Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Qiymət artımı taksi sahəsində keyfiyyəti yüksəldə bilərmi? 21.10.2024 42:06
"Qaydaları Pozma" verilişində taksi bloqeri Fuad Ağayevlə taksi sahəsindəki yeniliklərdən, sürücülərin narazı olduğu məqamlardan, qiymətlərlə bağlı təklif və iradlardan danışdıq.
Xarici və bizim müdirlər l Şəhər adamı #12 18.10.2024 31:16
"Şəhər adamı"nda qonaq olan Azər Nəzərov Amerika səyahətindən, xarici və bizim müdirlərin iş prinsiplərindən, iş qaydalarından və digər maraqlı məqamlardan danışdı.
Sığorta şirkəti ləğv olunsa, ödəniş necə həyata keçirilir? 18.10.2024 38:12
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiyasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə sığorta şirkətlərindən, şirkətlərlə avtomobil sahibləri arasında olan problemlərdən, kasko sığortasının müsbət tərəflərindən, sığorta bazarından danışdıq.
Paytaxt yollarında məlumat lövhələri necə tənzimlənir? 17.10.2024 41:17
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Məzkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov oldu. Onunla magistral yollarda təhlükə törədən sürücü və hallardan, geriyə hərəkət edərək qəzaya səbəb olan sürücülərdən, məlumat lövhələrinin tənzimlənməsindən danışdıq.
Maşınlara mütləq videoregistrator qoyulmalıdır! I Zaman maşını #18 16.10.2024 36:19
"Zaman maşını"nda qonağımız olan vəkil Babək Həmidov bizə cinayət işi zamanı verilən ifadələrin önənimdən, maşınlara videoregistrator qoyulmasının vacibliyindən və hər bir insanın mütləq vəkilə ehtiyacı olmasından danışdı.
Turizmdə biznes l Şəhər adamı #11 16.10.2024 38:30
"Şəhər adamı"nda Zöhrab Əliyev ilə turizimdə biznesin necə olmasından, hotellərin ulduz sayı necə təyin olunmasından və digər maraqlı məqamlardan danışdı.
Bu halda avtobus qiymətlərində dəyişiklik edilə bilər! 16.10.2024 40:42
"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Eldəniz Cəfərovla birlikdə şəhərdə tıxaclara səbəb olan əsas küçə və prospektlərdən, sıxlığın qarşısını almaq üçün görülməli olan tədbirlərdən, avtobus qiymətlərində dəyişikliklərdən və yeni konsepsiyalardan danışdıq.
Avtomobil alarkən nələrə diqqət etmək lazımdır? 15.10.2024 35:37
"Qaydaları Pozma"da qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə maşın seçimi zamanı edilən səhvlərdən, sürücüyə uyğun maşının seçilməsindən, kiçik və böyük maşınlarda görülən problemlərdən danışdıq.
"Face art" işindən pul qazanmaq olur? l Şəhər adamı #10 15.10.2024 35:57
"Şəhər adamı"nda qonaq olan Elmira Qədirova rəssamlıq və "face art" fəaliyyətindən, Cənubi Afrika səyahətindən, başına gələn əhvalatlardan və digər maraqlı məqamlardan danışdı.
Bakıda qadın taksi sürücülərinin sayı niyə azdır? 14.10.2024 39:54
"Qaydaları Pozma" verilişində taksi bloqeri Fuad Ağayevlə taksi sahəsi ilə bağlı məsələlərdən, qadın taksi sürücülərinin sayının çox az olmasının səbəblərindən danışdıq.
Sahibkarların biznes kreditlərinə əlçatanlığı I Danışır Sahibkar 14.10.2024 31:28
"Danışır Sahibkar"da qonaq olan "Agah Group" MMC-nin təsisçisi Gündüz Nəzərov biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.
Geyim psixologiyadır! l Şəhər adamı #9 14.10.2024 22:48
"Şəhər adamı"nda qonaq olan Rəna Melech geyimimizdəki rənglərin psixologiyamızdan xəbər verməsindən, ən dəbli ölkələrdən, bu işin təhsilindən və digər maraqlı məqamlardan danışdı.
Rejissorlar nə kitab oxuyur, nə də filmə baxırlar! I Zaman maşını #17 11.10.2024 33:18
"Zaman maşını"nda qonağımız rejissor Vüsal Əhmədzadə bizə rejissorların özlərini inkişaf etdirməməsindən, "Qapı" və "Alatava" filmlərindən, filmlər üçün maliyyənin az olmasından danışdı.
Əlimdəki çip vasitəsi ilə evi idarə edirəm I Zaman maşını #16 11.10.2024 32:59
"Zaman maşını"nda qonağımız olan "ağıllı" evlər üzrə mütəxəssis Aqil Ömərli bizə çiplərin üstünlüklərindən, "ağıllı" evin funksiyalarından, qiymətlərindən bizə danışdı.
Kişi rejissorlar mənə paxıllıq edirlər I Zaman maşını #15 11.10.2024 40:07
"Zaman maşını"nda qonağımız olan Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə ilə qadın rejissorların sayının azlığından, öz tamaşalarından, bu sahəyə marağından və s. bizə danışdı.
Zibili yerə atmamaq mədəniyyəti hələ formalaşmayıb I Zaman maşını #14 11.10.2024 38:12
"Zaman maşını"nda qonağımız ETSN-nin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova ilə yerə tullantı atan insanlardan və onları maarifləndirmək üçün görülən tədbirlərdən danışdıq.
Qəbilələrdə pulu necə qazanırlar? I Zaman maşını #13 11.10.2024 35:21
"Zaman maşını"nda qonağımız olan fotoqraf, səyahətçi Əli Əkbər bizə ekstrimə olan marağının yaranmasından, qəbilələrin tərkibində qalmasından, çəkdiyi maraqlı kadrlardan danışdı.
Elektrikli avtomobillərin sığortası necə həyata keçirilir? 11.10.2024 39:20
"Qaydaları Pozma"da Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev elektrikli avtomobillərin sığortasından, sığorta ödənişlərinin həyata keçirilməsindən, ödənişlərdəki uyğunsuz hallardan və müstəqil ekspertlərdən danışdı.
Bakının hansı ərazilərində metro stansiyalar tikiləcək? 10.10.2024 41:15
"Qaydaları Pozma" verilişində bu dəfə "Bakı Metropolteni"nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov qonaq oldu. Onunla son zamanlar metro stansiyalarında yaranan sıxlıqdan, təhlükəsizliyin təminindən, maşinistlərin iş rejimindən, yeni tikiləcək metro stansiyalardan və stansiyaların tikiilmə müddətindən danışdıq.
ABB Biz-in yaranmasında müştərilərin rolu nədir? I İş saatı #15 10.10.2024 18:06
ABB Biz tətbiqi üzrə ABB Biz, Müştəri təcrübələri üzrə baş mütəxəssis Ramil Hüseynov tətbiqin üstünlüklərindən,müştəri təcrübələri komandasının fəaliyyətindən, biznesinizi idarə etmək üçün lazım olan bütün funksiyaların tətbiqdə olmasından bəhs edib.
İşıqforlarla bağlı hansı dəyişikliklər olunmalıdır? 09.10.2024 39:29
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla paytaxt yollarında işıqforla bağlı edilən yeniliklərdən, işıqfora ehtiyac olan küçələrdən, bu sahədə olan problem və təkliflərdən danışdıq.
Barselona ilə Qarabağı FK-nı nə birləşdirir? l Şəhər adamı #8 09.10.2024 32:45
"Şəhər adamı"nda qonaq olan Qarabağ FK-nın PR və marketinq departamentinin rəhbəri Yusif Cəfərov futbol komandasının PR və marketinq strategiyasından, Qarabağ FK-nın gördüyü işlərdən, "Qarabağ"ın İngiltərədə tıxaca düşməsindən və digər maraqlı məqamlardan danışdı.
Niyə renessans dövrünün rəssamları əsərlərində yunan mifologiyasından istifadə edirdilər? I Zaman maşını #12 08.10.2024 36:53
"Zaman maşını"nda qonağımız olan sənətşünas, art bloger Təyyibə Heydərova bizə renessans dövrünün rəssamlarından, maraqlı rəsm əsərlərindən, art bloger olmasından danışdı.
Sürücülük təlimçisi seçərkən nələrə diqqət etmək lazımdır? 08.10.2024 39:53
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə təlim sürücülərindən, sürücülük kursu və müəllimi seçərkən diqqət edilməli məqamlardan, yollarda təhlükə törədən sürücülərdən danışdıq.
Tailandda "orxideya" çayının mütləq dadına baxın I Yol əhvalatı #514 08.10.2024 39:13
"Yol Əhvalatı"nda qonağımız Elnur Eldaroğlu oldu. Həm fitoterapiyadan, həm də səyahət etdiyi ölkələr haqqında maraqlı və faydalı məlumatları bizimlə bölüşdü.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.