonaq olan xanəndə, Xalq artisti Nəzakət Teymurova ilə yaradıcılıq yolu, səhnə fəaliyyəti, yaddaqalan obrazları, eləcə də milli musiqimizin ölkəmizdə və xaricdə təbliği istiqamətində gördüyü işlər barədə söhbət etdik.
Hobbidən brendə: “Resm Jewelry” necə yarandı? I Biznes inciləri 25.06.2026 34:55
"Biznes inciləri" verilişinin qonağı Rəsminə Qürbətova – “Resm Jewelry” brendinin təsisçisi ilə zərgərlik sənətinə olan marağın uğurlu biznesə çevrilməsi, yerli brendin formalaşma prosesi, müasir dövrdə əl işlərinin bazardakı rolu və sahibkarlıq yolunda qarşıya çıxan çətinliklərdən danışdıq. Həmçinin “Resm Jewelry” brendinin yaranma hekayəsi, fərqləndirici xüsusiyyətləri, müştəri məmnuniyyətinin t...
Azərbaycan Muğamının İnkişafı: Qəzənfər Abbasov Danışır I Sənətin səsi 25.06.2026 41:25
"Sənətin səsi" verilişinin qonağı xanəndə və Əməkdar müəllim Qəzənfər Abbasov ilə qonağımızın sənət yolu, muğam ifaçılığı sahəsində qazandığı uğurlar, pedaqoji fəaliyyəti və Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söhbət açdıq.
Vətənpərvərlik uşaqlarda necə başlayır? I Valideyn saatı 24.06.2026 37:14
“Valideyn saatı” verilişində hərbi ekspert Emin Həsənli ilə uşaqlarda vətənpərvərlik ruhunun formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyəti barədə söhbət apardıq. Verilişdə valideynlərin bu istiqamətdə üzərinə düşən vəzifələr, eləcə də gələcək nəslin vətənə bağlı, məsuliyyətli və fəal vətəndaş kimi yetişdirilməsi mövzularını da müzakirə etdik.
Aynur İsgəndərli: Hərbi Orkestrin səsi və vətənpərvərlik ruhu I Sənətin səsi 24.06.2026 22:35
“Sənətin səsi” verilişinin qonağı Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti Aynur İsgəndərli ilə hərbi orkestrin fəaliyyəti, vətənpərvərlik ruhunu aşılayan musiqi nümunələri, səhnə təcrübəsi və sənət yolunda qazandığı uğurlar barədə söhbət apardıq.
Müştəri məmnuniyyəti biznesi necə böyüdür? I Biznes inciləri 23.06.2026 36:36
"Biznes inciləri" verilişinin qonağı “Premium Beauty”nin təsisçisi Münəvvər Mustafayeva ilə gözəllik və xidmət sektorunda uğurlu biznes qurmağın sirrləri, brend yaratmaq prosesində qarşıya çıxan çətinliklər, müştəri məmnuniyyətinin əhəmiyyəti və sahibkarlıq fəaliyyətində innovativ yanaşmalar haqqında danışdıq. Qonağımız öz biznes yolundan, qazandığı təcrübədən və gələcək hədəflərindən bəhs etdi.
Dublyajın görünməyən tərəfləri: Nəzakət və Rövşən Məmmədlilərlə səmimi söhbət I Sənətin səsii 23.06.2026 41:53
"Sənətin səsi" verilişinin qonaqları aktrisa və dublyaj rejissoru Nəzakət Məmmədli, aktyor və dublyaj prodüseri Rövşən Məmmədli ilə sənətə gəliş yolu, dublyaj sahəsində qazandıqları təcrübə, bu peşənin görünməyən tərəfləri, eləcə də yaradıcılıq münasibətləri haqqında söhbət etdik
Uşaqlar və imtahan həyəcanı I Valideyn saatı 22.06.2026 41:39
"Valideyn saatı" verilişində qonaq psixoloq, NLP Master Elmir İsgəndərov ilə imtahan həyəcanının yaranma səbəbləri, onun uşaqlarda özünəinam və nəticələrinə təsiri, eləcə də valideynlərin bu prosesdə rolu barədə müzakirə etdik. Qonağımız, həmçinin imtahan stressinin idarə olunması üçün psixoloji üsullar, uşaqlara dəstək yolları barədə valideynlərə faydalı tövsiyələr verdi.
Azərbaycan Operası Dünyaya Necə Tanıdılır? İlham Nəzərov I Sənətin səsi 22.06.2026 30:26
"Sənətin səsi" verilişində Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, opera ifaçısı və pedaqoq İlham Nəzərov ilə musiqi yaradıcılığı, opera sənətinin incəlikləri, milli və dünya musiqisinin sintezi, beynəlxalq səhnələrdə qazandığı uğurlar və pedaqoji fəaliyyəti barədə söhbət apardıq. Verilişdə, həmçinin gənc musiqiçilərin yetişdirilməsi, Azərbaycan musiqisinin təbliği istiqamətində görülə...
Ata və övlad münasibətləri 19.06.2026 41:54
"Valideyn saatı" verilişinin qonağı siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasətçi Amid Əliyev və qızı Gültac Əliyeva ilə ata və övlad münasibətlərinin müxtəlif tərəfləri barədə söhbət apardıq. Qonaqlarımız ailədə sevgi və hörmət mühitinin yaradılması, övladların tərbiyəsində atanın rolu, nəsillər arasında dialoqun qurulması, eləcə də bir-birini anlamağın əhəmiyyəti ilə bağlı danışdılar.
Muğam sənətinin incəlikləri: Yaqut Abdullayeva ilə sənət söhbəti 19.06.2026 31:15
“Sənətin səsi” verilişinin qonağı xanəndə, Əməkdar artist Yaqut Abdullayeva ilə Qarabağ xanəndəlik məktəbinin sənətkarın yaradıcılığına təsiri və keçdiyi sənət yolu barədə söhbət apardıq. Qonağımız muğam sənətinə olan sevgisindən, səhnə fəaliyyətinin yaddaqalan məqamlarından bəhs etdik. Eyni zamanda, Qarabağın musiqi ənənələri, muğam sənətinin incəlikləri və bu dəyərlərin gələcək nəsillərə ötürülm...
Rəqabətdə necə fərqlənməli? Biznesdə Brend Dəyərinin Gücü I Biznes inciləri 18.06.2026 35:03
“Biznes inciləri” verilişinin qonağı “Beko” şirkətinin Qafqaz regionu üzrə regional marketinq meneceri Əfşan Bağırlı ilə qlobal brendin regional bazarlarda tətbiq etdiyi marketinq strategiyaları, müasir dövrdə istehlakçı davranışlarının dəyişməsi, rəqəmsal marketinq alətlərinin biznesə təsiri və brend dəyərinin formalaşdırılması mövzularını müzakirə etdik. Həmçinin marketinq sahəsində müşahidə olu...
Elvin Mirzəyev ilə yaradıcılıq dolu söhbət I Sənətin səsi 18.06.2026 40:23
"Sənətin səsi" verilişində qonaq rejissor Elvin Mirzəyev ilə yaradıcılıq yolu, səhnədə yaşadığı maraqlı məqamlar, uğurlu layihələri və gələcək planları barədə söhbət etdik. Verilişdə, həmçinin müasir teatrın inkişaf istiqamətləri, rejissor baxışının formalaşması haqqında danışdıq.
Rəqəmsal dövrdə ailədaxili münasibətlərin qorunması I Valideyn saatı 17.06.2026 38:16
“Valideyn saatı” verilişinin qonağı media və kommunikasiya mütəxəssisi Azər Nəzərov ilə rəqəmsal texnologiyaların ailə münasibətlərinə təsiri, sosial şəbəkələrin ailədaxili ünsiyyətə gətirdiyi dəyişikliklər, valideynlərin uşaqların rəqəmsal həyatına nəzarəti və ailədə sağlam kommunikasiya mühitinin yaradılması yolları haqqında danışdıq.
Əməkdar artist Mirnazim Əsədullayevlə kamança və muğam haqqında söhbət I Sənətin səsi 17.06.2026 40:16
"Sənətin səsi" verilişinin qonağı Azərbaycanın tanınmış kamança ifaçısı, Əməkdar artist, Mirnazim Əsədullayev ilə kamança sənətinin yaşadılmasından, muğam sənətinə verdiyi töhfələr və uzun illərə söykənən səhnə fəaliyyəti barədə söhbət açdıq. Veriliş zamanı sənətkarın kamança ilə bağlı xatirələri, ustad-şagird ənənələri ətrafında fikir mübadiləsi apardıq.
Biznesdə uğurun sirri: Müasir liderlik və strateji inkişaf - Könül Əliyeva I Biznes inciləri 16.06.2026 34:36
"Biznes inciləri” verilişinin qonağı “FutureBright” şirkətlər qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva ilə müasir biznes mühitində liderliyin rolu, şirkətlərin inkişaf strategiyaları, insan resurslarının idarə olunması, korporativ mədəniyyətin formalaşdırılması və beynəlxalq təcrübənin yerli bazarda tətbiqi mövzularını müzakirə etdik. Həmçinin, o, uğurlu karyera yolundan, idarəetmə sa...
Tar və kamança Türkmənistan səhnəsində: Aişə Binnətzadə-Orucova və Əmrah Orucov I Sənətin səsi 16.06.2026 33:25
"Sənətin səsi” verilişinin qonaqları kamança ifaçısı Aişə Binnətzadə-Orucova və tar ifaçısı Əmrah Orucov ilə Türkmənistanda baş tutan çıxışları, Azərbaycan milli musiqisinin beynəlxalq səviyyədə təbliği və səhnə təəssüratları barədə söhbət apardıq. Verilişdə qonaqlar səfər zamanı yaşadıqları unudulmaz anlardan, eləcə də tar və kamançanın harmoniyasından danışdılar.
Vüqar Əbdülov: Meyxana sənəti və aktyorluq karyerası I Sənətin səsi 12.06.2026 28:50
"Sənətin səsi” verilişinin qonağı aktyor və meyxana ifaçısı Vüqar Əbdülov ilə sənətə gəliş yolu, aktyorluq təcrübəsi, meyxana yaradıcılığı, yaddaqalan çıxışları haqqında söhbət etdik. Eyni zamanda, o, həyatında dönüş nöqtəsinə çevrilən hadisələrdən, səhnə arxasında yaşadığı xatirələrdən danışdı.
Marketinq və biznesin inkişafı: Nərmin Əyyubova ilə söhbət I Biznes inciləri 11.06.2026 35:09
“Biznes inciləri” verilişinin qonağı marketinq eksperti Nərmin Əyyubova ilə müasir dövrdə marketinqin bizneslərin inkişafındakı rolu, brend quruculuğunun əsas prinsipləri, rəqəmsal marketinq alətlərinin effektiv istifadəsi və müştəri loyallığının formalaşdırılması yolları haqqında danışdıq.
Şölə Səfərəliyeva: Sənət yolu və səhnə təəssüratları I Sənətin səsi 11.06.2026 32:59
“Sənətin səsi” verilişinin qonağı tanınmış müğənni, Əməkdar artist Şölə Səfərəliyeva ilə musiqi yolunun başlanğıcı, səhnə fəaliyyəti haqqında danışdıq. Eyni zamanda "Maska" layihəsində “Pişik” obrazı ilə diqqət çəkən sənətçi maska arxasında keçirdiyi həyəcanlı anlar, layihədə iştirak təəssüratları barədə danışdı.
Sahibkar şokolad brendi yaradarkən nədən başlamalıdır, nəyi bilməlidir ? I "Biznes inciləri" #16 13.11.2025 36:50
"Biznes inciləri" verilişində qonağımız olan "Compliment happy box" şokolad brendinin təsisçisi Şəfiqə Əfəndiyeva ilə aparıcılıq fəaliyyətindən biznes sahəsinə keçidindən, "Compliment happy box” ideyasından, şokolad b
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.