Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1000 episodes

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Author

Avto FM 107.7

Category

Leisure

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Sinqapurda 120-dən çox metrostansiya var I Yol əhvalatı #554 28.04.2025

"Yol əhvalatı"nda qonağımız olan Vüqar Quliyev ilə yay mövsümündə gediləcək yerlərdən, asan viza almağın yollarından, İspaniya, Sinqapur səyahətlərindən və s. danışdıq.

Təmirə verilən avtomobil zədələnibsə, sığorta ödəniş edəcək? 28.04.2025

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə təmirdə və ya dayanacaqda baş verən hadisələr, onların sığorta təminatı haqqında danışdıq.

İçərişəhər xalçalara bürünəcək! I Şəhər adamı #70 25.04.2025

"Şəhər adamı"nda qonaqlarımız olan  "Azərxalça" ASC -nin mətbuat katibi Xatuna Bağırova və "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin kommunikasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zinyət Brumenfard ilə 2-4 may tarixlərində keçiriləcək Beynəlxalq Xalça Festivalı haqqında danışdıq.  

Nə etsək, yollarda sıxlıqda qalmarıq? 24.04.2025

"Qaydaları pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə sürücülərin yollarda sıxlığa səbəb olan hərəkətləri haqqında müzakirə etdik.

Yunanıstanda akropola daxil olmadım I Yol əhvalatı #553 24.04.2025

"Yol əhvalatı"nda qonağımız olan Tural Kişibalayev ilə Portuqaliyadan, Yunanıstandakı avtomobillərin kirayəsindən, akropola daxil olmama səbəbindən və s. danışdıq.

Maldiv adalarına səyahət edən turistlər nələri bilməlidirlər? I Yol əhvalatı #552 24.04.2025

"Yol əhvalatı"nda qonaqlarımız olan səyahətçilər Nigar İzzətova və Elmin Qurbanov ilə Maldiv adalarına səyahətdən, Maldiv adalarında əyləncədən, otellərin qiymətlərindən və s. danışdıq. 

İctimai nəqliyyatda sizi nə narahat edir? 23.04.2025

"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə ictimai nəqliyyatın fəaliyyəti haqqında müzakirə edib, dinləyiciləri narahat edən məqamlardan danışdıq.

Uşaqları telefondan uzaq tutun! I Şəhər adamı #69 22.04.2025

"Şəhər adamı"nda qonağımız olan defektoloq-loqoped Esmira Kazımova ilə uşaqlara düzgün tərbiyədən, düzgün danışıqdan və s. danışdıq.

Piyadalar qəzaya necə səbəb olurlar? 22.04.2025

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə piyadalar və onların yollarda qəzalara səbəb ola biləcək davranışları haqqında danışdıq.

Biznes qurmaq istəyənlər nələri bilməlidirlər? I Şəhər adamı #68 21.04.2025

"Şəhər adamı"nda qonağımız olan sahibkar Fəridə Əsgərzadə ilə Azərbaycanda sahibkarlığın inkişafından,  alıcıların reaksiyasından, uğurlu biznes və marketinqdən və s. danışdıq.

Marafon qaçışı üçün yaş önəmli deyil I Yol əhvalatı #551 21.04.2025

"Yol əhvalatı"nda qonağımız olan "Ironman" Firdovsi Kərimov ilə sağlam olmağın sirrindən, soyuq və buzlu suya girməyin faydasından, "Marafon" klubu ideyasından və s. danışdıq.

"Avtomobil idarə etmək əyləncə ola bilməz" 21.04.2025

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə avtomobil idarə etməyin məsuliyyətlərindən, səhhətində problem olan sürücülərin sükan arxasında diqqət etməli olduqları məqamlardan danışdıq.

Sığorta təbii fəlakətlərin verdiyi zərəri qarşılayır? 18.04.2025

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə təbii fəlakətlər baş verdiyi hallarda sığorta təminatı haqqında danışdıq və dinləyicilərlə müzakirələr etdik.

4-cü sənaye inqilabı nədir? IŞəhər adamı #67 17.04.2025

"Şəhər adamı"nın qonaqları olan 4SİM-in Təhlil və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi və 4SİM-in Mətbuat Katibi Kamil Piriyev ilə sənaye inqilabının nə olduğundan, insan kapitalının inkişafından, "Startup" layihələrindən və s. danışdıq.

Nəqliyyatın yağışla sınağı 17.04.2025

"Qaydaları pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə güclü külək və yağışlı hava şəraiti səbəbindən paytaxt yollarında yaranan çətinlik, problemlər və onların həlli barəsində danışdıq.

Yağışlı havada sürücülər nələrə diqqət etməlidirlər? 16.04.2025

"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə sürücülərin yağışlı hava şəraitində üzləşdikləri problemləri müzakirə edib, diqqət etməli olduqları məqamlardan danışdıq.

Xaricdə olarkən telefonlarınızdan ehtiyyatlı olun! I Yol əhvalatı #550 16.04.2025

"Yol əhvalatı"nda qonağımız olan psixoloq, yoqa müəllimi Nərgiz Əliyeva ilə İtaliya və İspaniya səyahətləri zamanı oğurluq hadisələrindən, başına gələn ən maraqlı əhvalatlardan danışdıq.

Siz özünüzü peşəkar sürücü hesab edirsiniz? 15.04.2025

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə peşəkar sürücünün xüsusiyyətlərindən danışıb, dinləyicilərlə bu mövzuda müzakirələr etdik.

Erkən rezervasiya etməklə ödənişi hissəli ödəyə bilərsiniz! I Yol əhvalatı #549 15.04.2025

"Yol əhvalatı"nda qonağımız olan turizm üzrə mütəxəssis Çinarə Nəbiyeva ilə erkən rezervasiyaların önəmindən, Türkiyədə gediləcək ən maraqlı istiqamətlərdən, və qiymətlərdən danışdıq.

Bali səyahətini planlaşdıranlar nələri bilməlidirlər? I Yol əhvalatı #548 14.04.2025

"Yol əhvalatı" rubrikasının qonağı Ruhanə Əhmədova iş fəaliyyətindən, Çinin dəmir yollarından, qidalanmasından, Bali səyahəti zamanı yoluxan xəstəlikdən və digər maraqlı məqamlardan bəhs etdi.

Qəzalardan dərs çıxara bilirik? 14.04.2025

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə ölkə ərazisində baş verən qəzalara səbəb olan yol hərəkəti qaydalarının pozuntusu və sürücülərin yollarda daha çox diqqət etməli olduqları yol hərəkəti qaydalarından danışdıq.

Kasko sığortası hansı hallarda ödəniş etmir? 11.04.2025

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə kasko sığortasının əhatə dairəsi, ödəniş etmədiyi hallar və işləmə prinsiplərindən danışdıq.

Azərbaycanın boşanmaların sayına görə Avropada üçüncü olmasının səbəbi nədir? l Şəhər adamı #66 11.04.2025

"Şəhər adamı"nın qonağı psixoloq Lalə Allahverdiyeva kişi-qadın münasibətlərindən, boşanmaların səbəblərindən, qadınların həmişə qurban kimi göstərilməsindən və manipulyasiyalardan, çoxlu şəxsiyyət və "borderline" pozuntularından və digər maraqlı məqamlardan bəhs etdi.

Yollarda süni tıxaclar necə yaranır? 11.04.2025

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə yollarda yaranan süni tıxaclar, səbəb olduğu problemlər və onların hərəkətə təsirindən danışdıq. 

Sürücülər tərəfindən ən çox hansı qaydalar pozulur? 10.04.2025

"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Elməddin Muradlı ilə birlikdə sürücülərin ən çox pozduqları yol hərəkəti qaydaları, bu pozuntuların yaratdıqları təhlükələrdən danışdıq.

Listen to the Avto FM 107.7 podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.