Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Müasir dövrdə təhsillə bağlı nələr dəyişib? I Zaman maşını #85 28.02.2025 34:41
"Zaman maşını"nda qonağımız olan “Panda School” və “Ellin” şirkətlərinin təsisçisi Elvin Dadaşsoy təhsildə olan dəyişikliklərdən, orta məktəb proqramı və ali təhsilin önəmindən, texnologiya insanlara təsirindən və digər maraqlı məqamlardan danışdı.
Rəssam və heykəltəraşların maddi vəziyyəti necədir? l Şəhər adamı #56 27.02.2025 31:15
"Şəhər adamı"nda qonaq olan rəssam-heykəltaraş Pərviz Abasov heykəltəraşlıq həvəsinin yaranmasından, rəssam və heykəltəraşların maddi vəziyyətindən, heykəllərin hazırlandığı materiallardan və digər maraqlı məqamlardan danışdı.
Yollardakı problemlərin səbəbi sürücülərdir, yoxsa digər amillər? 27.02.2025 37:20
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru polis mayoru Fuad Sultanovla birlikdə yollarda problemlərə səbəb olan hallardan, əlverişsiz hava şəraitində sürücülərin qarşılaşdığı problemlərdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
Niderlandda yaşamağın müsbət və mənfi tərəfləri nələrdir? I Yol əhvalatı #536 25.02.2025 34:24
“Yol əhvalatı" rubrikasının qonağı Əhməd İsayev Niderlandda yaşayan azərbaycanlılardan,Niderlandın müsbət tərəflərindən, Amerika təcrübəsindən və digər maraqlı məqamlardan danışdı.
Buzlu yollarda sürücülərin diqqət etməli olduqları 6 əsas məqam 25.02.2025 34:20
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə qarlı hava şəraitində sürücülərin etdikləri səhvlərdən, buzlu yollarda diqqət edilməli olan məqamlardan, əlverişsiz hava şəraitində baş verən qəzaların əsas səbəblərindən danışdıq.
"Helga Pedersen səhnələşdirilmiş məhkəmə"sində iştirak edən tələbələr I Overtime 25.02.2025 29:45
Portuqaliyanın Porto şəhərində “Helga Pedersen Səhnələşdirilmiş Məhkəmə" müsabiqəsində iştirak edən Bakı Dövlət Universitetinin (BDU) tələbələri olan Elmira Sadıqzadə, Alsu Kərimova, Tural Dəmirov və Riad Əhmədov "Overtime"da qonağımız oldular.
Ətirdən necə istifadə etmək lazımdır? I Zaman maşını #84 25.02.2025 37:18
"Zaman maşını"nda qonağımız olan parfüm mütəxəssisi Elxan Hüseynov parfümün düzgün istifadə qaydasından, qoxu tonlarından, parfüm seçimi zamanı diqqət edilməli olan məqamlardan və digər maraqlı məqamlardan danışdı.
Sürücülər sığorta şirkətlərindən niyə narazıdırlar? 24.02.2025 34:14
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə sürücülərin sığorta şirkətindən narazılıqlarından, qiymətlə bağlı qaranlıq məqamlardan danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
Saxta psixoloqları necə ayırd etmək olar? l Şəhər adamı #55 24.02.2025 38:21
"Şəhər adamı"nda qonaq olan psixoloq Elgül Ağarzayeva Azərbaycanda psixologiya təhsilindən, saxta və həqiqi psixoloqların əsas fərqindən, etik kodeksdən və digər maraqlı məqamlardan danışdı.
İstanbul turizm istiqaməti kimi hələ də populyardı? I Yol əhvalatı #537 21.02.2025 38:55
“Yol əhvalatı" rubrikasının qonaqları "Buta Tour Istanbul"un təsisçi direktoru Ceyran Qədirova və Turizm. Az səyahət şirkətinin və Cruise. Az portalın rəhbəri Nəsimi Kərəmov ən bahalı şəhərlərdən, kruiz turlarından, İstanbul üçün turizm istiqamətlərindən və digər maraqlı məqamlardan danışdıq.
Film prodüserlərinin işi nədən ibarətdir? I Zaman maşını #83 21.02.2025 33:42
"Zaman maşını"nda qonağımız olan film prodüseri və qəzəlxan Fəqan Haqverdiyev film sahəsindəki maddi problemlərdən, Azərbaycan və xaricdəki film prodüserlərinin fərqindən, rəqəmsal platformalar film sənayesinə təsirindən və digər maraqlı məqamlardan danışdı.
Laplandiya turu neçəyə başa gəlir? I Yol əhvalatı #536 20.02.2025 32:29
“Yol əhvalatı" rubrikasının qonağı Ülkər Qurbanova ilə şimal ölkələrinə səyahətdən, Sinqapura vizasız səfər etməyin yollarından və s. mövzulardan danışdıq.
Təlim maşınları yollarda hansı təhlükələri yaradırlar? 20.02.2025 39:38
"Qaydaları Pozma" verilişində beynəlxalq sürücülük təlimçisi Adil Nəbiyevlə birlikdə sürücülük təlimlərinə yeni başlayanlara məsləhətlərdən, sürücülük təlimləri ilə bağlı bilməli olduğumuz məqamlardan, təlimçilərin və təlim maşınlarının yollarda yaratdıqları təhlükələrdən danışdıq.
Şəxsi vəkillər nə üçün önəmlidir? I Zaman maşını #82 20.02.2025 37:06
"Zaman maşını"nda qonağımız olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Mir Hüseyn Həbibli şəxsi vəkillərdən, nikah müqaviləsindən və digər maraqlı məqamlardan danışdı.
Yollarda sürücülərin diqqətini yayındıran amillər nələrdir? 19.02.2025 36:38
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru, polis mayoru Fuad Sultanovla birlikdə yollarda sürücülərin diqqətini yayındıran amillərdən, küçə və prospektlərdə işıqlandıra problemindən, sürücülərin yol verdikləri səhvlərdən danışdıq.
Gənclər arasında səsləndirmə sənətinə maraq varmı? l Şəhər adamı #54 19.02.2025 40:45
"Şəhər adamı"nda qonaqlarımız olan səs aktyorları Xələf Cəfərov və Kübra Kərimli ilə səsləndirmə sənətindən, bu sahədə olan gənc nəsildən və digər maraqlı məqamlardan danışdıq.
Teatr hər kəs üçün olmalıdır! I Zaman maşını #81 19.02.2025 34:48
"Zaman maşını"nda qonağımız olan xalq artisti, "M. Teatr"ın bədii rəhbəri Vidadi Həsənov teatr binalarından, "M.Teatr"nın yaranma hekayəsindən, aktyorların maddi vəziyyətindən və digər maraqlı məqamlardan danışdı.
Dumanlı hava şəraitində necə davranmaq lazımdır? 18.02.2025 41:00
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə qəza şəraiti yaradan amillərdən, sürücülərin bu hallara hazırlıq olmasından, dumanlı hava şəraitində sürücülərin bilməsi lazım olan əsas məqamlardan danışdıq.
Azərbaycanda sosial media ilə bağlı hansı problemlər var? I Zaman maşını #80 18.02.2025 33:02
"Zaman maşını"nda qonağımız olan marketoloq və “Harda Media” proyektinin təsisçisi Cavid Süleymanlı marketoloqluq peşəsindən, sosial media qaydaları və alqoritmlərdən, auditoriyasından, yaradıcı azadlığından və digər maraqlı məqamlardan danışdı.
"Coldplay" qrupunun Əbu-Dabi konsertində anlaşılmayan zarafatı I Yol əhvalatı #535 17.02.2025 29:36
“Yol əhvalatı" rubrikasının qonağı səyahətsevər Nərgiz Əliyeva xaricə etdiyi səyahətlərdən, gəzdiyi müzeylərdən, freelancer olaraq turizm sektorunda çalışmasından, xaricdə olan konsertlər üçün düzgün planlamaların edilməsindən və digər maraqlı məqamlardan danışdı.
Son dövrlərdə hansı interyer dizayn üslubları dəbdədir? I Zaman maşını #79 17.02.2025 34:16
"Zaman maşını"nda qonağımız olan “08 Design Studio”, “Phidias Academy” şirkətlərinin sahibi, interyer dizayner Rafiq Abbasov arzuolunan müştəri anlayışından, son dövrdə məhşur olan dizayn üslubları və minimalizmdən, büdcə və keyfiyyət balansından və digər maraqlı məqamlardan danışdı.
Bakıda şəxsi avtomobildən imtina etmək üçün nə çatmır? 14.02.2025 41:35
"Qaydaları Pozma" verilişində velosipedçi, "İnsayönümlü şəhər" layihəsinin təmsilçisi Arzu Süleymanovla birlikdə Bakıda mobillik istiqamətində görülən işlərdən, şəxsi avtomobildən imtina etməyə mane olan amillərdən, velosiped yollarının müsbət təsirindən, Avropa ölkələri ilə müqayisədə görülən işlərin müsbət-mənfi tərəflərindən, tıxacları azaltmaq üçün görülə biləcək işlərdən danışdıq.
"Mövzusuz şeirlər ədəbiyyatı məhv edir" I Zaman maşını #79 13.02.2025 34:58
"Zaman maşını"nda qonağımız olan yazıçı, publisist Həmid Herisçi süni intellektən, ədəbiyyatın insanı xilas etməməsindən, öz yaradıcılığı və ədəbiyyatın və digər maraqlı məqamlardan danışdı.
Yollarda sürücülərin bir-birinə yaratdıqları problemlər 13.02.2025 40:52
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə yollarda sürücülərin bir-birlərinə yaratdıqları problemlərdən, dönmə işığından istifadə etməyən sürücülərin səbəb olduğu hallardan danışdıq.
Çin dilini bilmədən Çində yaşamaq mümkündür? I Yol əhvalatı #534 13.02.2025 37:04
“Yol əhvalatı" rubrikasının qonağı Leyla Şahmurlu Çində aldığı təhsildən, Çin dilini öyrənməsindən, Çinin ağır iş rejimindən və digər maraqlı məqamlardan danışdı.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.