Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Hansı zolaq daha təhlükəsizdir? 07.05.2024 59:04
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə yollarda ən təhlükəsiz zolaqdan, zolağı düzgün seçə bilməyən sürücülərdən, paytaxtın müxtəlif küçələrində zolaq problemindən danışdıq.
Köpdən xilas olmağın yolları 07.05.2024 43:27
"Faydalı saat" verilişində qastroenteroloq Nərmin Musayeva köp yaradan səbəblərdən və qidalardan, köpdən xilas olmağın yollarından, həzm sisteminin pozulması hallarından, oturaq həyat tərzinin mədə-bağırsaq sisteminə təsirindən, su qəbulu üçün ən ideal saatlardan danışdı.
Sinqapurda təhsil və səyahət I Yol əhvalatı #446 07.05.2024 25:57
Qonağımız, filologiya üzrə fəlsəfə doktoru,İCF tələbə və valideyn kouçu, Günay Məmmədova təhsillə bağlı Sinqapur və İsveçrə səfərlərindən və həmçinin fərqli ölkələrdə olan təhsil sistemindən danışdı.
"Zipline" etmək üçün son sözlərini deməlisən I Yol əhvalatı #445 06.05.2024 16:23
Bu günkü qonaqlarımız Elnarə Qurbanova və Elvira Osmanova birlikdə səyahət etdikləri Ras-Əl-Xayma, Dubay və Şri-Lankada başlarına gələn maraqlı əhvalatları bizimlə bölüşdülər.
"Sürücülərin ən çox qarşılaşdıqları qayda pozuntuları 06.05.2024 55:02
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli paytaxtda ən çox yol verilən qayda pozuntularından, iradları qəbul etməyən sürücülərdən danışdı və dinləyicilərin yol hərəkəti qaydaları ilə bağlı suallarını cavablandırdı.
Epilepsiya: Doğru bildiyimiz yanlışlar 06.05.2024 42:54
"Faydalı saat" verilişinin qonağı beyin və sinir cərrahı Tural Rəhimli ilə birlikdə epilepsiyanın xüsusiyyətlərindən, əməliyyata uyğun olan vəziyyətlərdən, müalicə dövründən və avtomobil qəzaları zamanı xəsarət alanlara ilk doğru tibbi yardımdan danışdıq.
Danışır sahibkar I Murad Əliyev 06.05.2024 35:30
Bu gün "Danışır sahibkar" da qonaq olan "Sufle" MMC-nin direktoru Murad Əliyev, biznesin inkişafından, nə qədər maliyyə lazım olduğundan və biznesi böyütməyin yollarından danışdı.
Bakıda parklanma problemi 03.05.2024 59:01
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə səkiləri zəbt edən sürücülərdən, paytaxtda parklanma probleminin ən çox yaşandığı ərazilərdən, parklanma qaydalarını pozan sürücüləri gözləyən cəzalardan danışdıq.
Yaşamaq üçün ideal ölkələr I Yol əhvalatı #444 03.05.2024 34:15
Bu günkü qonağımız Mehriban Həsənova İtaliya,ABŞ,Vyana,İspaniya,Yunanıstan və Brüsseldə yaşadığı maraqlı hadisələri bizimlə bölüşdü.
D vitamini azlığını necə aradan qaldıraq? 03.05.2024 27:23
"Faydalı saat" verilişində həkim-dietoloq Tutu Zeynalova vitamin defisitlərindən, D vitamini azlığına səbəb olan hallardan, vitamin müalicəsi dövründən danışdı və bir sıra faydalı məlumatlar səsləndirdi.
Fotosessiya üçün ideal yerlər I Yol əhvalatı #443 02.05.2024 33:53
Qonağımız, fotoqraf Əfsər Mirzəyev İtaliya,Dubay və İzmirdə fotosessiya zamanı başına gələn maraqlı hadisələrdən danışdı.
28 milyarderin olduğu ölkə I Yol əhvalatı #442 02.05.2024 30:34
"Yol əhvalatı" da qonağımız olan Lamiyə Xəlilova Cənubi Koreya,İtaliya,Fransa,Almaniyada yaşadığı maraqlı sərgüzəştləri bizimlə bölüşdü.
Cərimə meydançasına hansı hallarda aparıla bilərsiniz? 02.05.2024 53:34
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və "Qanuna Zidd" layihəsinin rəhbəri Hüseyn Məmmədzadə ilə birlikdə avtomobillərin cərimə meydançasına aparıldığı hallardan danışdıq, sürücülərin suallarını cavablandırdıq.
Uşaqlarda boy və artıq çəki probleminin səbəbləri 02.05.2024 24:12
"Faydalı saat" verilişində uşaq endokrinoloqu Ləman Sultanova ilə birlikdə uşaqlarda artıq çəki problemindən, rejimsiz qidalanmağın səbəb olduğu hallardan, azyaşlılarda boy qısalığı hallarından danışdıq.
Sürücülər yolayrıcı qaydalarına əməl etməkdə niyə çətinlik çəkirlər? 01.05.2024 1:00:31
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə yolayrıcı qaydalarına əməl edə bilməyən sürücülərdən, qəza işıqlarının düzgün istifadə edilməməsi hallarından danışdıq.
Pis sürücü yaxşı sürücüdən hansı cəhətləri ilə fərqlənir? 01.05.2024 58:50
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə yaxşı və pis sürücülərdən, onların xüsusiyyətlərindən danışdıq.
Autizm: Əlamətləri və müalicəsi 01.05.2024 42:11
"Faydalı saat" verilişində psixoloq Leyla Əli ilə birlikdə autizmin fərqliliyindən, səbəblərindən, autizmi digər sindromlardan fərqləndirən əsas əlamətlərdən və müalicəsindən danışdıq.
Məhsul harada xarab olur: istehsalda, marketdə, yoxsa mətbəximizdə? 30.04.2024 45:24
Avto FM-də yayımlanan "Faydalı saat" verilişində Tutu Zeynalova Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevlə birlikdə düzgün saxlanılmayan məhsullardan, süd məhsullarının istifadə müddətindən, mətbəximizdə zərərə çevrilən qidalardan danışdı.
Danışır sakibkar I Səkinə Babayeva 30.04.2024 33:09
"Danışır Sahibkar"- da qonağımız olan "Bakı Tekstil Fabriki" MMC-nin direktoru, AQSİA-nın sədri Səkinə Babayeva qadın sahibkar olmağın üstün və mənfi cəhətlərindən danışdı.
Bosniyanın ən turistik yeri - Kraviçe şəlaləsi I Yol əhvalatı #441 29.04.2024 27:21
"Yol Əhvalatı"nda qonaq olan Səkinə Məmmədova, Dubay, Montenegro, Bosnia haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.
Avtomobil idarə edərkən əsəbiləşməmək üçün psixoloqdan tövsiyələr... 27.04.2024 41:06
Verliş: Qaydaları pozma Aparıcı: Sevər Hüseynova Qonaqlar: BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və Psixoloq Nizami Orucov sürücülərin aqressiv idarəetmə səbəblərindən danışdılar və öz tövsiyyələrini verdilər...
Ət yeyək, yoxsa yox? I Faydalı saat #15 26.04.2024 40:38
Avto FM-də yayımlanan "Faydalı saat" verilişində Dr. Tutu Zeynalova ətin tərkibində olan faydalı elementlərdən, vegetarian və veqan olan insanların qidalanma fərqlərindən, veqanların səhhətindəki problemlərdən və digər maraqlı məqamlardan bəhs edib.
Toksik münasibətlər I Faydalı saat #14 25.04.2024 43:46
Veriliş: Faydalı saat Aparıcı: Dr. Tutu Zeynalova Qonaq: Psixoloq Nizami Orucov Psixoloq Nizami Orucov toksik münasibətlərdən, manipulyasiyanın nə olduğundan və bundan azad olmağın üsullarından, uşaqlıq travmalarının insan həyatına təsirindən və digər maraqlı məqamlardan bəhs edib.
Ən təhlükəsiz "skydivig" olan yer I Yol Əhvalatı #440 25.04.2024 31:21
Şri-Lanka səyahətinizi ancaq turla edin I Ən təhlükəsiz "skydivig" olan yer I Maldiv adaları haqqında saatlarla danışa bilərəm "Yol Əhvalatı"nda qonaq olan Şəfiqə Elşən Dubay, Şri-Lanka və Maldiv adaları haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.
Sürücülər tərəfindən tələbinə əməl edilməyən nişan I Yolayrıcı #7 24.04.2024 39:02
Verliş:Yolayrıcı Aparıcılar:Rauf Mirqulamov və Valid Fərmanoğlu Yolayrıcı verlişinin qonağı nəqliyyat eksperti və təlimçi Vüqar Tahirov sürücülür və piyadaların əməl etmədiyi nişanlar barədə danışıb.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.