Sözdələn

Sözdələn

Arts AZ ↓ Επεισόδια: 91

🎙️ Sözdən səs gəlir... 📚 "Sözdələn" Azərbaycan dilində bədii və elmi mövzulu səsli mətnlər təqdim edir. 💚 Layihənin əsas məqsədi Azərbaycan dilini yaşatmaq və ana dilimizdə faydalı, maarifləndirici məzmunlar yaratmaqdır.

Μην παραλείψεις να επισκεφτείς τη σελίδα του podcast και να στηρίξεις τον δημιουργό: sozdelen.buzzsprout.com

Δημιουργός

Sözdələn

Κατηγορία

Arts

Ιστοσελίδα του podcast

sozdelen.buzzsprout.com

Τελευταίο επεισόδιο

10 Οκτ 2026

Πού να ακούσεις;

Podcast στην εφαρμογή Replaio Radio Έρχεται σύντομα

Τα podcast έρχονται σύντομα στην εφαρμογή. Εγκατάστησέ την τώρα και δες πρώτος μια εντελώς νέα προσέγγιση στα podcast

Κατέβασέ το από το Google Play Δωρεάν εγκατάσταση Android σχεδόν 10 εκατ. λήψεις · βαθμολογία 4,8 iOS σύντομα

Επεισόδια

Orqanların söhbəti | Alkoqol içəndən sonra | Sözdələn 10.11.2025

İnsan bədənində hər orqan öz işini səssizcə görür. Amma bir gün bədənə yad bir qonaq - alkoqol daxil olur. Əvvəlcə hər şey sakit və zərərsiz görünür, az sonra içəridə sükut pozulur. Aləm dəyir bir-birinə, orqanlar danışmağa, mübahisə etməyə başlayır. "Sözdələn"də bu hadisəni təsvir edən alleqorik hekayəni sənə danışıram. Hekayə fiziologiya və toksikologiya elminə əsaslanır və mənbə olara...

Bayırşəhər | Bakının Avropasayağı ürəyi | Sözdələn 04.11.2025

Bakı şəhəri özündə iki fərqli dünyanın ahəngdar birliyini təcəssüm etdirir: qədimliyin və Şərq ruhunun qorunduğu İçərişəhər və bir də qala divarlarından kənarda, tamamilə yeni bir mədəniyyət və memarlıq nəfəsi ilə formalaşan Bayırşəhər.  XIX əsrin ikinci yarısına qədər qalaətrafı yaşayış məskəni olan Bayırşəhər, ilk neft bumu ilə birlikdə partlayışa bənzər bir inkişaf yaşayaraq, qısa müddətdə şəhə...

Yuxuda öyrənmək olarmı? | Keyt Sukel | Sözdələn 29.10.2025

Ağlıma belə bir sual gəlir: Yuxuda öyrənmək olarmı? "Sözdələn"də bu sualın cavabını verən bir məqaləni sənə danışıram. Keyt Sukel tərəfindən yazılmış bu məqalə 2019-cu ildə "brainfacts.org" veb-saytında yayımlanıb. Keyt Sukel neyroelmlə bağlı populyar elmi kitabların müəllifi, jurnalist və yazıçıdır. O, beynin qərarvermə, risk götürmə və sevgi kimi mövzularını sadə və anlaşıqlı...

Beynin neçə yaddaş növü var? | Deborah Halber | Sözdələn 19.10.2025

"Sözdələn" layihəsinin budəfəki buraxılışı beyin və yaddaş haqqındadır. İndi sənə danışacağım elmi məqalə Boston şəhərində yaşayan yazıçı, elm mövzularında yazan müəllif və jurnalist Deborah Halber tərəfindən 2018-ci ildə "brainfacts.org" veb-saytında yayımlanıb. Deborah Halber həmçinin müxtəlif universitet nəşrlərində dərc olunan bir çox məqalələrin müəllifidir. 🔔 Azərbaycan...

Göbələk və yosun | Fərid Ələkbərli | Sözdələn 12.10.2025

"Sözdələn" layihəsinin budəfəki buraxılışının mövzusu daha çox uşaqlar üçündür, amma böyüklər də dinləyə bilər. "Göbələk və yosun" elmi nağılında bu iki bitkinin təbiətdə rolu ilə yanaşı "xlorofil" və "şibyə" kimi terminlərin mənası sadə şəkildə izah edilib. Elmi nağılın müəllifi tarix üzrə elmlər doktoru, biologiya üzrə fəlsəfə doktoru, professor Fərid Ələk...

Məzhəkə | Üzeyir Hacıbəyov | Sözdələn 04.10.2025

"Sözdələn"də Üzeyir Hacıbəyovun "Məzhəkə" satirik hekayəsini sənə danışıram. Hekayədə bir kəndlinin başına gələn əhvalatlardan danışılır. Hekayə Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasında yerləşdirilib. 🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə...

Parapetdən Şamaxı yoluna qədər | Cəfər Cabbarlı | Sözdələn 27.09.2025

"Sözdələn"də Cəfər Cabbarlının "Parapetdən Şamaxı yoluna qədər" satirik hekayəsini sənə danışıram. Burada Parapet indiki Fəvvarələr bağı, Şamaxı yolu isə indiki Cəfər Cabbarlı küçəsidir. Cəfər Cabbarlı 20 mart 1899-cu ildə Xızıda dünyaya gəlib və 31 dekabr 1934-cü ildə ürək çatışmazlığından 35 yaşında vəfat etmişdir. O, şair, yazıçı, ssenarist və dramaturq kimi fəaliyyət göstər...

Ramazanda ibadət | Üzeyir Hacıbəyov | Sözdələn 20.09.2025

"Sözdələn"də Üzeyir Hacıbəyovun "Ramazanda ibadət" satirik hekayəsini sənə danışıram. Hekayədə papiros çəkən bir nəfərin Ramazanda gündəlik həyat tərzi təsvir edilib. Hekayənin mətni Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından əldə edilib. 🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin &quo...

Heykəl uçulanda | Mir Cəlal Paşayev | Sözdələn 13.09.2025

"Mənəm-mənəm deyənlərin inanma çox da qovluna!" - Mirzə Ələkbər Sabir "Sözdələn"də Mir Cəlal Paşayevin "Heykəl uçulanda" hekayəsini sənə danışıram. Hekayədə öz vəzifəsindən, var-dövlətindən sui-istifadə edənlərdən bəhs olunur. Hekayənin yazıldığı "Mir Cəlal. Seçilmiş əsərləri" kitabı "Azərnəşr" nəşrləri əsasında 2005-ci ildə "Şərq-Qərb" n...

Ay İsmayıl, başa sal! | Mir Cəlal Paşayev | Sözdələn 08.09.2025

"Sözdələn" hekayələrlə davam edir. Budəfəki buraxılışda Mir Cəlal Paşayevin yaradıcılığına müraciət edirəm. Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərində doğulmuş, 28 sentyabr 1978-ci ildə Bakıda vəfat etmişdir. O, yazıçı, şair, ədəbi tənqidçi kimi müxtəlif sahələrdə fəaliyyət göstərmişdir. Mir Cəlal yazdığı "Ay İsmayıl, başa sal" hekayəsində rüşv...

Yevlax-Şuşa yolu | Üzeyir Hacıbəyov | Sözdələn 01.09.2025

Daha çox Azərbaycan Respublikasının Dövlət Himninin, tarixdə iz qoymuş bir çox musiqinin bəstəkarı kimi tanınan Üzeyir Hacıbəyov həmçinin satirik hekayələrin, məqalələrin müəllifidir. Üzeyir bəy 18 sentyabr 1885-ci ildə Ağcabədidə doğulub, 23 noyabr 1948-ci ildə Bakıda vəfat etmişdir.  "Sözdələn"də Üzeyir Hacıbəyovun "Yevlax-Şuşa yolu" satirik hekayəsini sənə danışıram. Hekayəd...

Fəqir | Qulamhüseyn Səidi | Sözdələn 25.08.2025

1936-1985-ci illərdə yaşayıb-yaratmış Qulamhüseyn Səidi Güney Azərbaycanın Təbriz şəhərində, yoxsul bir ailədə anadan olmuşdur. Təbriz Universitetinin tibb fakültəsini bitirmiş, həkim-psixoloq ixtisasına yiyələnmişdir. 1964-cü ildən İranın Tədqiqat və İctimai Araşdırmalar Mərkəzində çalışmış, işi ilə bağlı olaraq Güney Azərbaycanın müxtəlif bölgələrini gəzib dolaşmaq imkanı əldə etmişdir. Bu dövrd...

Adət | Səməd Behrəngi | Sözdələn 18.08.2025

"Sözdələn" Azərbaycan əsilli iranlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin yaradıcılığına müraciət edir. Bu buraxılışda Səməd Behrənginin ilk əsərlərindən biri olan "Adət" hekayəsini sənə danışıram. Hekayənin mətni Vaqif Sultanlı və İrəc İsmayılın redaktoru olduğu "Güney Azərbaycan nəsri: Başlanğıcdan bu günə qədər (Antolog...

Hüseyn Cavid xatirələri | Turan Cavid | Sözdələn 11.08.2025

"Sözdələn"də Azərbaycan şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin xatirələri haqqında sənə danışıram. Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisidir. O, 1882-ci il 24 oktyabrda Naxçıvanda anadan olub. Cavid 1937-ci il Stalin repressiyası ərzində sürgün edilmiş və 1941-ci ilin 5 dekabrında sürgündə SS...

Azərbaycan Əlifbası | Mirzə Fətəli Axundov | Sözdələn 04.08.2025

"Sözdələn" layihəsinin budəfəki buraxılışı Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi Mirzə Fətəli Axundovun Azərbaycan əlifbası islahatına həsr edilir. Əlyazmalar İnstitutunun arxivləri içərisində Mirzə Fətəli Axundova həsr olunmuş xüsusi bir bölmə var. Bura onun həm nəşr olunmuş, həm də nəşr olunmamış əlyazmaları daxildir. Axundovun əsasən teatr və dram sahəsində...

Necə edək ki, həşəratlar bizi həşəratlaşdırmasınlar? | Mana Neyestani | Sözdələn 28.07.2025

12 may 2006-cı il, "İran" qəzetinin uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan cümə günü əlavəsində yer alan komiks ölkədə "karikatura qalmaqalı"na və azərbaycanlıların kütləvi etirazlarına səbəb oldu. Karikatura haqqında yazılmış məqalənin mətni tarixçi və ictimai-siyasi xadim Yadigar Sadıqlının "Tarixçi" adlı "telegram" kanalından (https://t.me/yadigarsa...

Edam məktubu | Reyhanə Cabbari | Sözdələn 21.07.2025

İranlı bir qızın edamdan öncə anasına yazdığı məktubu Reyhanə Cabbari 2009-cu ildə İranda ona təcavüz etməyə çalışan birini öldürdüyü üçün cinayətdə ittiham olunur. O, 2014-cü ildə Tehranda Evin həbsxanasında edam edilir. "Sözdələn"də Reyhanənin edamdan öncə anası Şöləyə yazdığı həmin təsirli məktubu sənə danışıram. 🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox o...

Sevgi məktubu | Əli bəy Hüseynzadə | Sözdələn 14.07.2025

"Sözdələn" Əli bəy Hüseynzadənin sevgi məktubu ilə davam edir. Əli bəy Hüseynzadə daha çox Azərbaycan Cümhuriyyəti dövründəki türkləşmək, islamlaşmaq və avropalaşmaq kimi ideoloji fikirləri ilə yadda qalıb. Azərbaycanın mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi Əli bəy Hüseynzadə 1864-cü il 7 mart tarixində Bakı quberniyasının Şamaxı qəzasında Salyanda doğulub. Əslən Sabirab...

Məktublar | Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi | Sözdələn 07.07.2025

Bir tərəfdə Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi Mirzə Fətəli Axundov, digər tərəfdə isə Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi. "Sözdələn" layihəsi bu iki dahi şəxsin bir-birilərinə yazdığı iki məktubla yeni buraxılışını təqdim edir. Hər zaman xalqın təhsil almasına, maariflənməsinə çalışan Mirzə Fətəli və Həsən bəy bu məktublarında da həmin mö...

Müşfiqli günlərim | Dilbər Axundzadə | Sözdələn 30.06.2025

"Sözdələn"də Dilbər Axundzadənin həyat yoldaşı Mikayıl Müşfiqlə olan xatirələrindən bəzi hissələri sənə danışıram. Dilbər xanım xatirələrində Müşfiqlə tanışlığından, aralarındakı məhəbbətin necə yaranmağından söhbət edir. Onun xatirələrində həmçinin sevgidolu günlərlə yanaşı ağrılı günlərdən də bəhs edilir. Xatirələrin toplandığı "Müşfiqli günlərim" kitabı 2005-ci ildə "Gə...

Generalın uşaqlığı | Həzi Aslanov | Sözdələn 26.06.2025

"Sözdələn"də Əli Səmədlinin "Generalın uşaqlığı" bioqrafik romanından bir neçə hissəni sənə danışıram. Roman iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general-mayor Həzi Aslanovun uşaqlıq illərini əhatə edir. Həzi Əhəd oğlu Aslanov 1910-cu ilin 22 yanvar tarixində Lənkəranda doğulub, 25 yanvar, 1945-ci ildə Latviyada həlak olmuşdur. Həzi Aslanovun məzarı Bakıda Şəhidlər Xiyabanın...

Balaca qara balığın taleyi | Səməd Behrəngi | Sözdələn 17.06.2025

"Sözdələn"in budəfəki mövzusu Azərbaycan əsilli iranlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrəngidir. Daha çox "Balaca qara balıq" əsəri ilə tanınan Səməd Behrəngi uşaqlar üçün yazdığı əsərləri sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün İran şah rejimi tərəfindən qadağalara məruz qalmışdır. Səməd Behrəngi haqqında x...

Azərbaycanın ilk qadın müəllimləri | Hacı Zeynalabdin Tağıyev | Sözdələn 10.06.2025

"Müsəlman qadınını olduğu qapalı həyatdan çıxarmaqdan ötrü yeganə bir yol var: Məktəb. Bu məktəbi isə elə yaratmaq və qurmaq lazımdır ki, müsəlmanlar ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndərsinlər." (Hacı Zeynalabdin Tağıyevin Məhəmmədağa Şahtaxtlıya 4 may 1896-cı il tarixli məktubundan) Bu sözlər Dilqəm Əhmədin "Fərqlilər" kitabındandır. "Söz...

Həsən bəy Zərdabi haqqında | Məhəmməd Əmin Rəsulzadə | Sözdələn 03.06.2025

Azərbaycan mətbuatının banisi - Həsən bəy Zərdabi "Saray əhlinə deyil, xalqa xitab edirdi" Bu cümləni Məhəmməd Əmin Rəsulzadə Həsən bəy Zərdabi və "Əkinçi" qəzeti haqqında yazdığı məqalələrində qeyd edib. "Sözdələn"in bu buraxılışında Rəsulzadənin Həsən bəy Zərdabi haqqında həmin yazdıqlarını sənə danışıram. Buraxılışın mətni "ÇAPAR" dərgisindən əldə edilib....

Edmund Xaraşkeviçə məktub | Məhəmməd Əmin Rəsulzadə | Sözdələn 26.05.2025

"Sözdələn"də Azərbaycan Cümhuriyyətinin qurucularından biri olmuş Məhəmməd Əmin Rəsulzadənin bir məktubu haqqında sənə danışıram. Rəsulzadə bu məktubunu Polşa ordusunun zabiti Edmund Xaraşkeviçə yazmışdır. Məktub və yazılma səbəblərini izah edən mətn "ÇAPAR" dərgisində dərc olunub. 🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin &quo...

Άκου το podcast Sözdələn στο Replaio

Ραδιόφωνο και podcast σε μία εφαρμογή - δωρεάν, χωρίς εγγραφή. Εγκατάστησέ την σήμερα και μη χάσεις την πρεμιέρα

Κατέβασέ το από το Google Play

Το Replaio δεν είναι εκδότης podcast - τα ονόματα των εκπομπών, τα εξώφυλλα και ο ήχος ανήκουν στους δημιουργούς τους και διανέμονται μέσω δημόσιων ροών RSS