İnara&Ayşə
HAQQ Talk
İnara və Ayşə sizləri aktual sosial mövzulara bir də hüquq pəncərəsindən baxmağa dəvət edir.
N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : rss.com
Où écouter ?
Les podcasts dans l'appli Replaio Radio Bientôt disponibleLes podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts
Épisodes
Özünü öldürmə həddinə çatdırma 02.10.2023 31:18
Qonağımız Əli Qəmbərovla birlikdə artan intihar hallarına hüquqi baxış gətirməyə çalışdıq. Fərdlər niyə intihara əl atırlar? Burada digər şəxslərin rolu varmı? Olduğu təqdirdə cəza təbirləri nələrdir? Medyanın intihar hadisələrini işıqlandırması nə dərəcədə doğrudur? Gəlin diskussiyamıza qoşulun və suallarımızın cavabını birlikdə alaq. Xoş dinləmələr!
Uşaq valideynə, yoxsa dövlətə məxsusdur? 18.09.2023 20:24
Bugün danışırıq valideyn hüquqlarından. Valideynlərin uşaqları üzərində hansı səlahiyyətləri var? Uşaqları yetişdirmək onların öhdəliyidir, yoxsa seçimi? Xarici təcrübədə valideyn və övlad münasibətləri necə tənzimlənir? Qısacası, çalışmışıq ki, bütün suallarınızın cavabını bir epizoda sığışdıraq. Dinləyin və bal verməyi unutmayın. Xoş dinləmələr!
Mühafizə orderi qoruyurmu? 11.09.2023 19:32
Bu epizodumuzda məişət zorakılığına məruz qalmış hər bir şəxsin təməl hüququ olan mühafizə orderindən danışmışıq. Gəlin birlikdə mühafizə orderinin təcrübədə bizi həqiqətən də qoruyub-qorumadığını müəyyənləşdirək. Xoş dinləmələr!
Borc və dələduzluq 04.09.2023 25:34
Bu dəfə qonağımız Vəkillər Kollegiyasının üzvü Babək Həmidovla birgə son dönəmlərdə aktuallığını davam etdirən dələduzluq hallarını real hadisələr üzərindən müzakirə etmişik. Borc almaq və vermək hazırki dövr üçün nə qədər təhlükəlidir? Dinlədikdən sonra şərhlərinizi gözləyirik.
Polisin hansı səlahiyyətləri var? 28.08.2023 35:42
Hüquqşünas Səməd Rəhimli ilə bu həftə polislərin səlahiyyətlərindən danışırıq. Müzakirəmizdə polisin müqavimətindən, hansı hallarda odlu silahdan istifadə edə biləcəyindən, etirazlara qanuni cavablardan: qısacası -mali, məli (lər)-dən danışırıq. Fasilə verdiyiniz hər anlarda sizləri həmsöhbətimiz olmağa dəvət edirik.
Kuryerlər nə istəyirlər? 21.08.2023 29:41
HAQQ Talk podkastın ilk buraxılışının qonağı iqtisadçı Fərid Mehralızadədir. İnara və Ayşə qonaqları ilə birgə son dönəmlər aktual mövzu olan kuryerlərin hüquqlarından danışırlar. Gəlin görək qanunvericilik kuryer hüquqları haqqında nə deyir?
Podcasts similaires
Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics