Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1058 episodi

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com

Autore

Avto FM 107.7

Categoria

Leisure

Sito del podcast

www.spreaker.com

Ultimo episodio

21 ott 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

Çindən hansı avtomobillər alınır? I Şəhər adamı #158 01.10.2025

"Şəhər adamı" rubrikasında qonaq olan satış təmsilçisi LiShiJia ilə birlikdə hazırda ölkəmizdə ən çox satılan avtomobil modelləri, istehlakçıların seçim meyarları, qiymət aralığı, Çin avtomobillərinə tələbat, həmçinin hansı növ avtomobillərin populyarlaşdığı mövzularını müzakirə etdik.

Avtomobildə texnoloji yeniliklərə güvənmək olar? I Bir Avto 01.10.2025

"Bir Avto" verilişində qonaq olanü texnobloqer Valid Fərmanoğlu ilə birlikdə avtomobillərdəki texnoloji trendləri, süni intellekt dəstəyi, avtomatik parklanma, zolaq saxlama, təhlükə zamanı xəbərdarlıq sistemləri, sürücülərin bu sistemlərə münasibətini müzakirə etdik

Sıxlıq zamanı ən çox edilən səhvlər 30.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sıxlıqda ən çox edilən səhvlərdən danışdıq.

İcbari Tibbi Sığorta: sistem necə işləyir və bizi nələr gözləyir? I Şəhər adamı #157 30.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzi xidmətinin baş məsləhətçisi Afaq Kazımova ilə birlikdə icbari tibbi sığorta sisteminin əhatə dairəsi - hansı xidmətlərin bu sistemə daxil olduğu, hansı xəstəxanalarda vətəndaşların bu xidmətlərdən necə yararlana biləcəyi, müraciət mexanizmləri, təminat çərçivəsi, göstərilən xidmətlərin keyfiyyəti və ə...

Piyadalaşdırılmanın önəmi 29.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan memar Dilqəm İsmayılov ilə piyadalaşmanın şəhərə təsirləri barədə danışdıq.

Avtomobilinizi hansı səbəbdən seçmisiniz? IBir Avto 29.09.2025

"Bir Avto" verilişində avtomobil seçiminin səbəbləri, populyar markalara olan münasibət, lüks və ya sərfəli nəqliyyat vasitələri kimi məqamları müzakirə etdik.

"Bütün mədəni və sosial münasibətlər iqtisadi münasibətlər üzərində qurulur" I Şəhər adamı #156 29.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan sosioloq Yusif Nəbiyev ilə birlikdə ailə institutunun mövcud vəziyyəti, boşanma hallarının artmasının səbəbləri, ailə büdcəsinin düzgün planlanmaması və cütlüklər arasında maliyyə mövzusunda danışdıq.

Premium avtomobil necə olmalıdır? I Bir Avto 26.09.2025

"Bir Avto" verilişində bu dəfə sükan arxasında fərqi hiss etdirən premium avtomobillərdən danışdıq. Premium avtomobillərin dizayn detalından tutmuş, mühərrik performansı, yanacaq effektivliyi və sürüş rahatlığı kimi texniki xüsusiyyətlərinə qədər bütün aspektləri nəzərdən keçirdik.

Qəza zamanı hadisə yerində düzgün davranış 26.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə qəza zamanı hadisə yerində düzgün davranışdan danışdıq.

Gənclər niyə peşə təhsilini seçməlidirlər? I Şəhər adamı #155 26.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR və Kommunikasiya üzrə sektor müdiri Aytən Səfərəliyeva ilə birlikdə gənclərin peşə təhsilinə marağı, mövcud imkanlar, texniki bacarıqların əmək bazarında rolu və gələcək planları müzakirə etdik.

Manevretmə qaydalarının pozulmasına görə baş verən qəzalar 25.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə manevr etmə qaydalarının pozulmasına görə baş verən qəzalar haqqında danışdıq.

Avtomobil restavrasiyası və ikinci əl bazar I Bir avto 25.09.2025

"Bir Avto" verilişində qonaq olan avtobloqer Əli Məmmədov ilə birlikdə ikinci əl avtomobil bazarında vəziyyət, alıcıların qarşılaşdığı riskləri və eyni zamanda avtomobil restavrasiyası kimi yüksələn bir tendensiyanı müzakirə etdik.

Dərimiz bizə nə "deyir?" I Şəhər adamı #154 25.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan dermatoveneroloq Quba Rüstəmova ilə həm dəri sağlamlığı, həm də cəmiyyətimizdə tez-tez qarşılaşılan dəri problemləri haqqında danışdıq, həkim qonağımız allergiyalar, dəri baxımı və gigiyena ilə bağlı məqamları bölüşdü.

BYD Destroyer 05 yoxsa, Changan A05 I Bir Avto 24.09.2025

"Bir Avto" verilişində iki populyar Çin sedanı – BYD Destroyer 05 və Changan A05 modellərini müzakirə etdik. Hər iki modelin güc aqreqatları, interyer rahatlığı, texnoloji imkanları və yol tutumu kimi əsas xüsusiyyətlərini dinləyicilərlə birlikdə müqayisə etdik.

"Övladlarına əziyyət verməyənlərin nəvələri ac qalacaq" l Şəhər adamı #153 24.09.2025

"Şəhər adamı"nda qonaq olan biznes mentor Zahid Adıgözəlovla birlikdə sahibkar valideyn və onların uşaqları, biznesi necə ötürməli olduqları, daşınmaz əmlaka yatırım etməyin qaydaları haqqında müzakirə etdik

Avtomobilin dizaynı önəmlidir? I Bir Avto 24.09.2025

"Bir Avto" verilişində qonaq olan avtomobil rəssamı, hiperrealism üslubunda avtomobil rəsmləri çəkən Hümbət Kərimli ilə birlikdə ilham mənbələrindən və avtomobil dizaynının incəliklərindən danışdıq.

Şəhərə giriş ödənişli olsa, tıxaclar azalar? I Bir Avto 24.09.2025

Bu dəfə "Bir Avto" verilişində şəhər mərkəzinə girişin ödənişli olması məsələsini müzakirə edirik. Tıxacların azalması üçün belə bir addım nə qədər effektivdir? İnsanlar ödənişdən sonra nə dərəcədə avtomobil istifadəsindən imtina edər?

Ödənişli hərəkət zonaları yollara necə təsir edəcək? 24.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradllı ilə ödənişli hərəkət zonalarının yollara təsirindən danışdıq.

Dünya ölkələrində sıxlıqla mübarizə yolları 24.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sıxlıqla mübarizə yollarından danışdıq.

Müasir dövrdə valideyn necə olmalıdır? I Şəhər adamı #152 24.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan təlimçi, psixopedaqoq Məsməxanım Hacıyeva ilə birlikdə uşaqların emosional inkişafı, valideyn-müəllim münasibətləri və məktəb dövründə rast gəlinən həm pedaqoji, həm də psixoloji çətinliklər haqqında danışdıq.

Düzgün ara məsafəsinin önəmi 23.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə ara məsafəsinin önəmindən danışdıq.

Avtomobilsiz mümkündür? I Şəhər adamı #151 22.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan Azərbaycan Velosiped İdmanı Federasiyasında məşqçi, velosiped təlimçisi Səhər Mehman ilə birlikdə “Avtomobilsiz gün” münasibətilə velosiped sürməyin sağlamlığa, ətraf mühitə və şəhər həyatına təsirindən danışdıq. Velosiped mədəniyyəti, təhlükəsizlik qaydaları, şəhərdə infrastrukturun vəziyyəti haqqında maraqlı fikirlər bölüşdük.

Azərbaycan dünya robotexnika yarışında l Overtime 19.09.2025

Dünya Robotexnika Yarışında gənclərimiz həm qızıl, həm də gümüş medal qazanaraq ölkəmizi layiqincə təmsil edən Fərid Həmidli, Paşa Rüstəmov, Nəcmin Əliyev, Məhəmməd Cəfərli, Ümid Nəzərli və komandanın baş məşqçisi - Rəhman Rəsulzadə "Overtime" verilişində qonaq oldular.

Formula 1-in həyəcanı və Bakı Qran Prisinin təsiri I Bir Avto 19.09.2025

"Bir Avto" verilişində Formula 1 haqqında danışdıq - sürət, taktika, texnologiya və adrenalin dolu yarışların sirrlərinə nəzər saldıq. Bakı Qran Prisinin şəhərə və insanlara təsiri, azarkeş marağı, komandalar arasındakı rəqabət və F1 dünyasında baş verən yenilikləri dinləyicilərimizlə paylaşdıq. 

"Öz taleyimizi müəyyənləşdirmək bizim suverenliyimiz idi" I Şəhər adamı #150 19.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan Milli Məclisin deputatı Naqif Həmzəyev ilə birlikdə "Suverenlik ili" çərçivəsində atdığı addımları, 2023-cü ildə keçirilən antiterror əməliyyatlarının mahiyyətini və regionda yaranan yenilikləri müzakirə etdik. 

Ascolta il podcast Avto FM 107.7 su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici