Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1053 episodes

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com

Author

Avto FM 107.7

Category

Leisure

Podcast website

www.spreaker.com

Latest episode

Oct 16, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

"Bali daha çox instagram şəhəridir" I Yol əhvalatı #520 16.12.2024

"Yol Əhvalatı"nda qonağımız olan Günay və Əkbər Əsədovlar ilə  bir müddət yaşadıqları Tayland haqqında maraqlı və faydalı məlumatlar haqqında danışdıq. 

Ən çox pozulan qaydalar və səbəbləri 16.12.2024

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Mübariz Ağayevlə birlikdə tıxacların artmasının səbəblərindən, qayda pozuntularından, sürücü məsuliyyətlərindən danışdıq. 

3412 rəqəmi xüsusi texnikamla yadımda saxladım I Zaman maşını #49 13.12.2024

"Zaman maşını"nda qonağımız olan dünya yaddaş çempionu Orxan İbadov ilə rəqəmləri yadda saxlama texnikasından danışdıq.

Moto və moped sürücüləri ilə avtomobil sürücüləri niyə anlaşmırlar? 12.12.2024

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla ikitəkərli nəqliyyat vasitələrindən, motosiklet və moped sürücülərinin narazılıqlarından, qarşılaşdıqları və yaratdıqları təhlükələrdən danışdıq. 

Bakıda ictimai nəqliyyata keçid niyə çətindir? 11.12.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru polis mayoru Fuad Sultanov və nəqliyyat eksperti Eldəniz Cəfərovla birlikdə Bakıda ictimai nəqliyyatın vəziyyətindən, ictimai nəqliyyata keçidin çətinliyindən, paytaxt yollarında tıxac yaradan əsas səbəblərdən danışdıq. 

"Bəy-gəlinin rəqs mahnısını qayınana seçir" l Şəhər adamı #36 11.12.2024

"Şəhər adamı"nda qonaq olan rəqs müəllimi İftixar Rəsulov ilə bəy-gəlin ilə çalışmanın müsbət və mənfi tərəflərindən, Vyetnam səyahətindən və digər maraqlı məqamlardan danışdıq.

İdeal film anlayışı nədir? I Zaman maşını #48 10.12.2024

"Zaman maşını"nda qonağımız olan kino tənqidçisi Hacı Səfərov ilə ideal film anlayışından, maraqlı filmlərdən, rejissorlardan danışdıq.

Sürücülər ən çox hansı küçələrdə problem yaşayırlar? 10.12.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə sürücülərin ən çox problem yaşadığı küçə və prospektlərdən, bu yollardakı problemin əsas səbəblərindən danışdıq. 

Dünya ulduzlarının konsertlərinə ucuz bileti necə almaq olar? I Yol əhvalatı #519 10.12.2024

"Yol Əhvalatı"nda qonağımız olan Səbinə Quliyeva gəzdiyi ölkələrdən, getdiyi məşhur müğənnilərin konsertlərindən və digər maraqlı məqamlardan danışdı.

Sahibkarların kredit müraciətlərinin dəyərləndirilməsi I Danışır Sahibkar 10.12.2024

"Danışır Sahibkar"da qonaq olan “Çıraq İnşaat" MMC-nin direktoru Taleh İmanov biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.

Səhnəyə yenidən qayıtmağım üçün repi hamı dərk etməlidir I Zaman maşını #47 09.12.2024

"Zaman maşını"nda qonağımız olan repçi Elşad Xose ilə azrepin tarixindən danışdıq.

Niyə kişilər daha çox ürək xəstəliklərinə tutulur? l Şəhər adamı #35 09.12.2024

"Şəhər adamı"nda qonaq olan ürək cərrahı Vüsal Hacıyev ilə 15 İl Almanyada ürək cərrahı olaraq çalışmasından, ürək xəstəliklərindən və digər maraqlı məqamlar haqqında danışdıq.

Bakıda yol infrastrukturundakı problemlər 09.12.2024

"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə Bakıda yol infrastrukturundakı problemlərdən, sürücülərin çətinlik yaşadığı yollardan, tıxacların əsas səbəblərindən danışdıq. 

Büdcəyə uyğun səyahəti necə edək? I Yol əhvalatı #518 06.12.2024

"Yol Əhvalatı"nda qonağımız olan Səkinə Məmmədova Portuqaliya,Fransa, Vyana səyahətlərindən, iş fəaliyyətindən və digər maraqlı məqamlardan danışdı.

Avtomobillərin utilizasiyasının şərtləri və qiymətləri 06.12.2024

"Qaydaları Pozma" verilişində qonaq "Təmiz Şəhər" ASC-nin Nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov oldu. Onunla utilizasiyanın sağlamlıq və ekologiya üçün əhəmiyyətindən, utilizasiyanın şərtlərindən və qiymətlərindən danışdıq. Həmçinin dinləyicilərin bu istiqamətdə suallarını cavablandırdıq. 

Miqdar düzgün seçilməsə, sağlam qidalar arıqlamağa kömək etmir I Zaman maşını #46 05.12.2024

"Zaman maşını"nda qonağımız olan sağlam qida bloqeri Nərmin Əhmədova ilə sağlam qidalanmadan danışdıq.

Yaxşı marketinq mütəxəssisi olmaq üçün hansı kitabları oxumaq lazımdır? l Şəhər adamı #34 05.12.2024

"Şəhər adamı"nda qonaq olan "İmalion" marketinq və PR agentliyinin təsisçisi, marketinq üzrə bloqer Rafael Salmanov ilə marketinq mövzusu haqqında maraqlı məqamlardan danışdıq.

İcbari sığorta ilə bağlı sürücülərin əsas narazılıqları 05.12.2024

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə icbari sığortanın qaydalarından, sürücülərin narazı olduğu hallardan, xarici ölkələrin təcrübəsindən danışdıq. 

Ukrayna dairəsindəki problemin səbəbi nədir? 04.12.2024

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə tıxacların artmasına səbəb olan nüanslardan, paytaxtın problem olan küçə və prospektlərindən, Ukrayna dairəsindəki vəziyyətlə bağlı sürücülərin narazılığından, 8 Noyabr prospektində sıxlığın artmasının səbəblərindən danışdıq. 

"Vətəndaş A"nın Almazı kəndin düşüncələrini dəyişdirə bildi? l Şəhər adamı #33 04.12.2024

"Şəhər adamı"nda qonaq olan aktrisa Günəş Tegin ilə"Vətəndaş A"dan, teatr aktrisalığından, səyahət etdiyi ölkələrdən və digər maraqlı məqamlardan danışdıq.

Radio aparıcılarının nitqi qənaətbəxş sayıla bilər? l Şəhər adamı #32 04.12.2024

"Şəhər adamı"nda qonaq olan AMEA-nın professoru,filologiya elmləri doktoru Sevinc Əliyeva ilə "Radio aparıcılarının nitqi qənaətbəxş sayıla bilər?" mövzusu haqqında maraqlı söhbətimiz baş tutdu.

"Sona bülbüllər" əsərimdə mahnıdan ilhamlandım I Zaman maşını #45 03.12.2024

"Zaman maşını"nda qonağımız olan xalq rəssamı Ağaəli İbrahimov ilə 70-ci illərin rəssamlıq nümunələrindən danışdıq.

Sürücülük imtahanı çətinləşdirilməlidirmi? 03.12.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə sürücülük təlimlərinin rolundan, ilkin sürücülük vərdişlərinin yaradılmasından, sürücülük imtahanlarının çətinlik dərəcəsindən danışdıq. 

Maliyyə dəstəyi axtaran sahibkarlar nələri bilməlidir? I Danışır Sahibkar 02.12.2024

"Danışır Sahibkar"da qonaq olan "AQUA Kultur" MMC-nin təsisçisi və direktoru Fərid Məmmədəliyev biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.

"Səriyyə" filminin ideyası necə yarandı? I Zaman maşını #44 02.12.2024

"Zaman maşını"nda qonağımız olan aktyor Əlixan Rəcəbov ilə "Səriyyə" filminin ideyasının  yaranmasından, çəkiliş prosesindən və müasir filmlərdən danışdıq.

Listen to the Avto FM 107.7 podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.