Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1000 episodes

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Author

Avto FM 107.7

Category

Leisure

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Qəza zamanı hadisə yerində düzgün davranış 26.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə qəza zamanı hadisə yerində düzgün davranışdan danışdıq.

Gənclər niyə peşə təhsilini seçməlidirlər? I Şəhər adamı #155 26.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR və Kommunikasiya üzrə sektor müdiri Aytən Səfərəliyeva ilə birlikdə gənclərin peşə təhsilinə marağı, mövcud imkanlar, texniki bacarıqların əmək bazarında rolu və gələcək planları müzakirə etdik.

Manevretmə qaydalarının pozulmasına görə baş verən qəzalar 25.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə manevr etmə qaydalarının pozulmasına görə baş verən qəzalar haqqında danışdıq.

Avtomobil restavrasiyası və ikinci əl bazar I Bir avto 25.09.2025

"Bir Avto" verilişində qonaq olan avtobloqer Əli Məmmədov ilə birlikdə ikinci əl avtomobil bazarında vəziyyət, alıcıların qarşılaşdığı riskləri və eyni zamanda avtomobil restavrasiyası kimi yüksələn bir tendensiyanı müzakirə etdik.

Dərimiz bizə nə "deyir?" I Şəhər adamı #154 25.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan dermatoveneroloq Quba Rüstəmova ilə həm dəri sağlamlığı, həm də cəmiyyətimizdə tez-tez qarşılaşılan dəri problemləri haqqında danışdıq, həkim qonağımız allergiyalar, dəri baxımı və gigiyena ilə bağlı məqamları bölüşdü.

BYD Destroyer 05 yoxsa, Changan A05 I Bir Avto 24.09.2025

"Bir Avto" verilişində iki populyar Çin sedanı – BYD Destroyer 05 və Changan A05 modellərini müzakirə etdik. Hər iki modelin güc aqreqatları, interyer rahatlığı, texnoloji imkanları və yol tutumu kimi əsas xüsusiyyətlərini dinləyicilərlə birlikdə müqayisə etdik.

"Övladlarına əziyyət verməyənlərin nəvələri ac qalacaq" l Şəhər adamı #153 24.09.2025

"Şəhər adamı"nda qonaq olan biznes mentor Zahid Adıgözəlovla birlikdə sahibkar valideyn və onların uşaqları, biznesi necə ötürməli olduqları, daşınmaz əmlaka yatırım etməyin qaydaları haqqında müzakirə etdik

Avtomobilin dizaynı önəmlidir? I Bir Avto 24.09.2025

"Bir Avto" verilişində qonaq olan avtomobil rəssamı, hiperrealism üslubunda avtomobil rəsmləri çəkən Hümbət Kərimli ilə birlikdə ilham mənbələrindən və avtomobil dizaynının incəliklərindən danışdıq.

Şəhərə giriş ödənişli olsa, tıxaclar azalar? I Bir Avto 24.09.2025

Bu dəfə "Bir Avto" verilişində şəhər mərkəzinə girişin ödənişli olması məsələsini müzakirə edirik. Tıxacların azalması üçün belə bir addım nə qədər effektivdir? İnsanlar ödənişdən sonra nə dərəcədə avtomobil istifadəsindən imtina edər?

Ödənişli hərəkət zonaları yollara necə təsir edəcək? 24.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradllı ilə ödənişli hərəkət zonalarının yollara təsirindən danışdıq.

Dünya ölkələrində sıxlıqla mübarizə yolları 24.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sıxlıqla mübarizə yollarından danışdıq.

Müasir dövrdə valideyn necə olmalıdır? I Şəhər adamı #152 24.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan təlimçi, psixopedaqoq Məsməxanım Hacıyeva ilə birlikdə uşaqların emosional inkişafı, valideyn-müəllim münasibətləri və məktəb dövründə rast gəlinən həm pedaqoji, həm də psixoloji çətinliklər haqqında danışdıq.

Düzgün ara məsafəsinin önəmi 23.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə ara məsafəsinin önəmindən danışdıq.

Avtomobilsiz mümkündür? I Şəhər adamı #151 22.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan Azərbaycan Velosiped İdmanı Federasiyasında məşqçi, velosiped təlimçisi Səhər Mehman ilə birlikdə “Avtomobilsiz gün” münasibətilə velosiped sürməyin sağlamlığa, ətraf mühitə və şəhər həyatına təsirindən danışdıq. Velosiped mədəniyyəti, təhlükəsizlik qaydaları, şəhərdə infrastrukturun vəziyyəti haqqında maraqlı fikirlər bölüşdük.

Azərbaycan dünya robotexnika yarışında l Overtime 19.09.2025

Dünya Robotexnika Yarışında gənclərimiz həm qızıl, həm də gümüş medal qazanaraq ölkəmizi layiqincə təmsil edən Fərid Həmidli, Paşa Rüstəmov, Nəcmin Əliyev, Məhəmməd Cəfərli, Ümid Nəzərli və komandanın baş məşqçisi - Rəhman Rəsulzadə "Overtime" verilişində qonaq oldular.

Formula 1-in həyəcanı və Bakı Qran Prisinin təsiri I Bir Avto 19.09.2025

"Bir Avto" verilişində Formula 1 haqqında danışdıq - sürət, taktika, texnologiya və adrenalin dolu yarışların sirrlərinə nəzər saldıq. Bakı Qran Prisinin şəhərə və insanlara təsiri, azarkeş marağı, komandalar arasındakı rəqabət və F1 dünyasında baş verən yenilikləri dinləyicilərimizlə paylaşdıq. 

"Öz taleyimizi müəyyənləşdirmək bizim suverenliyimiz idi" I Şəhər adamı #150 19.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan Milli Məclisin deputatı Naqif Həmzəyev ilə birlikdə "Suverenlik ili" çərçivəsində atdığı addımları, 2023-cü ildə keçirilən antiterror əməliyyatlarının mahiyyətini və regionda yaranan yenilikləri müzakirə etdik. 

İkinci əl avtomobil almaq yaxşıdır? I Bir Avto 19.09.2025

"Bir Avto" verilişində qonaq olan avtobloqer Nurlan Qurbanov ilə birlikdə ikinci əl bazarı və rəsmi servisdən alınan avtomobillər arasındakı qiymət fərqləri, təhlükəsizlik, avtomobilin texniki vəziyyəti və alıcı üçün risklər kimi məqamları müzakirə etdik.

İntellekt, inkişaf, təşəbbüs ruhu I Overtime 19.09.2025

"Overtime" verilişində qonaq olan Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı ilə birlikdə intellektual hərəkatdan, gənclərin sosial fəallığından, komandaların qurulmasından və yarışlara hazırlıq prosesindən danışdıq. 

Elektrikli, plagin hibrid ya benzin - dizel? I Bir Avto 19.09.2025

"Bir Avto" verilişində plagin, dizel və elektrikli avtomobillərin üstünlükləri və çatışmazlıqları barədə dinləyicilərlə birlikdə müzakirə etdik.

Yol hərəkətinin təşkilində edilən dəyişikliklər 19.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan AYNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Samir Məhərrəmov ilə yeni görülən işlərdən, yol hərəkətində edilən dəyişikliklərdən danışdıq. 

Yağışlı havalarda ən çox pozulan yol hərəkəti qaydaları 19.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev ilə yağıçlı havalarda qəzaların səbəbindən danışdıq.

Çimərlik futbolu üzrə Avropa 3-cüləri I Overtime 19.09.2025

Çimərlik futbolu üzrə  Avropa 3-cüsü olan Azərbaycan milli komandasının üzvləri qapıçı, qapıçılar üzrə məşqçi - Elçin Qasımov, hücumçular - Sabir Allahquliyev, Bayram Bayramlı, müdafiəçi - Kamil Hüseynov "Overtime" verilişində qonaq oldular. 

Ani dəyişən hava sağlamlığımıza təsir edir? l Şəhər adamı #149 18.09.2025

"Şəhər adamı" rubrikasında qonaq olan terapevt Mətanət Cəfərova ilə birlikdə qidalanma rejimi,mədə - bağırsaq sağlamlığı, gündəlik vərdişlər və bu amillərin bir-birinə bağlı şəkildə insan həyatına təsiri barədə söhbət etdik.

Qəzalar zamanı sığortanın önəmi 18.09.2025

"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığortanın önəmindən danışdıq.

Listen to the Avto FM 107.7 podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.