Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Dönmə işıqlarından niyə istifadə olunmur? 21.05.2024 1:02:19
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə dönmə və qəza işıqlarından düzgün istifadədən, səs siqnallarını yersiz istifadə edən sürücülərdən, işıq və səs siqnallarından istifadənin sürücülərə hansı üstünlükləri qazandırmasından danışdıq.
Piylənmənin qarşısını necə alaq? 21.05.2024 44:18
Piylənmə niyə yaranır? Piylənmə irsi ola bilərmi? Piylənməni bilmək üçün hansı testlərdən keçmək lazımdır? Hansı qidalar bizi xəstələndirə bilər? "Faydalı saat" verilişində həkim-nutrisioloq Emil Hidayətli ilə birlikdə bu suallara cavab tapdıq.
Sükan arxasında niyə və hara tələsirik? 20.05.2024 57:11
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə birlikdə sürət həddini aşan sürücülərdən, tələskənliyin yollarda yaratdığı problemlərdən, sürücülərin narazı olduğu hallardan danışdıq.
Ürəyimiz niyə zəifləyir? 20.05.2024 35:16
Dünya Hipertoniya Günündə "Faydalı saat" verilişində kardioloq Cəmil Babayevlə ürək sağlamlığı ilə bağlı bir sıra məqamlara toxunduq: Kimlər ürək-damar xəstəliklərinin risk qrupuna daxildir? Ürəyi zəif olan insanlar kimlərdir? Ürəyimiz niyə zəifləyir? Qan təzyiqini normada necə saxlayaq? Yuxunun ürək sağlamlığına təsiri
Sürəti radara görə tənzimləmək hansı təhlükələri yaradır? 17.05.2024 1:04:31
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli radara ehtiyac olan küçələrdən, sürəti radara görə müəyyənləşdirən sürücülərin yaratdığı təhlükələrdən, yüksək sürət səbəbindən baş verən qəzalardan danışdı.
Həzm sistemimizi pozan qida və davranışlar 17.05.2024 38:17
"Faydalı saat" verilişində qastroenteroloq Sevindik Arazovla birlikdə bir sıra maraqlı məqamlara toxunduq: Hansı qidalar həzm sistemimizə mənfi təsir göstərir? Köp yaradan əsas səbəblər Bədənimizdəki şişkinlik nədən xəbər verir? Qida qəbulu üçün ən ideal saatlar
Hər fəsildə gedə biləcəyiniz ada I Yol əhvalatı #451 16.05.2024 25:50
Qonağımız,səyahətçi Malik Abdullayev İspaniya ərazisində yerləşən Kanar adalarında və İsveçrə olarkən başına gələn maraqlı əhvalatları bizimlə bölüşdü.
Hansı qayda pozuntuları avtoxuliqanlıq hesab olunur? 16.05.2024 52:01
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli avtoxuliqanlıq hallarından, avtoxuliqanlığa görə qanunda nəzərdə tutulan cərimə və cəzalardan danışdı, dinləyicilərin suallarını cavablandırdı.
Nadir qan xəstəliyi olan hemofiliyanın yaranma səbəbi nələrdir? 16.05.2024 42:52
"Faydalı saat" verilişində qonaq olan Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov hemofiliyanın səbəblərindən, ona təsir edən amillərdən, müalicə dövründən danışdı.
Sürücülər niyə yolda telefondan imtina edə bilmirlər? 15.05.2024 1:06:47
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru Araz Əsgərli ilə birlikdə sükan arxasında telefondan istifadə hallarından, bu halda təyin olunan cərimələrdən, telefon istifadəsinin dünya təcrübəsində necə müəyyənləşdirildiyindən danışdıq.
Göz zəifliyi zamanı niyə ikinci əməliyyata ehtiyac duyulur? 15.05.2024 40:06
"Faydalı saat"da oftalmoloq-cərrah Aygün Rəhimzadə ilə birlikdə göz zəifliyinin səbəblərindən, göz əməliyyatlarının müxtəlifliyindən, müalicə növlərindən danışdıq.
Bu kəndə maşınla girmək qadağandır I Yol əhvalatı #450 15.05.2024 30:25
Bu günkü qonağımız Gülnar Baxşəliyeva, İsveçrədə Alp dağlarındakı hiking təcrübəsindən və Balidə keçirilən yoqa təlimlərindən söhbət açdı.
Paytaxtda parklanma problemləri I Yolayrıcı 14.05.2024 34:59
Bu günkü efirimizdə, paytaxtdakı sıxlıqlardan və parklanma problemlərindən danışdıq.
Təhlükəsiz idarəetmə hansı elementlərdən ibarətdir? 14.05.2024 58:28
"Qaydaları Pozma" layihəsində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov avtomobili təhlükəsiz idarə etmək üçün lazım olan təməl elementlərdən, dönmə işıqlarından düzgün istifadədən, ötmə əməliyyatı zamanı məsafəni və sürəti doğru müəyyənləşdirməkdən danışdı və faydalı məlumatlar səsləndirdi.
Qadınlar kişilərdən nə istəyir? 14.05.2024 41:50
"Faydalı saat" verilişində psixoloq Nizami Orucovla birlikdə qadın-kişi münasibətlərindən, qadınların kişilərdən istədiklərindən, cəmiyyətdə kişilərin və qadınların mənəvi borclarından danışdıq.
Hindistanda 5 ulduzlu hotellər ucuzdur I Yol əhvalatı #449 14.05.2024 20:29
Bu günkü qonağımız “İZ Azərbaycan” layihəsinin müəllifi, Rüstəm Nəbizadə Hindistanın az gedilən şəhərləri olan Varanasi,Aqra,Delhi haqqında danışdı.
Danışır sahibkar I Həmid Fərəməzov 13.05.2024 32:06
"Danışır sahibkar" da qonağımız olan "Nobel boya və Kimya" MMC-nin direktoru Həmid Fərəməzov ilə boya sənayesi barədə danışdıq.
Yollarda təhlükəsizliyimiz necə təmin olunur? 13.05.2024 1:00:55
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə birlikdə təhlükəsizliyin təmin olunmasından, magistral yollarda ən çox pozulan qaydalardan, sürücülərin məsuliyyətindən danışdıq.
Yay aylarında zəhərlənmə yarada biləcək məhsullar 11.05.2024 38:25
"Faydalı saat" verilişində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Ləman Abbasova qida zəhərlənmələri və allergiyalarından, məhsulların düzgün saxlanma və istifadə qaydalarından danışdı.
Səyahət üçün ən ucuz ölkə I Yol əhvalatı #448 10.05.2024 32:21
"Tam vaxtı" verilişində qonağımız olan Əfran Qurbanov Hindistan səfəri haqqında əhvalatlarını bizimlə bölüşdü.
Hansı qayda pozuntularına görə cərimələr artırılmalıdır? 10.05.2024 50:33
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə cərimələrin dəyişdirmədiyi sürücülərdən, ən çox pozulan qaydalardan, sürücülərin cəriməsinin artırılmasını istədiyi qayda pozuntularından danışdıq.
Hansı kosmetik prosedurlar vacibdir? 10.05.2024 40:43
"Faydalı saat" verilişində həkim-kosmetoloq Nigar Rüfətlə birlikdə ən çox müraciət olunan prosedurlardan, kosmetik prosedurlar üçün ən ideal yaşdan, üzə yanlış müdaxilənin fəsadlarından, keyfiyyətli məhsullardan danışdıq.
Çində turistləri izləyirlər I Yol əhvalatı #447 08.05.2024 21:17
Bu günkü qonağımız "Smart control" şirkətinin təsisçisi Aqil Ömərli Çində olan yeni texnologiyalardan,Danimarkada qəbirlərin maraqlı formasından və səyahətləri zamanı başına gələn maraqlı əhvalatlardan danışdı.
Yüksək qan təzyiqinə səbəb olan faktorlar 08.05.2024 42:44
"Faydalı saat" verilişində kardioloq Ziya Səlimovla birlikdə qan təzyiqindən, qan təzyiqinin yüksəlməsinə səbəb olan hallardan, ürək xəstəliklərindən danışdıq.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.