Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com
Autore
Avto FM 107.7
Categoria
Sito del podcast
Ultimo episodio
21 ott 2026
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
Azərbaycanda atçılığa olan maraq I Şəhər adamı #191 23.02.2026 28:52
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı atçılıq üzrə Azərbaycan çempionu, Atçılıq Federasiyasının məşqçisi və at sahibi Adil Axundov oldu. Veriliş zamanı Azərbaycanda atçılığa maraqdan, həm məşqçi, həm at sahibi olmağın üstünlüklərindən, atların qidalanmasından və digər maraqlı mövzulardan bəhs etdik.
Şəhərdə Avtoxuliqanlıq: Yüksək Sürət, Drift və Təhlükəli Manevrlər I Qaydaları pozma 23.02.2026 25:39
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə şəhər daxilində yüksək sürətlə yarışmaq, kəskin ziqzaq manevrlər etmək, qəsdən drift etmək, piyadaya və ya digər sürücüyə “dərs vermək” məqsədilə yaxın sürmək, səs-küy yaradaraq təkərləri sürüşdürmək, yol verməyən sürücülərə aqressiv təzyiq göstərmək və ümumilikdə avtoxuliqanlıq hallarından danışıldı.
Yaşıl enerjiyə ümumi baxış I Şəhər adamı #190 20.02.2026 31:00
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı bərpa olunun enerji mənbələri üzrə mühəndis Kənan Arifli oldu. Veriliş zamanı müasir dünyanın niyə yaşıl enerjiyə keçid etməsindən, Azərbaycanda son illər yaşıl enerjiyə marağın artmasının əsas məqamlarından, ölkəmizdəki yaşıl enerji düşüncəsi və bu istiqamətdə atıla biləcək addımlardan və digər maraqlı mövzulardan bəhs etdik.
Çin Avtomobillərinin Yüksəlişi: Texnologiya və Rəqabət I Qaydaları pozma 20.02.2026 26:22
"Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun servis müdiri Elcan Sarıyev və şirkətin direktor müavini Mahir Məlikli ilə Çin avtomobillərinə marağın artma səbəbləri, texnoloji üstünlükləri, Azərbaycan bazarında qiymət və ödəniş şərtləri, istehlakçı stereotipləri, elektrik və hibrid keçidin çətinlikləri müzakirə olundu.
Qiraətçilik pul qazandırır? I Şəhər adamı #189 20.02.2026 28:12
“Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı tədbirlər üzrə menecer, qiraətçi Dünya Bayramova oldu. Veriliş zamanı tibb sahəsindən tədbirlər üzrə menecer işinə keçməsindən, səyahət etdiyi ölkələrdən, qiraət fəaliyyətindən və gələcək planlarından bəhs etdik.
Piyada keçidindən istifadə etməyənlərin yaratdığı təhlükə I Qaydaları pozma 20.02.2026 32:26
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə piyadaların təhlükəli davranışlarından, qırmızı işıqda və piyada keçidi olmayan yerlərdə keçməsinin nəticəsində yaranan qəzalardan və piyadalara tətbiq olunan cərimələrin artırılmasının nə dərəcə təsirli olacağından danışdıq.
Qadınların elm və tədqiqatda səlahiyyətlərinin artırılması və elmə təşviq edilməsi I Şəhər adamı #188 18.02.2026 49:03
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı siyasi alim, UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva oldu. Veriliş zamanı dünyada baş verən siyasi vəziyyətlərdən, qadınların elm və tədqiqatda səlahiyyətlərinin artırılması və elmə təşviq edilməsindən, müasir dövrdə süni intellektin elmi istiqamətdə rolundan və di...
Hansı tip insanlar daha çox qəza edirlər? I Qaydaları pozma 18.02.2026 34:57
"Qaydaları Pozma" verilişində klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ilə psixologiyada qəzaya meyilli sürücünün təsadüf yox, impulsivlik və aqressiya kimi xüsusiyyətlərlə formalaşan davranış modeli olmasından, kişilərin daha riskli, qadınların daha ehtiyatlı sürməsindən və qəza sonrası “mənim günahım deyildi” yanaşmasının müdafiə mexanizmi olmasından danışdıq.
Ümumdünya Şəhərsalma Forumu I Şəhər adamı #187 17.02.2026 34:27
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə meneceri Eldar Rəsulov oldu. Veriliş zamanı Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum) barədə — forumun mahiyyəti, məqsədi və əhəmiyyəti haqqında ətraflı müzakirə apardıq.
Sürücülərin ən böyük səhvi: Qəzalar qaydaları bilməməkdən, yoxsa səhv düşüncədən başlayır? I Qaydaları pozma 17.02.2026 31:30
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə yol təhlükəsizliyinin təkcə qaydaları bilmək deyil, təhlükəni əvvəlcədən hiss edib riskləri düzgün qiymətləndirmək və düşünmə tərzini idarə etməkdən ibarət olmasından, aqressiya, həddindən artıq özünə güvən və “mən haqlıyam” prinsipinin qərarverməni zəiflədərək gec reaksiya və təhlükəli vəziyyətlərə səbəb olma...
Turizm sahəsinin incəlikləri I Şəhər adamı #186 17.02.2026 32:01
Bu gün “Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı turizm üzrə mütəxəssis Çinarə Nəbiyeva idi. Onunla turizm sahəsinin incəlikləri, sektorda yaşanan problemlər, qiymət artımının səbəbləri və ümumilikdə turizmin mövcud vəziyyəti barədə ətraflı söhbət etdik.
Bir Siqnal, Bir Saniyə – Xüsusi günlərdə yol təhlükəsi I Qaydaları pozma 17.02.2026 24:38
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi Elvin Hacıyevlə birlikdə xüsusi günlərdə sevinc və emosiyaların sükan arxasında diqqəti azalda, qayda pozuntularına və təhlükəli hallara səbəb ola biləcəyi, siqnalın məqsədindən kənar istifadəsinin risk yaratdığı, belə vəziyyətlərdə məsuliyyət məsələsi və yolun sevinc yox, təhlükəsizlik məkanı olduğu vurğulandı.
Avtomobillərin Çindən Azərbaycana daşınması I Bir Avto 16.02.2026 29:23
Bu dəfə “Bir Avto” verilişimizin qonaqları “Abşeron” Ticarət Mərkəzinin direktoru Erhan Topkaya və "NBK Motors" MMC-nin rəhbəri Ahati Aisaiti idi. Onlarla "NBK Motors"un fəaliyyəti, iş prinsipləri, avtomobillər, həmçinin avtomobillərin Çindən Azərbaycana daşınma prosesi və digər maraqlı mövzular ətrafında söhbət etdik.
Ətin əsl dadı və bişirmə sənəti — "Pit Master" ilə dadın dərinliklərinə səyahət I Şəhər adamı #185 13.02.2026 33:13
Bu gün qonağımız “BlackBull” restoranının sahibi və direktoru, “Pit Master” Şakir Nəcəfov idi. Onunla “Pit Master” anlayışının nə demək olduğunu, bu sahədə peşəkarlaşmaq üçün mütləq Texasa getməyin vacib olub-olmadığını, "smoker"in nə olduğunu və necə işlədiyini müzakirə etdik. Həmçinin müxtəlif steyklər arasında dad fərqinin necə hiss olunduğu, ətin marinad olunması qaydaları, bişirilmə üsulları,...
Avtokredit almazdan əvvəl bunları mütləq bilməlisiniz I Qaydaları pozma 13.02.2026 32:29
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə avtokredit zamanı edilən əsas səhvlər, bankların KASKO tələbinin səbəbi, sığorta hadisəsində risk bölgüsü, tam sığorta ilə icbari sığorta arasındakı fərq və sığorta narazılıqlarının səbəbləri haqqında danışdıq.
Sürücülər niyə bilərək qayda pozurlar? I Qaydaları pozma 12.02.2026 34:15
"Qaydaları Pozma" verilişində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla Suraxanı rayonu, Aeroport şosesində metal konstruksiyasının sökülməsi, qaydaları bilərək pozan sürücülər və digər aktual mövzulardan danışdıq.
Piyada, sürücü və velosipedçi – bir yolu necə paylaşmalı? I Bir Avto 12.02.2026 31:35
"Bir Avto" verilişinin qonağı beynəlxalq dərəcəli təlimçi və avto-ekspert Adil Nəbiyev oldu. Onunla ölkəmizdə velosiped sürənlərin sayının niyə artmadığını, həmçinin piyada, sürücü və velosipedçilərin eyni yolu necə paylaşmalı olduğunu ətraflı müzakirə etdik.
Oyun oynayaraq necə hədiyyə qazana bilərik? – Qalib gəlmək istəyənlər üçün balaca bir “ipucu” I Şəhər adamı #184 12.02.2026 19:25
"Avto FM"-in qonaqları Müştəri təcrübələri üzrə baş mütəxəssis Səadət Abbasova və Məhsul marketinqi üzrə baş mütəxəssis Xanım Rüstəmli idi. Onlarla birlikdə oyun oynayaraq necə hədiyyə qazanmağın mümkün olduğunu, ABB Mobile tətbiqi daxilində təqdim olunan “abb play” oyunu, “abb play”i daha maraqlı etmək üçün planlaşdırılan yeniliklər və digər mövzular haqqında danışdıq. Eyni zamanda qalib gəlmək i...
Çin avtomobilləri və qadınların maşın seçimi I Bir Avto 12.02.2026 29:12
"Bir Avto"da qonağımız "Azart Group"un təsisçisi və direktoru Arif Zeynalov ilə avtomobil eksperti Fatimə Zeynalova idilər. Onlarla Çin avtomobilləri, qadınlar niyə işlənmiş maşınlardan çəkinirlər, xanımlar maşının xarici görünüşünə nə qədər önəm verirlər və daha bir çox maraqlı mövzuları müzakirə etdik.
Avropa və Şərqə səyahət | Sankt-Peterburq macəraları I Şəhər adamı #183 11.02.2026 24:00
“Tam Vaxtı” verilişimizin qonağı yazıçı-səyyah Abdulla Səfi idi. Onunla birlikdə Avropa ölkələrinə səyahət təcrübələrindən, Şərq ölkələrinin turistik xəritəsindəki maraqlı məkanlardan və Sankt-Peterburqda yaşadığı unudulmaz macəralardan ətraflı söhbət etdik.
Beyinin təhlükə siqnalları və stresin gizli təsiri I Qaydaları pozma 11.02.2026 33:17
"Qaydaları Pozma" verilişində nevroloq Həcər Allahverdiyeva ilə birlikdə sükan arxasında aqressiyanın artmasının beyinin təhlükə siqnallarına həddindən artıq reaksiya verməsindən, stres hormonlarının yüksəlməsi və özünüidarə mexanizmlərinin zəifləməsindən, ani qəzəb partlayışlarının yuxusuzluq, xroniki stres, panik atak, epilepsiya və diqqət pozuntuları kimi nevroloji və psixoloji faktorlarla əlaq...
Azərbaycanda HR sahəsi necə dəyişib? I Şəhər adamı #182 10.02.2026 22:13
"Tam Vaxtı" proqramında qonağımız Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov oldu. Onunla Azərbaycanda son 10–15 il ərzində HR sahəsində baş verən dəyişikliklər, HR İnstitutunun formalaşma prosesi, eləcə də insan resurslarının inkişafı və idarə olunması mövzuları ətrafında geniş müzakirə apardıq.
Əgər hər kəs sürməyi bacarırsa, bəs öyrətməyi bacarırmı? - Piyada təhlükəsizliyi I Bir Avto 10.02.2026 26:56
“Bir Avto” verilişində qonağımız beynəlxalq dərəcəli təlimçi, nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev oldu. Veriliş zamanı “Əgər hər kəs sürməyi bacarırsa, bəs öyrətməyi bacarırmı?” sualı, piyada təhlükəsizliyi və daha bir neçə maraqlı mövzu ətrafında söhbət etdik.
İkinci əl avtomobil alarkən nəyi nəzərə almalıyıq? 10.02.2026 29:39
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə birlikdə avtomobil alarkən sənədləşmə prosesinin düzgün aparılma qaydasından, avtomobilin texniki vəziyyətinin yoxlanılmasının vacibliyindən, alınan avtomobilin sərfəliliyi və təhlükəsizliyinin önəmindən, xüsusilə ikinci əl avtomobil alarkən texniki vəziyyət, tarixçə və əlavə xərclər kimi detalların xüsusi diqqətdə olm...
Süni intellekt savadlılığı proqramı I Şəhər adamı #181 09.02.2026 30:10
“Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının qonağı ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev oldu. Biz onunla ASAN İnnovativ İnkişaf Mərkəzinin iş prinsipi, hansı sahələrə töhfə verdiyi və əldə olunan nəticələr barədə söhbət apardıq. Eyni zamanda süni intellekt savadlılığı proqramını da ətraflı müzakirə etdik.
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici