Tech.az Media
Techaz Podcast
Tech.az Media innovasiya, startap və texnologiya mövzuları əhatə edən yeni podkast seriyasına yayımalyır. Podkast seriyasının əsas məqsədi innovativ texnologiya icması ilə ən son trendləri müzakirə edib, cəmiyyətə məlumat verməkdir.
Wo hören?
Podcasts in der App Replaio Radio Bald verfügbarPodcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts
Folgen
Şəhriyar Məmmədov: "Məhsulu Satmaq Onu Qurmaqdan Daha Önəmlidir" 06.05.2026 38:31
Şəhriyar (Sako) Məmmədov süni intellekt və kiber təhlükəsizlik üzrə mühəndisdir. 60-dan çox hackathon təcrübəsi ilə o, qlobal texnologiya mühitini yaxından tanıyır və innovativ yanaşması ilə seçilir. Bu podkastda onunla süni intellektin inkişaf istiqamətləri, Azərbaycan innovasiya icmasının hazırkı vəziyyəti, startapların qarşılaşdığı çətinliklər və imkanlar, həmçinin Silikon Vadisindəki real mühi...
Məmməd Kərim: "Time to build — qurmaq zamanıdır" | Techaz Podcast 27.02.2026 28:56
Məmməd Kərim “Caucasus Ventures”in rəhbəridir. O, Azərbaycan startap ekosisteminin formalaşmasında mühüm rol oynayan şəxslərdən biridir. Məmməd Kərim həmçinin “Khazar Ventures” Mələk İnvestorlar Klubunun qurucusudur və ölkədə erkən mərhələli startapların maliyyələşdirilməsi, mentorluq və investisiya mühitinin inkişafı istiqamətində fəal fəaliyyət göstərir. Onun təşəbbüsləri innovasiya və sahibkarl...
Startapı 15 Milyon Dollar İnvestisiya Alan Yaqub Rəhimov | Techaz Podcast 29.12.2025 44:51
Bu buraxılışda qonağımız Yaqub Rəhimov, süni intellekt sahəsində təhlükəsizlik və qorunmanı təmin edən Polygraf AI startapının həmtəsisçisidir. Podkast zamanı Polygraf AI-nin hansı problemləri həll etdiyi, süni intellektdə qorunma və etibarlılığın niyə vacib olduğu, startap quruculuğunun real çətinlikləri, investisiya strategiyaları, investorlarla münasibətlər və texnologiya startaplarının böyümə...
Bakıda Qurduğu Startapı ABŞ-yə Satan Taleh Kərimli | Techaz Podcast 29.12.2025 47:22
Taleh Kərimli uğurlu startap təsisçilərindən biridir. Onun həmtəsisçisi olduğu Nextsale startapı ABŞ bazarına uğurla satılıb. Bu təcrübədən sonra o, startap və innovasiya ekosistemi ilə daha geniş şəkildə çalışmağa başlayıb. Hazırda Taleh Kərimli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) İnnovasiya ekosistemi departamentinin rəhbəri vəzifəsini icra edir. Bu podkastda Taleh Kərimli təsisçi...
"Amazon"un Marketinq Rəhbəri Nərmin Fərzəliyeva | Techaz Podcast 29.12.2025 42:03
Nərmin Fərzəliyeva 10 ildən artıq davam edən zəngin və çoxşaxəli marketinq təcrübəsinə malik peşəkardır. O, həm lokal, həm də beynəlxalq bazarlarda müxtəlif kanallar üzrə strateji marketinq, məhsul idarəetməsi, rəqəmsal transformasiya və istehlakçı davranışlarının analizi kimi sahələrdə dərin ekspertizaya sahibdir. Karyerası boyunca Coca-Cola kimi qlobal şirkətlərdə mühüm liderlik rollarında çalış...
Azərbaycandan Cənubi Amerikaya, “Dosty”nin Uğuru Ayaz Əhmədov | Techaz Podcast 23.11.2025 51:28
Ayaz Əhmədov 10 ildən artıq marketinq sahəsində peşəkar təcrübəyə malikdir. O, bununla yanaşı idman agentliyi və İT şirkətinə sahiblik edib. Daha sonra heyvanların sağlamlığı və baxımına innovativ həllər təqdim edən Dosty adlı startapı təsis edib. Dosty bu gün Azərbaycanın ən uğurlu startaplarından biri hesab olunur və bir çox ölkələrdə istifadəçilərə xidmət göstərir. Podkastda Ayaz Əhmədov starta...
"Nvidia"nın Azərbaycanda Data Mərkəzi Qurula Bilər - Rəşad Əliyev (2-ci bölüm) | Techaz Podcast 20.11.2025 26:31
Nvidia regionda data mərkəzi qurur və bu infrastrukturun Azərbaycanda yerləşdirilməsi üçün də böyük perspektivlər mövcuddur. Tech.az Podkastın bu buraxılışında Rəşad Əliyevlə məhz bu mövzunu müzakirə etmişik. Rəşad bəy uzun illərdir məlumat mərkəzləri, server infrastrukturu və ümumilikdə İT sahəsində dərin təcrübəyə sahibdir. Hazırda o, “Nvidia”nın “Cloud Gaming” texnologiyasının Azərbaycanda inki...
Azərbaycandan 30 Ölkəyə Xidmət İxrac Edən Rəşad Əliyev | Tech.az Podcast 17.11.2025 40:56
Bu bölümün qonağı 20 ildən artıq İT təcrübəsinə malik Rəşad Əliyevdir. O, kibertəhlükəsizlik, proqramlaşdırma və innovasiya sahələrində geniş bilik və bacarıqlara sahibdir, həmçinin akademik fəaliyyətini də davam etdirir. Rəşad Əliyev podkast zamanı Azərbaycandakı İT talantlarının vəziyyəti, sahədə qarşılaşılan əsas çətinliklər, regional və qlobal bazarlara çıxış, 30-dan çox ölkəyə göstərilən xidm...
Almaniyada Startap Quran Nail Vəliyev - Youzu AI | Techaz Podkast 11.11.2025 39:43
Nail Vəliyev Azərbaycan startap ekosisteminin pionerlərindən biridir. O, ölkədə ilk dəfə StartupWeekend tədbirini təşkil etmiş və SUP VC akselerasiya şirkətini qurmuşdur. Daha sonra fəaliyyətini Almaniyada davam etdirərək Qt Group şirkətində məhsul komandası rəhbəri vəzifəsində çalışıb. Sonradan bu vəzifədən ayrılaraq Youzu.ai startapını qurub. Youzu.ai , ofis və evlərin dizaynı üçün süni intellek...
Süni İntellekt, Startap, İnvestisiya | Şaiq Muradov 11.11.2025 48:27
Şaiq Muradov İT və innovasiya sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, həm yerli, həm də beynəlxalq səviyyədə bir çox mühüm layihələrin rəhbərliyini etmiş, texnologiya və innovasiya sahəsində dərin bilik və təcrübə toplamışdır. Ekspert kimi zəngin təcrübəsini Tech.az Podkastında bölüşən Şaiq bəy innovasiya ekosistemi, investisiyalar və süni intellektin biznes və cəmiyyət üzərindəki təsiri m...
Ähnliche Podcasts
Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet