fr

Dalğa FM

Dalğa FM

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.spreaker.com

Auteur

Dalğa FM

Catégorie

Music

Site du podcast

www.spreaker.com

Dernier épisode

9 oct. 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android près de 10 M de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

"Sənətkarlıqla insanlığın vəhdəti ən böyük sərvətdir" 12.06.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, xanəndə Babək Niftəliyev ilə sənət yolundan, təhsil aldığı ustad sənətkarlardan və "Muğam" Televiziya Müsabiqəsindən bəhs etdik.

"Böyük musiqilər böyük şəxsiyyətlər yetişdirir" 11.06.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni Vüsal Hacıyevin sənət yoluna, ifalarına, bəstəkar və şairlərlə olan iş birliklərinə həsr olundu.

"Ən böyük arzum "Cəngi" məktəbini yaratmaqdır" 10.06.2025

"Sənətin səsi" verilişində Xalq artisti, "Cəngi" estrada-folklor ansamblının rəhbəri, ud ifaçısı Mircavad Cəfərov ilə musiqi sənətindən, rəhbəri olduğu ansamblın fəaliyyətindən, konsert proqramlarından və oğlu ilə “Xarıbülbül” festivalındakı çıxışından bəhs etdik.

"Bu mənim üçün adi bir mahnı deyil, vətənə sevgi etirafıdır" 05.06.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni Azad Şabanovun sənət yoluna, ifalarına və "Bir əsər" adlı konserti ilə bağlı təəssüratlarına həsr olundu.

“Mədəniyyətimizə xidmət etməkdən zövq alıram" 04.06.2025

“Sənətin səsi” verilişində Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova ilə muğam sənətindən, müxtəlif ölkələrdə keçirilən Azərbaycan Mədəniyyət Günləri tədbirlərindəki çıxışlarından və Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrindən bəhs etdik.

"Bunu əminliklə deyə bilərəm ki, zurnanın vətəni Azərbaycandır" 03.06.2025

"Sənətin səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru, musiqiçi Abbasqulu Nəcəfzadə ilə 90-dan yuxarı musiqi alətlərindən ibarət kolleksiyasından, həmin alətlərin tarixi ilə bağlı maraqlı faktlardan və dahi şəxsiyyətlər haqqında yazdığı dissertasiyalardan bəhs etdik.

"Uğursuz olsan belə, təcrübə qazanırsan" 02.06.2025

"Sənətin səsi" verilişində müğənni Mərdan Kazımov ilə sənət yolundan, ilk solo konsertindən və Bakıda keçirilən minifutbol üzrə dünya çempionatındakı çıxışından bəhs etdik.

""Avroviziya"da çıxış etmək belə nailiyyətdir" 30.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni Samirə Əfəndinin ifalarına və Avroviziya Mahnı Müsabiqəsindəki çıxışları ilə bağlı təəssüratlarına həsr olundu.

"Ən doğma xatirələrim ilk solo çıxışlarımla bağlıdır" 29.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, piano ifaçısı Səidə Tağızadənin sənət yoluna, repertuarlarına və Uşaq Filarmoniyasının tələbələrinin canlı çıxışlarına həsr olundu.

"Ritm həyatın özüdür" 27.05.2025

"Sənətin səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, dəf və qaval ustadı Mahmud Salah ilə muğam sənətindən, ritmin ifadakı vacibliyindən və ilk debütündən bəhs etdik.

"Fikrimcə, mahnının ən vacib hissəsi sözləridir" 26.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni Zabitə Alıyevanın sənət yoluna, ifalarına və bəstəkarlarla olan iş birliklərinə həsr olundu.

"Devizimiz "Keyfiyyətli musiqi ifa et"dir" 23.05.2025

“Sənətin səsi” verilişində gitara ifaçısı, "Azəri" instrumental ansamblının rəhbəri Bahadır Qasımlı ilə musiqi sənətindən, kompozisiyalarından və rəhbəri olduğu ansamblın fəaliyyətindən bəhs etdik.

"Musiqimizi bağıraraq deyil, sakitcə ifa edərək təbliğ etmək istəyirik" 22.05.2025

“Sənətin səsi” verilişində gitara ifaçısı Rəhman Məmmədli və oğlu bəstəkar, pianoçu Tural Məmmədli ilə birgə ifalarından, konsertlərdəki çıxışlarından və qastrol səfərlərindən bəhs etdik.

“Arzum muğamımızın keyfiyyətli daşıyıcısı kimi tarixdə qalmaqdır" 21.05.2025

“Sənətin səsi” verilişində Əməkdar artist, xanəndə Arzu Əliyeva ilə muğam sənətindən, ifalarından və iş birliklərindən bəhs etdik.

“O rola çəkilməmişdən əvvəl çox tərəddüd etdim” 20.05.2025

"Sənətin səsi" verilişində aktyor Niyaz İlyasoğlu ilə çəkildiyi film və seriallardan, canlandırdığı obrazlardan bəhs etdik.

"50-60 yaşımda belə təklif gəlsə, "Avroviziya"da çıxış edərəm" 19.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni İlkin Dövlətovun sənət yoluna və ifalarına həsr olundu.

“Məqsədimiz bayrağımızı ən uca zirvələrdə dalğalandırmaqdır” 16.05.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, müğənni Aybəniz Haşimova ilə musiqi sənətindən, ifalarından və tələbələrinin uğurlarından bəhs etdik.

“Laçındakı çıxışımı ömrümün sonuna qədər xatırlayacağam” 15.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı saksofon ifaçısı Teymur Süleymanbəylinin musiqi fəaliyyətinə, ifalarına və xatirələrinə həsr olundu.

“Mənim üçün caz azadlıq deməkdir” 14.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı piano ifaçısı Nicat Aslanovun sənət yoluna və ifalarına həsr olundu.

"Onun 2 şah əsəri "Bizim Cəbiş müəllim" və "Uşaqlığın son gecəsi" filmləridir" 13.05.2025

"Sənətin səsi" verilişində Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə ilə Xalq yazıçısı Maqsud İbrahimbəyovun həyat və yaradıcılığından, əsərləri əsasında çəkilmiş filmlərdən bəhs etdik.

""Cavid ömrü" filmi sənət taleyimə qızıl hərflərlə yazıldı" 08.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı Əməkdar artist, aktrisa Dilarə Əliyevanın sənət yoluna, canlandırdığı obrazlara və aparıcılıq fəaliyyətinə həsr olundu.

"Məni yaşadan sənətimə sevgisi olan insanlardır" 07.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı Əməkdar artist, müğənni Ruhəngiz Allahverdiyevanın sənət yoluna və ifalarına həsr olundu.

"Ən gözəl təbliğat vasitəsi kinodur" 06.05.2025

"Sənətin səsi" verilişində Xalq artisti, kinorejissor Əbdül Mahmudov ilə filmlərimizdən və müəllifi olduğu kitablardan bəhs etdik.

"Ən çətin tamaşaçı uşaqlardır" 05.05.2025

"Sənətin səsi" verilişinin buraxılışı Əməkdar artist, aktyor Salman Bayramovun teatrdakı fəaliyyətinə, canlandırdığı obrazlara və xatirələrinə həsr olundu.

"Əsl sənət adamı "şam" rolunu oynamalıdır" 02.05.2025

"Sənətin səsi" verilişində Bakı Bələdiyyə Teatrının aktyoru Rəşad Kəsəmənli ilə sənət yolundan, canlandırdığı obrazlardan və xatirələrindən bəhs etdik.

Écoute le podcast Dalğa FM sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics