Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1061 episodi

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com

Autore

Avto FM 107.7

Categoria

Leisure

Sito del podcast

www.spreaker.com

Ultimo episodio

26 ott 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

Məşhur olmaq üçün aktyorluğu seçdim I Zaman maşını #31 05.11.2024

"Zaman maşını"nda qonağımız olan Pantomima teatrının aktyoru, Əməkdar artist Elman Rəfiyev bizə 10 yaşından bəri professional səhnə aldığından və məşhur olmaq üçün bu sənəti seçdiyindən bizə danışdı.

Sürücülərin etdiyi ən kobud qayda pozuntusu hansıdır? 05.11.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla təlim keçmək üçün uyğun ərazilərin azlığından, sürücülərin etdiyi ən kobud qayda pozuntularından danışdıq. 

Brilyantın qiyməti rənginə görə dəyişir l Şəhər adamı #19 05.11.2024

"Şəhər adamı"nda qonaq olan Elvin Manafov brilyantlar haqqında maraqlı  məlumatlardan, məşhur dj-lərin konsertlərindən, səyahət etdiyi ölkələrdən və digər hobbilərindən danışdı.

Aksesuar brendimi necə yaratdım? I Zaman maşını #30 04.11.2024

"Zaman maşını"nda qonağımız olan aksesuar brendinin təsisçisi, bloger Aynur Babaxan bizə brendini yaratmasından, ən sevdiyi materiallardan, bloq səhifəsini necə idarə etdiyindən və s. danışdı.

Müasir cəmiyyətin psixoloji problemləri hansılardır? I Zaman maşını #29 04.11.2024

"Zaman maşını"nda qonağımız olan psixoterapevt Elmir Əkbər ilə cəmiyyətin müasir psixoloji problemlərindən, psixoloq, psixiatr və psixoterapevtin fərqlərindən danışdıq.

Bakıda niyə taksi tapılmır? 04.11.2024

"Qaydaları Pozma" verilişində taksi bloqeri Fuad Ağayevlə Bakıda yaşanan taksi problemindən, taksi sürücülərinin yaşadığı problemlərdən, müştərilərin qeyri-adekvat davranışlarından danışdıq. 

"Bizim ilk gündən məqsədimiz müştəri məmnuniyyətidir" I Danışır Sahibkar 04.11.2024

"Danışır Sahibkar"da qonaq olan "Moon Group" şirkətinin icraçı direktoru Banu Qədirli biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.

Nyu-Yorku digər şəhərlərdən spesifik qoxusu fərqləndirir I Yol əhvalatı #517 04.11.2024

"Yol Əhvalatı"nda qonağımız olan Laman Aslan Mayami, Los Angeles, Nyu York səyahətlərindən, iş fəaliyyətindən və digər maraqlı məqamlardan danışdı. 

Bəzi psixoloqlar pasiyent anonimliyini pozur! l Şəhər adamı #18 01.11.2024

"Şəhər adamı"nda qonaq olan psixoloq Nigar Əliyeva ilə maraqlı söhbətimiz baş tutdu. 

Sığorta müqaviləsinə sürücünün istəyi ilə hansı bəndlər daxil edilə bilər? 01.11.2024

"Qaydaları Pozma"da Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allehverdiyevlə kiçik mühərrikli avtomobillərin sığortası zamanı yaşanan çətinliklərdən, avtomobilin kasko sığortasına əlavə edilə biləcək bəndlərdən, həmçinin əmlak sığortasından danışdıq. 

“Səndə alınmayacaq” sözünü çox eşidirdim I Zaman maşını #28 31.10.2024

"Zaman maşını"nda qonağımız olan aparıcı, telejurnalist Ceyhun Əli ilk peşəkar səhnə ilə 13 yaşında tanışlığından, geyim üslubundan, hobbilərindən bizə danışdı.

Piyadalar niyə yollarda təhlükə yaradırlar? 31.10.2024

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla birlikdə işıqforların tənzimlənməsindən, yollarda piyadaların törətdiyi təhlükələrdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq. 

Qəzasonrası travmanın öhdəsindən gəlmək üçün nə etməliyik? 31.10.2024

"Qaydaları Pozma" verilişində kilinik psixoloq Tamilla Süleymanova ilə birlikdə tıxacın yaratdığı aqressiya və onun tənzimlənməsi üsullarından, qayda pozmağa meyilli sürücülərdən, sürücülərin diqqətinin tez-tez yayınmasının səbəblərindən, həmçinin qəzadan sonra yaşanan travma və şokun öhdəsindən gəlmək üçün yollardan danışdıq. 

COP29-un əsas bank tərəfdaşı ABB-dir I İş saatı #16 31.10.2024

"İş saatı"nda qonaq olan ABB-nin mətbuat katibi Yadigar Cəfərov ilə ABB-nin COP29-un əsas bank tərəfdaşı olmasından, COP29 tədbirində ABB-nin pavilyonunda verəcəyi töhvələrdən, digər maraqlı və faydalı məqamlardan danışdıq.

Azərbaycanda turizm bazarında yenilik olan layihə I Yol əhvalatı #516 30.10.2024

"Yol Əhvalatı"nda qonağımız olan  Ramil Rzayev Azərbaycanda turizm bazarında yenilik olan layihədən, ilin iş adamı seçilməsindən və digər maraqlı məqamlardan danışdı. 

Müasir aktrisa necə olmalıdır? I Zaman maşını #27 29.10.2024

"Zaman maşını"nda qonağımız olan aktrisa Lalə Süleymanova bizə teatrda aktrisa olmağın çətinliklərindən, öz sahəsinə olan həvəsindən, müasir aktrisaların fərqindən danışdı.

Yağışlı havada avtomobil idarə etmək üçün bunları bilmək mütləqdir! 29.10.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə yağışlı hava qəzaların artması səbəblərindən, əlverişsiz hava maşın sürmək üçün mütləq bilməli olduğumuz məqamlardan danışdıq. 

Niyə futbol şərhçiləri bu qədər tənqid olunur? l Şəhər adamı #17 29.10.2024

"Şəhər adamı"nda qonaq olan futbol şərhçisi Şəmsəddin Abbasov ilə maraqlı söhbətimiz baş tutdu. 

Nəyə görə dirijor səhnədə ilk skripka ifaçısını salamlayır? I Zaman maşını #26 28.10.2024

"Zaman maşını"nda qonağımız olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyev ilə teatrda dirijorun rolundan, bu sahəyə necə gəlməsindən və ümümilikdə dirijorluq sənətinin sirrlərindən danışdıq.

"Acıbadem" azərbaycanlılara necə xidmət edir? l Şəhər adamı #16 28.10.2024

"Şəhər adamı"nda qonaq  "Acıbadem" Sağlıq Qrupunun Azərbaycan bölgəsi üzrə məsul şəxsi olan İnci Yəhyazadə ilə maraqlı söhbətimiz baş tutdu. 

İdeal taksi sürücüsü necə olmalıdır? 28.10.2024

"Qaydaları Pozma" verilişində taksi bloqeri Fuad Ağayevlə birlikdə ideal taksi sürücüsünün xüsusiyyətlərindən, sifariş və ünvana çatma zamanı qiymət fərqindən danışdıq. 

İnsanların etibarını tez bir zamanda necə qazanmaq olar? I Zaman maşını #25 25.10.2024

"Zaman maşını"nda qonağımız olan profayler, insan tanıma mütəxəssisi Təbriz Hacınski ilə yalan danışan insanların ifşasından, bədən dilinin təsirlərindən, insanların tez bir zamanda etibarını qazanmağın yollarından danışdıq.

Təbiət hadisələri zamanı dəyən ziyanı sığorta qarşılayır? 25.10.2024

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə təbii fəlakətlər və hadisələr zamanı sığortanın rolundan, kasko sığortasının əhəmiyyətindən, sığorta məbləğinin kəsilməsi hallarından danışdıq. 

Yeniyetmələrin və valideynlərin karyera yolunda qarşılaşdığı əsas çətinliklər l Şəhər adamı #15 25.10.2024

"Şəhər adamı"nda qonaq olan Fərid İsmayilov gənc alim olmasından, idarəetmə elmindən, yeniyetmələrin və valideynlərin karyera yolunda qarşılaşdığı əsas çətinliklərdən və digər maraqlı məqamlardan danışdı.

Görüş yerinə gecikirsinizsə, üzr istəməlisiz! I Zaman maşını #24 24.10.2024

"Zaman maşını"nda qonağımız olan etika üzrə mütəxəssis Günel İbrahim ilə, məkana uyğun geyim, davranış etikasından, gecikərkən davranılmalı olan etik qaydalardan danışdıq.

Ascolta il podcast Avto FM 107.7 su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici