uk

Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ Епізодів: 1047

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: www.spreaker.com

Автор

Avto FM 107.7

Категорія

Leisure

Сайт подкасту

www.spreaker.com

Останній епізод

12 жов 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

Tədris ili başlayır: Bakı yolları və avtobuslar sərnişin yükünə hazırdırmı? | Meqapolis 09.09.2026

"Meqapolis" verilişinin qonağı AYNA-nın mətbuat katibi Tural Orucov oldu. Metro xətlərinin ayrılması ilə əlaqədar tətbiq olunan ekspres marşrutların fəaliyyəti və sərnişin tələbatını qarşılama imkanları, marşrutların sayının artırılması, avtobus parkının vəziyyəti və sərnişinlərin avtobusların gecikməsi ilə bağlı şikayətləri, şəhərətrafı ərazilərdən mərkəzə sərnişindaşımanın yaxşılaşdırılması, Bak...

Təmizlik Sektorunda keyfiyyət standartları, texnologiya və gələcək | Meqapolis 07.09.2026

"Meqapolis" verilişinin qonağı "White Star Cleaning"in Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri Elnur Həsənov oldu. "White Star Cleaning" şirkətində xidmət keyfiyyətinin standartları, ən çox müraciət olunan təmizlik növləri, müştəri narazılıqları və şikayətlərlə iş mexanizmi, personalın təlimi və kimyəvi vasitələrin seçilmə prinsipləri, keyfiyyətə nəzarət və yoxlama mərhələləri, brendin bazardakı əsas...

Bankçılıqda müştəri təcrübəsi və xidmət keyfiyyətinin prioritetləri | Meqapolis 04.09.2026

"Meqapolis" verilişinin qonağı "Premium Bank"ın Müşahidə Şurası sədrinin müşaviri Asiya Rüstəmova oldu. Bankın səhvlərinin operativ həlli və nüfuzun qorunması, müştəriyə sürətli və dəqiq xidmət, təhlükəsizliklə insani yanaşmanın balanslaşdırılması, əməkdaşların performans göstəriciləri, müştəriyə uyğun məhsul təklifləri, sistemli problemlərin idarə olunması və müştəri təcrübəsinin bankın gələcək i...

“40 milyonluq uğur”: “Sabah” Çempionlar Liqasından nə gözləyir? | Meqapolis 04.09.2026

"Meqapolis" verilişinin qonağı "Sabah"ın mətbuat katibi Elnur Həmidov oldu. “Sabah”ın Çempionlar Liqasına vəsiqə qazanmasının yaratdığı təəssüratlar, klubun uğurunun əsas səbəbləri, püşkatmada müəyyənləşən rəqiblər və qarşıdakı hədəflər, turnirdən gözləntilər, maliyyə məsələləri, transfer planları, azarkeş marağı və bilet satışı, həmçinin klubun PR və media fəaliyyəti barədə danışıldı.

Ceki Çanı Azərbaycanda film çəkməyə dəvət edən kaskadyor | Meqapolis 02.09.2026

"Meqapolis" verilişinin qonağı kaskadyor, döyüş xoreoqrafı Sain Fərhad oldu. Ceki Çanın rəsmi təlim mərkəzində təhsil almasından və məşhur aktyorla tanışlığından, kaskadyorluğun incəliklərindən, təhlükəli fəndlərdən, bu peşənin görünməyən qəhrəmanlarından, eləcə də Azərbaycanda kaskadyorluğun inkişaf perspektivlərindən danışdıq.

Bakı metrosu gələcəkdə necə olacaq? | Meqapolis 31.08.2026

"Meqapolis" verilişinin qonağı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov oldu. Bakı Metropolitenində gedən təmir-bərpa işlərinin yekunlaşma vaxtından, Nizami-28 May keçidi və xətlərin ayrılması layihəsinin mövcud mərhələsindən, yeni təhsil ilində sıxlığın qarşısını almaq üçün nəzərdə tutulan tədbirlərdən, 2030-cu ilədək 9 yeni stansiyanın tikintisi vədinin reallığından və inter...

Velosiped, Bakı və sağlam həyat | Meqapolis 31.08.2026

"Meqapolis" verilişinin qonağı "Aparla Səhər" klubunun yaradıcısı Aynur Nəbiyeva oldu. Bakıda velosiped mədəniyyətinin inkişafı, “Aparla səhər” ideyasının yaranma hekayəsi, velosipedlə Bakını kəşf etmək üçün marşrutlar və sağlam həyat tərzinə başlamağın vacibliyi barədə danışdıq.15:00

Amazonda işləyən həmyerlimiz: Amerikada sıfırdan başlamaq və karyera yolu | Meqapolis 27.08.2026

"Meqapolis" verilişinin qonağı "Amazon Web Services" şirkətində Bulud Texnologiyaları və Süni İntellekt Strategiyası üzrə çalışan Rüfət Ağayev oldu. Amerikada həyat, radio-podkast mədəniyyəti, həmçinin Amazon və oradakı iş təcrübəsi, süni zəkanın gələcəyi və insan əməyinə təsiri barədə danışdıq.

Rayon yollarında ən çox edilən SƏHV nədir? | Qaydaları Pozma 03.08.2026

Yay mövsümünün gəlişi ilə bölgələrimizə, istirahət məkanlarına səfər edən sürücülərin sayı kəskin artıb. Bəs uzun yol, yüksək sürət, yorğunluq və diqqətsizlik fəsadlara yol açmasın deyə nə etməliyik? Rayon və dağlıq yollarda sürücülərin ən çox yol verdiyi xətalar hansılardır? Avto FM-in "Qaydaları Pozma" verilişinin bu buraxılışında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytena...

Qəza Şəraiti Yaradan Sadə Səhvlər - DİN Rəsmisindən Sürücülərə Vacib Xəbərdarlıq! | Qaydaları Pozma 30.07.2026

"Qaydaları Pozma" verilişinin növbəti buraxılışında yollarda baş verən qəzaların görünməyən səbəblərindən, sürücü və piyadaların əhəmiyyətsiz hesab etdiyi, lakin böyük təhlükə yaradan xətalarından danışdıq. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Ceyhun Həsənlinin təqdimatında sükan arxasında telefon istifadəsi, dönmə işıqları...

Bakıda Yay Tıxaclarının Səbəbləri: Süni Qadağalar və Ləngiyən Təmirlər | Qaydaları Pozma 30.07.2026

Bakıda yay tətilinin olmasına baxmayaraq küçə və prospektlərdə bitmək bilməyən tıxacların və sıxlığın əsas səbəbləri nələrdir? Yol hərəkəti və nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Auto FM-də yayınlanan "Qaydaları pozma" verilişində Ceyhun Həsənlinin qonağı olaraq gündəmdəki subyektiv problemləri açıq şəkildə ifşaladı. Verilişdə Gürcüstan yol infrastrukturu ilə Bakı yollarının müqayisə...

Yollarda Qəzaları Necə Azaltmaq Olar? | Ekspert Aqil Rəhimov 28.07.2026

Avto FM-in "Qaydaları pozma" verilişində Ceyhun Həsənlinin qonağı Qəzaəleyhinə Sürücülük Kurslarının məşqçisi Aqil Rəhimov idi. Azərbaycanda baş verən yol-nəqliyyat qəzalarının əsl elmi səbəbləri, sürücülük vəsiqəsi imtahanlarının şəhər daxilində (real yollarda) keçirilməsi təklifi, təhlükəli sürüş tərzi cərimələri, gizli yol polisi təcrübəsi, radar işarələrinin ləğvi və piyadalar üçün MyGov inteq...

Bakı-Quba Yolunda Piyada Ölümü: Faciəvi Qəzanın Təfərrüatları | DYP | Qaydaları Pozma 28.07.2026

Avto FM-in "Qaydaları pozma" verilişində Bakı-Quba magistral yolunun 53-cü kilometrliyində baş verən və piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi müzakirə olunur. Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və aparıcı Ceyhun Həsənli magistral yollarda piyadaların qayda pozuntularını, çoxzolaqlı yollardan keçməyin böyük risklərini və sürücül...

Kredit Tarixçəsi Və Qara Siyahıdan Çıxmağın Yolları | Ekspert İsmail Məmmədov | Qaydaları Pozma 24.07.2026

Avto FM-in "Qaydaları pozma" verilişində kredit tarixçəsi, mənfi qeydlər, "qara siyahı" mifləri və bank kreditləri götürərkən diqqət edilməli olan maliyyə qaydaları müzakirə olunur. "Bank of Baku" Kiçik və Orta Biznes Bankçılığı Departamentinin direktor müavini və Azərbaycan Banklar Assosiasiyasının eksperti İsmail Məmmədov kredit reytinqini düzəltməyin yollarını, zaminliyin risklərini və rəsmi gə...

Qəza-Dayanma Nişanı Harada Və Necə Quraşdırılmalıdır? - 30 METR QAYDASI! | Qaydaları Pozma 23.07.2026

"Qaydaları Pozma" verilişində texniki nasaz avtomobillərin yollarda yaratdığı süni tıxaclar, yol-nəqliyyat qəzaları zamanı görülməli olan təhlükəsizlik tədbirləri və DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) son statistikası müzakirə olunur. Ceyhun Həsənli və DİN NİİM-in mətbuat katibi Ömər Xıdırrov yolda maşını xarab olan sürücülərin etdiyi böyük səhvləri, qəza-dayanma nişanının düz...

Yol Qaydalarını Yadda Saxlamağın Ən Asan Yolu | Sürücülük Məşqçisi Aqil Rəhimov | Qaydaları Pozma 22.07.2026

Yol hərəkəti qaydalarını (YHQ) asan və effektiv şəkildə necə öyrənmək və yadda saxlamaq olar? Qəza əleyhinə sürücülük kurslarının peşəkar təlimçisi Aqil Rəhimov və Rauf Mirqulamov "Qaydaları Pozma" verilişində yol nişanlarını mənimsəməyin sirlərini, visual öyrənmə metodlarını və praktiki sürücülük məsləhətlərini bölüşürlər. Müzakirə olunan mövzular: Yol qaydaları kitabını dərindən anlamaq və mənti...

Dayanmış Maşının Təkəri Dönük Olarsa Hüquqi Cavabdehlik Nədir? | Qaydaları Pozma 21.07.2026

Bakıda və bölgələrdə isti yay günlərində yol-nəqliyyat hadisələri (qəzalar) niyə artır? Sükan arxasında yuxusuzluq, yorğunluq, diqqətsizlik və mobil telefondan istifadə hansı faciəvi nəticələrə gətirib çıxarır? "Avto FM" radiostansiyasının "Qaydaları Pozma" verilişində aparıcı Ceyhun Həsənli və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isti havalar...

Sığorta Nəyi Qarşılayır, Nəyi Qarşılamır? | Avto-Sığorta haqqında HƏR ŞEY! | Qaydaları Pozma 20.07.2026

Yay mövsümünün əsas riskləri: Güclü küləklər, qasırğalar və qəfil yağan dolunun avtomobillərə vurduğu zərərlər (Bakıdakı məlum may dolusu nümunəsində). İcbari sığorta yoxsa Kasko sığorta? Dolu maşını əzdikdə hansı sığorta növü ödəniş edir? Məhəllə daxili risklər: Uşaqların futbol oynayarkən və ya üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində avtomobilə vurduğu zərərlər sığortalanırmı? Motosikle...

Elektromobil Almağa Hazırıqmı? | BYD Blade Batareyası Nədir? | Qaydaları Pozma 16.07.2026

Verilişdə Hansı Mövzulara Toxunulub? Elektromobillərin İdarəolunması: Elektromobilə keçid çətindirmi? Adi sürücülərin bu yeniliyə baxışı necədir? Şarj və İnfrastruktur: Bakı və rayonlarda şarj stansiyalarının mövcud vəziyyəti necədir? Yolda qalma riski varmı? Batareya Texnologiyası və Ömrü: Dünyanın yeganə yanmaz və təhlükəsiz batareyası olan BYD Blade Batareyası hansı üstünlüklərə malikdir? Servi...

Bakı yollarında sürücü-piyada davası: Kim haqlıdır? | Qaydaları Pozma 16.07.2026

Sürücü mədəniyyəti və yollardakı hörmətsizlik Hansı hərəkətləri özümüzə qarşı hörmətsizlik hesab edirik? Piyadalara yol verməyən sürücülər və kameralar (50 AZN cərimə) Aqressiv əl-qol hərəkətləri və sürücü psixologiyası "Piyadalar da mələk deyil!" - Telefonla keçiddən keçənlər Yerli-yersiz səs siqnalı (siqnal vermək mədəniyyəti) Yol istəyən sürücüyə yol verməmək inadı Aparıcı: Ceyhun Həsənli Qonaq...

Piyada yoxsa Sürücü Günahkardır? | Qaydaları Pozma 14.07.2026

Piyada Məsuliyyətsizliyi: Niyə piyadalar keçidlərdən istifadə etmir və həyatlarını təhlükəyə atırlar? Son Statistika: Piyada vurma hadisələrində azalma meyli varmı? Rəqəmlər nə deyir? Bakıdakı Vəziyyət: Hadisələrin niyə böyük hissəsi paytaxtın payına düşür? Sürücü yoxsa Piyada? Sürücünün günahı olmadığı halda qəza baş verərsə, məsuliyyətdən qaça bilərmi? Qanunvericilik nə tələb edir? Hər birimiz h...

KASKO Sığortası Nədir və Necə Edilir? - Avtomobil Sığortasında Bilməli Olduğunuz Hər Şey | Qaydaları Pozma 13.07.2026

Avtomobiliniz üçün KASKO sığortası etdirmək həqiqətən vacibdir, yoxsa bu sadəcə əlavə xərcdir? Bu söhbətimizdə, yol hərəkəti zamanı baş verə biləcək gözlənilməz hadisələr, yol qəzası və təbii fəlakətlər zamanı sürücüləri gözləyən ciddi maddi itkilərdən qorunma yollarını müzakirə edirik. KASKO sığortası olmayan bir sürücü hansı risklərlə üzləşir və sığorta şirkətləri hansı hallarda sığorta ödənişin...

Qəza İştirakçıları Necə Razılığa Gəlməlidir? - SIĞORTADAN PUL ALMAQ! | Qaydaları Pozma 10.07.2026

Yol-nəqliyyat hadisəsi (qəza) zamanı qanuni hüquqlarınızı və görülməli olan ilk vacib işləri bilirsinizmi? "Qaydaları Pozma" verilişinin bu buraxılışında, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qəza anında etdiyi ən böyük səhvləri və qanuni öhdəlikləri təhlil edirik. Xüsusilə maddi zərərlə nəticələnən yol qəzalar...

Çin Maşınlarının Qiymətindəki Böyük Dəyişikliklər - Real Bazar Analizi 2026 | Qaydaları Pozma 09.07.2026

Bu buraxılışımızda son illərin ən çox müzakirə olunan mövzusuna — Çin istehsalı avtomobillərin Azərbaycandakı qiymət siyasətinə və bazar dinamikasına işıq salırıq! "Avto FM"-in qonağı BYD Motors Bakı şirkətinin satış və marketinq rəhbəri Toğrul Məliklidir. Podcastda Çin avtomobillərinin qiymətlərinin tez-tez dəyişməsinin pərdəarxası səbəblərini, 2026-cı il yanvarın 1-dən tətbiq olunan %18 ƏDV verg...

Qadın Sürücülərin Etdiyi Səhvlər - Sürücü Psixologiyası | Qaydaları Pozma 07.07.2026

Sükan arxasında tez-tez əsəbləşirsiniz? Tıxaclar, daldan işıq yandıranlar və qayda pozan sürücülər sizi çilədən çıxarır? "Qaydaları Pozma" verilişinin növbəti buraxılışını təqdim edirik. Aparıcı Ceyhun Həsənli və Qəza Əleyhinə Sürücülük Kurslarının peşəkar təlimçisi Aqil Rəhimov sükan arxasında aqressiyanın psixoloji səbəblərini, uşaqlıqdan gələn valideyn səhvlərini və yollarda emosiyaları idarə e...

Слухайте подкаст Avto FM 107.7 у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали