Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1057 episodi

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com

Autore

Avto FM 107.7

Categoria

Leisure

Sito del podcast

www.spreaker.com

Ultimo episodio

20 ott 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

Şəhəriçi təhlükəsiz idarəetmənin 8 sirri! I Qaydaları pozma 21.04.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə şəhərdaxili sürücülərin etdiyi təhlükəli səhvlər, təhlükəsiz idarəetmə qaydaları, sürət və diqqət amilləri, telefon istifadəsinin riski, piyadalarla bağlı problemlər, güzgülərdən düzgün istifadə və yeni sürücülərə məsləhətlər barədə danışdıq.

Qanunsuz işıqlar: Cərimə və qəza riskləri! I Qaydaları pozma 20.04.2026

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə avtomobillərdə standartdan kənar işıq sistemlərinin növləri, bu sistemlərə görə tətbiq olunan konkret cərimələr, qəza zamanı yaranan hüquqi məsuliyyət və texniki baxış zamanı tətbiq edilən nəzarət mexanizmləri barədə müzakirə apardıq.

Sığorta sürücünü arxayınlaşdırır? I Qaydaları pozma 17.04.2026

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığortanın sürücüdə yaratdığı arxayınlıq hissindən, sığortalılar arasında qəza risklərindən və “onsuz da sığorta ödəyəcək” düşüncəsinin yaratdığı yol təhlükələrindən danışdıq.

Təkər haqqında 5 böyük yalan I Bir Avto 16.04.2026

“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə təkərlərin istismar müddəti, təzyiqin manometr ilə düzgün ölçülməsi, boltların dinamometrik açarla sıxılma zərurəti və asqı sistemini qoruyan dövri balansın əhəmiyyəti barədə danışıdıq.

Yol Qəzalarının Əsas Səbəbləri: Kim Harada Səhv Edir? I Qaydaları pozma 16.04.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin və piyadaların ən çox buraxdığı səhvlər, təhlükəli davranışlar, telefon istifadəsinin riskləri, sürət həddinin aşılması və qaydalara əməl etməmənin nəticələri haqqında danışdıq.

Çin maşını almağa dəyər? I Qaydaları pozma 15.04.2026

"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinin populyarlığı, keyfiyyəti, resursu, servis imkanları, texnoloji üstünlükləri və gələcəkdə ikinci əl bazarındakı vəziyyəti barədə danışdıq.

İkinci Əl Çin Maşını Almağa Dəyərmi? I Bir Avto 14.04.2026

“Bir Avto” verilişində avtomobillərin alışı və satışı ilə məşğul olan Davud Kazımov ilə Azərbaycanın hazırkı avtomobil bazarının vəziyyəti, ikinci əl Çin avtomobillərinin gələcəyi, eləcə də Çin və ənənəvi avtomobillər arasındakı fərqlər və üstünlüklər haqqında danışdıq.

İkinci əl avtomobil alarkən mütləq yoxlanmalı 3 əsas məqam I Qaydaları pozma 14.04.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə avtomobil alarkən insanların ən çox etdiyi səhvlərdən, ikinci əl maşın alarkən yoxlanmalı əsas məqamlardan və avtomobil alındıqdan sonra gecikdirilən baxışların yaratdığı problemlərdən danışdıq.

Yollarda təhlükə artır! Moped və motosiklet qəzalarının acı statistikası I Qaydaları pozma 13.04.2026

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə moped və motosiklet qəzalarının artma səbəbləri, ən çox yol verilən qayda pozuntuları, sürücülərin yaş və təcrübə amili, bu nəqliyyat vasitələrinin sürücüləri arasında nizam-intizam fərqləri, gücləndirilmiş nəzarət tədbirləri və qoruyucu vasitələrdən istifadə səviyyəsi müzakirə olundu.

Taksidə 1.5 Sığorta Əmsalı: Sürücülərin Xərcləri Nə Qədər Artır? I Qaydaları pozma 10.04.2026

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə taksi fəaliyyəti üçün tətbiq edilən 1.5 sığorta əmsalının səbəblərindən, bu artımın həm sürücü büdcəsinə, həm də gediş haqlarına təsirlərindən, eləcə də fərdi və kommersiya təyinatlı avtomobillər arasındakı fərqlərdən danışdıq.

Yay təkərinə keçmək üçün optimal vaxt və qaydalar I Bir Avto 09.04.2026

“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə qış təkərlərinin istifadə müddəti, protektorun qalınlığı, təkərlərin düzgün saxlanma şəraiti və yola uyğun təkər seçilməsi barədə danışdıq.

Yollarda Ən Təhlükəli Sürücü Kimdir? I Qaydaları pozma 09.04.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin təhlükəli davranışları, qəza səbəbləri, yol və hava şəraitinin rolu, sürücü mədəniyyəti, telefon istifadəsinin riskləri və ümumilikdə yol təhlükəsizliyinin artırılması yollarında danışdıq.

Lükdən Su Gəlir? Səbəblər və Həlli I Bir Avto 07.04.2026

"Bir Avto"da qonağımız olan avtomobil lüklərinin təmiri üzrə mütəxəssis Samir Bəykişiyev ilə yağış sularının avtomobil lüklərinə təsiri, su sızmalarının səbəbləri və lüklərə mütəmadi texniki baxışın zəruriliyi barədə ətraflı danışdıq.

Yol qəzalarının səbəbləri və çıxış yolları I Qaydaları pozma 07.04.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yol qəzalarının əsas səbəbləri, sürücülərdə və piyadalarda rast gəlinən təhlükəli düşüncə və davranışlar, onların buraxdığı tipik səhvlər, çətin hava şəraitində risklər, cərimə ilə maarifləndirmənin təsiri haqqında danışdıq.

Yol Hərəkəti Təhlükəsizliyi: Hər Bir Sürücünün Bilməli Olduqları I Qaydaları pozma 06.04.2026

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə yol qəzalarının səbəbləri, sürücülərin yol verdiyi səhvlər, təhlükəsizlik kəmərinin əhəmiyyəti, sürət və yol şəraitinə uyğun hərəkət, pis hava şəraitində davranış qaydaları, sürət həddinin tənzimlənməsi, sürücü məsuliyyəti, diqqətin yayınmasının təsiri və yolun hərəkət hissəsində dayanmağın yaratdığı təhlükələr müzakirə olundu.

Təbii Fəlakətlərdə Avtomobil Zədələri: Sığorta Nəyi Ödəyir, Nəyi Yox? I Qaydaları pozma 03.04.2026

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə intensiv yağış və təbii fəlakətlər zamanı avtomobillərə dəyən ziyanın sığorta tərəfindən qarşılanması qaydaları, həmçinin sürücülərin belə hava şəraitində yol verdiyi kritik səhvlər və sığorta ödənişi almaq üçün atmalı olduqları addımlar barədə danışdıq.

MO, MO1 və MO-S fərqləri – təkər alanda bunu bilməlisiniz! I Bir Avto 02.04.2026

“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə təkər seçimində homoloqasiya anlayışı, MO–MO1–MO-S fərqləri, mühəndislər tərəfindən təsdiqlənmiş təkərlərin təhlükəsizlik və komforta təsiri, həmçinin düzgün və uyğun təkər seçiminin vacibliyi haqqında danışdıq.

Yolun Ortasında Dayanan Sürücülərin Yaratdığı Təhlükə I Qaydaları pozma 02.04.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə yağışlı havada qəza risklərinin artma səbəbləri, sürücülərin sürüşkən yollarda yol verdiyi tipik səhvlər, yolun hərəkət hissəsində dayanmağın yaratdığı ciddi təhlükələr və qəza zamanı düzgün davranış qaydaları haqqında müzakirə apardıq.

Yol Qəzası Baş Verdikdə Nə Etməli? I Qaydaları pozma 31.03.2026

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə qəza anında ilk addımlar, avtomobilin hansı hallarda tərpədilməməsi, xəsarət olduqda görüləcək tədbirlər, kiçik maddi ziyanlı hallarda razılaşma imkanı, qəza yerini tərk etməyin hüquqi nəticələri və sürücülərin ən çox etdiyi səhvlərdən danışdıq.

Brend məhsulların keyfiyyətinə necə nəzarət olunur? - Məişət texnikalarında yeniliklər I Şəhər adamı #206 19.03.2026

Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı Beko-nun Strateji Müştərilər üzrə Meneceri İlkin Mammadov oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.

Qəzaların Əsl Səbəbi: Qayda Bilməmək, Yoxsa Bilərəkdən Risk? I Qaydaları pozma 19.03.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qaydaları bilərəkdən pozma səbəbləri, telefon asılılığının yaratdığı təhlükələr, yol mədəniyyətinin formalaşdırılması yolları və qəzaların qarşısını alan ən vacib davranış qaydaları ətrafında danışdıq.

Çin avtomobilləri: Texnologiya, servis və reallıqlar I Qaydaları pozma 18.03.2026

"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinin qlobal bazarda sürətlə yüksəlişi, texnoloji innovasiyalardakı irəliləyişləri və batareya sahəsində qazandıqları üstünlük, eləcə də servis xidmətlərinin səviyyəsi, ehtiyat hissələrinin əlçatanlığı və təhlükəsizlik standartları haqqında müzakirə apardıq.

Gələcəyin qazandıran peşələri - Data analitika və dizayn proqramlarının süni intellektlə əlaqəsi I Şəhər adamı #205 17.03.2026

Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı “Baku Design Academy”nin təsisçisi Aysel Gülməmmədova oldu. Veriliş zamanı Qadın Liderləri Zirvəsi görüşündən, biznes qurma ideayasından və bu yola necə başlamasından, akademiyanın fəaliyyətindən və digər maraqlı mövzulardan bəhs etdik.

Sükan Arxasında Niyə Dəyişirik? Aqressiyanın Gizli Səbəbləri I Qaydaları pozma 17.03.2026

"Qaydaları Pozma" verilişində psixoloq Fərqanə Mehmanqızı ilə birlikdə sükan arxasındakı aqressiyanın səbəbləri, sürücü davranışının xarakterlə əlaqəsi, tıxac stresinin psixoloji fəsadları, yol mübahisələrindən qaçmaq və emosiyaları idarə edərək mədəni sürücü olmağın yolları haqqında danışdıq.

Müasir dövrdə Novruz adət-ənənələri I Şəhər adamı #204 16.03.2026

Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova oldu. Veriliş zamanı qədim Novruz adət-ənənələrindən, "qara bayram" adlandırılan çərşənbədən, bayram fallarından və digər maraqlı mövzulardan bəhs etdik.

Ascolta il podcast Avto FM 107.7 su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici