Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1060 episodi

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com

Autore

Avto FM 107.7

Categoria

Leisure

Sito del podcast

www.spreaker.com

Ultimo episodio

23 ott 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

Xaricdə yaşayan tələbələrimiz hansı çətinliklərlə üzləşə bilərlər? I Şəhər adamı #94 24.06.2025

"Şəhər adamı"nda qonağımız olan beynəlxalq tələbələrin uğuru və maarifləndirilməsi üzrə koordinator olan Amerikada yaşayan həmyerlimiz Məhəmməd Hacıyev ilə birlikdə xaricdə təhsil alan azərbaycanlı gənclərin inkişaf yolu, qarşılaşdıqları çətinliklər və uğur hekayələri, yeni mühitə adaptasiya və fərqli mədəniyyətlərlə qarşılaşma təcrübələri haqqında danışdıq.

Ekrana sığmayan kadrlar: mobil "filmmaker"in daxili dünyası I Şəhər adamı #93 23.06.2025

"Şəhər adamı"nda  qonağımız olan "mobiloqraf" Təraxan Tərlanzadə ilə birlikdə "mobiloqrafiya"nın incəliklərindən danışdıq. O hər bir kadrda necə hekayə yaratdığını paylaşdı.

Təhlükəli idarə edən sürücülərdən necə qorunaq? 23.06.2025

"Qaydaları pozma" verilişində Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə nəqliyyat vasitələrini idarə edən təhlükəli sürücülərdən danışdıq.

Məsuliyyət piyadadadır yoxsa sürücüdə? 21.06.2025

"Qaydaları pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin Rəsmisi Polkovnik - Leytenant  Mübariz Ağayev ilə sürücü və piyada məsuliyyətindən danışdıq.

Keramika sənətində daha önəmli olan nədir? I Şəhər adamı #92 21.06.2025

"Şəhər adamı"nda  qonağımız olan keramika dizayneri və rəssam olan Əsmər Əlizadə ilə birlikdə  həm funksional, həm də estetik baxımdan keramika işlərinin yaradılma prosesini və bu sahədə peşəkar olmağın çətinliklərini müzakirə etdik.

Qəza zamanı dəyən ziyanı kim ödəməlidir? 20.06.2025

"Qaydaları pozma" verilişində  Azərbaycan Sığortaçılar Asossasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə icbari sığortanın əhəmiyyətindən bəhs etdik. 

Qarantiya məhsulları necə fərqlənir? I Şəhər adamı #91 20.06.2025

"Şəhər adamı"nda  qonaqlarımız olan ABB Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsi - qrup rəhbəri Könül Hidayətova və koorporativ və KOS məhsulları sahəsi - baş məhsul sahibi Şükür Quliyev ilə birlikdə qarantiya məhsulları və onlar arasındakı fərqlər haqqında danışdıq.                                                                                                                    

Hansı nəqliyyat vasitələri təhlükə yaradır? 19.06.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla təhlükə yaradan nəqliyyat vasitələrindən, piyadaların məsuliyyətsizliyindən və s. danışdıq. 

İnteryer dizaynın harmoniyası necə olur? I Şəhər adamı #90 19.06.2025

"Şəhər adamı"nda qonağımız olan model, "Design Factor" memarlıq şirkətinin təsisçisi Nərgiz Süleymanova ilə birlikdə Pakistanda modellik fəaliyyətindən və bu ilin interyer dizayn trendlərindən  danışdıq.

Yollarda təhlükəsizliyə necə nəzarət olunur? 17.06.2025

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə yollarda təhlükəsizliyə nəzarət haqqında danışdıq. 

Kredit sığortası necə olur? I Şəhər adamı #89 17.06.2025

"Şəhər adamı"nda qonaqlarımız olan ABB Pərakəndə Kreditləşmə Sahəsinin müştəri təcrübələri üzrə ekspertləri Elçin Quliyev və Elgiz Abbasovla birlikdə kredit sığortasının əhəmiyyət və üstünlükləri haqqında danışdıq.

Niyə multimodal sistemə ehtiyac var? I Şəhər adamı #88 13.06.2025

"Şəhər adamı"nda qonağımız olan 166 yük daşıma və logistika şirkətində Beynəlxalq multimodal şöbənin rəhbəri Məsmalı Qasımzadə ilə birlikdə multimodal daşımanın fərq və üstünlüklərindən, sürətli çatdırılmadan danışdıq.

Qəza baş verdikdə hansı çətinliklərlə üzləşirsiniz? 12.06.2025

"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə  sürücülərin qəza baş verəndə üzləşdiyi çətinliklərdən danışdıq.

Moda dəyişir, tərz qalır? I Şəhər adamı #87 12.06.2025

"Şəhər adamı"nda qonağımız olan rəssam, modelyer, dizayner Mədinə Əhmədova ilə birlikdə trendlərin necə yarandığından, bu ilin dəbdə olan rəng və geyim modellərindən danışdıq.

İnsan dərisi üzərində incəsənət I Şəhər adamı #86 10.06.2025

"Şəhər adamı"nda qonağımız olan rəssam, "face art" ustası Elmira Qədirova ilə birlikdə rəssam fırçası ilə makiyajın fərqindən və işinin incə, çətin tərəflərindən danışdıq.

Uzaq məsafədən işləməyin üstünlüyü nədir? I Şəhər adamı #85 05.06.2025

"Şəhər adamı"nda qonağımız olan onlayn karyera məsləhətçisi və qlobal SMM mütəxəssisi Piruzə Quliyeva ilə birlikdə sosial medianın iş bazarında daha populyar ixtisaslar, uzaq məsafədən iş həyatının çətinlik və fərqindən danışdıq.

Sürücülər tələskənlik səbəbindən hansı qaydaları pozurlar? 05.06.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin pozduqları qaydalardan, tələskənliyin səbəb olduğu yol nəqliyyat hadisələrindən və s. danışdıq.

Piyada qəzalarının səbəbi sürücülərdir, yoxsa piyadalar? 04.06.2025

"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradlı bizə piyada qəzalarının səbəbindən, sürücülərin diqqətsizliyindən və s. danışdı.

Tropik istirahət üçün ən maraqlı məkanlar 04.06.2025

"Şəhər adamı"nda Zöhrab Əliyev ilə birgə tropik turizm ərazilərindən olan Krabi və Puket adaları haqqında maraqlı və faydalı söhbətimiz baş tutdu.

Uzaq yola çıxarkən nələrə diqqət etmək lazımdır? 03.06.2025

"Qaydaları pozma"da qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə uzaq yola çıxarkən diqqət edilməsi lazım olan məqamlardan, 

Nə qədər müddətə yeni dil öyrənmək olar? I Şəhər adamı #84 03.06.2025

"Şəhər adamı"nda qonağımız olan IELTS müəlliməsi, dilçi Mətanət Kolçi ilə yeni dil öyrənməyin sirlərindən, xaricdə təhsilin fərqindən və üstünlüklərindən danışdıq.

Bloqer olmaq asandır? I Şəhər adamı #83 02.06.2025

"Şəhər adamı"nda qonağımız olan bloqer və sahibkar Nərmin Knyaz hazırda blogerliyin yerindən və təsir gücündən, sahibkar olaraq biznesdə diqqət edilməli olan məqamlardan danışdı.

Məktəblilər yol hərəkəti qaydalarını necə öyrənə bilərlər? 02.06.2025

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik-leytenant Mübariz Ağayevlə birlikdə məktəblilərin yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirilməsi məqsədilə “Yol Polisimizlə bir gün” adlı silsilə tədbirlər haqqında danışdıq.

Onurğa problemlərini idmanla aradan qaldıra bilərsiniz I Şəhər adamı #82 30.05.2025

"Şəhər adamı"nda qonağımız olan vertebroloq, fizioterapevt Sevinc Məmmədova bizə onurğa problemlərinin sadə yolla həllərindən, bu sahədə olan təcrübəsindən, onurğa xəstəliklərinin növlərindən və s. danışdı.

Sığorta ödənişinin gecikməsi hansı hallarda baş verir? 30.05.2025

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə qəza zamanı sığorta ödənişlərinin gecikməsi və ya imtina hallarından, bu halların səbəblərindən danışdıq.

Ascolta il podcast Avto FM 107.7 su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici