Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1058 episodi

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com

Autore

Avto FM 107.7

Categoria

Leisure

Sito del podcast

www.spreaker.com

Ultimo episodio

21 ott 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

İkinci əl avtomobil almaq yaxşıdır? I Bir Avto 19.09.2025

"Bir Avto" verilişində qonaq olan avtobloqer Nurlan Qurbanov ilə birlikdə ikinci əl bazarı və rəsmi servisdən alınan avtomobillər arasındakı qiymət fərqləri, təhlükəsizlik, avtomobilin texniki vəziyyəti və alıcı üçün risklər kimi məqamları müzakirə etdik.

İntellekt, inkişaf, təşəbbüs ruhu I Overtime 19.09.2025

"Overtime" verilişində qonaq olan Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı ilə birlikdə intellektual hərəkatdan, gənclərin sosial fəallığından, komandaların qurulmasından və yarışlara hazırlıq prosesindən danışdıq. 

Elektrikli, plagin hibrid ya benzin - dizel? I Bir Avto 19.09.2025

"Bir Avto" verilişində plagin, dizel və elektrikli avtomobillərin üstünlükləri və çatışmazlıqları barədə dinləyicilərlə birlikdə müzakirə etdik.

Yol hərəkətinin təşkilində edilən dəyişikliklər 19.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan AYNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Samir Məhərrəmov ilə yeni görülən işlərdən, yol hərəkətində edilən dəyişikliklərdən danışdıq. 

Yağışlı havalarda ən çox pozulan yol hərəkəti qaydaları 19.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev ilə yağıçlı havalarda qəzaların səbəbindən danışdıq.

Çimərlik futbolu üzrə Avropa 3-cüləri I Overtime 19.09.2025

Çimərlik futbolu üzrə  Avropa 3-cüsü olan Azərbaycan milli komandasının üzvləri qapıçı, qapıçılar üzrə məşqçi - Elçin Qasımov, hücumçular - Sabir Allahquliyev, Bayram Bayramlı, müdafiəçi - Kamil Hüseynov "Overtime" verilişində qonaq oldular. 

Ani dəyişən hava sağlamlığımıza təsir edir? l Şəhər adamı #149 18.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan terapevt Mətanət Cəfərova ilə birlikdə qidalanma rejimi,mədə - bağırsaq sağlamlığı, gündəlik vərdişlər və bu amillərin bir-birinə bağlı şəkildə insan həyatına təsiri barədə söhbət etdik.

Qəzalar zamanı sığortanın önəmi 18.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığortanın önəmindən danışdıq.

Bizneslərə böyümək üçün nə lazımdır? I Şəhər adamı #148 17.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan  biznes mentor Zahid Adıgözəlovla birlikdə söhbətimizin mövzusu biznes idi — qurmaq, böyütmək, davam etdirmək və dəyişən bazara uyğunlaşmaq. 

Elektromobillər sərfəlidir? I Bir Avto 17.09.2025

"Bir avto" verilişində qonaq olan elektromobil bloqeri İlkin Mustafayev ilə birlikdə elektromobillərin üstünlükləri, yayılmış miflər, şarj infrastrukturu, batareya ömrü və Azərbaycanda bu texnologiyanın inkişaf perspektivləri haqqında müzakirə etdik.

Ən çox pozulan 10 yol hərəkəti qaydası 17.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bizə ən çox pozulan 10 qayda haqqında danışdı.

Təhlükəsiz qidalanma nə deməkdir? I Şəhər adamı #147 17.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan qida mütəxəssisi Seymur Qafarov ilə birlikdə söhbətimiz zamanı gündəlik yemək vərdişlərindən tutmuş, sağlam seçimlərin necə formalaşmalı olduğuna qədər bir çox vacib məqamlara toxunduq.

Təhsil sahəsində problemlər var? I Şəhər adamı #146 15.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan təhsil eksperti Elnur Hacıyev ilə birlikdə təhsildə ümumi vəziyyəti, həm də aktual problemləri müzakirə etdik. Məktəb təhsili, kurikulumun tətbiqi, müəllim hazırlığı, valideyn-məktəb münasibətləri haqqında danışdıq.

Yeni tədris ilinin başlaması ilə bağlı yollarda hansı tədbirlər görülür? 12.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polis  İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev ilə yeni tədris ilində yollardakı vəziyyət barədə danışdıq.

"Emosional verdiyimiz bütün qərarlar səhvdir" l Şəhər adamı #145 12.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ilə birlikdə insan tipləri, şəxsiyyət quruluşları, emosional ehtiyaclar, narsist və özgüvənli insanlar arasındakı fərqlər, eləcə də qadın və kişilər arasında cəmiyyətdə formalaşmış gözləntilər, stereotiplər və psixoloji təsirlər barədə danışdıq.

Yeni tədris ilində təhlükəsizlik qaydaları 11.09.2025

"Qaydaları pozma" verilişində qonağmız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə yeni tədris ilində təhlükəsizlik qaydalarından danışdıq.

Evinizlə bağlı risk və ya zərər halına qarşı nə etməlisiniz? I Şəhər adamı #144 11.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan Paşa Sığorta-nın "Yuvam" məhsulu üzrə məhsul sahibi, sığorta mütəxəssisi Mehralı Əhmədli ilə birlikdə əmlak sığortasının mahiyyəti, evimizi nələrə qarşı necə sığortalaya biləcəyimiz, tez-tez qarşılaşılan risklər və “Yuvam” məhsulunun bu ehtiyaclara necə cavab verdiyi barədə danışdıq.

Yük maşınlarının səbəb olduğu qəzalar 10.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ilə yük maşınlarının törətdikləri qəzalardan danışdıq.

Bizneslər niyə xarici bazara çıxa bilmirlər? I Şəhər adamı #143 10.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan biznes mentor, psixoloq Zahid Adıgözəlovla birlikdə Azərbaycan məhsullarının və xidmətlərinin xarici bazarlara çıxışındakı çətinlikləri, ən çox rast gəlinən strateji və menecment səhvləri, brendin düzgün qurulması haqqında danışdıq.

Qəzaların səbəbləri 10.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə qəzaların səbəblərindən danışdıq.

Su həyatdır, amma onu itiririk... I Şəhər adamı #142 09.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan ətraf mühit üzrə ekspert, hüquqşünas Samir İsayev ilə birlikdə su ehtiyatlarının azalması, quraqlıq riski, israfın miqyası və gündəlik vərdişlərimizin təbiətə təsiri barədə danışdıq. Həm ölkəmizdə, həm də dünyada su ilə bağlı kritik vəziyyətə nəzər saldıq, qarşısını almaq üçün fərdi və ictimai səviyyədə nə etmək lazım olduğunu müzakirə etdik.

Yollarda təhlükəsizlik qaydaları 08.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev ilə yollarda təhlükəsizlik qaydalarından danışdıq.

İdmanda hüquq pozularsa, kim cavabdehdir? I Şəhər adamı #141 08.09.2025

"Şəhər adamı" rubrikasının qonağı olan, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, idman sahəsində fəaliyyət göstərən vəkil Elcan Həsənli ilə birlikdə idman dünyasında tez-tez rast gəlinən hüquqi məsələlər, idmançılar və klublar arasında müqavilələr, futbol və digər idman növlərində hüquq haqqında söhbət etdik.

İnvestisiya etməyə haradan başlayaq? I Şəhər adamı #140 05.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan biznes mentor, "İnvest Akademiya" layihəsinin həmtəsisiçisi Fərid Əbdülzadə ilə birlikdə uğurlu biznesin sirrləri, səhvlər, ideyanın bazara çevrilməsi, pulun dəyəri, investisiya imkanları, risklər və uzunmüddətli yatırımlar barədə danışdıq. 

Təhsildə yeniliklər və ilham dolu hekayələr I Şəhər adamı #139 04.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan Kamil Əyyubov adına 12 nömrəli məktəbin ibtidai sinif müəllimi Günel Əkbər ilə birlikdə təhsil sahəsindəki təcrübələrindən, müəllimlik peşəsinin çətinlikləri və gözəlliklərindən danışdıq. Yeni tədris metodları, şagirdlərlə effektiv ünsiyyət yolları və innovativ yanaşmaları, təhsil sistemindəki dəyişikliklər barədə müzakirə etdik.

Ascolta il podcast Avto FM 107.7 su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici