Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1000 episodes

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Author

Avto FM 107.7

Category

Leisure

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Taksi sürücülərinin kartla ödənişi qəbul etməmək hüququ varmı? 07.10.2024

"Qaydaları Pozma" verilişində taksi bloqeri Fuad Ağayev taksi xidməti ilə bağlı problemlərdən, taksi sürücülərinin yaşadığı çətinliklərdən, kartla ödəniş üsulunun sürücü və müştəri arasında yaratdığı problemlərdən danışdı. 

Pul qazanmaq üçün yatırım etmənin düzgün yolu nədir? l Şəhər adamı #7 07.10.2024

"Şəhər adamı"nda qonaq olan beynəlxalq maliyyə bazarları üzrə ekspert, analitik iqtisadçı  Qafar İmanverdiyev maliyyə bazarlarından, iqtisadçı nəzəriyyəsindən, traders fəaliyyətindən, maliyyə təlimlərindən və digər maraqlı məqamlardan danışdı. 

Danışır Sahibkar I Səbuhi İsayev 07.10.2024

"Danışır Sahibkar"da qonaq olan ASMC MMC-nin İdarə Heyətinin üzvü Səbuhi İsayev biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.

"Energo" terapevt kimdir? I Zaman maşını #11 07.10.2024

"Zaman maşını"nda qonağımız olan "energo" terapevt Minay Məsimova bizə öz işindən, enerjinin gücündən, "energo" terapiyanın tarixindən danışdı.

Müəllif hüquqları necə qorunur? l Şəhər adamı #6 04.10.2024

"Şəhər adamı"nda qonaq olan "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyinin İdarə Heyətinin sədrinin müavini Zamiq Yunisov müəllif hüquqlarının pozulmasından, müəllif hüquqları pozulduqda müraciət qaydalarından və digər maraqlı məqamlardan danışdı. 

Bakının hansı ərazilərinə avtomobillərin girişi qadağan olunmalıdır? 04.10.2024

"Qaydaları Pozma" verilişində "İnsanyönümlü şəhər" layihəsinin təsisçisi Anar Əliyev ilə Bakıda piyadaların problemlərindən, İçərişəhər ərazisinə avtomobillərin girişinin qadağan olunmasından, Bakının insanyönümlü tərəflərindən danışdıq. 

Bakıda əhalinin azaldılması tıxac problemini həll edə bilərmi? 03.10.2024

"Qaydaları Pozma" verilişində bu dəfə qonağımız nəqliyyat eksperti Rauf Ağamirzəyev oldu Onunla Bakının tıxac problemindən, bu problemin həlli yollarından, yol infrastrukturu ilə bağlı görülən son işlərdən danışdıq. 

Banka zəng edəndə yarım saat gözləmək dövrü bitdi-ABB-dən YENİLİK I İş saatı #14 03.10.2024

ABB Biz tətbiqi üzrə ABB Biz, müştəri meneceri komandasının məhsul sahibi Mehrac Sarıxanlı kiçik sahibkarların işini asanlaşdıran mobil tətbiqdən, tətbiqin üstünlüklərindən, müştəri meneceri komandasının fəaliyyətindən, biznesinizi idarə etmək üçün lazım olan bütün funksiyaların tətbiqdə olmasından bəhs edib. 

İnsan eyni iş yerində nə qədər işləməlidir? l Şəhər adamı #5 02.10.2024

"Şəhər adamı"nda qonaq olan insan resurlarının idarəedilməsi sahəsi üzrə ekspert Aytən Axundova işə qəbul qaydalarından, yeni nəslin işləmə prinsipindən, bir insanın eyni iş yerində nə qədər işlənilməli olduğundan və digər maraqlı məqamlardan danışdı. 

Bu avtobus zolaqlarına daxil olsanız, cərimələnməyəcəksiniz! 02.10.2024

"Qaydaları Pozma" verilişində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin rəhbəri Tərlan Səfərov oldu. Onunla Bakıda hərəkətin təşkili ilə bağlı son görülən işlərin nəticələrindən, avtobus zolaqları ilə bağlı mübahisəli məqamlardan və küçələrdən, sürücülərin cərimələnmədiyi avtobus zolaqlarından danışdıq. 

"Neandertal" , "alkaş" , dayı nağıl danışır... I Zaman maşını #10 01.10.2024

"Zaman maşını"nda qonağımız olan aktyor, ssenariçi, bloger Cəmil Əhmədov bizə yumoristin kim olduğundan, canlandırdığı obrazlardan, sosial şəbəkələrdəki baxış sayından və s. bizə danışdı.

Cin çıxardan və molladan sonra psixiatr yanına gedirlər I Zaman maşını #9 01.10.2024

"Zaman maşını"nda qonağımız olan psixiatr Azər Bağırov ilə Obsessiv Kompulsiv Pozuntudan, insanların psixiatra münasibətindən və bir çox psixi pozuntulardan  bizə danışdı. 

Sükan arxasında olarkən hansı geyimlərdən istifadə etmək olmaz? 01.10.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə paytaxt yollarında rast gəlinən hadisələrdən, sürücüyə narahatlıq yarada biləcək geyimlərdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq. 

Avtostopla səyahət etmək?! I Yol əhvalatı #513 01.10.2024

"Yol Əhvalatı"nda qonaq olan ŞahPələng Kərimov xarici səyahətlərindən, avtostop zamanı başına gələnlərdən, Azərbaycanın bölgələrindən və digər maraqlı məqamlardan danışdı. 

Yoqa adamı arıqladır? l Şəhər adamı #4 30.09.2024

"Şəhər adamı"nda qonaq olan yoqa müəllimi Qafar Qənizadə yoqanın insan üçün xeyirlərindən, insan üçün maddi və mənəvi qazancından,  yoqanın çəki atmada köməyindən və digər maraqlı məqamlardan danışdı. 

1000-dən çox roman, 30-dan çox opera? I Zaman maşını #8 26.09.2024

"Zaman maşını"nda qonağımız olan poliqlot, yazıçı, bəstəkar Emin Qulu bizə yazdığı çoxsaylı romanlardan, dil öyrənməyin üsullarından və vahid dil qrammatikasını yaratmasından danışdı.

Bakının hansı ərazilərində işıqforla bağlı problem var? 26.09.2024

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla intellektual idarəetmənin paytaxt yollarındakı rolundan, qəzaların baş vermə səbəblərindənd, Bakının işıqforla bağlı problem olan ərazilərindən danışdıq. 

Müştərilərin ödənişlərini bir tətbiqlə anında necə qəbul etmək olar? I İş saatı #13 26.09.2024

ABB Biz tətbiqi üzrə baş məhsul sahibi Teymur Əsgərov kiçik sahibkarların işini asanlaşdıran mobil tətbiqdən, tətbiqin üstünlüklərindən, biznesinizi idarə etmək üçün lazım olan bütün funksiyaların tətbiqdə olmasından bəhs edib. 

"Abaddon" serial olacaq I Zaman maşını #7 25.09.2024

"Zaman maşını"nda qonağımız olan yazıçı, filosof-şərqşünas Rövşən Abdullaoğlu yazdığı əsərlərindən, xarici ədəbiyyatdan və "Bestseller" olan kitablarından danışdı.

Babam İngiltərə kraliçasına Qarabağ atı hədiyyə etdi I Zaman maşını #6 25.09.2024

"Zaman maşını"nda qonağımız olan 4-cü nəsil at məşqçisi Sərxan Tağıyev ilə at cinslərindən, onlara baxımdan, yarış atlarından və Qarabağ atlarından danışdıq.

Sükan arxasında olan sürücülərə nələr qadağa olunmalıdır? 25.09.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli ilə paytaxtda ən çox problem yaşanan küçə və proespektlərdən, sürücülərin narazı olduğu hallardan danışdıq. 

Amerikalı ailədə yaşam I Yol əhvalatı #512 25.09.2024

"Yol Əhvalatı"nda qonaq olan Könül Kazımova Amerikada yaşadığı ailədən, iş şəraitindən, gəzməli yerlərindən və digər maraqlı məqamlardan danışdı. 

Qələbə qazanmaq üçün bəzən "artistlik" etməlisən I Zaman maşını #5 24.09.2024

"Zaman maşını"nda qonaqlarımız paralimpiya çempionları Lamiyə Vəliyeva və İmaməddin Xəlilov uğurlarından və məqsədlərindən bizə danışdılar.

İlk dəfə qeyd olunan Dövlət Suverenliyi Günü I Zaman maşını #4 24.09.2024

"Zaman maşını"nda qonağımız Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri,  politoloq İlyas Hüseynov ilə Dövlət Suverenliyi Günü haqqında danışdıq.

Dairədə düzgün hərəkət və dönmə qaydaları nələrdir? 24.09.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə dairədə hərəkət və dönmə qaydalarından, yoxuşda hərəkətdən, ara məsafəsini saxlamayan sürücülərdən danışdıq. 

Listen to the Avto FM 107.7 podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.