fr

Dalğa FM

Dalğa FM

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.spreaker.com

Auteur

Dalğa FM

Catégorie

Music

Site du podcast

www.spreaker.com

Dernier épisode

9 oct. 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android près de 10 M de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

"Əhsən Dadaşovun müşayiəti ilə Qədir Rüstəmovun ifasında olan "Sona bülbüllər" mahnısını heç kim əvəz edə bilməz" 06.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Xalq artisti, Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəri, tarzən Adil Bağırov ilə sənət yolundan, Əhsən Dadaşov, Səid Rüstəmov yaradıcılıqlarından və onlarla bağlı xatirələrindən bəhs olundu

"Bu sənətdə təcrübə qazandıqca və tədris etdikcə, ömür boyu oxumağı öyrənirik" 05.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Xalq artisti Gülnaz İsmayılova ilə vokal sənətindən, ifa etdiyi əsərlərdən, tələbələrinin uğurlarından və sənətdəki xatirələrindən bəhs etdik.

"Ən böyük arzularımdan biri dünya üzərində balaban alətinin bizə aid olduğunun təsdiqi idi" 04.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, balaban ifaçısı Şirzad Fətəliyev ilə balaban ifaçılıq sənətindən, bu alətin ifasındakı incə məqamlardan və qastrol səfərlərindəki xatirələrindən bəhs olundu.

"Əgər səsin səsləndirdiyin obrazın xarici görünüşünə, emosiyalarına uyğun gəlmirsə, səsləndirmə uğurlu olmayacaq" 03.09.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar artisti, səs və teatr aktrisası Nəcibə Hüseynovanın sənət yoluna, dublyaj etdiyi filmlərə və görkəmli sənətkarlarla bağlı xatirələrinə həsr olundu.

"İlk qadın qarmon ifaçılarından biri olan sənətkar" 02.09.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, qarmon ifaçısı Gövhər Rzayeva ilə sənət yolundan, öz dövrünün adət-ənənələrindən və sənətdəki xatirələrindən bəhs olundu.

"Çox vaxt canlı ifalara üstünlük vermişəm, çünki həmin an heç bir aparaturadan asılı olmursan" 30.08.2024

"Sənətin Səsi" verilişində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblının rəhbəri, tarzən Mirxalid Salayev ilə sənət yolundan, pedaqoji fəaliyyətindən, rəhbəri olduğu ansambllardan və sənət yoldaşları ilə bağlı xatirələrindən bəhs olundu.

"Bizim xalqda səs, bəstə, yaradıcılıq var, sadəcə onları birləşdirib mükəmməl formada ortaya qoymaq lazımdır" 29.08.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar Gövhər Həsənzadənin yaradıcılığına, müğənnilər tərəfindən ifa olunan bəstələrinə və musiqimiz üçün dəyərli məsləhətlərinə həsr olundu.

"Rəşid Behbudovun mənə çox dəstəyi olub, həmişə mənə qızım deyə səslənərdi" 28.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, aktrisa, müğənni Almaz Ələsgərova ilə sənət yolundan, səhnə fəaliyyətindən və dəyərli sənətkarlarla bağlı xatirələrindən bəhs olundu.

"Əgər Rübabə Muradovanın bugünkü gündə yaradıcılığı hələ də yaşayırsa, məncə, artıq onun ruhu xoşbəxtdir" 27.08.2024

"Sənətin Səsi" verilişində böyük xanəndə Rübabə Muradovanın nəticəsi teleaparıcı Abbasağa Əlizadə ilə mərhum sənətkarın həyat və yaradıcılığından, bir-birindən gözəl ifalarından və onunla bağlı xatirələrdən bəhs olundu.

"Mənim sənət günəşim Şövkət Ələkbərovadır" 26.08.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Firuzə İbadovanın sənət yoluna, "Dan ulduzu" ansamblındakı fəaliyyəti dövrünə, ifa etdiyi mahnılara və dahi şəxsiyyətlərlə bağlı xatirələrinə həsr olundu.

"Haqqında "Sənətə sədaqət" adlı kitab yazılan sənətkar" 23.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, professor, kamança ifaçısı Mirnazim Əsədullayev ilə sənət yolundan, pedaqoji fəaliyyətindən və "Sənətə sədaqət" adlı kitabdan bəs etdik.

"Çox istəyərdim ki, gələcəkdə çıxış edəcəyim rollarda həm ifa edəm, həm də oynayam" 22.08.2024

"Sənətin səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, aktrisa, vokalist Aygün Mübariz ilə sənət yolundan, çıxış etdiyi rollarından və pedaqoji fəaliyyətindən bəhs etdik.

"Mən bu sənətə dahi bəstəkar Fikrət Əmirovun təşəbbüsü ilə gəldim" 21.08.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Milli Konservatoriyasının dosenti, ustad tarzən Mahmud Əliyevin sənət yoluna, pedaqoji fəaliyyətinə və görkəmli sənətkarlarla bağlı xatirələrinə həsr olundu.

"Həmişə ifalarımla, sənətdəki fəaliyyətimlə insanların qəlbinə yol tapmağa çalışmışam" 20.08.2024

"Sənətin səsi" verilişində müğənni Fuad Dadaşov ilə sənət yolundan, ifa etdiyi mahnılardan və hazırladığı layihələrdən bəhs etdik.

"Bir əsəri ifa etdiyin zaman sanki hər şey sənin üçün yenidən başlayır" 19.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımov ilə opera sənətindən, ifa etdiyi əsərlərdən, tamaşalara hazırlıq prosesindən və səsin qorunması yollarından bəhs etdik.

"İlk "Cırtdan" animasiya filmini rəssam yoldaşlarımla birlikdə 60-cı illərin sonunda çəkdik" 16.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış animasiya rejissoru, kino rəssamı Elçin Hami Axundov ilə yaradıcılığından, milli animasiyanın tarixindən və interaktiv kitablarından bəhs etdik.

"Dünyada çox məşhur dirijorlar var, lakin mənim üçün ən məşhuru maestro Niyazidir" 15.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, dirijor Ağaverdi Paşayev ilə sənət yolundan və "Dirijorluq sənəti" adlı kitabından bəhs etdik.

"Bugünkü gündə, demək olar ki, uğurlarımın çoxunu Kamil Vəzirova borcluyam" 14.08.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar artisti, piano ifaçısı Qorxmaz Qurbanovun sənət yoluna, qastrol səfərlərindəki çıxışlarına və görkəmli şəxsiyyətlərlə bağlı xatirələrinə həsr olundu.

"Qarabağ Universitetində mühazirələr səsləndirəcəyim günləri səbirsizliklə gözləyirəm" 13.08.2024

"Sənətin Səsi" verilişində Bakı Elm-Təhsil Mərkəzinin direktoru, professor, pedaqoji elmlər doktoru Fərahim Sadıqov ilə muğam sənətindən, təhsilimizdəki xidmətlərindən və pedaqoji fəaliyyətindən bəhs etdik.

"Azərbaycan tarixində ilk dəfə milli musiqi alətlərinin müəllif hüquqlarını alan sənətkar" 12.08.2024

"Sənətin Səsi" verilişində “Milli alətlərin bərpası və təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov ilə xalq çalğı alətlərinin rekonstruksiyasından, bərpasından və yeni diapazonlu milli alətlərin yaradılmasından bəhs etdik.

"Bu sənətdə əldə etdiyim nailiyyətlərimi ustadım İsmayıl Hacıbəyliyə borcluyam" 09.08.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor, bəstəkar Vasif Allahverdiyevin yaradıcılığına, pedaqoji fəaliyyətinə və ustad sənətkarlarla bağlı xatirələrinə həsr olundu.

"70 illik yubileyi qeyd olunan ustad sənətkar" 08.08.2024

"Sənətin Səsi" verilişinin buraxılışı Azərbaycan Respublikasının Xalq artisti, professor, ustad tarzən Möhlət Müslümovun yaradıcılığına, sənətdəki nailiyyətlərinə və 70 illik yubileyi münasibəti ilə sənət yoldaşlarından gələn təbriklərə həsr olundu.

"Ən böyük arzum odur ki, 100 ildən çox tarixi olan Opera və Balet Teatrı tezliklə fəaliyyətə başlasın" 07.08.2024

"Sənətin Səsi" verilişində Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İnarə Babayeva ilə vokal sənətindən, ifa etdiyi əsərlərdən və Şəfiqə Məmmədova ilə bağlı xatirələrindən bəhs etdik.

"Muğamların hamısı gözəldir, lakin ən sevdiyim, sözümü dediyim "Segah" muğamıdır" 06.08.2024

"Sənətin Səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Elza Qaybalıyeva ilə sənət yolundan, pedaqoji fəaliyyətindən, qastrol səfərlərindən və dəyərli sənətkarlarla bağlı xatirələrindən bəhs etdik.

"Çəng alətinin yeganə ifaçısı" 05.08.2024

"Sənətin Səsi" verilişində Qədim Musiqi Alətləri Dövlət Ansamblının solisti, Əməkdar artist, çəng aləti ifaçısı Fəzilə Rəhimova ilə milli instrumental ifaçılıq sənətindən, çəng alətinin tarixindən və solisti olduğu ansambldan bəhs etdik.

Écoute le podcast Dalğa FM sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics