Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Qəza İştirakçıları Necə Razılığa Gəlməlidir? - SIĞORTADAN PUL ALMAQ! | Qaydaları Pozma 10.07.2026 27:42
Yol-nəqliyyat hadisəsi (qəza) zamanı qanuni hüquqlarınızı və görülməli olan ilk vacib işləri bilirsinizmi? "Qaydaları Pozma" verilişinin bu buraxılışında, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qəza anında etdiyi ən böyük səhvləri və qanuni öhdəlikləri təhlil edirik. Xüsusilə maddi zərərlə nəticələnən yol qəzalar...
Çin Maşınlarının Qiymətindəki Böyük Dəyişikliklər - Real Bazar Analizi 2026 | Qaydaları Pozma 09.07.2026 17:52
Bu buraxılışımızda son illərin ən çox müzakirə olunan mövzusuna — Çin istehsalı avtomobillərin Azərbaycandakı qiymət siyasətinə və bazar dinamikasına işıq salırıq! "Avto FM"-in qonağı BYD Motors Bakı şirkətinin satış və marketinq rəhbəri Toğrul Məliklidir. Podcastda Çin avtomobillərinin qiymətlərinin tez-tez dəyişməsinin pərdəarxası səbəblərini, 2026-cı il yanvarın 1-dən tətbiq olunan %18 ƏDV verg...
Qadın Sürücülərin Etdiyi Səhvlər - Sürücü Psixologiyası | Qaydaları Pozma 07.07.2026 26:25
Sükan arxasında tez-tez əsəbləşirsiniz? Tıxaclar, daldan işıq yandıranlar və qayda pozan sürücülər sizi çilədən çıxarır? "Qaydaları Pozma" verilişinin növbəti buraxılışını təqdim edirik. Aparıcı Ceyhun Həsənli və Qəza Əleyhinə Sürücülük Kurslarının peşəkar təlimçisi Aqil Rəhimov sükan arxasında aqressiyanın psixoloji səbəblərini, uşaqlıqdan gələn valideyn səhvlərini və yollarda emosiyaları idarə e...
Baki-Sumqayıt Yolundakı Tıxaclar və Zəncirvari Qəzaların SƏBƏBİ! - DYP-DƏN XƏBƏRDARLIQ! | Qaydaları pozma 07.07.2026 26:23
"Qaydaları Pozma" verilişinin bu buraxılışında aparıcı Ceyhun Həsənlinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, Polis Polkovnik-Leytenantı Mübariz Ağayevdir. Mübariz müəllim son illərdə avtomobillərin sayının artmasına baxmayaraq, qabaqlayıcı preventiv tədbirlər sayəsində ölüm və xəsarətlərin azalma tendensiyasını açıqlayır. Lakin arxayınlaşmaq olmaz! Yollarda ən çox ölümə səb...
Çin Avtomobillərinin Ən Böyük Problemi - Çin Maşını Alarkən Nəyə Diqqət Edək? | Qaydaları pozma 03.07.2026 23:40
Çin avtomobilləri həqiqətən dözümlüdür, yoxsa qəza anında kağız kimi əzilir? Bu podcastda BYD Motors Bakının satış və marketinq rəhbəri Toğrul Məlikli ilə birlikdə Çin avtomobillərinin gizli qalan müsbət və mənfi tərəflərini, Euro NCAP kraş testlərinin şok nəticələrini və real istifadəçi təcrübələrini incələyirik! İnsanlar arasında yayılan "Çin maşınlarının dəmiri zəifdir", "servisi və ustası yoxd...
2026 Qəza Riskləri - Təcrübəli Sürücülər Niyə Ağır Qəzalara Düşürlər? | Qaydaları pozma 02.07.2026 25:35
"Qaydaları pozma" verilişinin bu buraxılışında aparıcı Ceyhun Həsənli və Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırlov sükan arxasındakı ən böyük təhlükələrdən birini müzakirə edirlər. Podcastda ilk növbədə bu ilin əvvəlindən bəri qeydə alınan 11 mindən çox qayda pozuntusuna və sükan arxasında mobil telefondan istifadənin qəza statistikasına necə...
Avto-İcbari Sığorta Nəyi Əhatə Edir? - Qəza Zamanı Sürücülərin Hüquqları Nələrdir? | Qaydaları pozma 30.06.2026 25:21
Avtomobil sığortası sürücülərin maliyyə təhlükəsizliyini təmin edən ən vacib amillərdən biridir. Bəs qəza zamanı sığorta şirkəti zərəri necə qarşılayır və hansı hüquqlarımız var? "Qaydaları Pozma" verilişinin bu xüsusi buraxılışında, Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə birlikdə avtosığorta sisteminin pərdəarxası məqamlarını və 2026-cı ilin yeni qay...
Yaşlı Sürücülər Niyə Qəza Edir? - Gənclər Yoxsa Təcrübəlilər Daha Peşəkardır? I Qaydaları pozma 30.06.2026 28:13
"Qaydaları pozma" verilişinin bu dəfəki buraxılışında aparıcı Ceyhun Həsənli və Qəza Əleyhinə Kursların məşqçisi Aqil Rəhimov sükan arxasındakı ən aktual mövzulardan birini müzakirə edirlər: Hansı yaşda sürücü avtomobili daha yaxşı idarə edir? Sürücülüyü öyrənmək üçün ən ideal yaş həddi hansıdır? 16 yaşda maşın sürmək niyə təhlükəlidir və qanunvericilik nə deyir? Təcrübəli sürücülər niyə və hansı...
2026-cı İl Moped və Skuter Qəzaları | Bakı Küçələrində Kuryer Təhlükəsi! I Qaydaları pozma 29.06.2026 26:47
Bakı küçələrində həm yay mövsümünün gəlişi, həm də kuryer xidmətlərinin genişlənməsi ilə motosiklet, moped, skuter və velosipedlərin sayısı sürətlə artır. Bəs bu artım yollarda təhlükəsizliyə necə təsir edir? İki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən ağır qəzaların əsl səbəbləri nələrdir? "Qaydaları Pozma" verilişinin bu buraxılışında, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellek...
Azərbaycanda ikinci əl avtomobillərə inam niyə artır? I Qaydaları pozma 29.06.2026 23:52
Bu gün Azərbaycan avtomobil bazarında ən çox verilən suala cavab tapırıq: Çin avtomobilləri ikinci əl bazarında itkidir, yoxsa yox? 🚗 Son illərdə Bakı küçələrində elektrik və hibrid Çin maşınlarının sayı sürətlə artır. Bəs bu avtomobillər salondan çıxdıqdan sonra nə qədər dəyər itirir? 10-12 illik köhnə Avropa maşınındansa, az yürüşlü ikinci əl Çin maşını almaq nə dərəcədə məntiqlidir? "Qaydaları...
Yollarda sürücüləri narahat edən məqamlar - Tıxac və qayda pozuntuları I Qaydaları pozma 24.06.2026 24:35
Qəza Əleyhinə Kurslarının məşqçisi Aqil Rəhimov ilə birlikdə yollarda sürücüləri narahat edən amilləri – uzun tıxacları, zolaqların dəyişdirilməsindəki xətalarını, ara məsafəsinin saxlanılmamasını və işıqforlarda yaranan gecikmələri təhlil etdik. Sürücülərin üç əsas kateqoriyası: Kimlər hansı vəziyyətdə səbirsiz olur? "Mənəvi vampirlər" yollarda digər sürücüləri necə təxribata çəkir? İşıqforun yaş...
Piyada Təhlükəsizliyi və Moped Qəzalarının Dəhşətli Statistikası | Qaydaları Pozma 23.06.2026 33:58
Aparıcı Ceyhun Həsənlinin təqdimatında, studiyamızın qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə birlikdə son günlər cəmiyyətdə böyük rezonans doğuran moped qəzası (17 yaşlı Zəhranın faciəvi ölümü), piyada təhlükəsizliyi həftəsi və yollarda baş verən qəzaların əsas səbəblərini təhlil etdik. Piyadaların iştirakı ilə baş verən qəzaların dəhşətli sta...
Sürücülərin Ən Çox Etdiyi Səhv I Qaydaları pozma 18.06.2026 27:55
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə ara məsafəsinin əhəmiyyəti, sürət və hava şəraitinə uyğun təhlükəsiz məsafənin saxlanılması, tıxac zamanı yaxın məsafədən hərəkətin riskləri və qəza ehtimalını azaltmaq üçün sürücülərin əməl etməli olduğu qaydalar barədə danışdıq.
Çin, yoxsa ənənəvi avtomobillər? I Qaydaları pozma 17.06.2026 26:58
Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinə marağın artmasının səbəbləri, onların ənənəvi markalardan fərqləri, keyfiyyət və təhlükəsizlik göstəriciləri, ikinci əl bazarındakı perspektivləri, ehtiyat hissələri və servis məsələləri, həmçinin sürücüləri maraqlandıran suallar barədə danışdıq.
Məktəblilərin Avtomobil İdarə Etməsi Hansı Riskləri Yaradır? I Qaydaları pozma 16.06.2026 31:48
"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə son zəng tədbirləri ilə bağlı əsas təhlükəsizlik riskləri, yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsinin yaratdığı hüquqi məsuliyyət, valideynlərin öhdəlikləri, DYP-nin gücləndirilmiş rejimdə fəaliyyətinin məqsədi, təhlükəsiz və qaydalara uyğun son zəngin təşkili barədə...
Qəfil Yola Çıxan Piyadalar: Sürücülər Necə Davranmalıdırlar? I Qaydaları pozma 11.06.2026 29:39
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qəfil yola çıxan piyadalarla qarşılaşdıqda necə davranmalı olduqları, risklərin azaldılması üsulları, yol infrastrukturunun hərəkət təhlükəsizliyinə təsiri və cərimələrin effektivliyi barədə danışdıq.
Elektrikli və Hibrid Avtomobillər Azərbaycanda Uğurlu Oldumu? I Qaydaları pozma 10.06.2026 24:01
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Azərbaycanda elektrik və hibrid avtomobil idxalındakı son tendensiyalar, bu artımdakı Çin markalarının rolu, artımın əsas səbəbləri və yerli bazarın bu növ nəqliyyat vasitələrinə uyğunluğu ilə yanaşı, onların ölkəmizdə nə dərəcədə uğurlu olduğu barədə danışdıq.
“Mənim başıma gəlməz” düşüncəsi və yaratdığı qəzalar I Qaydaları pozma 09.06.2026 24:49
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücülərin risk qavrayışı, “mənim başıma gəlməz” düşüncəsi, sosial şəbəkələrdəki qəza videolarının maarifləndirici rolu, sürücülük mədəniyyəti və qəzalardan dərs çıxarmağın əhəmiyyəti barədə danışdıq.
Avtomobili Kimə Etibar Etmək Olmaz? I Qaydaları pozma 08.06.2026 33:29
"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə avtomobilin başqasına etibar edilməsinin riskləri, bunun yarada biləcəyi hüquqi məsuliyyət, qayda pozuntuları zamanı məsuliyyət məsələləri, sürücülük hüququ olmayan şəxslərə sükan verilməsinin nəticələri və yol hərəkəti təhlükəsizliyi ilə bağlı vacib məqamları müzakirə etdik.
Ara Məsafəsi, Riskli Ötmələr və Qəza Təhlükəsi I Qaydaları pozma 05.06.2026 27:39
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin ara məsafəsini düzgün saxlamamasının səbəbləri, ən çox rast gəlinən təhlükəli manevrlər, ani zolaq dəyişmə, yaxın məsafədən sürmənin qəzalardakı rolu və riskli ötmələrin səbəbləri haqqında danışdıq.
Çin Avtomobili Alarkən Nələrə Diqqət Etməliyik? I Qaydaları pozma 03.06.2026 15:09
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə çin avtomobillərinin üstünlükləri, təhlükəsizliyi, elektron sistemləri və yerli iqlimə uyğunluğu ilə yanaşı, marka seçimi, ehtiyat hissələrinin tapılması, ikinci əl bazarı və alıcıların ən çox etdiyi səhvlərdən danışıdıq.
Yollarda Sürücüləri Ən Çox Yoran Səbəblər Nələrdir? I Qaydaları pozma 03.06.2026 29:41
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sürücüləri yollarda yoran əsas səbəblər, stresin idarəetməyə təsiri, diqqət dağınıqlığı, yorğun sürücülüyün riskləri və təcrübəli–təcrübəsiz sürücülər arasındakı fərqlərdən danışdıq.
Xanım Sürücülərə Qarşı Təzyiq: Stereotip, Yoxsa Reallıq? I Qaydaları pozma 01.06.2026 25:38
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə xanım sürücülərə qarşı aqressiv münasibətin səbəbləri, bunun yol təhlükəsizliyinə təsiri, sürücülük stereotipləri, yol mədəniyyəti və son illərdə bu sahədəki dəyişiklikləri müzakirə etdik.
Sükan Arxasında Aqressiya: İnsanlar Niyə Dəyişir? I Qaydaları pozma 26.05.2026 20:30
"Qaydaları Pozma" verilişində klinik psixoloq, psixoterapevt İlkin Kazımlı ilə sükan arxasında aqressiyanın psixoloji səbəbləri, tıxac və stresin sürücü davranışına təsiri, emosiyaların idarə olunmaması, aqressiv sürücülərlə davranış qaydaları və kobud davranışın qəza riskini necə artırdığı ətrafında müzakirə etdik.
Vaxtı Planlaya Bilməmək Qəzaya Necə Aparır? I Qaydaları pozma 26.05.2026 21:57
"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Hacıyev ilə sürücüləri tələsməyə vadar edən səbəblər, tələskənliyin və sürət həddini aşmağın yaratdığı ağır qəza riskləri, sürücülərin bu zaman etdiyi tipik səhvlər və yol hərəkəti təhlükəsizliyinin artırılması yolları ətrafında danışdıq.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.