Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Bezoek zeker de website van de podcast en steun de maker: www.spreaker.com
Auteur
Avto FM 107.7
Categorie
Website van de podcast
Nieuwste aflevering
23 okt. 2026
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
Gənclər arasında səsləndirmə sənətinə maraq varmı? l Şəhər adamı #54 19.02.2025 40:45
"Şəhər adamı"nda qonaqlarımız olan səs aktyorları Xələf Cəfərov və Kübra Kərimli ilə səsləndirmə sənətindən, bu sahədə olan gənc nəsildən və digər maraqlı məqamlardan danışdıq.
Teatr hər kəs üçün olmalıdır! I Zaman maşını #81 19.02.2025 34:48
"Zaman maşını"nda qonağımız olan xalq artisti, "M. Teatr"ın bədii rəhbəri Vidadi Həsənov teatr binalarından, "M.Teatr"nın yaranma hekayəsindən, aktyorların maddi vəziyyətindən və digər maraqlı məqamlardan danışdı.
Dumanlı hava şəraitində necə davranmaq lazımdır? 18.02.2025 41:00
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə qəza şəraiti yaradan amillərdən, sürücülərin bu hallara hazırlıq olmasından, dumanlı hava şəraitində sürücülərin bilməsi lazım olan əsas məqamlardan danışdıq.
Azərbaycanda sosial media ilə bağlı hansı problemlər var? I Zaman maşını #80 18.02.2025 33:02
"Zaman maşını"nda qonağımız olan marketoloq və “Harda Media” proyektinin təsisçisi Cavid Süleymanlı marketoloqluq peşəsindən, sosial media qaydaları və alqoritmlərdən, auditoriyasından, yaradıcı azadlığından və digər maraqlı məqamlardan danışdı.
"Coldplay" qrupunun Əbu-Dabi konsertində anlaşılmayan zarafatı I Yol əhvalatı #535 17.02.2025 29:36
“Yol əhvalatı" rubrikasının qonağı səyahətsevər Nərgiz Əliyeva xaricə etdiyi səyahətlərdən, gəzdiyi müzeylərdən, freelancer olaraq turizm sektorunda çalışmasından, xaricdə olan konsertlər üçün düzgün planlamaların edilməsindən və digər maraqlı məqamlardan danışdı.
Son dövrlərdə hansı interyer dizayn üslubları dəbdədir? I Zaman maşını #79 17.02.2025 34:16
"Zaman maşını"nda qonağımız olan “08 Design Studio”, “Phidias Academy” şirkətlərinin sahibi, interyer dizayner Rafiq Abbasov arzuolunan müştəri anlayışından, son dövrdə məhşur olan dizayn üslubları və minimalizmdən, büdcə və keyfiyyət balansından və digər maraqlı məqamlardan danışdı.
Bakıda şəxsi avtomobildən imtina etmək üçün nə çatmır? 14.02.2025 41:35
"Qaydaları Pozma" verilişində velosipedçi, "İnsayönümlü şəhər" layihəsinin təmsilçisi Arzu Süleymanovla birlikdə Bakıda mobillik istiqamətində görülən işlərdən, şəxsi avtomobildən imtina etməyə mane olan amillərdən, velosiped yollarının müsbət təsirindən, Avropa ölkələri ilə müqayisədə görülən işlərin müsbət-mənfi tərəflərindən, tıxacları azaltmaq üçün görülə biləcək işlərdən danışdıq.
"Mövzusuz şeirlər ədəbiyyatı məhv edir" I Zaman maşını #79 13.02.2025 34:58
"Zaman maşını"nda qonağımız olan yazıçı, publisist Həmid Herisçi süni intellektən, ədəbiyyatın insanı xilas etməməsindən, öz yaradıcılığı və ədəbiyyatın və digər maraqlı məqamlardan danışdı.
Yollarda sürücülərin bir-birinə yaratdıqları problemlər 13.02.2025 40:52
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə yollarda sürücülərin bir-birlərinə yaratdıqları problemlərdən, dönmə işığından istifadə etməyən sürücülərin səbəb olduğu hallardan danışdıq.
Çin dilini bilmədən Çində yaşamaq mümkündür? I Yol əhvalatı #534 13.02.2025 37:04
“Yol əhvalatı" rubrikasının qonağı Leyla Şahmurlu Çində aldığı təhsildən, Çin dilini öyrənməsindən, Çinin ağır iş rejimindən və digər maraqlı məqamlardan danışdı.
"Fəlsəfə elm deyil" I Zaman maşını #78 12.02.2025 34:40
"Zaman maşını"nda qonağımız olan Filosof Müşfiq Ötgün Plutonun nəzəriyyəsindən, filosofların düşüncə tərzindən, fəlsəfə elminin dərinliyindən və digər maraqlı məqamlardan danışdı.
"Artıq Avropa səyahəti dəbdə deyil" I Yol əhvalatı #533 12.02.2025 40:41
“Yol əhvalatı" rubrikasının qonağı Həvva Səfərova səyahət etdiyi ölkələrdən, ölkəmizdəki qış turizmindən, mövcud olan biznesindən və digər maraqlı məqamlardan danışdı.
Bakıda sürücü piyadaya mane olur, yoxsa piyada sürücüyə? 12.02.2025 41:54
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru polis mayoru Fuad Sultanovla birlikdə Bakıda sürücü-piyada münasibətlərindən, onların törətdikləri təhlükələrdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
"Bəhruz Kəngərli ulu babamdır" I Zaman maşını #77 11.02.2025 36:37
"Zaman maşını"nda qonağımız olan “Kengerli Media Center” və “Kengerli and CO” dizayn şirkətinin təsisçisi Cəlal Kəngərli bu sahədəki ilk addımlarından, iş prinsiplərindən, başına gələn maraqlı hadisələrdən və digər maraqlı məqamlardan danışdı.
Vizual effekt və qrafik dizayn işləri göründüyü qədər asan deyil l Şəhər adamı #53 11.02.2025 32:20
"Şəhər adamı"nda qonaq olan "VFX Supervisor" Tural Səfərov (Pantural) öz sahəsinin çətinliklərindən, qrafik dizaynın gələcəyindən və digər maraqlı məqamlardan danışdı.
Bakıda kişi və qadın sürücülər arasında fərq varmı? 11.02.2025 37:21
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə paytaxt yollarında sürücülərin davranışlarından, kişi və qadın sürücülər arasında fərqlərdən danışdıq və sürücülüyə yeni başlayanlar üçün məsləhətlər səsləndirdik.
Kitab nəşriyyatı və tərcüməsi ilə bağlı hansı problemlərimiz var? I Zaman maşını #76 11.02.2025 34:26
"Zaman maşını"nda qonağımız olan "Qanun Nəşriyyatı" MMC- nin sahibi Şahbaz Xuduoğlu kitab nəşriyyatı ilə bağlı çətinliklərdən, kitab üzlükləri və çap keyfiyyətindən, milyarderlərin kitab həvəsindən və digər maraqlı məqamlardan danışdı.
Sürücülər hava şəraitinə nə dərəcədə uyğunlaşa bilirlər? 10.02.2025 42:13
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik leytenant Mübariz Ağayevlə birlikdə sürücülərin istənilən hava şəraitinə hazırlıqlı olmasından, fəslə görə təkərlərin fərqindən danışdıq.
İcbari sığorta müqaviləsinə hansı bəndlər əlavə edilə bilər? 10.02.2025 33:59
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə icbari sığorta şərtlərindən, icbari sığorta müqaviləsinə əlavə edilə biləcək bəndlərdən, sürücülərin narazı olduğu hallardan həmçinin elektrik və hibrid avtomobillərin sığrtası ilə bağlı fərqlərin olub-olmamasından danışdıq.
Badmintonun Azərbaycanda inkişafı l Şəhər adamı #52 10.02.2025 32:30
"Şəhər adamı"nda qonaq olan Badminton Federasiyasının Marketinq Departamentinin rəhbəri Aydan Məmmədhəsənova səyahət etdiyi ölkələrdən, badmintonun bilinməyən tərəflətindən, krossfit idman biznesindən və digər maraqlı məqamlardan danışdı.
"Bayağı məzmunlara sponsorlar daha müsbət yanaşır" I Zaman maşını #75 07.02.2025 36:36
"Zaman maşını"nda qonağımız olan "Üzləşmə" podkast layihəsinin rəhbəri və aparıcısı, biznesmen Hüseyn Nağıyev "Üzləşmə" podkastına gələn təhqir və tənqidlərdən, podkast hazırlayarkən tələb olunan xərclərin miqdarından, layihəyə sponsorların yanaşmasından və digər maraqlı məqamlardan danışdı.
Turizm şirkətləri insanlara necə kömək edir? I Yol əhvalatı #532 07.02.2025 37:32
"Yol Əhvalatı"nda qonağımız olan "PASHA Travel" şirkətinin gəlirlər üzrə baş direktoru Rüfət Bağırov hindistanlı turistlər və turizm partlayışından, kruiz səyahətlərinin üstünlüklərindən, alternativ turistik səyahət tövsiyyələrindən və digər maraqlı məqamlardan danışdı.
" "Leyli və Məcnun" operasını bütövlükdə miks etdim" I Zaman maşını #74 06.02.2025 33:36
"Zaman maşını"nda qonağımız olan "Döngə" qrupunun pianoçusu, "beatmaker" Maho Mirzəzadə musiqi təhsilindən, hazırladığı "beat"lərdən, "Leyli və Məcnun" operasına etdiyi miksdən və digər maraqlı məqamlardan danışdı.
Sürücülərin yollarda qarşılaşdıqları təhlükələr 06.02.2025 34:31
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İnttellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla sürücülərin yollarda qarşılaşdıqları əsas təhlükələrdən, piyada-sürücü münasibətlərindən, paytaxt yollarında olan problemlərdən danışdıq.
Hobbini biznesə çevirmək mümkündür l Şəhər adamı #51 06.02.2025 38:01
"Şəhər adamı"nda qonaq olan "Darayı" aksesuar brendinin təsisçisi Aynur Babaxan yaratdığı brenddən, Çinə etdiyi səyahətdən və digər maraqlı məqamlardan danışdı.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds