Dalğa FM
Dalğa FM
"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et
N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.spreaker.com
Où écouter ?
Les podcasts dans l'appli Replaio Radio Bientôt disponibleLes podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts
Épisodes
"Hər zaman Qarabağ Universitetinin heyəti ilə görüşməyə və çıxış etməyə hazıram" 13.11.2025 37:10
"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov ilə muğam ifaçılığı sənəti və qəzəlin açmasından, dərin mənalı sözlərin mahiyyətindən, yeni işıq üzü görən qəzəllərdən ibarət kitabından, bəstəkarlarla uğurlu iş birliyindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Pis vərdişlər və onların qarşısının alınması " I Valideyn saatı #25 12.11.2025 38:10
"Valideyn saatı" verilişində qonağımız olan psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Fatimə Bayramova ilə uşaqda pis vərdişin daha çox nə zaman yaranmasından, uşağın davranışını dəyişmək üçün valideynin öz üzərində nə qədər işləməli olduğundan, uşağın pis vərdişini gördükdə valideynin necə reaksiya verməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik.
"Opera səhnəsinin də, hərbi musiqinin də mənim sənətimdə ayrıca yeri var" 12.11.2025 23:13
"Sənətin səsi" verilişinin buraxılışında Opera və Balet Teatrı və DSX-nin Nümunəvi Hərbi Orkestrinin solisti Fatimə Cəfərzadə ilə Vətən müharibəsində qazanılan qələbənin 5 illik yubileyi ərəfəsində keçirilən tədbirlərdən, Azərbaycanı təmsil etdiyi musiqi festivallarından, DSX-nin Hərbi Orkestrindəki fəaliyyətindən, vətənpərvərliyin aşılanması, övladlarımızda vətənpərvərlik hissinin tərbiyələndiril...
“Uşaqlarda vətənpərvərlik duyğularının aşılanması” I Valideyn saatı #24 07.11.2025 37:56
"Valideyn saatı" verilişində qonağımız olan sosioloq Yusif Nəbiyev ilə uşaqlarda vətənpərvərlik duyğusunun hansı yaşdan formalaşmağa başlamasından, sağlam vətənpərvərlikdən, bayraq, himn, milli musiqilərin uşaqlarda bu duyğunu necə formalaşdırmasından və digər maraqlı məqamlardan bəhs etdik.
""Qarabağ" kolleksiyasında Qarabağ bəyləri, xanları, bəyimləri, sənət ustadlarının obrazları təsvir olunub" 07.11.2025 32:33
"Sənətin səsi" verilişinin buraxılışında xarici ölkələrdə “Zəfər” adlı tədbirlərdə ölkəmizi təmsil edən pianoçu Aydan Vəzirova, tar ifaçısı Elçin Abbasov və rəssam Nərminə Vəliyeva ilə “Zəfər” adlı səfərdən, Azərbaycanın milli sərvətləri və dəyərlərinin təbliği istiqamətində festivalların rolundan, Nərminə Vəliyevanın "Zəfər" tədbirində “Qarabağ” mövzusunda təqdim etdiyi kolleksiyasından və digər...
"Müştəri məmnuniyyətini qorumağın sirri nədədir?" I "Biznes inciləri" #15 06.11.2025 31:48
"Biznes inciləri" verilişində qonağımız olan "İn Studio"nun rəhbəri, "Kryolan" kosmetika brendinin Azərbaycanda təsisçisi Nigar İbrahimova ilə gözəllik sahəsinə gəlişindən, “İn Studio”nun yaranma hekayəsindən, salon biznesinə baş vurmaq istəyən xanımlara tövsiyələrindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Arzum qələbə marşını ifa etməkdir" 06.11.2025 33:59
"Sənətin səsi" verilişinin buraxılışında vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı vətən müharibəsində qazanılan qələbənin 5 illik yubileyindən, repertuarında ifa etdiyi vətənpərvər mahnılardan, Azərbaycan Milli Ordusunun hərbi hissələrində səslənən patriot musiqindən, vətənpərvərliyin aşılanmasından, övladlarımızda vətənpərvərlik hissinin tərbiyələndirilməsindən, Azərbaycan hərbi musiqis...
"Medianın uşaqların inkişafında rolu" I Valideyn saatı #23 05.11.2025 35:32
"Valideyn saatı" verilişində qonağımız olan “Pro Media Group” MMC-nin direktoru Cavid Neymətzadə ilə müasir medianın uşağın emosional və sosial inkişafına təsirindən, radionun uşağın təxəyyül gücünün və nitqinin inkişafında müsbət rolundan, uşaqlara medianın necə “düşünərək izləməyi” öyrətməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik.
"Vaqif Mustafazadə "Bakı payızı" müsabiqəsindən sonra məni "Leyli" vokal qrupuna dəvət etdi" 05.11.2025 30:09
"Sənətin səsi" verilişinin buraxılışında Azərbaycanın ilk qadın caz-vokal ifaçısı Tünzalə Qəhrəman ilə Beynəlxalq Caz Festivalının yaddaqalan çıxışlarından, Vaqif Mustafazadə ilə bağlı xatirələrindən, xarici ölkələrdə cazın, Azərbaycan cazının, caz ifaçılarının təbliğindən, caz musiqisinin gələcək nəsillərə ötürülməsi istiqamətində görüləcək layihələrdən və digər maraqlı məqamlardan bəhs etdik.
"İdeal komanda ruhu” nə deməkdir?" I "Biznes inciləri" #14 04.11.2025 28:45
"Biznes inciləri" verilişində qonağımız olan "Mehin Events"in təsisçi və direktoru Mehin Tuayeva ilə tədbir təşkilatçılığına gəlməyindən, 2013-cü ildən bu günə qədər “Mehin Events” brendini necə formalaşdırdığından, tədbir planlaşdırarkən önəmli olan prioritetlərdən, ideal komanda ruhundan və digər maraqlı məqamlardan bəhs etdik.
"Azərbaycan xalq və bəstəkar mahnılarının gitara üçün işləmələrindən ibarət kitabın müəllifiyəm" 04.11.2025 30:11
"Sənətin səsi" verilişinin buraxılışında gitara ifaçısı Cavid Bakı ilə yeni yaranan “Mezzo Duet” layihəsindən, musiqi məktəbindəki gitara tədrisi və ümumi pedaqoji fəaliyyətindən, solo konsertində nəzərdə tutulan repertuar və duetlərindən, gitara ifaçılıq sənəti və onun tədrisindən və digər maraqlı məqamlardan bəhs etdik.
"XXI əsrin peşə bacarıqları: uşaqlara bu bacarıqları öyrətməyə haradan başlamalı?" I Valideyn saatı #22 03.11.2025 35:47
"Valideyn saatı" verilişində qonağımız olan psixoloq, "HR generalist" Nərmin Əhmədzadə ilə XXI əsrin uşaqlarına baxanda “peşə bacarığı” anlayışının nəyi ifadə etməsindən, rəqəmsallaşma dövründə empatiya, komanda işi kimi insani dəyərlərin necə qorunmasından, valideynlərin uşaqlarda peşə maraqlarını necə müşahidə etməli olduqlarından və digər maraqlı məqamlardan bəhs etdik.
"Mənim dəsti-xəttim öz səsimdir" 03.11.2025 28:41
"Sənətin səsi" verilişinin buraxılışında müğənni Jalə Kərimova ilə BMA-da vokal məktəbindən, vokal ifaçılığı sənətindən, “Rast” qrupundakı fəaliyyətindən, caz musiqisində yaratdığı əsərlər və caz festivallarındakı çıxışlarından və digər maraqlı məqamlardan bəhs etdik.
"Teatrın uşaqların inkişafında rolu" I Valideyn saatı #21 31.10.2025 32:30
"Valideyn saatı" verilişində qonağımız olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrının quruluşcu rejissoru Elşad Rəhimzadə ilə "Teatrın uşaqların inkişafında rolu" mövzusunun müzakirəsi zamanı teatr və onun tərbiyəvi gücündən, teatrın uşağın şəxsiyyətinin formalaşmasında rolundan, səhnədə utancaq uşaqlarla iş zamanı hansı üsullardan istifadə etdiyindən, bağçalarda teatr dərslərinin valide...
"Sənət yolunda öz əqidəmdən dönüb, işığımı itirmək istəməzdim" 31.10.2025 29:53
"Sənətin səsi" verilişinin buraxılışında Yuğ Teatrının aktrisası Natəvan Qeybani ilə Yuğ Teatrının fəaliyyətindən, yeni tamaşalarından, 1996-cı ildən etibarən 30 ilə yaxın çalışdığı dövr və nailiyyətlərindən, ADMIU-da tələbəlik illərində ustadı Vagif İbrahimoğlunun teatr dərslərinin mahiyyətindən, V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşasından və digər maraq...
"Səsini bəyənməyən insan səsini kökündən dəyişə bilər? I "Biznes inciləri" #13 30.10.2025 33:58
"Biznes inciləri" verilişində qonağımız olan Bakı Nitq Mərkəzinin rəhbəri və nitq təlimçisi Firuzə Aslanova ilə nitq sənətinə olan marağından, Bakı Nitq Mərkəzini yaratmaq fikrindən, parazit səslərdən və onları aradan qaldırmanın yollarından, nitqimizi inkişaf etdirmək üçün bilməli olduğumuz nüanslardan və digər maraqlı məqamlardan bəhs etdik.
"Mənim üçün sənətdə ən önəmlisi dinləyicilərin sevgisidir" 30.10.2025 21:16
"Sənətin səsi" verilişinin buraxılışında caz ifaçısı Nərmin Məmmədli ilə Beynəlxalq Caz Festivalındakı yaddaqalan çıxışlardan, festivaldakı çıxışı və uğurlu duetlərindən, məşhur mahnılara ikinci nəfəs verməsindən və digər maraqlı məqamlardan bəhs etdik.
"Uşaq tərbiyəsində valideyn mövqeyi" I Valideyn saatı #20 29.10.2025 32:16
"Valideyn saatı" verilişində valideyn qismində qonağımız olan Esmira Əyyub ilə üç fərqli yaşda övladla eyni evdə balansı necə qoruduğundan, uşaqlar arasında olan qısqanclıq, müqayisə və fərqləri necə tənzimləməsindən, yeniyetmə yaşdakı övladı ilə ünsiyyətdə ən çox diqqət etdiyi nüanslardan və digər maraqlı məqamlardan bəhs etdik.
"Xanəndə ilk növbədə qəzəliyyatı yaxşı bilməlidir" 29.10.2025 29:13
"Sənətin səsi" verilişinin buraxılışında xanəndə, Milli Konservatoriyanın baş müəllimi Vüqar Əliyev ilə muğam müsabiqələrində qalib olan tələbələrindən, İfaçıların, xanəndələrin yeniliklərinə olan münasibətindən, öz dəst-xətti ilə fərqlənmək üçün ifaçıların nə etməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik.
Yaxşı bir bağça hansı əsas dəyərlər üzərində qurulmalıdır? I "Biznes inciləri" #12 28.10.2025 30:54
"Biznes inciləri" verilişində qonağımız olan “Bağçam.az”ın təsisçisi Samirə Dünyamalıyeva ilə təhsil yolundan, ilk biznesindən, “Bağçam” uşaq bağçalarından, ideal bağça-valideyn əməkdaşlığından və digər maraqlı məqamlardan bəhs etdik.
“”Dilbərim” adlı konsertim sürpriz qonaqlar, poeziya və canlı ifadan ibarət olacaq” 28.10.2025 33:36
"Sənətin səsi" verilişinin buraxılışında xalq artisti Könül Xasıyeva ilə dekabr ayının 16-sı Heydər Əliyev Sarayında gerçəkləşəcək solo konsertindən, solo konsertdə nəzərdə tutulan repertuar və duetlərdən, xalq mahnılarımızın yeni interpretasiyalarda olan variantlara münasibətindən və digər maraqlı məqamlardan bəhs etdik.
Tikinti sahəsi üzrə kontent yaratmaq uğurludur? | Təmir studiyası #19 28.10.2025 31:13
"Təmir studiyası"nda qonağımız olan marketoloq, kontent yaradıcısı, "influencer" Fidan Manafova ilə sosial medianın tikinti sahəsi üzrə insanları dolğun məlumatlandırma cəhdlərindən, kontent yaradıcılarının üzərinə düşən məsuliyyətlərdən, məlumatlandırma zamanı qarşılaşdığı çətinliklərdən və digər maraqlı məqamlardan bəhs etdik.
Uşaqlarda yaş krizləri I Valideyn saatı #19 27.10.2025 28:05
"Valideyn saatı" verilişində qonağımız olan psixoloq Ayşən Rəfiyeva ilə yaş böhranı nədir, necə baş verir və valideyn bu dövrdə uşağa necə yanaşmalıdır, uşaq böhranda olanda, məsələn, 3 yaşda “özüm geyinəcəyəm” deyib geyinə bilməyəndə, ağlayanda valideynin davranışının necə olmasından, böhran yaşayan uşağı necə müşahidə etməli olduğumuzdan və digər maraqlı məqamlardan bəhs etdik.
"Son zamanlar gənclərdə nəfəs alətlərinə əvvəlki kimi maraq yoxdur" 27.10.2025 22:02
"Sənətin səsi" verilişinin buraxılışında “Cəngi” ansamblınn solisti, tütək ifaçısı Coşqun Sadıqov ilə nəfəs alətlərinin təbliğindən və tədrisindən, “Cəngi” ansamblı və “Savab” qrupundakı uğurlu çıxışlarından, milli ifaçılıq sənətində qədim musiqi alətlərimizin yeri və rolundan və digər maraqlı məqamlardan bəhs etdik.
Ustasız ev təmir etmək olar? | Təmir studiyası #18 27.10.2025 30:33
"Təmir studiyası"nda qonağımız olan evini özü təmir edən kulinar Mübariz Vəliyev ilə "ustasız təmir etmək" fikrinə necə gəlməsindən, təmir və material seçimi zamanı qarşılaşdığı çətinliklərdən, təmirinin son mərhələsindən və digər maraqlı məqamlardan bəhs etdik.
Podcasts similaires
Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics