uk

PLANET FM

PLANET FM

Science AZ ↓ Епізодів: 437

Elm və Kosmosu daha yaxın etdik!

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: www.spreaker.com

Автор

PLANET FM

Категорія

Science

Сайт подкасту

www.spreaker.com

Останній епізод

15 жов 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

Texnologiya Dünyasında Qadın Liderliyi: Şəhla Məmmədovanın Uğur Hekayəsi 25.09.2026

 Rəqəmsal layihələr və məhsul idarəetməsi sahəsində 15 ildən çox təcrübəyə malik  Şəhla Məmmədova Günel Mavliyarovanın təqdimatında "Qadın deyir ki" verilişində qonaq oldu. Şəhla xanım texnologiya sahəsində stereotiplərin  qırılması, gənc qızların bu sahəyə cəlb olunması, biznesdə düzgün kommunikasiya və iş-həyat balansı barədə öz dəyərli təcrübələrini bölüşdü.

Biomüxtəliflik və 2050-ci ilin Azərbaycanı | İqlim dəyişikliyi biomüxtəlifliyə necə mənfi təsir edir? 24.09.2026

Planet FM-in "İqlim Gündəliyi" verilişində iqlim dəyişikliyinin biomüxtəlifliyə təsiri, həm qlobal miqyasda, həm də Azərbaycanda baş verən son ekoloji proseslər müzakirə olunur. Biomüxtəliflik üzrə mütəxəssis, eko-fəal  Zülfi Fərəcli verilişdə iqlim dəyişikliyinin təbiətə təsirlərindən, vəhşi təbiət dəhlizlərindən, quşların miqrasiyasından,  Azərbaycandakı ən həssas ekosistemlərdən və biomüxtəlifl...

12-ci Əsrdən Müasir Dövrə: Nizami Gəncəvinin Hər Dövrə Silinməz Təsiri 24.09.2026

Nizami fəlsəfəsi əsrlər boyu aktuallığını necə qoruyub? "Zaman Maşını" verilişinin yeni buraxılışında yazıçı Şərif Ağayarla birlikdə dahi şairin  müasir ədəbiyyata qədər uzanan və hər dövrə damğa vuran qüdrətli irsini müzakirə edirik. Siyasət, tarix və ədəbiyyatın kəsişdiyi bu maraqlı söhbəti qaçırmayın!

Avropanın Sehrli Guşələri: Qaudinin Barselonasından Amsterdamın Yel Dəyirmanlarına 24.09.2026

“Planeti VISA ilə kəşf edək” rubrikasının qonağı səyahət bloqeri Aynur Cəfərova ilə Avropanın populyar istiqamətlərini kəşf edirik. Barselona: Antoni Qaudinin məşhur memarlıq inciləri sayılan "Sagrada Familia" kilsəsi və "Park Güell"-ə səyahət edir, şəhərin mərkəzindəki "Flamenco" şousundan və "La Boqueria" bazarındakı təzə dəniz məhsullarından danışdıq. Həmçinin, qonağımız muzey biletlərini öncəd...

BÖYÜK BRİTANİYA SƏYAHƏTİ! - Şotlandiyada Resepşonsuz Otel Və Cadugərlər Şəhəri Edinburq 23.09.2026

Birləşmiş Krallıq səyahəti haqqında hər şey! Planet FM-in qonağı Könül Nuriyeva ilə İngiltərənin paytaxtı London və Şotlandiyanın mistik şəhəri Edinburq gəzintisindən danışırıq! Londonda Big Ben, Westminster Abbey, Buckingham sarayı və şəhər nəqliyyatı necədir? Edinburqda Harry Potter əsərinin yazıldığı "Elephant House" kafesi, Witches' Well cadugərlər memorialı, Şotlandiya milli yeməyi Haggis və...

Saxtalaşdırılmış tarix: Qafqaz Albaniyasının irsi necə mənimsənildi? 21.09.2026

“Zaman Maşını” verilişinin bu bölümündə tarixçi-alim Rizvan Hüseynovla Qafqaz Albaniyası kilsələri haqqında ətraflı söhbət etdik. Söhbət zamanı Gəncəsər, Xudavəng və Ağoğlan məbədlərinin Alban xristianlığı ilə bağlılığı və bu abidələrdə qorunub saxlanılan tarixi izlərə də toxunduq.

6 Qadının Afrika Macərası: Keyptaun Sahillərindən Keniya Safarisinə 21.09.2026

“Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı səyahətsevər Hökümə Abbasova ilə uşaqlıq arzusu olan Cənubi Afrika Respublikası və Keniyaya səyahətindən danışdıq. Söhbət zamanı Keyptaunun Mayamini xatırladan sahillərindən, Ümid burnundan və Afrika pinqvinləri ilə bağlı unudulmaz xatirələrdən bəhs etdik. Eyni zamanda, Afrikada turistlər üçün təhlükəsizlik qaydaları, Keniyanın vəhşi təbiətində safa...

Maldiv adalarında istirahət üçün ən yaxşı istiqamətlər 21.09.2026

"Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı səyahətçi, turizm sahəsində 18 ildən çox təcrübəyə sahib  Günay Abdullayeva oldu.

Transformativ Kouçinq və Özünü Kəşf: Qadının Daxili Gücünə Səyahəti 21.09.2026

Verilişdə müasir cəmiyyətdə qadının mövqeyi, iş və ailə arasında balansın qorunub saxlanması, karyerada uğur qazanmağın sirləri və stereotip fikirləri şəxsi təcrübə əsasında inkar edən qadınlarla müsahibəni Günel Mavliyarovanın təqdimatında dinləyə bilərsiniz.

Elm Adasında Dayanıqlılıq: Təbiət, İnsan və İnfrastrukturun Harmoniyası 21.09.2026

Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün p...

Dəli bal, küçə masajı və canlı ilahə: Səyahətdən maraqlı hekayələr 18.09.2026

"Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı səyahət bloqeri, fotoqraf Orxan Rəhmanlı oldu. Nepalda “dəli bal”ın sirri nədir?  Kumari ənənəsində “canlı ilahə” kimi qəbul edilən qızlar kimlərdir? Hindistan və Pakistanda küçə masajının oxşar tərəfləri nələrdir? Efiopiyada Mursi və Benna icmaları ilə qarşılaşmaq necə hissdir? Bəs Zanzibarın Afrika, ərəb və Hindistan mədəniyyətlərinin qarışığı gün...

Süni intellekt dövründə təhsilin əhəmiyyəti: Müasir dünyada təhsil nə qədər vacibdir? 18.09.2026

"Zaman Maşını" verilişinin qonağı təhsil üzrə ekspert Ramin Nurəliyev oldu.

Qədim Binəqədinin sirrli tarixi 18.09.2026

“Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı tarixçi Müşfiq Əkbər oldu.

Almaniyanın ən hündür dağına necə çıxmaq olar? 18.09.2026

"Planeti Visa ilə kəşf edək" rubrikasının qonaqları səyahətsevər və dünyanı gəzməkdən zövq alan cütlük Turqay Adıgözəlov və Səidə Adıgözəlova oldular.

Nömrə Almaq Üçün 7 İL NÖVBƏ?! 😱 Pekində Avtomobil Sürməyin Şok Qaydaları! 14.09.2026

Çinə səfər etməzdən əvvəl bilməli olduğunuz hər şey bu müsahibədə! Radio aparıcısı və avtobloqer Raqif Raufoğlu Pekin və Şanxay təəssüratlarını, Çin avtomobilləri haqqında gizli qalan məqamları və ölkədəki real həyat qaydalarını bölüşür. Pekində nömrə almaq niyə 7 il çəkir? Çindən gələn Destroyer modelləri niyə Şanxayda yoxdur? Rouminq, WhatsApp, Visa kart ödənişləri, 350 km/s sürət qatarları və Ç...

3 Manata Biznes Klass Və VİZASIZ Tayland Turları! - Monteneqro Və Yunanıstan Vizası Almaq 14.09.2026

Turistlər saxta tur paketlərə qarşı necə qorunmalıdır? Aldadılmamaq üçün alınan tur paketləri onlayn sistemdə necə yoxlamaq olar? 2026-cı ildə Tayland, Misir (Şarm əş-Şeyx, Əl-Alemeyn), Monteneqro və Yunanıstana ən ucuz turları necə əldə etmək mümkündür? Bu verilişdə Planet FM-in qonağı, "Kompas Tur Operator" şirkətinin agentlər üzrə koordinatoru Emin Topçubaşov ilə B2B turizm şəbəkəsi, tur paketl...

Çində Təhsil, Yaşayış Və Qiymətlər - Çində Hansı Şəhərlərə Gitmək Lazımdır? 14.09.2026

Çində təhsil almaq necədir?  Çinlilər doğrudanmı pişik və it əti yeyirlər? Mollarında 100 manatlıq malı 20 manata necə düşürmək olar? Bu verilişdə Planet FM-in qonağı, Azərbaycan Dillər Universitetinin məzunu və Çində ixtisasartırma keçmiş Çin dili mütəxəssisi Mərziyə Vəliyeva ilə Çin təhsili, HSK imtahanları, çinli müdirlərin azərbaycanlı müdirlərdən fərqi, Çin avtomobilləri (Xiaomi, Li Auto, BYD...

İndoneziya, Balida Həyat - İspaniya Plajlarında Qadağalar - Avropa Və Asiya Turları 14.09.2026

İndoneziyada 1 il yaşamaq necə bir təcrübədir? 22 yaşında 32 ölkə gəzən Sahilə Babayeva İndoneziya dilini necə öyrənib və Balidə turizm sahəsində necə işə başlayıb? Bu verilişdə Planet FM-in qonağı, səyahəti həyat tərzinə çevirən Sahilə Babayeva ilə İndoneziya mədəniyyəti, İspaniyanın Palma de Malorka adasındakı çimərlik qadağaları, cərimələr, Avropada avtomobil kirayələmək sirləri və Kərbəlaya 80...

Tailanda Hansı Ayda Getmək Lazımdır? - Ucuz Tətil Etmək - Kruiz səyahəti haqqında 14.09.2026

Səyahətə daha az büdcə ayıraraq maksimum zövq almaq istəyirsiniz? Bu verilişdə "Air Travel and Tour" şirkətinin icraçı direktoru və "Tur Meneceri Ol" təlim mərkəzinin həmtəsisçisi Aynur Ələsgərova ilə Tailand istiqaməti, ucuz aviabilet tapmaq yolları, 2026-cı il viza qaydaları və kruiz səyahəti planlaması haqqında ən vacib nüansları müzakirə edirik!

Aşağı büdcə ilə 4 Şəhər Və Balidə Yaşamaq Həyəcanı! - Avropada Yaşamaq Və Təhsil Xərcləri 03.09.2026

Dünyanı az büdcə ilə necə gəzmək olar? Balidə yoqa təlimləri, İsveçrənin maşınsız sakit kəndləri və Böyük Britaniyanın məşhur Oxford Universitetində təhsil almaq üçün nə etməlisiniz? Bu podcastda Planet FM-in qonağı, Travel Bloger Gülnar Bəxşəliyeva ilə 28-dən çox ölkəyə etdiyi səyahətləri, Şotlandiya, İsveçrə dağları, Malayziyanın Batu Caves məbədi, Balidə yerli əhalinin həyat tərzi və ucuz bilet...

$500-a Bütün İtaliyanı Necə Gəzdik? | Ən Ucuz Səyahət Hiyələri 03.09.2026

Büdcəli səyahət etmək necə mümkündür? $500 ilə İtaliyanın 4 şəhərini necə gəzmək olar? Sinqapur doğrudanmı bahalı ölkədir, yoxsa $1-a şəhəri kəşf etmək olar? Bu podcastda Planet FM-in qonağı, Travel Bloger və Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü Arifə Eminli  ilə 28-dən çox ölkəyə etdiyi səyahətləri, Asiya turlarını (Tayland, Çin, Malayziya, Sinqapur), Maldiv adalarında yaşadığı gözl...

Avropa Viza Sirləri, Şərab Tünelləri Və Lüksemburqda Həyat 02.09.2026

Avropada yaşamaq, oxumaq və səyahət etmək necə bir təcrübədir? Dünyanın ən zəngin ölkələrindən biri olan Lüksemburq ilə Avropanın ən kasıb ölkəsi sayılan Moldova arasında hansı fərqlər var? Bu podcastda Planet FM-in qonağı, səyahətçi-jurnalist Nərmin Abbasova Lüksemburqda 2 ildən çox yaşamaq təcrübəsini, pulsuz ictimai nəqliyyat sistemini, dövlətin dərman xərclərini qarşılamasını, eləcə də yerli "...

Parisdə otel seçimini hansı ərazilərdən edək? 31.08.2026

"Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı  səyahətçi Gülnaz Cabbarlı  oldu. Qonağımız dəyişən viza qaydalarından, müxtəlif ölkələrə olan səyahətlərindən söhbət açdı.

İstanbulun uyğun büdcəli məkanları harada yerləşir? 27.08.2026

"Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı aktyor, səyahətsevər Rafət Əliyev oldu. Qonağımız İstanbulda aktyorluq peşəsinin imkanlarından, şəhərin görməli yerlərindən, uyğun büdcəli restoranlarından söhbət açdı. 

Özbəkistanı 5-7 günə tam kəşf edə bilərsiniz! 27.08.2026

“Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı turizmçi, "travel blogger" Sürəyya Axundova ilə Özbəkistan səyahətindən söhbət açdıq. Qonağımız Özbəkistanın gəzməli və görməli yerləri, mədəniyyəti, yeməkləri haqqında faydalı məlumatlar bölüşdü.

Слухайте подкаст PLANET FM у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали