Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Bezoek zeker de website van de podcast en steun de maker: www.spreaker.com
Auteur
Avto FM 107.7
Categorie
Website van de podcast
Nieuwste aflevering
30 okt. 2026
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
Sıxlıq problemi öz həllini tapacaq? 06.06.2024 38:53
"Qaydaları pozma" verilişimizdə BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə paytaxtdakı sıxlığın səbəbləri və həlli yollarından danışdıq.
Kralın evinə getdik I Yol əhvalatı #460 06.06.2024 22:51
"Yol əhvalatında qonağımız Nilufər Qara Skandinaviya ölkələrində insanların həyat tərzi barədə bizə danışdı.
Körpəniz doğulduqdan sonra xəstəxanadan “topuq testi” tələb edin 05.06.2024 39:54
"Faydalı saat" verilişində qonağımız Səhiyyə Nazirliyinin genetik məsələlər üzrə eksperti, doktor Zakir Bayramov ilə evlilik öncəsi genetik testlərin verilməyinin lazım olduğundan, körpə uşaqların doğulduqdan sonra mütləq dabanından qan alınmasının vacibliyindən, genetik xəstəliklərdən qorunmağın yollarından danışdıq.
Hava limanından 2 gün çıxa bilmədim I Yol əhvalatı #459 05.06.2024 32:10
"Tam vaxtı" verilişimizdə qonağımız İlkin Həsəni Laçınla bağlı təəssüratlarından və İspaniyanın Sevilya şəhərindəki başına gələn maraqlı macəralarından bizə danışdı.
Sükan arxasındakı aqressivliyimiz bizi qəzaya sala bilər? 04.06.2024 38:31
"Qaydaları pozma" verilişimizdə Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə sürücülərin aqressivliyinin səbəbi barədə danışdıq.
Uşaqları qəzalardan necə qoruyaq? 04.06.2024 34:44
"Qaydaları pozma" verilişimizdə BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli və uşaq Hüseynov Nihat ilə yollarda uşaqları qorumağın üsullarından danışdıq.
Qalxanabənzər vəzi xəstəliklərinin qarşısını necə alaq? 04.06.2024 39:50
Faydalı saat" verilişində endokrinoloq Ayna Süleymanova ilə arıqlamağa mane olan hormonlardan, zərərli preparatlardan, qalxanabənzər vəzinin funksiyasından və endokrin sistem problemlərindən danışdıq.
Hindistanda bayramlarda toy etmirlər I Yol əhvalatı #458 03.06.2024 34:44
Bu günkü qonağımız Sevil Rəsulzadə ilə birlikdə Hindistanın bir çox şəhərləri haqqında danışdıq.
Qidaları düzgün şəraitdə necə saxlayaq? 03.06.2024 39:57
"Faydalı saat" verilişində "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəli ilə birlikdə təhlükəli qidalardan, qidaların düzgün saxlanma şəraitindən, günümüzdə gənclərin məşğuliyyətindən danışdıq.
Avtomobilinizin rəngini nəyə əsasən seçirsiniz? I Yolayrıcı 03.06.2024 32:42
Bu gün "Yolayrıcı" da avtomobilin rənginin xarakterimizə təsirindən,dünyada ən populyar avtomobil rənglərindən danışdıq.
Portuqaliyada da cehiz verilir I Yol əhvalatı #457 31.05.2024 30:49
Qonağımız Mədinə Şahmuradlı Portuqaliyada qış aylarında istilik sistemi olmadığından insanların odun qırıb isinməsindən və Niderlandda insanların yaşayış tərzindən bizə danışdı.
Kruiz seçərkən nələrə diqqət edək? #456 30.05.2024 35:01
Qonağımız Vüqar Quliyev kruiz səyahətinin üstünlüklərindən, VİP turların təşkilindən, kruiz səyahətində diqqət edilməsi lazım olan məqamlardan danışdı.
Vaxtında edilən mammoqrafiya müayinəsi həyatınızı xilas edə bilər! 30.05.2024 43:25
"Faydalı saat" verilişində tibb üzrə fəlsəfə doktoru, mammoloq-cərrah Kəmalə Əliyeva ilə birlikdə onkoloji xəstəliklərin yeni müalicə üsullarından, süd vəzi xərçəngi yarada biləcək qidalardan, süd vəzi xərçənginin ilkin mərhələsinin simptomlarından danışdıq.
Özünəgüvən problemini aradan qaldırmaq üçün nələr etməliyik? 30.05.2024 43:35
"Faydalı saat" verilişində psixoloq Leyla Əliyeva ilə birlikdə insanların xarakter dəyişkənliyindən, xarakteri formalaşdıran amillərdən,özünəgüvən probleminə qalib gəlməyin yollarından danışdıq.
İpoteka üçün minimal ilkin ödəniş nə qədər olmalıdır? I İş saatı #2 30.05.2024 23:45
Qonaqlarımız, ABB-də Pərakəndə seqment sahəsinin baş mütəxəssisi Anar Hüseynov və ABB-də İpoteka sahəsi üzrə məhsul sahibi olan Vüsal Bağırov ilə sərfəli ipoteka şərtləri barədə danışdıq.
Danışır sahibkar I Aydan Hacıyeva 30.05.2024 29:54
Qonağımız Aydan Hacıyeva qadın sahibkar olmağın üstün və mənfi cəhətləri barədə danışdı.
Yay aylarında dəri xəstəliklərindən necə qorunaq? 25.05.2024 42:09
"Faydalı saat" verilişində dermatoonkoloq uzman Mehdi İskəndərli ilə birlikdə dəri xərçənginin əlamətlərindən, müayinə və müalicəsindən, dəri xərçəngi olma ehtimalı çox olan şəxslərdən, yay aylarında dərini qorumağın yollarından, dəridəki ləkələrdən və müxtəlif dəri xəstəliklərindən danışdıq.
17 000-dən çox adası olan ölkə I Yol əhvalatı #455 24.05.2024 33:14
Qonağımız Nərgiz Məmmədova İndoneziyada səyahət etdiyi adalardan, Saxara səhrasında dəvə ilə 7 saatlıq gəzintisindən bizə danışdı.
Niyə qəzaların əksəriyyətini sürücülük təcrübəsi çox olanlar törədir? 24.05.2024 1:02:12
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə yolları yaxşı tanıyan sürücülərin arxayınlığından, sürücü məsuliyyətsizliyinin yaratdığı təhlükələrdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
Sağlam ağciyərlər üçün tütündən necə imtina edək? 24.05.2024 39:17
"Faydalı saat" verilişində Tütünlə Mübarizə Günü ilə bağlı pulmonoloq Çağla Xurşud Hüseynova ilə birlikdə maraqlı və faydalı söhbətimiz oldu. Siqaret istifadəsi bizdən nələri alır? Elektron siqaretin bilmədiyimiz mənfi təsirləri Siqaretdən imtina niyə çətin görünür? Tütündən imtina etmək üçün vasitələr
Paytaxtın hansı küçələrində hərəkətin təşkilində problem var? 23.05.2024 1:03:38
"Qaydaları Pozma" layihəsində bu dəfə paytaxtın yol hərəkətində olan dəyişiklikləri, sürücülərin problem yaşadığı küçə və prospektləri BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və AYNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Samir Məhərrəmovla birlikdə müzakirə etdik.
"Miles" kartların üstünlükləri I İş saatı #1 23.05.2024 23:46
Qonağımız ABB-nin əməkdaşı Anar Hüseynov "Miles" kartların üstünlüyündən,sadə və premium kartların fərqindən danışdı.
Qaraciyərimizi hepatitlərdən və yağlanmadan necə qoruyaq? 23.05.2024 42:04
"Faydalı saat" verilişində hepatoloq Hicran Xıdırova ilə birlikdə qaraciyər sağlamlığından, hepatitlərin xüsusiyyətlərindən və onlardan qorunmaq yollarından, qaraciyəri xəstə edən faktorlardan danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
Qeyri-peşəkar turizm agentliklərinə aldanmamaq üçün nə etmək lazımdır? I Yol əhvalatı #454 23.05.2024 31:27
Qonaqlarımız, Air Arabianın ölkəmizdəki nümayəndəsi Zöhrab Əliyev və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, turizm agentliyi seçərkən diqqət edilməli məqamlar barədə ətraflı danışdılar.
Səhra və okeanın birləşdiyi yer I Yol əhvalatı #453 23.05.2024 27:41
Qonağımız fotoqraf Əli Əkbər Namibiyaya getməyin yollarından və qəbilənin tərkibində yaşamaq təcrübəsindən söhbət açdı.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds