Avto FM 107.7

Avto FM 107.7

Leisure AZ ↓ 1000 episodes

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !

Author

Avto FM 107.7

Category

Leisure

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Miqrant kimi İngiltərədə uğur qazanmaq mümkündürmü? I Yol əhvalatı #530 31.01.2025

"Yol Əhvalatı"nda qonağımız olan "Maria and Sofa" kontentinin təsisçisi Məryəm Novruzi İngiltərədə həyata keçirtdiyi layihələrdən, qadın azadlığınnan və digər maraqlı məqamlardan danışdı.

Ssenaristin xəyal gücü güclü olmalıdır I Zaman maşını #70 30.01.2025

"Zaman maşını"nda qonağımız olan prodüser, rejissor Orxan Mərdan ilə ssenaristin xəyal gücündən, film sənayesindən, rejissorluğun çətin tərəflərindən və s. danışdıq.

Süni intellektdən qorxuram I Zaman maşını #69 30.01.2025

"Zaman maşını"nda qonağımız olan yazıçı, publisist Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı ilə süni intellektin şeir yazmasından, keçmiş və gələcəkdən, süni intellektdə olmayan sənətkar intuisiyasından və s. danışdıq.

Bizim sürücülərdə nə çatmır? 30.01.2025

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru polis mayoru Fuad Sultanovla birlikdə qayda pozuntularının daha çox baş verdiyi ərazilərdən, ən çox pozulan qaydalardan danışdıq və dinləyicilərin suallarını cavablandırdıq. 

"Michelin" ulduzu hansı kateqoriyalara görə verilir? l Şəhər adamı #49 28.01.2025

"Şəhər adamı"nda qonaq olan " CASA Culinary Arts Center of Azerbaijan"ın baş aşpazı Kənan Balaşov "Michelin" ulduzunun tarixindən, "Michelin" ulduzu üçün tələb olunan şərtlərdən, öz aşpazlıq təcrübələrindən və digər maraqlı məqamlardan danışdı. 

Digər avtomobillərdən gələn təhlükələrdən necə yayınmaq olar? 28.01.2025

"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla sükan arxasında düzgün oturmaq qaydalarından, digər avtomobillərdən gələn təhlükələrdən qorunmağın yollarından danışdıq. 

"Aktyor təkcə teatr maaşı ilə dolana bilməz" l Şəhər adamı #48 27.01.2025

"Şəhər adamı"nda qonaq olan Bakı Bələdiyyə Teatrının aktrisası, bədii qiraətçi Sabirə Abdullayeva Rüstəmli "Səma qadını" filmindən, teatr aktrisası olmağının çətinliyindən və digər maraqlı məqamlardan danışdı. 

Sürücülük hüququ olmayanların yaratdıqları və onları gözləyən təhlükələr 27.01.2025

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Polkovnik leytenant Mübariz Ağayevlə birlikdə sürücülük hüququ olmadan avtomobil idarə edənlərin yollarda yaratdıqları təhlükələrdən, velosiped zolağına çıxaraq qəza şəraiti yaradan sürücülərdən danışdıq. 

Müstəqil sığorta eksperti hansı funksiyanı yerinə yetirir? 24.01.2025

"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə icbari sığortaya daxil olan xidmətlərdən, qəzadan sonra ilkin proseslərin keçirilməsi qaydalarından, müstəqil sığorta ekspertlərinin funksiyalarından, sürücülərin müstəqil ekspertə müraciət etmək hüquqlarından danışdıq və dinləyicilərin suallarını cavablandırdıq. 

Radio aparıcı olmaq üçün nə lazımdır? I Zaman maşını #68 23.01.2025

"Zaman maşını"nda qonağımız olan radio aparıcı Tural Yusif ilə radioda prodüser yoxsa aparıcı olmaqdan, motivasiya kitablarından, mütaliənin vacibliyindən və s. danışdıq.

Bəzi yollardakı daimi tıxacın səbəbi nədir? 23.01.2025

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə daim tıxac olan küçə və prospektlərdən, tıxacı yaradan səbəblərdən, aradan qaldırmağın həlli yollarından danışdıq. 

Tıxaca düşməmək üçün Bakının hansı ərazisində mənzil almaq lazımdır? l Şəhər adamı #47 23.01.2025

"Şəhər adamı"nda qonaq olan əmlak eksperti Qurban Məhərrəmov əmlak sektorundan, torpaq sahələrinin qiymət seqmentindən, evlərin və kirayə qiymətlərinin bahalaşmasından və digər maraqlı məqamlardan danışdı. 

Televiziyanın kitabı bağlanıb I Zaman maşını #67 22.01.2025

"Zaman maşını"nda qonağımız olan teleaparıcı, jurnalist İlhamiyyə Rza ilə televiziyanın inkişafından, müasir jurnalistikadan danışdıq.

Turoperator və turagent arasındakı fərq nədir? I Yol əhvalatı #529 22.01.2025

"Yol Əhvalatı"nda qonağımız olan Xumar Muxtarova və Günel Hacızadə turoperator və turagent arasındakı fərqdən, əsas istirahət istiqamətlərindən və  digər maraqlı məqamlardan danışdılar.

Daha çox hansı qayda pozuntularına görə cərimələr qeydə alınır? 22.01.2025

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru polis mayoru Fuad Sultanovla birlikdə qayda pozuntularının daha çox baş verdiyi ərazilərdən, ən çox pozulan qaydalardan danışdıq və dinləyicilərin suallarını cavablandırdıq. 

Ticarət müharibələrinin başlamasının əsas səbəbi nədir? l Şəhər adamı #46 21.01.2025

"Şəhər adamı"nda qonaq olan iqtisadçı-ekspert, Çin İqtisadçılar Cəmiyyətinin üzvü Aslan Əzimzadə seçkilərdə qalib olan Donald Trampdan, ticarət müharibələrinin başlamasının əsas səbəblərindən və digər maraqlı məqamlardan danışdı. 

Sürəti radara görə tənzimləyənləri gözləyən təhlükə 21.01.2025

"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik leytenant Mübariz Ağayevlə birlikdə radar sisteminin təhlükəsizlikdə rolundan, sürətini radara görə tənzimləyən sürücüləri gözləyən təhlükələrdən və radara ehtiyac olan ərazilərdən danışdıq. 

Hər kəs sinxron tərcümə edə bilər? I Zaman maşını #66 17.01.2025

"Zaman maşını"nda qonağımız olan sinxron və ardıcıl tərcüməçi Mətin Axundlu ilə sinxron və ardıcıl tərcümənin fərqindən, tərcüməçi olmağın çətin tərəflərindən və s. danışdıq.

Vikipedia nə dərəcədə güvənilir mənbədir? I Zaman maşını #65 17.01.2025

"Zaman maşını"nda qonağımız olan Vikipedia üzrə ekspert və Azərbaycan vikipediası üzrə patrul – Qədir Quliyev ilə vikipedianın fəaliyyətindən danışdıq.

İctimai nəqliyyatda çatışmayan hallar hansılardır? 17.01.2025

"Qaydaları Pozma" verilişində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovla birlikdə AYNA-nın ictimai nəqliyyatın optimallaşdırılması istiqamətində gördüyü işlərdən, ictimai nəqliyyatda çatışmayan və sərnişinlərin narazı olduğu hallardan, Bakıətrafı ərazilərə çəkiləcək avtobus xəttlərindən danışdıq. 

Sürücü təcrübəsi qəzadan sığortalayırmı? 16.01.2025

"Qaydaları Pozma"da Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə keçən il paytaxtda baş verən qəzaların əsas səbəblərindən, sürücü təcrübəsinin qəzaların qarşısının alınmasında rolundan və s. danışdıq. 

Kruiz səyahəti üçün viza almaq çətindir? I Yol əhvalatı #528 16.01.2025

"Yol Əhvalatı"nda qonağımız olan Beynəlxalq Səyahətçilər Klubunun Müstəqil Tərəfdaşı olan Lalə Əhmədova bu kluba üzv olduqdan sonra səyahət etdiyi ölkələrdən, kruiz səyahətindən və  digər maraqlı məqamlardan danışdı.

"Burada hamı çox xoşbəxt idi" I Yol əhvalatı #527 16.01.2025

"Yol Əhvalatı"nda qonağımız olan səyahət bloqeri İradə Qədirova ilə Azərbaycanda səyahət bloqeri olmaq anlayışından, kitab yazarlığı fəaliyyətindən və digər maraqlı məqamlardan danışdı.

Aktrisanın "sərhədi" olmalıdır! I Zaman maşını #64 15.01.2025

"Zaman maşını"nda qonağımız olan aktrisa Günay Əhməd ilə çəkildiyi filmlərdən, film çəkilişləri zamanı sərhədlərindən və s. danışdı.

Cərimələrin artırılması yollardakı problemi həll edə bilər? 15.01.2025

"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru polis mayoru Fuad Sultanovla birlikdə piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrindən, cərimələrin artırılmasının təhlükəsizliyə mümkün təsirindən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq. 

Listen to the Avto FM 107.7 podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.