Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com
Autore
Avto FM 107.7
Categoria
Sito del podcast
Ultimo episodio
26 ott 2026
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
Yoqa adamı arıqladır? l Şəhər adamı #4 30.09.2024 38:32
"Şəhər adamı"nda qonaq olan yoqa müəllimi Qafar Qənizadə yoqanın insan üçün xeyirlərindən, insan üçün maddi və mənəvi qazancından, yoqanın çəki atmada köməyindən və digər maraqlı məqamlardan danışdı.
1000-dən çox roman, 30-dan çox opera? I Zaman maşını #8 26.09.2024 37:57
"Zaman maşını"nda qonağımız olan poliqlot, yazıçı, bəstəkar Emin Qulu bizə yazdığı çoxsaylı romanlardan, dil öyrənməyin üsullarından və vahid dil qrammatikasını yaratmasından danışdı.
Bakının hansı ərazilərində işıqforla bağlı problem var? 26.09.2024 44:07
"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovla intellektual idarəetmənin paytaxt yollarındakı rolundan, qəzaların baş vermə səbəblərindənd, Bakının işıqforla bağlı problem olan ərazilərindən danışdıq.
Müştərilərin ödənişlərini bir tətbiqlə anında necə qəbul etmək olar? I İş saatı #13 26.09.2024 23:45
ABB Biz tətbiqi üzrə baş məhsul sahibi Teymur Əsgərov kiçik sahibkarların işini asanlaşdıran mobil tətbiqdən, tətbiqin üstünlüklərindən, biznesinizi idarə etmək üçün lazım olan bütün funksiyaların tətbiqdə olmasından bəhs edib.
"Abaddon" serial olacaq I Zaman maşını #7 25.09.2024 37:57
"Zaman maşını"nda qonağımız olan yazıçı, filosof-şərqşünas Rövşən Abdullaoğlu yazdığı əsərlərindən, xarici ədəbiyyatdan və "Bestseller" olan kitablarından danışdı.
Babam İngiltərə kraliçasına Qarabağ atı hədiyyə etdi I Zaman maşını #6 25.09.2024 33:29
"Zaman maşını"nda qonağımız olan 4-cü nəsil at məşqçisi Sərxan Tağıyev ilə at cinslərindən, onlara baxımdan, yarış atlarından və Qarabağ atlarından danışdıq.
Sükan arxasında olan sürücülərə nələr qadağa olunmalıdır? 25.09.2024 41:45
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli ilə paytaxtda ən çox problem yaşanan küçə və proespektlərdən, sürücülərin narazı olduğu hallardan danışdıq.
Amerikalı ailədə yaşam I Yol əhvalatı #512 25.09.2024 28:32
"Yol Əhvalatı"nda qonaq olan Könül Kazımova Amerikada yaşadığı ailədən, iş şəraitindən, gəzməli yerlərindən və digər maraqlı məqamlardan danışdı.
Qələbə qazanmaq üçün bəzən "artistlik" etməlisən I Zaman maşını #5 24.09.2024 40:19
"Zaman maşını"nda qonaqlarımız paralimpiya çempionları Lamiyə Vəliyeva və İmaməddin Xəlilov uğurlarından və məqsədlərindən bizə danışdılar.
İlk dəfə qeyd olunan Dövlət Suverenliyi Günü I Zaman maşını #4 24.09.2024 32:51
"Zaman maşını"nda qonağımız Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə Dövlət Suverenliyi Günü haqqında danışdıq.
Dairədə düzgün hərəkət və dönmə qaydaları nələrdir? 24.09.2024 39:36
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə dairədə hərəkət və dönmə qaydalarından, yoxuşda hərəkətdən, ara məsafəsini saxlamayan sürücülərdən danışdıq.
Uğur gətirsin deyə qazon yedim I Yol əhvalatı #511 24.09.2024 34:47
"Yol Əhvalatı"nda qonaq olan Fəridə Abdulla Paris-2024 Olimpiya Oyunlarından, Avro-2024 oyunlarından, səyahətlərindən və digər maraqlı məqamlardan danışdı.
Radio yoxsa televiziya? I Zaman maşını #3 23.09.2024 31:18
"Zaman maşını"nda qonağımız olan teleaparıcı İlqar Mikayıloğlu bizə vətən müharibəsi zamanı fəaliyyətdən, radio və televiziyanın müqayisəsindən və musiqi zövqündən danışdı.
Niyə ancaq depressiv mahnılar oxuyursunuz? I Zaman maşını #2 23.09.2024 37:12
"Zaman maşını"nda qonaqlarımız olan MadTeen və Rəssam bizə öz fəaliyyətləri haqqında danışdılar.
Bir saata biznes qurmuşam l Şəhər adamı #3 23.09.2024 32:37
"Şəhər adamı"nda qonaq olan Kamran Əskərov baş aşpazın iş fəaliyyətindən, şəxsi hobbilərindən, bir saata qurduğu biznesdən və digər maraqlı məqamlardan danışdı.
Taksi xidmətində problem nədir? Qiymət, yoxsa keyfiyyət? 23.09.2024 40:36
"Qaydaları Pozma" verilişində taksi bloqeri Türkel Səfərli ilə taksi sahəsindəki problemlərdən, sərnişinlətin şikayətlərindən, qiymət və keyfiyyət arasındakı uyğunsuzluqdan danışdıq.
Bu mahnıma görə başımı keçəl etmişdilər I Zaman maşını #1 20.09.2024 31:56
"Zaman maşını"nda qonağımız olan müğənni HİSS, "Best" mahnısının yaranmasından, dinlədiyi xarici musiqilərdən və özü ilə bağlı çox maraqlı faktlardan danışdı.
Romaya dəbli getməlisən I Yol əhvalatı #510 20.09.2024 40:10
"Yol Əhvalatı"nda qonaq olan Aysel Hüseynova Roma, Barselona, Amsterdam haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.
Hansı hallarda sığorta şirkəti sürücüyə nəqliyyat ayıra bilər? 20.09.2024 38:21
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə sürücülərin sığortayla bağlı yaşadıqları çətinliklərdən, sığorta müqaviləsinə xitam verilməməsinin səbəb olacağı çətinliklərdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
"Stop xətti"nin tələbinin pozulması halları hansılardır və cəriməsi nədir? 19.09.2024 3:06
"Qaydaları Pozma"nın bu dəfəki efirində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli işıqforun "Stop xətti" ilə bağlı qaydalardan və bu qaydaların pozulması hallarında tətbiq olunan cərimələrdən danışdı.
Bakıda tıxacları artıran əsas amillər nələrdir? 18.09.2024 37:08
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə birlikdə tədris ilinin başlamasının yollardakı vəziyyətə təsirindən, paytaxtda tıxacı artıran əsas amillərdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
"İnfluencer"lərin ən böyük səhvləri l Şəhər adamı #2 18.09.2024 29:10
"Şəhər adamı"nda qonaq olan Ələmdar Manafov ilə sosial mediyadan, "influencer"lərin ən böyük səhvlərindən, səyahət etdiyi ölkələrdən və digər maraqlı məqamlardan danışdıq.
Bu şəhərdə özünü toyxanadakı kimi hiss edirsən I Yol əhvalatı #509 17.09.2024 33:07
"Yol Əhvalatı"nda qonaq olan Famil Məmməd Almaniya, Özbəkistan və Azərbaycanın regionları haqqında maraqlı və faydalı fikirlərini bizimlə bölüşdü.
İdarəetməni itirməmək üçün sürücülər nələri bilməlidirlər? 17.09.2024 35:26
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə idarəetməni itirən sürücülərdən danışdıq və idarəetməni itirməmək üçün məsləhətlər səsləndirdik.
Taksi sürücülərinə avtobus zolağına daxil olmağa icazə veriləcək? 16.09.2024 41:56
"Qaydaları Pozma" verilişində bu dəfə taksi sürücülərinin etirazlarından və bu sahədə olan problemlərdən danışdıq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Taksi və fərdi nəqliyyat vasitələri ilə iş şöbəsinin müdiri Orxan Şıxıyev və taksi bloqeri Fuad Ağayev avtobus zolaqlarının taksi sürücülərinə yaratdığı problemlərdən, taksi duracaqlarından danışdılar və dinləyicilərin sualları səslənd...
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici