PLANET FM

PLANET FM

Elm və Kosmosu daha yaxın etdik!

Husk å besøke podkastens nettsted og støtte skaperen: www.spreaker.com

Forfatter

PLANET FM

Kategori

Science

Podkastens nettsted

www.spreaker.com

Siste episode

15. okt 2026

Hvor kan du lytte?

Podkaster i appen Replaio Radio Kommer snart

Podkaster kommer snart til appen. Installer nå, og bli den første som ser en helt ny tilnærming til podkaster

Last ned på Google Play Installer gratis Android nesten 10 mill. nedlastinger · 4,8 i vurdering iOS snart

Episoder

Avropanın Ən Qərb Nöqtəsi: Roka Burnu - Portuqaliya, İordaniya və Çin Səyahəti - Ucuz Səyahət Etmək 15.10.2026

Dünyanı gəzmək üçün çox büdcə lazımdır? Səyahət bloqeri Gülşən Savadova Portuqaliya (Roka burnu, Lissabon, Portu), İordaniya (Petra) və Çin (Şanxay, Pekin) səyahətlərinin bütün incəliklərini, xərclərini və unikal təcrübələrini bölüşür. Aparıcı: Rəhman Rəsulov

Niyə narahatıq, amma dəyişmirik? Ekoloji düşüncə və gündəlik vərdişlər 15.10.2026

Planet FM-in “İqlim Gündəliyi” verilişində bu dəfə ekoloji maarifləndirmə və iqlim dəyişikliyindən, gənclərin ətraf mühitə münasibətindən və gündəlik həyatda “yaşıl vərdişlərin” əhəmiyyətindən danışırıq. Verilişimizin bu dəfəki qonağı “Həyata Səs” Ekoloji-Sosial Təşəbbüsün rəhbəri Aytunc Nəcəfovadır. Aytunc Nəcəfovayla təşəbbüsün hansı ekoloji problemləri həll etməyə çalışdığını, məlumatlılıq ilə...

Meksikaya Necə Gedək? Viza Şərtləri, Qiymətlər və Təhlükəsiz Şəhərlər 15.10.2026

Nyu-Yorkun soyuq havasından qaçıb Karib dənizinin isti sahillərinə uzanan unikal bir səyahət hekayəsi! Səyahətçi Renat Məcidov Planet FM-də Meksika səyahəti, viza qaydaları, bilet qiymətləri və "gizli" gəzməli yerlər haqqında şəxsi təcrübələrini bölüşür. Aparıcı: Rəhman Rəsulov

Astrologiya YALANDIR, YOXSA ELM? - Doğum xəritəsi, yüksələn bürc... 13.10.2026

Bürclər və ulduz falları həqiqətən həyatımızı idarə edir, yoxsa bu sadəcə populyar mədəniyyətin bir hissəsidir? Retroqrad Merkuri və Venera dövründə niyə həyatımızda xaos baş verir? "Zaman Maşını" verilişinin bu buraxılışında "Doğum xəritəsinin daxili inkişafımıza təsiri" kitabının müəllifi, astroloq Aişə Mustafayeva ilə astrologiyanın elmi tərəflərini, yüksələn bürcün (Ascendant) gizli mənalarını...

Nizami Gəncəvi Farsdır, Yoxsa Türk? — Aqşin Yeniseydən Maraqlı Faktlar 13.10.2026

Planet FM-in "Zaman Maşını" verilişində şair, yazıçı və publisist Aqşin Yenisey Nizami Gəncəvi, İmadəddin Nəsimi və Şərq-Qərb fəlsəfəsi haqqında ezoterik, tənqidi və sarsıdıcı fikirlərini bölüşür. -Nizami Gəncəvini "qürurlu bir heykəl"ə çevirmişik, yoxsa o, canlı mənbədir? -Nizami Şərq mistiki, yoxsa Aristotel fəlsəfəsinə söykənən Qərb intellektualı idi? -Dərisi soyulan Nəsimi və "müsəlman dünyası...

Yaponiyada Bu Səhvi ETMƏYİN! - ABŞ, Yaponiya və Azərbaycanda Etiket Qaydaları 13.10.2026

“Planeti VISA ilə kəşf edək” rubrikasında etiket qaydaları üzrə mütəxəssis Cəmilə Musayeva ilə Yaponiya, ABŞ və Balidəki fərqli cəmiyyət və biznes etiket qaydalarını müzakirə etdik. Yaponiyada nağd pulun əldən-ələ verilməməsi, küçədə yemək qadağaları, ABŞ-də birbaşa ünsiyyət və Azərbaycanda "sətiraltı" mədəniyyətin incəlikləri bu verilişdə!   Aparıcı: Rəhman Rəsulov

Hərbi sahədən Afrikaya: Tanzaniya Safarisi və Zənzibar Səyahəti! 13.10.2026

“Planeti VISA ilə kəşf edək” rubrikasında Tanzaniya və Zənzibar səyahəti haqqında hər şey!  Səyahətçi və tur bələdçisi Sofiya Ağazadə hərbi sahədən səyahət dünyasına keçid hekayəsini, Afrika safarisini və Zənzibar gəzintisini təfərrüatı ilə bölüşür.  🌍 Afrika ölkələrinə viza və sığorta qaydaları 🦁 Tanzaniyanın Mikumi Milli Parkında safari təcrübəsi və qiymətlər 🏖️ Zənzibar adasında su çəkilməyən...

Səyahətə Hardan Başlamalıyıq? ✈️ Şengen Vizası Almağın və Asiyaya Ucuz Səyahətin Yolları 09.10.2026

Səyahət etmək istəyirsiniz, lakin büdcəyə uyğun səyahət və Şengen vizası almaq prosesləri sizə çətin gəlir? 🌍 “Planeti VISA ilə kəşf edək” rubrikasında turizm mütəxəssisi Ağa Kərimov ilə ucuz aviabilet tapmaq, Avropa vizası müraciəti və Cənub-Şərqi Asiyaya spontan səyahət sirlərini ətraflı müzakirə etdik. • Şengen vizası üçün sənədlər necə hazırlanmalıdır və profil nədir? • İtaliya, Avstriya və A...

Sıfırdan Böyük BİZNES Necə Qurulur? 💡 Uğursuzluqdan Liderliyə! 09.10.2026

Sıfır təcrübə, sıfır kapital və sıfır resursla böyük biznes qurmaq mümkündür? 🚀 Uğursuzluq hissi ilə mübarizə apararkən sahibkarlıq yolunda uğura çatmağın əsl sirləri nələrdir? Bu buraxılışda "Qadın Deyir Ki" verilişinin aparıcısı Günel Mavliyarova və Bakı Dizayn Akademiyasının təsisçisi Aysel Gülməmmədova sıfırdan aparıcı tədris mərkəzi yaratmağın pərdəarxası məqamlarını, liderlik xüsusiyyətləri...

Mətbəxdə streç və plastikə təbii alternativ: Çörəyi atmayın, bir həftə təbii üsulla qoruyun! 08.10.2026

Planet FM-in “İqlim Gündəliyi” verilişində bu dəfə Azərbaycanda artan plastik istehlakından, gündəlik həyatda plastikdən istifadənin azaldılması yollarından və məsuliyyətli istehlak vərdişlərindən danışırıq. Verilişimizin  budəfəki qonağı Azərbaycanda birdəfəlik plastiklərə alternativ təbii qida saxlama həlləri təqdim edən “Pöhrə” ekoloji təşəbbüsünün təsisçisi Fidan Əlisoydur. Fidan Əlisoyla plas...

Süni İntellekt və Müəllimlərin Gələcəyi: İşsiz Qalacağıq? — Planet FM 08.10.2026

Süni intellekt insanların işini əlindən alacaq? Müəllimlər, dizaynerlər və korporativ sektor işsiz qalacaq? 🤖💥 "Zaman Maşını" verilişində Bakıda keçiriləcək 2-ci Süni İntellekt Zirvəsi (AI Summit Baku) təşkilatçıları — "Handex"şirkətinin təsisçisi Rəşad Qurbanov, "Azerconnect Group"da Süni İntellekt Məhsulları Bölməsinin rəhbəri Lətif Məmmədli və sammitin süni intellekt elçisi SülAIman ilə gələc...

5 İl Çində Yaşayıb Vyetnama Qaçdı! - Asiyada İş və Təhsil: Çin Qanunları, Vyetnam Kofesi 08.10.2026

“Planeti VISA ilə kəşf edək” rubrikasında bu dəfə Asiya ölkələrində uzun illərdir yaşayan Həsən Məmmədovu qonaq  etdik. 📍 Mövzularımız: Çində 5 il təhsil və müəllimlik təcrübəsi Pandemiya dövründə Çindəki sərt qaydalar və Balidən Vyetnama keçid Vyetnamda həyat tərzi, viza qaydaları və turizm imkanları Vyetnamın qeyri-adi kofe mədəniyyəti (Duzlu və yumurtalı kofe!) Yaponiyaya səyahət planları

Neft platforması, Bali və fransız şirniyyatları: Qeyri-adi səyahət 07.10.2026

“Planeti VISA ilə kəşf edək” rubrikasında neftçi və səyahətçi Aysel Cənnətəli qonaq oldu. Səmimi söhbət zamanı Aysel xanımın dənizdə neft platformasındakı fəaliyyəti, Parisdə aldığı fransız şirniyyat təhsili, eləcə də Bali və Kanar adalarına səyahət təəssüratları haqqında geniş müzakirə apardıq.

Şükran Sultanov ilə Səyahətlər, İdman və Bloqer Fəaliyyəti 05.10.2026

“Planeti VISA ilə kəşf edək” rubrikasında tanınmış aktyor, idmançı və bloqer Şükran Sultanov qonaq oldu. Səmimi söhbət zamanı Şükran Sultanovun xarici ölkələrə (Dubay, İspaniya) səyahət təəssüratları, idman və düzgün qidalanma vərdişləri, eləcə də müasir sosial mediada keyfiyyətli məzmun yaratmağın pərdəarxası məqamları haqqında geniş müzakirə apardıq.

Nizami Gəncəvi, İmadəddin Nəsimi və Seyid Yəhya Bakuvi İrsində Ədəbi-Fəlsəfi Paralellər 05.10.2026

Planet FM-in "Zaman Maşını" verilişində "Nizami söhbətləri" rubrikasının növbəti buraxılışını təqdim edirik. Verilişin qonağı filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin ədəbi-fəlsəfi irsinin Nəsimi yaradıcılığına və Seyid Yəhya Bakuvi kimi mütəfəkkirlərin fəlsəfi görüşlərinə təsiri, kamil insan obrazı, ilahi və dünyəvi eşq anlayışları ətrafın...

44 günlük Vətən Müharibəsi: Texnologiya və insan amilinin rolu 05.10.2026

Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün p...

Sənədsiz ABŞ Vizası Necə Alınır? | Tomris Bədəlova ilə Amerika Səyahəti 02.10.2026

ABŞ vizası necə alınır? ABŞ-yə səyahət etmək üçün nə qədər büdcə lazımdır? Nyu-York, Los-Anceles və Havay adalarına ucuz səyahət etməyin sirləri hansılardır? "Planetin Səhəri" verilişində rəqəmsal marketinq mütəxəssisi və səyahətçi Tomris Bədəlova Amerika səfərinin pərdəarxası məqamlarını bölüşür. Verilişdə ABŞ səfirliyindən viza almaq prosesi, sənədləşmə, Los-Ancelesdə "Universal Studios" gəzinti...

"Dədə Qorqud" Dastanının 5000 İllik Sirri! | Mifologiya, Təpəgöz və Süni İntellekt 02.10.2026

Azərbaycan mifologiyası və Türk dastan təfəkkürünün kökləri haradan gəlir? "Kitabi-Dədə Qorqud" dastanındakı Təpəgöz obrazı ilə qədim Yunan mifologiyasındakı Siklop (Polifem) arasında hansı oxşarlıqlar var? Süni intellekt insan ruhunu və mifləri əvəz edə bilərmi? "Planet FM" radiosunun "Zaman Maşını" verilişində AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fə...

Korporativ Həyatdan Öz Biznesinə: Uğurlu Sahibkarlığın Sirləri 02.10.2026

Planet FM-də Günel Mavliyarovanın təqdimatında "Qadın deyir ki..." verilişinin növbəti buraxılışında "Zuleykha Accessories" brendinin qurucusu Lalə Mirzəyeva qonağımız oldu. Söhbətimizdə korporativ karyeradan sahibkarlığa keçid, rəqabətli bazarda öz yerini tapmaq, risklər və biznesdə davamlılığın önəmi kimi vacib mövzulara toxunduq.

El-Ninyo dünyada hava şəraitini dəyişir: Azərbaycanda oktyabr necə keçəcək? 01.10.2026

Planet FM-in "İqlim Gündəliyi" verilişində həm qlobal miqyasda, həm də Azərbaycanda müşahidə olunan hava şəraitinin dəyişikliyi və bu dəyişikliyin arxasında duran iqlimlə bağlı səbəblər müzakirə olunur. Müntəzəm proqnozları və maraqlı hava yeniləmələri ilə Instagramda çoxsaylı izləyici kütləsi qazanmış məşhur hava məlumatı səhifəsi olan "Weather man"-in yaradıcısı Aqil Şirinov, verilişdə iqlim dəy...

1 Gecəsi 500 Manat?! | Türkiyənin ən baha kurortu Kaş - Yunanıstanın Gizli Məkanları 01.10.2026

Mərkəzi Avropa və Aralıq dənizi səyahəti haqqında real təcrübələr! “Planeti VISA ilə kəşf edək” rubrikasında marketinq mütəxəssisi və bloqer Aytən Rzalı ilə Türkiyənin Kaş bölgəsi, Yunanıstanın Korfu adası, Fransanın Strasburq şəhəri və İsveçdə təhsil həyatından danışdıq. Qonağımız vizasız gəzinti yerləri, qiymət artımı, butik hotellər və Avropaya səyahət tövsiyələrini verdi.

Bali Adasında Ucuz Qalmaq Və 40$-a 40-cı Mərtəbədə Hovuzlu Evlər 29.09.2026

Asiya ölkələrinə ucuz və rahat səyahət etməyin bütün sirləri! “Planeti VISA ilə kəşf edək” rubrikasında bu dəfə səyahət həvəskarları üçün xüsusi mövzuya toxunduq. Verilişimizin qonağı, ATBA üzvü və təcrübəli səyahətçi Kənan Mənsimov İndoneziya - xüsusilə Bali, eləcə də Malayziya və Sinqapur səfərləri ilə bağlı dəyərli təcrübələrini bölüşdü.  “Planeti VISA ilə kəşf edək” — yeni ölkələr, yeni təcrüb...

Serbiya Səyahət Bələdçisi 2026 | Belqrad Qiymətləri, Şopinq Və Həftəsonu Turları 29.09.2026

Azərbaycan vətəndaşları üçün vizasız Avropa ölkəsi — Serbiya! “Planeti VISA ilə kəşf edək” rubrikamızın budəfəki qonağı turizmçi Fəxri Məmmədli oldu. ✈️🌍 Serbiyaya səyahət etmək istəyənlər üçün maraqlı və faydalı məlumatları, ölkənin gəzməli-görməli yerlərini, səyahət imkanlarını və diqqət edilməli məqamları birlikdə müzakirə etdik. Vizasız səyahət imkanlarından yararlanaraq Avropanı kəşf etmək i...

34 İLDİR YOL GÖZLƏYƏN AİLƏLƏR! - Qarabağda 4000 İtkinin Məzarlıqları Və Cenevrə Aksiyası 29.09.2026

Planet FM-in "Zaman Maşını" verilişinin qonağı  "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova oldu.

Süni İntellekt, Kibertəhlükəsizlik və Rəqəmsal Bankçılıq: Qərarlarımızı kim verir? 28.09.2026

Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün p...

Hør på podkasten PLANET FM i Replaio

Radio og podkaster i én app - gratis og uten registrering. Installer i dag, og ikke gå glipp av lanseringen

Last ned på Google Play

Replaio er ikke podkastutgiver; programnavn, omslag og lyd tilhører opphavspersonene og distribueres via offentlige RSS-feeder.