Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Sürücülər yolayrıcılarında hansı səhvləri daha çox edirlər? 20.05.2025 31:07
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə yolayrıcılarını təhlükəsiz keçmə qaydalarından, sürücülərin tıxaclara səbəb olan hərəkətlərindən danışdıq.
Təkcə fitnesslə arıqlamaq mümkün deyil! I Şəhər adamı #79 20.05.2025 31:26
"Şəhər adamı"nda qonağımız olan reabilitoloq, fitness məşqçisi Əli Mərdanov bizə idmanın faydalarından, düzgün qidalanmaqdan, idman və qidalanmanın balansından və s. danışdı.
Bu hallarda avtomobil idarə edərkən diqqətli olmaq lazımdır! 19.05.2025 34:52
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə sürücülərin hansı hallarda avtomobil idarə edərkən diqqətli olmalı olduqlarından, yolda sürət həddinin aşılması nəticəsində yaranan problemlərdən danışdıq.
Güllərə düzgün qulluq: "Qadın xoşbəxtliyi" I Şəhər adamı #78 19.05.2025 37:59
"Şəhər adamı"nda qonağımız olan bitki mütəxəssisi Rufan Əmiraslanov bizə müxtəlif bitkilərə qulluqdan, bitkilərin latıca adlarından və s. danışdı.
Sığorta məbləği necə müəyyən edilir? 16.05.2025 28:50
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə qəza baş verdikdə sığorta təminatı və sığorta məbləğinin necə müəyyən edilməsi haqqında müzakirə etdik.
Çindən yüklərin daşınmasında nələrə diqqət edək? I Şəhər adamı #77 16.05.2025 10:57
"Şəhər adamı"nda qonağımız olan "166 yükdaşıma xidməti"nin logistika üzrə mütəxəssisi Tamraz İsgəndərov ilə Çindən yüklərin daşınmasından, "166 yükdaşıma xidməti"nin üstünlüklərindən, avtomobillərin Bakıya gətirilmə prosesindən və s. danışdıq.
Yüksək sürət qəzanın əsas səbəbidir? 15.05.2025 32:57
"Qaydaları pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə müşahidə kameraları əsasında yüksək sürət həddinin səbəb olduğu yol hərəkəti hadisələri haqqında danışdıq.
İnvoys maliyyələşmə krediti nədir? I Şəhər adamı #76 15.05.2025 27:03
"Şəhər adamı"nda qonaqlarımız olan ABB-nin Korporativ və KOS istiqamətində məhsul sahibləri Elvin Tahirov və Kamran Budaqlı bizə, ABB-də online biznes krediti almaqdan, rəqəmsal biznes kreditinə müraciətdən, maksimal kredit məbləğindən, invoys maliyyələşmə kreditinin nə olduğundan, prosesin mərhələlərindən və s. danışdılar.
Ölkəmizə gələn turistlərə necə davranmaq lazımdır? I Yol əhvalatı #557 14.05.2025 35:28
"Yol əhvalatı"nda qonağımız olan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasında Gəlmə Turizm Komitəsinin Sədri Cəmilə Əliyeva bizə ölkəmizə gələn turistlərdən, onlara necə davranmalı olduğumuzdan, turizm sahəsindən və s. danışdı.
Yol mədəniyyəti necə olmalıdır? 13.05.2025 32:07
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə yol iştirakçılarının mədəniyyət qaydaları, onların hərəkət zamanı daha çox etdikləri qayda pozuntuları haqqında danışdıq.
Ölkəmizdə gənclərin inkişafı üçün hansı tədbirlər görülür? I Şəhər adamı #75 13.05.2025 34:27
"Şəhər adamı"nda qonağımız olan Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov bizə gənclər üçün yaradılan şəraitlərdən, onlara göstərilən dəstəkdən və Sinqapur səyahəti zamanı başına gələn maraqlı hadisələrdən danışdı.
III MDB Oyunları hansı bölgələrdə keçiriləcək? I Şəhər adamı #75 12.05.2025 24:53
"Şəhər adamı"nda qonağımız olan Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Milli mətbuat katibi Arzu Hüseynova bizə III MDB Oyunlarına hazırlıq prosesindən, oyunların hansı bölgələrdə keçiriləcəyindən, iştirakçıların sayından və s. danışdı.
Qarantiya məhsulları müştərilərə hansı şərtlərlə təqdim olunur? I Şəhər adamı #74 08.05.2025 25:06
"Şəhər adamı"nda qonaqlarımız olan ABB-nin Korporativ və KOS istiqamətində məhsul sahibləri Orxan Süleymanov, Şükür Quliyev, Samir Ağayev bizə ABB-də qarantiyanın növlərindən, rəqəmsal məhsullardan istifadə şərtlərindən, təcili qarantiyadan, "Fayda Biznes" loyallıq layihəsindən, keşbek qazanma mexanizminin necə işlədiyindən və s. barədə danışdılar.
Sürücülərin velosipedçilərə qarşı münasibəti necə dəyişməlidir? 08.05.2025 32:29
"Qaydaları pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə paytaxtda velosipedçilərin rahatlığı və mikromobilliyin inkişafı, velosipedçilər və sürücülər haqqında danışdıq.
Yeni başlayan sürücülər ən çox hansı səhvləri edirlər? 07.05.2025 32:47
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə yeni başlayan sürücülərin daha çox etdikləri yanlışlar, qəzaya səbəb ola biləcək qayda pozuntuları haqqında danışdıq.
Mərkəzi Amerika ölkələrinə səyahət turistlər üçün əlverişlidir? I Yol əhvalatı #556 07.05.2025 30:10
"Yol əhvalatı"nda qonağımız olan səyahətçi Minay Məsimova bizə Londondan, Qvatemala və Mərkəzi Amerika səyahətindən, Qətər və digər Yaxın Şərq ölkələrinə səyahətdən və s. danışdı.
Sükan arxasında ayıq olmayan sürücü hansı problemləri yaradır? 07.05.2025 36:42
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə sərxoş halda avtomobil idarə etməklə yol hərəkəti qaydalarını pozan, qəzalara səbəb olan sürücülər və yol hadisələri haqqında danışdıq.
Çinə səyahət edən turistlər hansı problemlərlə üzləşə bilərlər? I Yol əhvalatı #555 05.05.2025 30:55
"Yol əhvalatı"nda qonağımız olan turizmçi Nurlana Həsənova bizə Azərbaycanda turizm xidmətlərinin inkişafından, yayda insanların hansı ölkələrə üz tutduğundan, Çin səyahəti zamanı hansı problemlərlə üzləşdiyindən və Şri-Lanka səyahətindən danışdı.
Sığorta avtomobilin sahibindən başqa idarə edən şəxs üçün də keçərlidir? 02.05.2025 38:13
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə avtomobili sahibindən başqa biri idarə etdiyi müddətdə baş verən qəzanın sığorta təminatı barəsində müzakirə etdik.
Aktyor olmaq istəyənlər niyə görə universitet təhsili almalıdırlar? I Şəhər adamı #73 02.05.2025 33:47
"Şəhər adamı"nda qonağımız olan Əməkdar artist Qurban Məsimov bizə incəsənət universitetindəki fəaliyyətindən, Bakıdakı aktyorluq məktəblərindən, müasir Azərbaycan kinosunun və serialının vəziyyətindən və öz maraqlı təcrübələrindən danışdı.
"Miles" kartları kimlər üçündür və işləmə prinsipi necədir? I Şəhər adamı #72 01.05.2025 17:45
"Şəhər adamı"nda qonağımız olan "ABB-AZAL Miles” baş məhsul sahibi Esmira Bəylərova ilə bank sahəsində karyeraya başlamağından, bank sahəsində işləyənlərə olan tövsiyələrindən, Mil kartları haqqında məlumatdan, "Co-brand" kartları ilə Mil kartları arasındakı fərqlərdən və s. danışdıq.
Geriyə hərəkət hansı halda qəzaya səbəb ola bilər? 01.05.2025 32:28
"Qaydaları pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə yol hərəkəti hadisələrinin əsas səbəbləri, geriyə hərəkət edib, yolun hərəkət hissəsində qəza şəraiti yaradanlar haqqında danışdıq.
Azərbaycan əhalisi ən çox hansı tip dekorasiyalara üstünlük verir? I Şəhər adamı #71 29.04.2025 23:35
"Şəhər adamı"nda qonağımız olan "Strafor kəsim" şirkətinin rəhbəri, dizayner Nahid Eminov strafor materialının üstünlüklərindən, toy və dekorasiya şirkətinin rəhbəri olmasından, müxtəlif festivallarda iştiraklarından və digər maraqlı məqamlardan danışdı.
Peşəkar sürücülük təlimçisi necə seçilməlidir? 29.04.2025 34:02
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücülük təlimçisinin hansı bilik və bacarıqlara sahib olması, sürücülük vərdişlərinin öyrədilməsində təlimçinin rolu, eləcə də bugünkü sürücülük kurslarında rast gəlinən problemlər haqqında müzakirə etdik.
Əyləncə, ya təhlükə? Azyaşlıların yol qəzaları. 28.04.2025 34:31
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə azyaşlıların yollarda törətdikləri yol hadisələri və valideyn məsuliyyətindən danışdıq.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.