Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Bezoek zeker de website van de podcast en steun de maker: www.spreaker.com
Auteur
Avto FM 107.7
Categorie
Website van de podcast
Nieuwste aflevering
20 okt. 2026
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
Məsuliyyət piyadadadır yoxsa sürücüdə? 21.06.2025 40:35
"Qaydaları pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin Rəsmisi Polkovnik - Leytenant Mübariz Ağayev ilə sürücü və piyada məsuliyyətindən danışdıq.
Keramika sənətində daha önəmli olan nədir? I Şəhər adamı #92 21.06.2025 41:39
"Şəhər adamı"nda qonağımız olan keramika dizayneri və rəssam olan Əsmər Əlizadə ilə birlikdə həm funksional, həm də estetik baxımdan keramika işlərinin yaradılma prosesini və bu sahədə peşəkar olmağın çətinliklərini müzakirə etdik.
Qəza zamanı dəyən ziyanı kim ödəməlidir? 20.06.2025 37:10
"Qaydaları pozma" verilişində Azərbaycan Sığortaçılar Asossasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə icbari sığortanın əhəmiyyətindən bəhs etdik.
Qarantiya məhsulları necə fərqlənir? I Şəhər adamı #91 20.06.2025 28:23
"Şəhər adamı"nda qonaqlarımız olan ABB Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsi - qrup rəhbəri Könül Hidayətova və koorporativ və KOS məhsulları sahəsi - baş məhsul sahibi Şükür Quliyev ilə birlikdə qarantiya məhsulları və onlar arasındakı fərqlər haqqında danışdıq.
Hansı nəqliyyat vasitələri təhlükə yaradır? 19.06.2025 30:45
"Qaydaları pozma" verilişində qonağımız olan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla təhlükə yaradan nəqliyyat vasitələrindən, piyadaların məsuliyyətsizliyindən və s. danışdıq.
İnteryer dizaynın harmoniyası necə olur? I Şəhər adamı #90 19.06.2025 29:25
"Şəhər adamı"nda qonağımız olan model, "Design Factor" memarlıq şirkətinin təsisçisi Nərgiz Süleymanova ilə birlikdə Pakistanda modellik fəaliyyətindən və bu ilin interyer dizayn trendlərindən danışdıq.
Yollarda təhlükəsizliyə necə nəzarət olunur? 17.06.2025 36:48
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə yollarda təhlükəsizliyə nəzarət haqqında danışdıq.
Kredit sığortası necə olur? I Şəhər adamı #89 17.06.2025 20:50
"Şəhər adamı"nda qonaqlarımız olan ABB Pərakəndə Kreditləşmə Sahəsinin müştəri təcrübələri üzrə ekspertləri Elçin Quliyev və Elgiz Abbasovla birlikdə kredit sığortasının əhəmiyyət və üstünlükləri haqqında danışdıq.
Niyə multimodal sistemə ehtiyac var? I Şəhər adamı #88 13.06.2025 23:47
"Şəhər adamı"nda qonağımız olan 166 yük daşıma və logistika şirkətində Beynəlxalq multimodal şöbənin rəhbəri Məsmalı Qasımzadə ilə birlikdə multimodal daşımanın fərq və üstünlüklərindən, sürətli çatdırılmadan danışdıq.
Qəza baş verdikdə hansı çətinliklərlə üzləşirsiniz? 12.06.2025 33:06
"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qəza baş verəndə üzləşdiyi çətinliklərdən danışdıq.
Moda dəyişir, tərz qalır? I Şəhər adamı #87 12.06.2025 30:47
"Şəhər adamı"nda qonağımız olan rəssam, modelyer, dizayner Mədinə Əhmədova ilə birlikdə trendlərin necə yarandığından, bu ilin dəbdə olan rəng və geyim modellərindən danışdıq.
İnsan dərisi üzərində incəsənət I Şəhər adamı #86 10.06.2025 32:17
"Şəhər adamı"nda qonağımız olan rəssam, "face art" ustası Elmira Qədirova ilə birlikdə rəssam fırçası ilə makiyajın fərqindən və işinin incə, çətin tərəflərindən danışdıq.
Uzaq məsafədən işləməyin üstünlüyü nədir? I Şəhər adamı #85 05.06.2025 30:58
"Şəhər adamı"nda qonağımız olan onlayn karyera məsləhətçisi və qlobal SMM mütəxəssisi Piruzə Quliyeva ilə birlikdə sosial medianın iş bazarında daha populyar ixtisaslar, uzaq məsafədən iş həyatının çətinlik və fərqindən danışdıq.
Sürücülər tələskənlik səbəbindən hansı qaydaları pozurlar? 05.06.2025 32:43
"Qaydaları pozma" verilişində qonağımız olan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin pozduqları qaydalardan, tələskənliyin səbəb olduğu yol nəqliyyat hadisələrindən və s. danışdıq.
Piyada qəzalarının səbəbi sürücülərdir, yoxsa piyadalar? 04.06.2025 33:11
"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradlı bizə piyada qəzalarının səbəbindən, sürücülərin diqqətsizliyindən və s. danışdı.
Tropik istirahət üçün ən maraqlı məkanlar 04.06.2025 36:30
"Şəhər adamı"nda Zöhrab Əliyev ilə birgə tropik turizm ərazilərindən olan Krabi və Puket adaları haqqında maraqlı və faydalı söhbətimiz baş tutdu.
Uzaq yola çıxarkən nələrə diqqət etmək lazımdır? 03.06.2025 28:48
"Qaydaları pozma"da qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə uzaq yola çıxarkən diqqət edilməsi lazım olan məqamlardan,
Nə qədər müddətə yeni dil öyrənmək olar? I Şəhər adamı #84 03.06.2025 32:39
"Şəhər adamı"nda qonağımız olan IELTS müəlliməsi, dilçi Mətanət Kolçi ilə yeni dil öyrənməyin sirlərindən, xaricdə təhsilin fərqindən və üstünlüklərindən danışdıq.
Bloqer olmaq asandır? I Şəhər adamı #83 02.06.2025 35:45
"Şəhər adamı"nda qonağımız olan bloqer və sahibkar Nərmin Knyaz hazırda blogerliyin yerindən və təsir gücündən, sahibkar olaraq biznesdə diqqət edilməli olan məqamlardan danışdı.
Məktəblilər yol hərəkəti qaydalarını necə öyrənə bilərlər? 02.06.2025 31:59
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə məktəblilərin yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirilməsi məqsədilə “Yol Polisimizlə bir gün” adlı silsilə tədbirlər haqqında danışdıq.
Onurğa problemlərini idmanla aradan qaldıra bilərsiniz I Şəhər adamı #82 30.05.2025 31:52
"Şəhər adamı"nda qonağımız olan vertebroloq, fizioterapevt Sevinc Məmmədova bizə onurğa problemlərinin sadə yolla həllərindən, bu sahədə olan təcrübəsindən, onurğa xəstəliklərinin növlərindən və s. danışdı.
Sığorta ödənişinin gecikməsi hansı hallarda baş verir? 30.05.2025 33:14
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə qəza zamanı sığorta ödənişlərinin gecikməsi və ya imtina hallarından, bu halların səbəblərindən danışdıq.
Meymunlarla barter edə bilərsiniz I Yol əhvalatı #560 29.05.2025 32:18
"Yol əhvalatı"nda qonağımız olan rəqs müəllimi İftixar Rəsulov ilə cütlük rəqslərindən və səyahət etdiyi müxtəlif ölkələrdən danışdıq.
Ən çox hüquqi mübahisəyə səbəb olan sığorta halları hansılardır? 29.05.2025 31:32
"Qaydaları Pozma" verilişində "Bakı Sığorta" ASC-nin Ləğvetmə Komissiyasının sədri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü,vəkil Oqtay Şeydabəyovla birlikdə sığorta hadisəsi zamanı vətəndaşların hüquqlarının qorunmasından, sığorta müqaviləsində diqqət edilməli olan hüquqi məqamlardan danışdıq.
Şəhər içində təhlükəsiz idarəetmə üçün hansı qaydalar vacibdir? 27.05.2025 30:34
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə avtomobili təhlükəsiz idarəetmə qaydalarından, sürücülərin daha çox etdikləri yol hərəkəti pozuntularından danışdıq.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds