Avto FM 107.7
Avto FM 107.7
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Visita il sito del podcast e sostieni chi lo crea: www.spreaker.com
Autore
Avto FM 107.7
Categoria
Sito del podcast
Ultimo episodio
23 ott 2026
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
Motosikletlərin iştirakı ilə baş verən qəzaların sayı niyə artıb? 05.03.2025 34:57
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru polis mayoru Fuad Sultanovla birlikdə motosikletlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrindən, bu qəzaların artmasının səbəblərindən, motosiklet və moped sürücülərinin yollarda təhlükələrə yol açan hərəkətlərindən danışdıq.
Kişiləri niyə dinləmirlər? I Zaman maşını #88 04.03.2025 35:38
"Zaman Maşını" verilişinin qonağı sosioloq, "soft skills" təlimçisi Yusif Nəbiyev ilə ata-oğul münasibətlərindən, məktəblərdə kişi müəllimlərin azlığının səbəbindən, cəmiyyətdə kişilərə qarşı olan münasibətdən danışdıq.
Yük avtomobilləri yollarda hansı maneələri yaradırlar? 04.03.2025 38:55
"Qaydaları Pozma" verilıişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə yük avtomobillərinin yollarda yaratdıqları problemlərdən, ən çox pozulan qaydalardan, mübahisəli məqamlardan danışdıq.
Sürücülük imtahanları necə təşkil edilir? 04.03.2025 32:45
"Şəhər adamı" rubrikasının qonağı DİM-də şöbə müdiri Xanlar Xanlarzadə ilə ali təhsil müəssisələrinə qəbul prossesindən, taksi sürücüləri üçün keçiriləcək imtahana hazırlıq üsullarından və şərtlərindən bəhs etdik.
Jay Meel nə vaxt Qremmi qazanacaq ? I Zaman maşını #87 03.03.2025 31:29
"Zaman maşını" verilişində qonağımız olan müğənni Jay Meel ilə yeni işlərindən, mahnılarından, hədəflərindən danışdıq.
Az bilinən turizm istiqamətlərinə niyə səyahət etməliyik? I Yol əhvalatı #537 03.03.2025 31:23
"Yol əhvalatı" rubrikasının qonağı Rüstəm Nəbizadə ilə İtaliya , Vatikan, Özbəkistan kimi ölkələrin mədəniyyətləri, görülməli yerləri haqqında danışdıq.
Təkərlərin fərqi və əhəmiyyəti 03.03.2025 38:49
"Qaydaları Pozma" verilişində BDYPİ-nin rəsmisi polkovnik leytenant Mübariz Ağayevlə birlikdə yay və qış təkərlərinin fərqindən, mövsümə uyğun təkərləri dəyişməyin əhəmiyyətindən, sürücülərə çətinlik yaradan hallardan danışdıq.
Niyə son dövrlərdə ekologiyaya maraq dəb halını alıb? I Zaman maşını #86 28.02.2025 36:06
"Zaman maşını"nda qonağımız ətraf mühit üzrə ekspert, hüquqşünas Samir İsayevlə. Ekologiyanın, ətraf mühitin qorunması məsələlərindən danışdıq.
Yayda Türkiyəyə gedən turistlər nələri nəzərə almalıdırlar? 28.02.2025 32:28
“Yol əhvalatı" rubrikasının qonaqları Aysel Hacıyeva və Qüdrət Hacıyevlə yayda Türkiyədə maraqlı və sərfəli istirahət üsullarından danışdıq.
Hansı hallarda şirkət sığorta ödənişindən imtina edə bilər? 28.02.2025 39:35
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə mövsümi risklər zamanı sığorta ödənişlərinin edilməsindən, hava şəraitinə görə dəyən ziyanın sığorta şirkətinin qarşılamasından, sığorta şirkətlərinin ödənişdən imtina etdiyi hallardan danışdıq.
Müasir dövrdə təhsillə bağlı nələr dəyişib? I Zaman maşını #85 28.02.2025 34:41
"Zaman maşını"nda qonağımız olan “Panda School” və “Ellin” şirkətlərinin təsisçisi Elvin Dadaşsoy təhsildə olan dəyişikliklərdən, orta məktəb proqramı və ali təhsilin önəmindən, texnologiya insanlara təsirindən və digər maraqlı məqamlardan danışdı.
Rəssam və heykəltəraşların maddi vəziyyəti necədir? l Şəhər adamı #56 27.02.2025 31:15
"Şəhər adamı"nda qonaq olan rəssam-heykəltaraş Pərviz Abasov heykəltəraşlıq həvəsinin yaranmasından, rəssam və heykəltəraşların maddi vəziyyətindən, heykəllərin hazırlandığı materiallardan və digər maraqlı məqamlardan danışdı.
Yollardakı problemlərin səbəbi sürücülərdir, yoxsa digər amillər? 27.02.2025 37:20
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru polis mayoru Fuad Sultanovla birlikdə yollarda problemlərə səbəb olan hallardan, əlverişsiz hava şəraitində sürücülərin qarşılaşdığı problemlərdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
Niderlandda yaşamağın müsbət və mənfi tərəfləri nələrdir? I Yol əhvalatı #536 25.02.2025 34:24
“Yol əhvalatı" rubrikasının qonağı Əhməd İsayev Niderlandda yaşayan azərbaycanlılardan,Niderlandın müsbət tərəflərindən, Amerika təcrübəsindən və digər maraqlı məqamlardan danışdı.
Buzlu yollarda sürücülərin diqqət etməli olduqları 6 əsas məqam 25.02.2025 34:20
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə qarlı hava şəraitində sürücülərin etdikləri səhvlərdən, buzlu yollarda diqqət edilməli olan məqamlardan, əlverişsiz hava şəraitində baş verən qəzaların əsas səbəblərindən danışdıq.
"Helga Pedersen səhnələşdirilmiş məhkəmə"sində iştirak edən tələbələr I Overtime 25.02.2025 29:45
Portuqaliyanın Porto şəhərində “Helga Pedersen Səhnələşdirilmiş Məhkəmə" müsabiqəsində iştirak edən Bakı Dövlət Universitetinin (BDU) tələbələri olan Elmira Sadıqzadə, Alsu Kərimova, Tural Dəmirov və Riad Əhmədov "Overtime"da qonağımız oldular.
Ətirdən necə istifadə etmək lazımdır? I Zaman maşını #84 25.02.2025 37:18
"Zaman maşını"nda qonağımız olan parfüm mütəxəssisi Elxan Hüseynov parfümün düzgün istifadə qaydasından, qoxu tonlarından, parfüm seçimi zamanı diqqət edilməli olan məqamlardan və digər maraqlı məqamlardan danışdı.
Sürücülər sığorta şirkətlərindən niyə narazıdırlar? 24.02.2025 34:14
"Qaydaları Pozma" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyevlə birlikdə sürücülərin sığorta şirkətindən narazılıqlarından, qiymətlə bağlı qaranlıq məqamlardan danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
Saxta psixoloqları necə ayırd etmək olar? l Şəhər adamı #55 24.02.2025 38:21
"Şəhər adamı"nda qonaq olan psixoloq Elgül Ağarzayeva Azərbaycanda psixologiya təhsilindən, saxta və həqiqi psixoloqların əsas fərqindən, etik kodeksdən və digər maraqlı məqamlardan danışdı.
İstanbul turizm istiqaməti kimi hələ də populyardı? I Yol əhvalatı #537 21.02.2025 38:55
“Yol əhvalatı" rubrikasının qonaqları "Buta Tour Istanbul"un təsisçi direktoru Ceyran Qədirova və Turizm. Az səyahət şirkətinin və Cruise. Az portalın rəhbəri Nəsimi Kərəmov ən bahalı şəhərlərdən, kruiz turlarından, İstanbul üçün turizm istiqamətlərindən və digər maraqlı məqamlardan danışdıq.
Film prodüserlərinin işi nədən ibarətdir? I Zaman maşını #83 21.02.2025 33:42
"Zaman maşını"nda qonağımız olan film prodüseri və qəzəlxan Fəqan Haqverdiyev film sahəsindəki maddi problemlərdən, Azərbaycan və xaricdəki film prodüserlərinin fərqindən, rəqəmsal platformalar film sənayesinə təsirindən və digər maraqlı məqamlardan danışdı.
Laplandiya turu neçəyə başa gəlir? I Yol əhvalatı #536 20.02.2025 32:29
“Yol əhvalatı" rubrikasının qonağı Ülkər Qurbanova ilə şimal ölkələrinə səyahətdən, Sinqapura vizasız səfər etməyin yollarından və s. mövzulardan danışdıq.
Təlim maşınları yollarda hansı təhlükələri yaradırlar? 20.02.2025 39:38
"Qaydaları Pozma" verilişində beynəlxalq sürücülük təlimçisi Adil Nəbiyevlə birlikdə sürücülük təlimlərinə yeni başlayanlara məsləhətlərdən, sürücülük təlimləri ilə bağlı bilməli olduğumuz məqamlardan, təlimçilərin və təlim maşınlarının yollarda yaratdıqları təhlükələrdən danışdıq.
Şəxsi vəkillər nə üçün önəmlidir? I Zaman maşını #82 20.02.2025 37:06
"Zaman maşını"nda qonağımız olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Mir Hüseyn Həbibli şəxsi vəkillərdən, nikah müqaviləsindən və digər maraqlı məqamlardan danışdı.
Yollarda sürücülərin diqqətini yayındıran amillər nələrdir? 19.02.2025 36:38
"Qaydaları Pozma" verilişində BŞDYPİ-nin inspektoru, polis mayoru Fuad Sultanovla birlikdə yollarda sürücülərin diqqətini yayındıran amillərdən, küçə və prospektlərdə işıqlandıra problemindən, sürücülərin yol verdikləri səhvlərdən danışdıq.
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici