Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1057 episodi

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com

Autore

Avto FM 107.7

Categoria

Leisure

Sito del podcast

www.spreaker.com

Ultimo episodio

20 ott 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

Avtomobili Kimə Etibar Etmək Olmaz? I Qaydaları pozma 08.06.2026

"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə avtomobilin başqasına etibar edilməsinin riskləri, bunun yarada biləcəyi hüquqi məsuliyyət, qayda pozuntuları zamanı məsuliyyət məsələləri, sürücülük hüququ olmayan şəxslərə sükan verilməsinin nəticələri və yol hərəkəti təhlükəsizliyi ilə bağlı vacib məqamları müzakirə etdik.

Ara Məsafəsi, Riskli Ötmələr və Qəza Təhlükəsi I Qaydaları pozma 05.06.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin ara məsafəsini düzgün saxlamamasının səbəbləri, ən çox rast gəlinən təhlükəli manevrlər, ani zolaq dəyişmə, yaxın məsafədən sürmənin qəzalardakı rolu və riskli ötmələrin səbəbləri haqqında danışdıq.

Çin Avtomobili Alarkən Nələrə Diqqət Etməliyik? I Qaydaları pozma 03.06.2026

"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə çin avtomobillərinin üstünlükləri, təhlükəsizliyi, elektron sistemləri və yerli iqlimə uyğunluğu ilə yanaşı, marka seçimi, ehtiyat hissələrinin tapılması, ikinci əl bazarı və alıcıların ən çox etdiyi səhvlərdən danışıdıq.

Yollarda Sürücüləri Ən Çox Yoran Səbəblər Nələrdir? I Qaydaları pozma 03.06.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücüləri yollarda yoran əsas səbəblər, stresin idarəetməyə təsiri, diqqət dağınıqlığı, yorğun sürücülüyün riskləri və təcrübəli–təcrübəsiz sürücülər arasındakı fərqlərdən danışdıq.

Xanım Sürücülərə Qarşı Təzyiq: Stereotip, Yoxsa Reallıq? I Qaydaları pozma 01.06.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə xanım sürücülərə qarşı aqressiv münasibətin səbəbləri, bunun yol təhlükəsizliyinə təsiri, sürücülük stereotipləri, yol mədəniyyəti və son illərdə bu sahədəki dəyişiklikləri müzakirə etdik.

Sükan Arxasında Aqressiya: İnsanlar Niyə Dəyişir? I Qaydaları pozma 26.05.2026

"Qaydaları Pozma" verilişində klinik psixoloq, psixoterapevt İlkin Kazımlı ilə sükan arxasında aqressiyanın psixoloji səbəbləri, tıxac və stresin sürücü davranışına təsiri, emosiyaların idarə olunmaması, aqressiv sürücülərlə davranış qaydaları və kobud davranışın qəza riskini necə artırdığı ətrafında müzakirə etdik.

Vaxtı Planlaya Bilməmək Qəzaya Necə Aparır? I Qaydaları pozma 26.05.2026

"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Hacıyev ilə sürücüləri tələsməyə vadar edən səbəblər, tələskənliyin və sürət həddini aşmağın yaratdığı ağır qəza riskləri, sürücülərin bu zaman etdiyi tipik səhvlər və yol hərəkəti təhlükəsizliyinin artırılması yolları ətrafında danışdıq.

Sürücülər Piyadalara Niyə Yol Vermir I Qaydaları pozma 21.05.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə Bakıda piyada təhlükəsizliyi və yol vermə mədəniyyətinin mövcud vəziyyəti, piyada keçidlərindən istifadədə yaranan problemlər, cərimələrin və polis nəzarətinin vəziyyətə təsiri haqqında danışdıq.

Bakı Tıxacdan Necə Xilas Ola bilər? I Qaydaları pozma 20.05.2026

"Qaydaları Pozma" verilişində nəqliyyat eksperti Eldəniz Cəfərov ilə Bakı nəqliyyatının gələcəyi, yeni metro stansiyalarının tikintisi və tıxac probleminin həlli yolları, şəhər üçün əsas infrastruktur prioritetləri, paytaxtdakı tıxacların aradan qaldırılması istiqamətində görülən tədbirlər, eləcə də parkinq və şəhərsalma planlaması ilə bağlı məsələlər ətrafında söhbət etdik.

Maşın Sürməyi Kimdən Öyrənmək Lazımdır? I Qaydaları pozma 19.05.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə avtomobil sürməyi öyrənməyin ilk addımları, yaxın adam və peşəkar təlimçi fərqləri, yeni sürücülərin səhvləri, panika və həyəcanın təsiri haqqında danışdıq.

Sürücülərin avtosığorta ilə bağlı ən çox verdiyi suallar I Qaydaları pozma 15.05.2026

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə avtosığorta ilə bağlı sürücüləri narahat edən əsas məsələlər, qəza zamanı görüləcək addımlar, sığorta ödənişləri, KASKO və icbari sığorta fərqləri, qiymətlərə təsir edən amillər və sürücülərin ən çox etdiyi səhvlər haqqında danışdıq.

Piyada qəzalarının qarşısını necə almalı? I Qaydaları pozma 14.05.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə piyadaların ən çox etdiyi təhlükəli səhvlər, yolu istənilən yerdən keçməyin riskləri, işıqfor qaydalarına əməl etməməyin nəticələri və piyada təhlükəsizliyinin artırılması yolları haqqında danışdıq.

Yeni Sürücülərin Ən Böyük Səhvləri I Qaydaları pozma 13.05.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yeni sürücülərin etdiyi əsas səhvlər, təcrübəsizliyin qəzalara təsiri, zolaq dəyişmə və ani əyləc kimi təhlükəli hallar, təcrübəli sürücülərin münasibəti, sürücülük kurslarının effektivliyi, yollarda qarşılıqlı hörmət və yeni sürücülərə tövsiyələr barədə danışdıq.

Sığorta müddəti bitənlərə möhlət verilirmi? I Qaydaları pozma 08.05.2026

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə avtomobil sığortasının müddəti bitdikdən sonra sürücülərə möhlət verilməsi, sığortanın unudulması və buna görə tətbiq olunan cərimələr, SMS və bildiriş sisteminin effektivliyi, həmçinin sığortasız idarəetmənin yaratdığı risklər haqqında danışdıq.

Tələskənlik Ucbatından Baş Verən Yol Qəzaları I Qaydaları pozma 07.05.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücüləri tələsməyə vadar edən səbəblər, tələskənliyin yaratdığı qəzalar və təhlükələr, sürət həddinin ağır nəticələri, sürücülərə tövsiyələr və vaxtında planlamanın əhəmiyyəti barədə danışdıq.

Yeni Sürücülərin Ən Çox Etdiyi Səhvlər I Qaydaları pozma 05.05.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yeni sürücülərin Bakı yollarında qarşılaşdığı çətinliklər, bu problemlərin səbəbləri, ən çox edilən səhvlər, sürücülük təliminin rolu, təhlükəsizlik tövsiyələri və nəzəri biliklə praktiki təcrübə arasındakı fərqləri müzakirə etdik.

Toy karvanları, avtoxuliqanlıq və piyadalar I Qaydaları pozma 04.05.2026

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə piyadaların təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin səbəbləri, toy karvanlarında qayda pozuntuları, avtoxuliqanlıq halları və ümumi yol hərəkəti mədəniyyəti ilə bağlı məsələləri müzakirə etdik.

Piyadalar Niyə Keçiddən İstifadə Etmirlər? I Qaydaları pozma 30.04.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə piyada keçidlərindən istifadə problemləri, insanların riskli davranış səbəbləri, sürücü və piyada məsuliyyəti, maarifləndirmə və nəzarət tədbirləri haqqında danışdıq.

Yollarda sürücünü nə sevindirir? I Qaydaları pozma 28.04.2026

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücülərin bir-birinə hörmətinin yaratdığı müsbət hisslərdən, yol mədəniyyətinin ümumi atmosferə təsirindən, kiçik jestlərin və qarşılıqlı köməyin əhəmiyyətindən, həmçinin infrastruktur və musiqinin sürücü psixologiyasına təsirindən danışdıq.

Yolda Qalan Sürücülər və Polis Dəstəyi I Qaydaları pozma 27.04.2026

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyev ilə sürücülərin ən çox rastlaşdığı çətin vəziyyətlər, polisin qəza və nasazlıq hallarında göstərdiyi yardım, həyat xilas edən müdaxilə nümunələri, polisə dair yaranmış stereotiplərin səbəbləri haqqında danışdıq.

Bonus-Malus Sistemi Yeniləndi: Sürücüləri Nə Gözləyir? I Qaydaları pozma 24.04.2026

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə bonus-malus sisteminə edilən dəyişikliklər, yeni sığorta tarixçəsi yanaşmasının sürücülərin məsuliyyətinə təsiri, qiymət artımı ehtimalı, çoxsürücülü avtomobillərdə risk bölgüsü və taksi sürücülərinə təsiri barəsində danışdıq.

Sükan arxasında ən böyük məsuliyyətsizlik nədir? I Qaydaları pozma 24.04.2026

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürət, telefon istifadəsi və diqqətsizliyin qəzalara təsiri, sürücülərin bu riskləri kiçik görməsi və bir neçə saniyəlik diqqət yayınmasının real nəticələri haqqında danışdıq.

Azərbaycan yolları və düzgün təkər seçimi I Bir Avto 23.04.2026

“Bir Avto” verilişində "Radius" Avtomobil Təkər Mərkəzinin təlim meneceri Cavid Allahverdiyev ilə təkərlərin yeyilmə naxışlarına görə avtomobildəki texniki nasazlıqların diaqnostikası, düzgün təzyiq və balansın həm büdcəyə, həm də asqı sisteminə təsiri, habelə yol şəraitinə uyğun düzgün şin seçiminin əhəmiyyətindən danışdıq.

Elektrikli avtomobillər vaxt itkisidir? I Qaydaları pozma 22.04.2026

"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə elektrikli avtomobillərin vaxt qənaəti, Azərbaycanda şarj infrastrukturu, texniki xidmət üstünlükləri, batareya ömrü və dəyişdirilməsi, hava şəraitinin təsiri və uzun səfərlərə uyğunluğu barədə danışdıq.

At Gücünə Görə Sığorta Necə Hesablanır? I Bir Avto 22.04.2026

“Bir Avto” verilişində " İnsure.az "ın direktoru, sığorta eksperti Aygün Əsgərova ilə icbari və kasko sığortanın tətbiqi, əmlakın sığortalanması qaydaları, mühərrik göstəricilərinə əsasən tariflərin müəyyənləşdirilməsi və sığorta hadisələri zamanı hüquqi tənzimləmə prosedurlarını müzakirə etdik.

Ascolta il podcast Avto FM 107.7 su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici