Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Bezoek zeker de website van de podcast en steun de maker: www.spreaker.com

Auteur

Avto FM 107.7

Categorie

Leisure

Website van de podcast

www.spreaker.com

Nieuwste aflevering

30 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

Hansı kosmetik prosedurlar vacibdir? 10.05.2024

"Faydalı saat" verilişində həkim-kosmetoloq Nigar Rüfətlə birlikdə ən çox müraciət olunan prosedurlardan, kosmetik prosedurlar üçün ən ideal yaşdan, üzə yanlış müdaxilənin fəsadlarından, keyfiyyətli məhsullardan danışdıq.

Çində turistləri izləyirlər I Yol əhvalatı #447 08.05.2024

Bu günkü qonağımız "Smart control" şirkətinin təsisçisi Aqil Ömərli Çində olan yeni texnologiyalardan,Danimarkada qəbirlərin maraqlı formasından və səyahətləri zamanı başına gələn maraqlı əhvalatlardan danışdı.

Yüksək qan təzyiqinə səbəb olan faktorlar 08.05.2024

"Faydalı saat" verilişində kardioloq Ziya Səlimovla birlikdə qan təzyiqindən, qan təzyiqinin yüksəlməsinə səbəb olan hallardan, ürək xəstəliklərindən danışdıq.

Yağışlı hava avtomobil idarə etməyinizə təsir edir? I Yolayrıcı 07.05.2024
Hansı zolaq daha təhlükəsizdir? 07.05.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə yollarda ən təhlükəsiz zolaqdan, zolağı düzgün seçə bilməyən sürücülərdən, paytaxtın müxtəlif küçələrində zolaq problemindən danışdıq.

Köpdən xilas olmağın yolları 07.05.2024

"Faydalı saat" verilişində qastroenteroloq Nərmin Musayeva köp yaradan səbəblərdən və qidalardan, köpdən xilas olmağın yollarından, həzm sisteminin pozulması hallarından, oturaq həyat tərzinin mədə-bağırsaq sisteminə təsirindən, su qəbulu üçün ən ideal saatlardan danışdı.

Sinqapurda təhsil və səyahət I Yol əhvalatı #446 07.05.2024

Qonağımız, filologiya üzrə fəlsəfə doktoru,İCF tələbə və valideyn kouçu, Günay Məmmədova təhsillə bağlı Sinqapur və İsveçrə səfərlərindən və həmçinin fərqli ölkələrdə olan təhsil sistemindən danışdı.

"Zipline" etmək üçün son sözlərini deməlisən I Yol əhvalatı #445 06.05.2024

Bu günkü qonaqlarımız Elnarə Qurbanova və Elvira Osmanova birlikdə səyahət etdikləri Ras-Əl-Xayma, Dubay və Şri-Lankada başlarına gələn maraqlı əhvalatları bizimlə bölüşdülər.

"Sürücülərin ən çox qarşılaşdıqları qayda pozuntuları 06.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli paytaxtda ən çox yol verilən qayda pozuntularından, iradları qəbul etməyən sürücülərdən danışdı və dinləyicilərin yol hərəkəti qaydaları ilə bağlı suallarını cavablandırdı.

Epilepsiya: Doğru bildiyimiz yanlışlar 06.05.2024

"Faydalı saat" verilişinin qonağı beyin və sinir cərrahı Tural Rəhimli ilə birlikdə epilepsiyanın xüsusiyyətlərindən, əməliyyata uyğun olan vəziyyətlərdən, müalicə dövründən və avtomobil qəzaları zamanı xəsarət alanlara ilk doğru tibbi yardımdan danışdıq.

Danışır sahibkar I Murad Əliyev 06.05.2024

Bu gün "Danışır sahibkar" da qonaq olan "Sufle" MMC-nin direktoru Murad Əliyev, biznesin inkişafından, nə qədər maliyyə lazım olduğundan və biznesi böyütməyin yollarından danışdı.

Bakıda parklanma problemi 03.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə səkiləri zəbt edən sürücülərdən, paytaxtda parklanma probleminin ən çox yaşandığı ərazilərdən, parklanma qaydalarını pozan sürücüləri gözləyən cəzalardan danışdıq.

Yaşamaq üçün ideal ölkələr I Yol əhvalatı #444 03.05.2024

Bu günkü qonağımız  Mehriban Həsənova İtaliya,ABŞ,Vyana,İspaniya,Yunanıstan və Brüsseldə yaşadığı maraqlı hadisələri bizimlə bölüşdü.

D vitamini azlığını necə aradan qaldıraq? 03.05.2024

"Faydalı saat" verilişində həkim-dietoloq Tutu Zeynalova vitamin defisitlərindən, D vitamini azlığına səbəb olan hallardan, vitamin müalicəsi dövründən danışdı və bir sıra faydalı məlumatlar səsləndirdi.

Fotosessiya üçün ideal yerlər I Yol əhvalatı #443 02.05.2024

Qonağımız, fotoqraf Əfsər Mirzəyev İtaliya,Dubay və İzmirdə fotosessiya zamanı başına gələn maraqlı hadisələrdən danışdı.

28 milyarderin olduğu ölkə I Yol əhvalatı #442 02.05.2024

"Yol əhvalatı" da qonağımız olan Lamiyə Xəlilova Cənubi Koreya,İtaliya,Fransa,Almaniyada yaşadığı maraqlı sərgüzəştləri bizimlə bölüşdü.

Cərimə meydançasına hansı hallarda aparıla bilərsiniz? 02.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və "Qanuna Zidd" layihəsinin rəhbəri Hüseyn Məmmədzadə ilə birlikdə avtomobillərin cərimə meydançasına aparıldığı hallardan danışdıq, sürücülərin suallarını cavablandırdıq.

Uşaqlarda boy və artıq çəki probleminin səbəbləri 02.05.2024

"Faydalı saat" verilişində uşaq endokrinoloqu Ləman Sultanova ilə birlikdə uşaqlarda artıq çəki problemindən, rejimsiz qidalanmağın səbəb olduğu hallardan, azyaşlılarda boy qısalığı hallarından danışdıq.

Sürücülər yolayrıcı qaydalarına əməl etməkdə niyə çətinlik çəkirlər? 01.05.2024

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə yolayrıcı qaydalarına əməl edə bilməyən sürücülərdən, qəza işıqlarının düzgün istifadə edilməməsi hallarından danışdıq.

Pis sürücü yaxşı sürücüdən hansı cəhətləri ilə fərqlənir? 01.05.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə yaxşı və pis sürücülərdən, onların xüsusiyyətlərindən danışdıq. 

Autizm: Əlamətləri və müalicəsi 01.05.2024

"Faydalı saat" verilişində psixoloq Leyla Əli ilə birlikdə autizmin fərqliliyindən, səbəblərindən, autizmi digər sindromlardan fərqləndirən əsas əlamətlərdən və müalicəsindən danışdıq.

Məhsul harada xarab olur: istehsalda, marketdə, yoxsa mətbəximizdə?   30.04.2024

Avto FM-də yayımlanan "Faydalı saat" verilişində Tutu Zeynalova Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevlə birlikdə düzgün saxlanılmayan məhsullardan, süd məhsullarının istifadə müddətindən, mətbəximizdə zərərə çevrilən qidalardan danışdı.

Danışır sakibkar I Səkinə Babayeva 30.04.2024

"Danışır Sahibkar"- da qonağımız olan "Bakı Tekstil Fabriki" MMC-nin direktoru, AQSİA-nın sədri Səkinə Babayeva qadın sahibkar olmağın üstün və mənfi cəhətlərindən danışdı.

Bosniyanın ən turistik yeri - Kraviçe şəlaləsi I Yol əhvalatı #441 29.04.2024

"Yol Əhvalatı"nda qonaq olan Səkinə Məmmədova, Dubay, Montenegro, Bosnia  haqqında maraqlı və faydalı  fikirlərini bizimlə bölüşdü. 

Avtomobil idarə edərkən əsəbiləşməmək üçün psixoloqdan tövsiyələr... 27.04.2024

Verliş: Qaydaları pozma Aparıcı: Sevər Hüseynova Qonaqlar: BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və Psixoloq Nizami Orucov sürücülərin  aqressiv idarəetmə səbəblərindən danışdılar və öz tövsiyyələrini verdilər...

Luister naar de podcast Avto FM 107.7 in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds