Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Be sure to visit the podcast's website and support the creator: www.spreaker.com
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
"Təyyarədə uçuş zamanı bilməli olduğumuz təhlükəsizlik qaydaları" l Şəhər adamı #42 28.12.2024 34:50
"Şəhər adamı"nda Zöhrab Əliyev ilə birgə "Təyyarədə uçuş zamanı bilməli olduğumuz təhlükəsizlik qaydaları" mövzusunda maraqlı və faydalı söhbətimiz baş tutdu.
Eldar Mansurov öz rok-bəstələrini mənə verdi I Zaman maşını #57 25.12.2024 24:03
"Zaman maşını"nda qonağımız olan müğənni Pəriyar Məhəmmədova ilə rok musiqidən danşdıq.
"Kruiz səyahəti haqqında bilməli olduqlarınız" I Yol əhvalatı #522 25.12.2024 35:30
"Yol Əhvalatı"nda qonağımız olan Suvarova Ülkər kruiz səyahəti haqqında bilməli olduğumuz məlumatlardan, Dubay səyahətindən və digər maraqlı məqamlardan danışdı.
Tıxacların artmasında sürücülərin rolu 25.12.2024 34:59
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru polis mayoru Fuad Sultanovla birlikdə tıxacların artmasının səbəblərindən, qaydalara riayət etməyən sürücülərdən danışdıq həmçinin sürücülərin suallarını cavablandırdıq.
Bloqer və "influencer" fərqi I Zaman maşını #56 24.12.2024 27:14
"Zaman maşını"nda qonağımız olan "influencer" Xatirə Yüzbəyova ilə bloqer və "influencer" fərqindən və çox maraqlı mövzular ətrafında danışdıq.
Məkan qəhvənin keyfiyyətindən necə xəbər verir? l Şəhər adamı #41 24.12.2024 32:26
"Şəhər adamı"nda qonaq olan "United Coffee Beans" layihəsinin təsisçisi və direktoru Pərviz Dadaşov kofe təlimçisi olmasından, "coffeeshop" idarəetməsindən, məkanın qəhvənin keyfiyyəti ilə əlaqəsindən və digər maraqlı məqamlardan danışdı.
İdxal olunan məhsullarla rəqabət aparmaq çətindir? I Danışır Sahibkar 24.12.2024 30:31
"Danışır Sahibkar"da qonaq olan "Mutfakçı" şirkətinin rəhbəri İlkin Manafov biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.
Sürücülər hansı yol nişanları ilə bağlı problem yaşayırlar? 24.12.2024 35:52
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə sürücülərdə çaşqınlıq yaradan yol nişanlarından, paytaxtın hansı yollarında nişanlara ehtiyac olmasından danışdıq.
Müstəqil Azərbaycan, Qarabağ müharibəsi I Zaman maşını #55 23.12.2024 36:43
"Zaman maşını"nda qonağımız olan Millət vəkili Naqif Həmzəyev ilə çox maraqlı söhbətimiz baş tutdu.
Netflix-ə dəvət alan ilk azərbaycanlı bəstəkar l Şəhər adamı #40 23.12.2024 39:04
"Şəhər adamı"nda qonaq olan Vüqar Məmmədzadə peşəkar musiqi və kino bəstəkarlığından, Netflix-ə dəvət alan ilk azərbaycanlı bəstəkarı olmasından, Almaniyada aldığı təhsildən və digər maraqlı məqamlardan danışdı.
Nəqliyyat vasitələrinin qışa hazırlığı necə olmalıdır? 23.12.2024 32:57
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik leytenant Mübariz Ağayevlə birlikdə nəqliyyat vasitələrinin qışa hazırlığından, qış təkərlərinin əhəmiyyətindən, avtomobillərdə yarana biləcək problemlərdən danışdıq.
Aktrisa hər rolu canlandırmağı bacarmalıdır I Zaman maşını #54 20.12.2024 25:11
"Zaman maşını"nda qonağımız olan aktrisa, əməkdar artist Sənubər İsgəndərli ilə teatr və kino aktrisalığından, gənclərə dəstəyindən, "Qapı" filmindən və s. danışdıq.
"Bütün gəlinlərimi özüm bəzəyirəm" l Şəhər adamı #39 20.12.2024 30:49
"Şəhər adamı"nda qonaq olan “influencer”, “make-up artist” Lamiyə Kərimova etdiyi maraqlı səyahət əhvalatlarından, “make-up artist” olmanın müsbət və mənfi tərəflərindən, “influencer”lik fəaliyyətindən və digər maraqlı məqamlardan danışdı.
Hansı hallarda qəza iştirakçıları hadisə yerindən uzaqlaşa bilərlər? 20.12.2024 38:15
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə qəza zamanı sığorta məsələlərinin həllindən, qəza yerindən uzaqlaşmağa icazə verilən hallardan həmçinin taksi sürücülərinin sığorta ilə bağlı bilməli olduqları məqamlardan danışdıq.
Qız qalasının tarixi 12-ci əsrdən daha əvvələ aiddir I Zaman maşını #53 19.12.2024 35:57
"Zaman maşını"nda qonağımız olan elmlər doktoru, professor, memar Elçin Əliyev ilə Bakının qədim və müasir memarlıq abbidələrindən, Qız qalasının tarixindən danışdıq.
Messinin gəlməsi Azərbaycana nə qazandırdı? l Şəhər adamı #38 19.12.2024 36:59
"Şəhər adamı"nda qonaq olan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə ilə təşkil etdiyi bir çox uğurlu layihələrdən, “CinemaPlus” kinoteatrlarının fəaliyyətindən və digər maraqlı məqamlardan danışdıq.
Yol tənzimlənməsində yenilik gözlənilən yollar 19.12.2024 34:00
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə qəzaların daha çox baş verdiyi küçə və prospektlərdən, qəzaların əsas səbəblərindən həmçinin yol tənzimlənməsində yenilik gözlənilən yollardan danışdıq.
Babam Bakının məşhur xaş bişirənlərindən olub/Qarınqulu I Zaman maşını #52 18.12.2024 33:10
"Zaman maşını"nda qonağımız olan yemək bloqeri Miryusif Mirzəzadə ilə aşpazlığa olan həvəsindən, əti yumşaldan vasitələrdən, müxtəlif ölkələrdə olan yeməklərdən danışdıq.
"Sanki Qədim Yunanıstanı gəzirdim" I Yol əhvalatı #521 18.12.2024 34:29
"Yol Əhvalatı"nda qonağımız olan fotoqraf, səyahətçi Kəmalə İsayeva etdiyi səyahətlərdən, fotoqraf peşəsinin müsbət və mənfi tərəflərindən və digər maraqlı məqamlardan danışdı.
Mübahisəli cərimələr: Sürücülərin problem yaşadıqları qaydalar 18.12.2024 39:19
"Qaydaları Pozma"da BŞDYPİ-nin inpsektoru polis mayoru Fuad Sultanovla birlikdə ən çox pozulan qaydalardan danışdıq, həmçinin sürücülərin qaydalarla bağlı suallarını cavablandırdıq, mübahisə doğuran məqamları aydınlaşdırdıq.
Bəzi qəzəllərimiz yanlış bilinir I Zaman maşını #51 17.12.2024 29:55
"Zaman maşını"nda qonağımız olan Əməkdar incəsənət xadimi, xanəndə Hacı Aqil Məlikov ilə yanlış bilinən qəzəllərdən, qafiyələrdən, bəhrlərdən və s. danışdıq.
Həyat nədir? Fəlsəfə buna cavab tapıb? I Zaman maşını #50 17.12.2024 37:52
"Zaman maşını"nda qonağımız olan fəlsəfə doktoru, sosiologiya akademiyasının rəhbəri Mail Yaqub ilə həyat haqqında olan müxtəlif fəlsəfi fikirlərdən, xeyir və şərdən və s. danışdıq.
Ətrin qalıcı olması üçün nə etmək lazımdır? l Şəhər adamı #37 17.12.2024 37:11
"Şəhər adamı"nda qonaq olan "Nurlu Perfume Lab"ın təsisçisi, ətriyyatçı Qoşqar Nurlu Azərbaycanda ilk parfum laboratoriyasını yaratmasından, individual parfumların hazırlanmasından və digər maraqlı məqamlardan danışdıq.
Avtomobilllər haqqında miflər və həqiqətlər 17.12.2024 37:46
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə avtomobillər və sürücülər barədə ən çox eşidilən fikirlərdən, miflərdən, həmçinin avtomobillərin qışa hazırlığından, sürücülərin diqqət etməli olduqları məqamlardan danışdıq.
"Hər kəs öz bildiyi işi görməlidir" I Danışır Sahibkar 17.12.2024 34:01
"Danışır Sahibkar"da qonaq olan "KLAUS PLAST" MMC-nin direkoru Mübariz Cavad biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.