Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1060 episodi

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com

Autore

Avto FM 107.7

Categoria

Leisure

Sito del podcast

www.spreaker.com

Ultimo episodio

23 ott 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

Tələbələrin uğurlu təhsili üçün onlara dəstək olmaq bizim işimizdir I Şəhər adamı #110 18.07.2025

"Şəhər adamı"nda qonağımız olan Bakı Təhsil Məlumat Mərkəzinin direktoru, xaricdə təhsil üzrə mütəxəssis, təhsil eksperti Günay Məsimova ilə xaricdə təhsildən, təhsil şirkətlərinin etibarlılığından, yay düşərgələrindən və həmin düşərgələrin təşkilat səviyyələrindən bəhs etdik.

Arzum Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən professional film çəkməkdir I Şəhər adamı #109 17.07.2025

"Şəhər adamı"nda qonağımız olan bloqer, "creative director" Məryəm Novruzi ilə İngiltərədəki şirkətlərin iş prinsipindən, düzgün formatda sosial şəbəkə istifadəsindən, İngiltərəyə getmək üçün tələb olunan şərtlərdən, ixtisasla peşə arasındakı əlaqələrdən, "30 altı 30" layihəsindən və bu layihədə iştirak etmək üçün lazım olan kriteriyalardan, xarici ölkələrdə Azərbaycan mədəniyyətinə olan maraqdan,...

Səfər sığortası alarkən nələrə diqqət etmək lazımdır? I Şəhər adamı #108 16.07.2025

"Şəhər adamı"nda qonağımız olan "PAŞA Sığorta"nın rəqəmsal marketinq üzrə baş mütəxəssisi Nəzrin Mahmudova ilə səfər sığortasından, bu sığortanın Şengen zonası olan ölkələrdə əhəmiyyətindən, sığorta qiymətlərinin hesablanma qaydalarından, səfərdə baş verən problemlər zamanı xərclərin qarşılanmasından, səfər sığortasının əldə edilmə qaydalarından və bu sığortanı əldə etmək üçün diqqət etməli olduğu...

Qəzaya düşməmək üçün nə edək? 15.07.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə qəzalardan qorunmağın yollarından danışdıq.

Drift yarışmasında ilk qızıl medal qazanan azərbaycanlı pilot I Şəhər adamı #107 15.07.2025

"Şəhər adamı"nda qonağımız olan Azərbaycan Avtomobil Federasiyasının pilotu Fərid Quliyev ilə drift maşınlar, onların istifadəsi zamanı təhlükəsizlik tədbirlərindən, drift yarışlarından, 1 yarışa xərclənən məbləğdən, avtoidmanın ölkədəki səviyyəsindən və Türkiyədəki drift yarışından danışdıq. 

Moped və skuterlər nə qədər təhlükəlidir? 14.07.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin Rəsmisi Polkovnik -Leytenant Mübariz Ağayev ilə təhlükəli idarə edən moped və skuter sürücülərindən danışdıq.

Ruhuma daha yaxın bildiyim musiqi film musiqisidir I Şəhər adamı #106 14.07.2025

"Şəhər adamı"nda qonağımız olan prodüser, bəstəkar, aranjemançı Ruhin İsmayılov ilə "Grand Prix" mükafatından, Avstriyada iştirak etdiyi müsabiqədən, müasir dünya musiqisindən, radioda musiqilərin keyfiyyətindən, süni intellektin musiqiyə təsirindən, "Generation" və "Rüzgar" filmi layihəsindən, həmçinin "Netflix" platformasında yayımlanan filmlərdəki musiqilərdən bəhs etdik.

Sahibkarlar kredit götürəndə ən çox nədən çəkinirlər? I Şəhər adamı #105 11.07.2025

"Şəhər adamı"nda qonağımız olan ABB Rəqəmsal kiçik biznes sahəsinin nümayəndəsi Mehrac Sarıxanlı ilə bank sektorunun işləmə prinsiplərindən, üzbəüz və rəqəmsal kreditlərin müqayisəsindən, banklarda növbə çoxluğundan, fərdi sahibkarlardan və onları narahat edən məqamlardan, kredit limitlərindən, həmçinin ABB-də süni intellektin mövcudluğundan və bank sektorlarının gələcək taleyindən danışdıq.

Avtomobildə texniki nasazlıq yarandıqda nə edirsiniz? 10.07.2025

"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə avtomobildə nasazlıq yarananda edilməsi lazım olan məqamlardan danışdıq.

Çin bazarında ticarətin əsas incəlikləri I Şəhər adamı #104 10.07.2025

"Şəhər adamı"nda qonağımız olan beynəlxalq ticarət mütəxəssisi İqrar Məmmədov ilə Çin bazarlarından, oradakı həyat tərzindən, oranın mətbəxindən, həmçinin Çində ticarətdən, məhsulların keyfiyyətindən, müştəri məmnuniyyətindən, həmin ölkənin avtomobillərindən və minimal əməkhaqqından danışdıq.

Qənnadıçılığın inkişaf mərhələləri. I Şəhər adamı #103 09.07.2025

"Şəhər adamı"nda qonağımız olan “Cake School” qənnadıçılıq akademiyasının təsisçisi Emilya İsmayılova ilə kulinariyadan, qənnadıçılıq məktəbindən, diyetik şirniyyatlardan, şokolada olan tələbatdan, tortun üzərində əks olunan fiqurlardan və dünyada məşhurlaşan şirniyyatlardan danışdıq..

Boşananlarla hansı profilaktik tədbirlər aparılır? I Şəhər adamı #102 08.07.2025

"Şəhər adamı"nda qonağımız olan Vəkillər Kollegiyasının üzvü, vəkil Aydan Rəhimli ilə Vəkillər Kollegiyasından, vəkil andı, vəkil marşı, boşanmanın səbəbləri və qarşısının alınması üsullarından, qeyri-rəsmi nikahlardan, məhkəmələrdən, alimentdən, inzibati xətalardan, mülki işlərdən, ailə mübahisələrindən, Mediasiyadan, həmçinin daşınmaz əmlak və torpaqla əlaqədar mühüm məsələlərdən danışdıq.

Sürücülük mədəniyyəti nədir? 08.07.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücülük mədəniyyətindən danışdıq.

Gənc müəllimlərin şagirdlərlə rəftarındakı prinsiplər I Şəhər adamı #101 07.07.2025

"Şəhər adamı"nda qonağımız olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin ingilis dili və ədəbiyyatı müəllimi, sinif rəhbəri Səbinə Məlikzadə ilə təhsildə keyfiyyətdən, məktəb şagirdləri və onların psixologiyasından, gənc müəllimlərin şagirdlərə yanaşmasından, həmçinin özəl və dövlət məktəblərinin fərqindən danışdıq.

ABB-nin "FaydaMania" məhsulu hansı fürsətləri təqdim edir? I Şəhər adamı #100 04.07.2025

"Şəhər adamı"nda qonağımız olan ABB Bank pərakəndə seqment sahəsi, məhsul sahibi Vasif Naibov ilə "FaydaMania" məhsulundan və həmin məhsulun gənclərə təqdim etdiyi fürsətlərdən danışdıq.

Yollarda hörmətsizlik edən sürücülərə qarşı reaksiyanız necə olur? 03.07.2025

"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat katibi Ömər Xıdırov ilə yollarda hörmətsizlik edən sürücülər barədə danışdıq.

Zəhərli sürünənlərdən özümüzü necə müdafiə edək? I Şəhər adamı #99 03.07.2025

"Şəhər adamı"nda qonağımız olan herpetoloq Anar Cəfərov ilə sürünənlərdən, zəhərli ilanlardan, ilan sancması zamanı ilkin tibbi yardım metodlarından, həmçinin vizual olaraq zəhərli və zəhərsiz ilanları ayıra bilməyin yollarından danışdıq.

Dubayda turizm sahəsi üzrə çalışmaq üçün hansı məqamlara diqqət etmək lazımdır? I Şəhər adamı #98 03.07.2025

"Şəhər adamı"nda qonağımız olan Dubayda yaşayan və turizm sahəsində çalışan Nigar Səmədova ilə Dubayın tarixi və mədəniyyəti, oradakı yaşam tərzi, həmçinin bu şəhərdə iş tapmaq, biznes qurmaq və qastronomiya haqqında danışdıq.

Yay aylarında qəzalar hansı səbəblərdən baş verir? 02.07.2025

"Qaydaları pozma" verilişində Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ilə yay aylarında qəzaların səbəblərindən danışdıq.

Dayanma və durma: harada olar, harada olmaz? 01.07.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə dayanma və durmanın nə olduğundan danışdıq.

ABB ilə yaşam xərclərini necə minimuma endirmək olar? I Şəhər adamı #97 01.07.2025

"Şəhər adamı"nda qonağımız olan müştəri təcrübələri üzrə aparıcı mütəxəssis Lamiə Zülfiqarova və rəqəmsal marketinq üzrə baş mütəxəssis Nuranə Nuriyeva ilə ABB kartından - mil kartları və onların üstünlükləri, keşbek kartı haqqında, yay fürsətləri və səyahət zamanı kartın funksionallığından danışdıq.

Yollarda sizi ən çox nə əsəbiləşdirir? 30.06.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə yollarda sürücülərin qeyri-etik davranışlarından və sürücülərin ən çox əsəbiləşdiyi məqamlardan danışdıq.

Yolayrıcında bizi hansı təhlükələr gözləyir? 30.06.2025

"Qaydaları pozma" verilişində Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yolayrıcında təhlükəsiz idarəetmə qaydalarından danışdıq.

Şərqlə Qərbin magistr təhsilində fərqi I Şəhər adamı #96 30.06.2025

"Şəhər adamı"nda qonağımız olan magistratura hazırlığı üzrə müəllim və rəssam Fəzail Zəkəriyyə ilə səyahətdən, rəssamlıqdan, xaricdə və Bakıda magistratura təhsilinin əhəmiyyətindən danışdıq.

Futbolumuzun sabahı və inkişaf yolu l Şəhər adamı #95 25.06.2025

"Şəhər adamı"nda qonağımız olan Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev ilə birlikdə Azərbaycan futbolunun gələcəyindən, gənc istedadların dəstəklənməsi yollarından, infrastruktur layihələrindən və futbola töhfə verən ideyalar, çətinliklər və yeni hədəflər haqqında danışdıq.

Ascolta il podcast Avto FM 107.7 su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici