Dalğa FM
Dalğa FM
"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et
N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.spreaker.com
Où écouter ?
Les podcasts dans l'appli Replaio Radio Bientôt disponibleLes podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts
Épisodes
"Mən mahnı bəstələyərkən ifaçının da fikrini nəzərə alıram" 05.09.2025 29:45
"Sənətin səsi" verilişinin buraxılışında bəstəkar Aynur Adilqızı və müğənni Samirə Rəcəbli ilə peşəkar bəstəkarlardan, Aynur Adilqızının bəstələrindən, Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov ilə birgə olan yeni mahnısından və digər maraqlı məqamlardan bəhs etdik.
Birinci sinifə gedən uşaqların məktəbə adaptasiyası necə aparılmalıdır? I Səhərin Dalğası #5 05.09.2025 33:12
"Səhərin Dalğası" verilişində qonağımız olan klinik psixoloq Tamilla Süleymanova ilə azyaşlı uşaqların məktəblərə adaptasiyasından, adaptasiya prosesində valideynlərin rolundan, məktəblilərə göstərilən psixoloji xidmətdən və adaptasiya prosesində yol verilən ümumi səhvlərdən danışdıq.
Taksi fəaliyyətində xidmət keyfiyyəti sizi qane edirmi? I Səhərin Dalğası #4 04.09.2025 33:12
"Səhərin Dalğası" verilişində qonağımız olan nəqliyyat məsələləri üzrə mütəxəssis Anar Şükürov ilə taksi xidmətlərinin keyfiyyətindən, taksi sürücüləri ilə müştərilər arasındakı mübahisələrdən, taksilərdəki ödəniş sistemlərindən, qiymətlərin gündəlik dəyişmə səbəblərindən və sürücülər üçün keçirilən təlimlərdən danışdıq.
"Birlikdə daha bir duetimiz olacaq" 04.09.2025 29:47
"Sənətin səsi" verilişinin buraxılışında müğənni Leyla Həmzəliyeva və müğənni Xasay Şıxıyev ilə sənət yollarının kəsişməsindən, birlikdə etmiş olduqları duetdən, peşəkar bəstəkarlarımızdan, gələcək planlarından və digər maraqlı məqamlardan bəhs etdik.
"Təkcə Azərbaycanda 200-dən çox yallı rəqsimiz var" 03.09.2025 39:35
"Sənətin səsi" verilişinin buraxılışında BMA-nın elmi işçisi, tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmanlı ilə Azərbaycanın qədim rəqs havalarından, 40 ildən çox olan sənət yolundan, mənimsənən yallılarımızdan, rəqslərimizin janrlarından və digər maraqlı məqamlardan bəhs etdik.
Kirayə mənzil mədəniyyətinin formalaşmamasının səbəbləri nələrdir? I Səhərin Dalğası #3 03.09.2025 31:04
"Səhərin Dalğası" verilişində qonağımız olan daşınmaz əmlakın qiymətləndirilməsi və satışı üzrə ekspert Şaiq Əliyev ilə mənzillərimizdəki kirayə mədəniyyətindən, kirayə müqaviləsindən, mənzillərdəki qiymət artımlarından, bahalı və ucuz mənzillərin əlçatanlıq səviyyəsindən bəhs etdik.
"Teatr mədəni istirahətdir" 02.09.2025 37:56
"Sənətin səsi" verilişinin buraxılışını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Məsmə Aslanqızı ilə teatr aktrisalığından, uşaqlar üçün olan tövsiyələrindən, Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti , Prezident təqaüdçüsü olan Səidə Quliyeva ilə birgə olan sənət yolundan, yeni...
İxtisas seçimində hansı səhvlərə yol verilməməlidir? I Səhərin dalğası #2 02.09.2025 32:44
"Səhərin Dalğası" verilişində qonağımız olan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli ilə ixtisas seçimində buraxılan səhvlərdən, ən çox tələbatlı ixtisaslardan, yanlış ixtisas seçiminin tələbələrə təsirindən, müsabiqədən kənarda qalan tələbələrdən və universitet seçimi zamanı diqqət etməli olduğumuz məqamlardan danışdıq.
"Online" dələduzluqdan necə qorunaq? I Səhərin dalğası #1 01.09.2025 31:14
"Səhərin dalğası" verilişində qonağımız olan İT mütəxəssisi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri Elvin Abbasov ilə "online" dələduzlardan, dələduzluqların qarşısının alınması üsullarından, kart məlumatlarının məxfi saxlanılmasından, linklərdəki təhlükələrdən və baş verə biləcək dələduzluq təhlükələrinə qarşı keçirilən tədbirlərdə...
"Yeni dərs vəsaiti artıq tələbələrin ixtiyarında olacaq" 01.09.2025 24:48
"Sənətin səsi" verilişinin buraxılışını Əməkdar artist, qanun ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyeva ilə görkəmli tarzən Əhsən Dadaşovun 100 illiyinə həsr olunmuş müsabiqədəki iştirakından, ifalarından, qanun musiqi aləti üçün hazırladığı kitabdan və digər maraqlı məqamlardan bəhs etdik.
"Çəng aləti üzrə dərs vəsaitinin müəllifi” 15.08.2025 24:08
"Sənətin səsi" verilişinin buraxılışını Əməkdar artist, çəng ifaçısı Fazilə Rəhimova ilə Qədim Musiqi Alətləri ansamblındakı fəaliyyətinə, xarici ölkələrdə reallaşdırdığı uğurlu çıxışlarına, pedaqoji sahədəki təcrübəsinə və rəhbəri olduğu "Folk Music Band" ansamblı ilə təqdim etdiyi zəngin ifalarına həsr etdik.
"Aygün Bəylərin 50 illik yubileyi" 14.08.2025 38:34
"Sənətin səsi" verilişinin bu buraxılışını mərhum sənətkar Aygün Bəylərin bacısı, müğənni Zümrüd Hümbətova ilə birlikdə Aygün Bəylərin zəngin yaradıcılıq yoluna, repertuarındakı seçilmiş mahnılara, gerçəkləşdirdiyi son konsertinə və tanınmış sənətkarların onunla bağlı bölüşdükləri xatirələrinə həsr etdik.
"Harada çıxış etsək, ilk istək bu mahnı olur" 13.08.2025 36:35
"Sənətin səsi" verilişinin buraxılışı müğənni Pərviz Abdullayevin sənət yoluna, ifa etdiyi mahnılara, "Azəri Star" və "Bakı Payızı" müsabiqələrindəki uğurlarına həsr olundu.
"Səs Azərbaycan"" mənim üçün məktəb oldu" 12.08.2025 29:51
"Sənətin səsi" verilişində "Səs Azərbaycan"nın qalibi müğənni Cəmilə Həşimova ilə sənət yolundan, "Rast" qrupundakı fəaliyyətindən, "Səs Azərbaycan" yarışmasında əldə etdiyi qalibiyyətindən və sənət həyatında mühüm rol oynamış ustadlarından bəhs etdik.
"İki okean arasında ən etibarlı kordinat Azərbaycandır" I İnvestisiya gündəliyi #23 11.08.2025 32:59
“İnvestisiya gündəliyi” verilişində iqtisadçı-ekspert Eldəniz Əmirov ilə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sənədinin əhəmiyyətindən, ABŞ-nin sülh prosesindəki rolundan, Zəngəzur dəhlizinin açılmasındakı marağından və Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin gələcək inkişaf perspektivlərindən danışdıq.
"İki liderin Cıdır düzündə rəqs etdiyi yallını mən ifa etmişəm" 11.08.2025 29:16
"Sənətin səsi" verilişində balaban ifaçısı Məqsəd Əzizov ilə sənət yolundan, xarici ölkələrdəki uğurlu çıxışlarından, dövlət tədbirlərindəki iştirakından, Sami Yusuf ansamblındakı fəaliyyətindən və yadda qalan ifalarından söz açdıq.
Fermerin bazara çıxışı niyə çətinləşir? I İnvestisiya gündəliyi #22 08.08.2025 29:10
“İnvestisiya gündəliyi” verilişində qonaq olan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilə tərəvəz istehsalının miqdarı, fermerlərin bazara çıxış imkanlarında qarşılaşdığı çətinliklər, ixrac məhdudiyyətləri, kənd təsərrüfatında sabitliyin vacibliyi, məhsul istehsalında ənənəvi yanaşmaların üstünlük təşkil etməsi və bunun nəticəsində yaranan risklər, azot gübrələrinin tərəvəzlərin immuni...
"Obrazlarım sərt olsa da, xaraktercə mülayim insanam" 08.08.2025 35:59
"Sənətin səsi" verilişində Xalq artisti, aktyor Kazım Abdullayev ilə aktyorluq yolundan, teatr və kino sahəsindəki fəaliyyətindən, dublyaj işlərindən və canlandırdığı obrazlardan bəhs etdik.
İstilik sisteminə olan borclar hansı hallarda silinə bilər? I İnvestisiya gündəliyi #21 07.08.2025 32:51
“İnvestisiya gündəliyi” verilişində qonaq olan “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı ilə istilik sistemi üzrə qiymətlərin hansı meyarlara əsasən hesablandığı, istilik mövsümünün başlanma tarixi, istifadə qaydaları, yaranacaq texniki nasazlıqlar zamanı hara müraciət edilməli olduğu, borcların silinməsi halları və ümumilikdə payız-qış mövsümünə hazırlığın cari vəziyyəti barədə...
"Həyatımız ritmlər üzərində qurulub" 07.08.2025 33:35
"Sənətin səsi" verilişində nağara ifaçısı Cəfər Həsənov və tar ifaçısı İsmayıl Zülfüqarov ilə sənət yollarından, ritm duyumundan, ifalarından, xarici ölkələrdəki çıxışlarından bəhs etdik, həmçinin efir zamanı canlı ifalarını da dinlədik.
Mülkiyyət hüququnu rəsmiləşdirmək üçün vətəndaşdan nə tələb olunur?I İnvestisiya gündəliyi #20 06.08.2025 27:31
“İnvestisiya gündəliyi” verilişində qonaq olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin departament direktorunun müavini Ümid Həsənovla sənədsiz evlərlə bağlı verilmiş yeni fərman, mülkiyyət hüququ üçün lazım olan sənədlər, dövlət rüsumu, xidmət haqqı, müraciət ediləcək qurumlar və vətəndaşların üzləşdiyi əsas problemlər barədə söhbət apardıq.
"Öz layihələrimdə özüm çəkilmirəm" 06.08.2025 39:26
"Sənətin səsi" verilişində aktrisa, prodüser Sevinc Əliyeva ilə sənət yolundan, aktrisalıq və prodüserlik fəaliyyətindən, yeni layihələrindən bəhs etdik.
"O, muğamın böyük sütunu idi" 05.08.2025 22:04
"Sənətin səsi" verilişində Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov və xanəndə Nasir Ətapur ilə Xalq artisti, muğam ustadı Arif Babayevin zəngin yaradıcılığına nəzər saldıq. Onun muğam sənətinə verdiyi əvəzsiz töhfələrdən, sənətkar kimi yetişdirdiyi nəsillərdən, milli musiqimizin təbliğindəki misilsiz rolundan danışdıq. Eyni zamanda, ustadla bağlı xatirələri yada saldıq.
"Teatr yalanın ifşa olunduğu yerdir" 04.08.2025 48:42
"Sənətin səsi" verilişində Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti, aktyor Cahangir Novruzov ilə teatr sənətindən, Türkiyədəki fəaliyyətindən, Şəki Dövlət Dram Teatrında "Qu quşunun nəğməsi" əsərini səhnələşdirməsindən bəhs etdik.
İş adamı niyə müsahibə verməlidir? I İnvestisiya gündəliyi #19 04.08.2025 42:12
"İnvestisiya gündəliyi" verilişində qonaq olan biznes jurnalisti Aygün Asimqızı ilə biznes jurnalistinin fəaliyyəti, podkastların əhəmiyyəti, iş adamları ilə apardığı müsahibələr, bu prosesin gedişi və bir media qurumunun fəaliyyətini davam etdirməsi üçün tələb olunan büdcə barədə danışdıq.
Podcasts similaires
Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics