Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1060 episodi

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com

Autore

Avto FM 107.7

Categoria

Leisure

Sito del podcast

www.spreaker.com

Ultimo episodio

23 ott 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

"Kitab çox danışılırsa, deməli yaxşı kitabdır" I Zaman maşını #39 22.11.2024

"Zaman maşını"nda qonağımız olan "Əli və Nino" kitab evinin sahibi Nigar Köçərli ilə sevilən yazıçılardan, kitablardan, dünya görüşünü inkişaf etdirmək üçün kitabların rolundan danışdıq.

Sığorta ödənişləri niyə gecikir? 22.11.2024

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə assosiasiyanın fəaliyyətindən, sığorta ödənişlərindən, ödənişlərin gecikmə hallarından və problemin həlli yollarından danışdıq və dinləyicilərin suallarını cavablandırdıq. 

Mənzil təmiri zamanı nələrə diqqət etmək lazımdır? l Şəhər adamı #25 22.11.2024

"Şəhər adamı"nda qonaq olan Memar, "ADDRESS arch." şirkətinin təsisçisi Fərid Abdullayev mənzil təmiri zamanı diqqət edilməsi lazım olan məsələlərdən və digər maraqlı məqamlardan danışdı.

Kolleksiyamın üzərində 10 il çalışmışam I Zaman maşını #38 21.11.2024

"Zaman maşını"nda qonağımız olan modelyer Leyla Əhmədova ilə dünya dəbindən, kolleksiyalardan, defilelərdən və s. danışdıq.

Abunəçilərin problemləri daha tez həll olunacaq! l Şəhər adamı #24 21.11.2024

"Şəhər adamı"nda qonaq olan “Azərişıq” ASC-də Texnoloji İnnovasiyalar kafedrası və Beyin Mərkəzinin müdiri Fərid Zalıyev abunəçilərin problemləri daha tez həll olununması üçün yaradılan texnologiyadan, “Azərişıq” ASC-nin iş fəaliyyətindən  və digər maraqlı məqamlardan danışdı.

Problem yaşanan bu yollarda işıqfor quraşdırılıb 21.11.2024

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla birlikdə şəhərdə qanunsuz parklanma edilən ərazilərdən, işıqforların quraşdırıldığı yeni ərazilərdən danışdıq və dinləyicilərin təklif və iradlarını səsləndirdik. 

Avtomobili qorumaq üçün nələrə diqqət etməliyik? 20.11.2024

"Qaydaları Pozma" verilişində avtomobil bloqqeri Fəxri Əsədovla birlikdə avtomobillərin istehsal olunduğu ölkəyə və modelinə görə qorumaq üsullarından, xarici ölkələrə avtomobillə səyahətdən və fərqli qaydalardan danışdıq. 

“Müəllim necə OLMALIDIR?” l Şəhər adamı #23 20.11.2024

"Şəhər adamı"nda qonaq olan kimya müəllimi, təhsil bloqeri Səkinə Həsənova 3 dildə kimya dərsi keçməsindən, “Müəllim necə OLMALIDIR” stereotiplərini qıran instagram bloqundan və digər maraqlı məqamlardan danışdı.

Kiçik otaqlarda divar rəsmləri necə olmalıdır? I Zaman maşını #37 19.11.2024

"Zaman maşını"nda qonağımız rəssam Elnur Şirinov ilə kiçik otaqlarda divar rəsmlərindən, boyaların fərqindən, müştərilərlə işlərdən və s. danışdıq.

Yollarda sürücüləri əsəbiləşdirən hallar hansılardır? 19.11.2024

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə yollarda sürücüləri əsəbiləşdirən əsas hallardan, ən çox yol verilən qayda pozuntularından, sürücülük dərslərindən və təlimlərdən danışdıq. 

İqlim dəyişikliyi: mif və reallıqlar l Şəhər adamı #22 19.11.2024

"Şəhər adamı"nda qonaq olan Samir İsayev ilə ölkəmizdə keçirilən COP29 tədbirindən, iqlim dəyişikliyindəki mif və reallıqlardan, ekoloji problemlərdən və digər maraqlı məqamlardan danışdı.

Toy musiqisi səhnənin yerini aldı I Zaman maşını #36 18.11.2024

"Zaman maşını"nda qonağımız olan müğənni Nərmin Kərimbəyova bizə toy musiqisinin səhnənin yerini almasından, bayağı musiqiçilərdən, müasir şou-biznesdən danışdı.

Velosiped yolları ilə bağlı müsbət və mənfi məqamlar nələrdir? 18.11.2024

"Qaydaları Pozma" verilişində peşəkar velosiped sürücüsü, "Sürəyənlər" qrupunun rəhbəri Tofiq Hidayətzadə ilə velosiped yollarından, yolların müsbət və mənfi məqamlarından, velosiped yolları ilə bağlı xarici təcrübələrdən danışdıq. 

Müasir biznesdə tələblər l Şəhər adamı #21 18.11.2024

"Şəhər adamı"nda Zöhrab Əliyev ilə birgə "peşəkar kadr qıtlığı və müasir biznes tələblər" mövzusunda maraqlı söhbətimiz baş tutdu.

Yaşıl layihələr üçün güzəştli kreditlər I Danışır Sahibkar 18.11.2024

"Danışır Sahibkar"da qonaq olan "Ekostep" MMC-nin təsisçisi Orxan Hüseynov  biznesin ideyasından, istehsal strategiyasından, layihənin gələcək hədəflərindən bəhs edib.

Aparıcı qonaqdan çox danışmamalıdır I Zaman maşını #35 16.11.2024

"Zaman maşını"nda qonağımız olan əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli ilə müasir jurnalistikanın inkişafından, xəbər kriteriyalarından, jurnalist etikasından və s. danışdıq.

Taksi sürücülərinin əsas problemi nədir? 16.11.2024

"Qaydaları Pozma" verilişində taksi bloqeri Türkel Səfərli ilə birlikdə taksi sürücülərinin əsas problemindən, sürücülərin ən ucuz və ən bahalı sifarişlərindən, sürücülərin və müştərilərin sifarişlərindən danışdıq. 

Qlobal istiləşmənin səbəbi nədir? I Zaman maşını #34 15.11.2024

"Zaman maşını"nda qonağımız coğrafiyaçı alim, ekoloq Ənvər Əliyev ilə qlobal istiləşmənin səbəblərindən, balinanın Xəzər dənizində yaşamasının qeyri-mümkün olduğundan, ekoloji problemlərdən və.s danışdıq.

Kasko sığortasında franşiza niyə yüksəkdir? 15.11.2024

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə kasko sığortasında qiymətlərdən, franşizadan azad olma qaydasından danışdıq və dinləyicilərin suallarını cavablandırdıq. 

Tənqidlərimə görə aktyorlar, rejissorlar məndən inciyirlər I Zaman maşını #33 07.11.2024

"Zaman maşını"nda qonağımız olan Azərbaycan Kinomotoqrafçılar İttifaqının İdarə Heyətinin Üzvü, kino tənqidçisi Sevda Sultanova bizə ən sevdiyi filmlərdən, tənqidlərinə görə rejissor və aktyorların ondan inciməsindən, sevmədiyi filmlərdən, peşəkar kino tənqidçisinin obyektiv olmasının vacibliyindən bizə danışdı.

Paytaxt yolları və sürücülər qışa nə qədər hazırdır? 07.11.2024

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla birlikdə son günlər paytaxt yollarında baş verən qəzaların səbəblərindən, paytaxt yollarının və sürücülərin qışa hazır olmasından, elektron tabloların əlverişsiz hava şəraitinə uyğun olaraq tənzimlənməsindən danışdıq. 

"Xpert"in 4 cümləsi "Dəyirman"ın bütün mətnlərindən böyükdür I Zaman maşını #32 06.11.2024

"Zaman maşını"nda qonağımız olan Hip-hop analitik Samir Ramazanov ilə maraqlı söhbətimiz baş tutdu.

Peşəkar kadr qıtlığı və müasir biznes tələblər l Şəhər adamı #20 06.11.2024

"Şəhər adamı"nda Zöhrab Əliyev ilə birgə "peşəkar kadr qıtlığı və müasir biznes tələblər" mövzusunda maraqlı söhbətimiz baş tutdu. 

Azərbaycanda niyə elektrikli avtomobilə inam yoxdur? 06.11.2024

"Qaydaları Pozma" verilişində elektrik avtomobil bloqeri İlkin Mustafayevlə birlikdə elektromobillərin xüsusiyyətlərindən, müsbət tərəflərindən, bu maşınlara olan güvənsizliyin səbəbindən, təhlükəsizlik məsələlərindən, həmçinin uyğun qiymətə alına biləcək ən yaxşı elektrik avtomobilindən danışdı. 

Məşhur olmaq üçün aktyorluğu seçdim I Zaman maşını #31 05.11.2024

"Zaman maşını"nda qonağımız olan Pantomima teatrının aktyoru, Əməkdar artist Elman Rəfiyev bizə 10 yaşından bəri professional səhnə aldığından və məşhur olmaq üçün bu sənəti seçdiyindən bizə danışdı.

Ascolta il podcast Avto FM 107.7 su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici