Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Riyaziyyatı uşaqlara necə sevdirmək olar? I Şəhər adamı #132 22.08.2025 34:36
"Şəhər adamı"nda qonağımız olan "High Five" İnkişaf Mərkəzinin riyaziyyat müəllimi Nərmin Piriyeva ilə hesablamaları, riyazi istedadın genetikadan asılılığını, süni intellektin riyaziyyata təsirini, metodikaları, SAT ilə kalkulus arasındakı fərqləri, SAT imtahanlarında köçürmənin qarşısının alınması yollarını və uşaqlarda riyaziyyata olan marağın artırılmasını müzakirə etdik.
Qəzanın baş verməməsi üşün nə edirsiniz? 21.08.2025 26:56
"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat katibi Ömər Xıdırov ilə qəzalardan qorunmağın yollarından danışdıq.
İş müsahibəsi zamanı nələrə diqqət etməliyik? I Şəhər adamı #131 21.08.2025 33:43
"Şəhər adamı"nda qonağımız olan insan resursları üzrə ekspert Nərgiz Nəbiyeva ilə müsahibəyə hazırlaşma qaydasından, müsahibədə bədən dilindən istifadə qaydasından, iş axtararkən istifadə edilən mənbələrdən, düzgün cv hazırlamaqdan, müsahibə zamanı ünvanlanan suallara düzgün cavab verməyin üsüllarından danışdıq.
Düzgün yol infrastrukturu necə olmalıdır? 20.08.2025 29:19
"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Eldəniz Cəfərov ilə düzgün yol infrastrukturundan danışdıq.
Nitq qüsurlu uşaqların müalicəsi zamanı istifadə edilən metodlar I Şəhər adamı #130 20.08.2025 36:44
"Şəhər adamı"nda qonağımız olan defektoloq, loqoped Səbinə Şahlarova ilə nitq qüsurları və onların müalicə metodlarından, texnoloji alətlərin nitqə təsirindən, dil masajından, kəkələmənin yaranma səbəblərindən, qorxunun nitqə təsirindən, motorikadan və hiperaktiv uşaqlarla davranış qaydalarından danışdıq.
Azərbaycanda xidmət sektorunu inkişaf etdirmək üçün nə etmək lazımdır? I Şəhər adamı #129 19.08.2025 31:28
"Şəhər adamı"nda qonağımız olan "food blogger" Miryusif Mirzəzadə ilə "food blogger"likdən, təamların növlərindən, xarici mətbəxlərdən, ölkəmizin xidmət sektorunun xarici ölkə ilə müqayisəsindən, xidmət sektorundakı boşluqlardan, restorandakı konseptlərdən, həmçinin xidmət sahəsini asanlaşdırmaq üçün təşkil olunacaq layihələrdən bəhs etdik.
Sürücülük təlimi və yol təcrübəsi 18.08.2025 28:34
"Qaydaları pozma" verilişində qonağımız olan Beynəlxalq dərəcəli təlimçi Adil Nəbiyev ilə sürücülük təlimi haqqında danışdıq.
Uğurlu alpinist olmaq üçün nələri bilmək vacibdir? I Şəhər adamı #128 18.08.2025 36:30
"Şəhər adamı"nda qonağımız olan alpinizm üzrə idman ustası, beynəlxalq dərəcəli hakim İsrafil Aşurlı ilə alpinizmdən, alpinist psixologiyasından, zirvələrdən, hündür zirvələrdə baş verən çətinliklərdən, dağlara dırmanarkən rast gəlinən təhlükələrdən və istifadə edilən avadanlıqlardan danışdıq. .
Ev heyvanına sahiblənərkən nələrə diqqət etməliyik? I Şəhər adamı #127 15.08.2025 33:50
"Şəhər adamı"nda qonağımız olan veterinar Fərman Həsənzadə ilə ev heyvanları, onların peyvəndlənmələrindən, sağlamlıqlarının qorunmasından, ev heyvanına sahiblənərkən diqqət etməli olduğumuz məqamlardan, qidalandırma ilə bağlı yanlışlardan, ev şəraitində edilən qulluqdan, qısırlaşdırmadan və quduzluqdan danışdıq.
Şəxsi inkişaf nədən başlayır? I Şəhər adamı #126 14.08.2025 40:28
"Şəhər adamı"nda qonağımız olan şəxsi inkişaf üzrə beynəlxalq təlimçi, "kouç" Gülgün Quliyeva ilə şəxsi inkişafdan, keçmiş və indiki nəslin düşüncələrinin müqayisəsindən, seçim çoxluğunun müasir nəsildə yaratdığı passivlikdən, valideynlərin övladlarının inkişafındakı rollarından və qadın-kişi münasibətlərindən bəhs etdik.
Tatu ilə qalıcı "make up"ın fərqləri I Şəhər adamı #125 13.08.2025 30:49
"Şəhər adamı"nda qonağımız olan qalıcı "make up" ustası Zərifə Sultanlı ilə tatudan, permanentdən, tatu etdirərkən bilməli olduğumuz vacib məqamlardan, rəssamlıqdan, həmçinin motosiklet sürərkən diqqət etməli olduğumuz faktorlardan, sürət həddindən və yeni başlayanların bilməli olduğu vacib məqamlardan bəhs etdik.
Dil öyrənərkən doğru bildiyimiz yanlışlar I Şəhər adamı #124 12.08.2025 42:08
"Şəhər adamı"nda qonağımız olan Dünya Poliqlotlar Cəmiyyətinin yeganə azərbaycanlı üzvü, poliqlot Aslan Məmmədzadə ilə dil öyrənərkən diqqət etməli olduğumuz məqamlardan, dil biliklərinin inkişaf yollarından, Poliqlotlar Cəmiyyətindən, dil öyrənmək üçün lazımlı proqramlardan və dil öyrənərkən doğru bildiyimiz yanlışlardan danışdıq.
Piyada vurulma hadisələri 12.08.2025 41:07
"Qaydaları pozma" verilişində qonağmız olan BDYPİ-nin rəsmisi Mübariz Ağayev ilə piyada vurulma hadisələrindən, bunun səbəblərindən və qorunma yollarından bəhs etdik.
Pul yığmaqda “Dama-Dama"nın köməyi nədir? I Şəhər adamı #123 11.08.2025 36:05
"Şəhər adamı"nda qonağımız olan ABB-də baş məhsul sahibi Firuz Manafov və müştəri təcrübələri üzrə ekspert Nihad Salmanlı ilə pul yığmaqda “Dama-Dama"nın köməyindən, “Dama-Dama"nın işləmə prinsipindən, “Dama-Dama" üçün nəzərdə tutulan yeniliklərdən bəhs etdik.
Yay mövsümü və avtomobil sığortası 11.08.2025 35:13
"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə yay mövsümü və avtomobil sığortasının önəmindən bəhs etdik.
Piyada təhlükəsizliyi necə tənzimlənməlidir? 07.08.2025 23:54
"Qaydaları pozma" verilişində qonağımız olan Nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə piyada təhlükəsizliyindən danışdıq.
Xanımlar hansı biznes sahələrində daha uğurlu olurlar? I Şəhər adamı #122 07.08.2025 37:46
"Şəhər adamı"nda qonağımız olan "Bloom Group" marketinq agentliyin təsisçisi Səbinə Pərvizi ilə sahibkarlıqdan, sosial şəbəkələrdəki marketinq trendindən, özünüinkişafdan, marketinq təlimlərindən və süni intellektin marketinqə təsirindən danışdıq.
Ev almaq, yoxsa kirayə yaşamaq? I Şəhər adamı #121 06.08.2025 36:03
"Şəhər adamı"nda qonağımız olan daşınmaz əmlakın qiymətləndirilməsi və satışı üzrə ekspert Şaiq Əliyev ilə daşınmaz əmlakdan, evlərin qiymət artımına təsir edən faktorlardan, süni qiymət artımlarından, əlimyandı mənzillərdən və daşınmaz əmlak bazarının gələcəyindən danışdıq.
Dalğıclığa yeni başlayanlara hansı bacarıqlar öyrədilir? I Şəhər adamı #120 05.08.2025 38:09
"Şəhər adamı"nda qonağımız olan "Baku Divers" milli dalğıc klubunun rəhbəri, beynəlxalq dərəcəli təlimatçı, dalğıc Elsevər Əliyev ilə dalğıclığın sirrlərindən, riskli tərəflərindən, bu sənətdə yayılan miflərdən və dənizdə boğulma təhlükələrindən bəhs etdik.
Moped və motosikletlərin təhlükəsizlik qaydaları 05.08.2025 31:27
"Qaydaları pozma" verilişində qonağmız olan BDYPİ-nin rəsmisi Mübariz Ağayev ilə moped və motosikletlərin təhlükəsizlik qaydalarından danışdıq.
Yollarda təlim maşınlarına güzəşt 05.08.2025 31:28
"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yollarda təlim maşınlarına olunan güzəştlərdən danışdıq.
"ABB Mobile"da sənədlərin rəqəmsal imzalanması müştəri üçün hansı üstünlükləri yaradır? I Şəhər adamı #119 04.08.2025 31:42
"Şəhər adamı"nda qonağımız olan "ABB Mobile"da təhlükəsizlik və qeydiyyat üzrə baş məhsul sahibi olan Səyyarə Axundova ilə bank xidmətlərindən, müştəri əməliyyatlarının təhlükəsizliyindən, müştərilər üçün yeni rəqəmsal imkanlardan, onlayn etibarnamə və elektron imza funksiyalarından, həmçinin banka edilən investisiyadan danışdıq.
Qəzalar ən çox hansı səbəblərdən baş verir? 01.08.2025 34:14
"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə qəzaların baş vermə səbəblərindən danışdıq.
Sığorta müqaviləsini oxumasaq nə baş verər? 01.08.2025 32:15
"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığorta müqaviləsi haqqında danışdıq.
Dişimizi fırçalayarkən doğru bildiyimiz yanlışlar I Şəhər adamı #118 01.08.2025 30:59
"Şəhər adamı"nda qonağımız olan stomatoloq Mahnur Həsənzadə ilə diş əti xəstəliklərindən, dişlərin fırçalanma qaydasından, ağız baxımı zamanı edilən yanlışlardan, stomatologiya ilə bağlı tendensiyalardan və faydalı diş məcunlarından bəhs etdik.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.