Raqif Raufoğlu

SƏSLİ KİTAB

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂 Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə hansısa sponsorun reklamını sizə eşitdirmək istəmirik. Ona görə də, daimi dinləyicilərimiz mövcud platforma üzərindən istədikləri şəkildə dəstək göstərə bilərlər. Təşəkkür edirik! BİZƏ DƏSTƏK OLA BİLƏRSİNİZ https://kofe.al/@seslikitab

Auteur

Raqif Raufoğlu

Catégorie

Arts

Site du podcast

www.facebook.com

Dernier épisode

8 juin 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android 5 M+ de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

Finlandiyadan 100 sosial innovasiya | SƏSLİ KİTAB #27 06.01.2022

Finlandiyanın keçmiş deputatı İlkka Taypale tərəfindən hazırlanan "Finlandiyadan 100 sosial innovasiya" kitabı fin düşüncə tərzi və finlərin problemlərə yanaşma tərzini mükəmməl şəkildə özündə əks etdirir. Kitabda Finlərin həyatın müxtəlif sahələrini-mədəniyyət, idman, siyasət, incəsənət, məişət və.s. əhatə edən innovasiyaları toplanıb. Kitab indiyə qədər 27 dilə çap olunub. "Finlandiyadan 100 sos...

Fərəh Pəhləvi - Xatirələr | SƏSLİ KİTAB #26 06.01.2022

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır.

Henri Ford - Həyatım və İşim | SƏSLİ KİTAB #25 06.01.2022

“Həyatım və işim” kitabı avtobioqrafik əsərdir. Bu kitab ən böyük Amerika sahibkarlarından və iş adamlarından biri hesab olunan, avtomobil “kralı” Henri Fordun yüksəlişi və uğurlarından bəhs edir. “Ford Motor Company” XX əsrin əvvəllərində durğunluq dövründə yaransa da, qısa müddət ərzində avtomobil sənayesi sahəsində canlanma yarada bilmişdi. Əsərdə biznesin təşkili üçün söylənilən fəlsəfi fikirl...

Isa Muğanna - Xatirələrdə | SƏSLİ KİTAB #24 06.01.2022

Kitabda görkəmli yazıçı İsa Muğannanın qələmə aldığı xatirələri – “Həyatımdan səhifələr” (uşaqlıq illərindən başlamış Xalq Yazıçısı olduğu illərədək olan diqqətəlayiq hadisələr – əsasən, çətin keçən uşaqlıq illəri, ədəbiyyata həvəsinin necə yaranması, ali məktəb dövrü, ona şöhrət gətirən romanlarının ideyasının necə yaranması, ssenari müəllifi olduğu filmləri hansı çətinliklərlə ərsəyə gəlməsi və...

Liam Foks - Şahə qalxan dalğalar | SƏSLİ KİTAB #23 06.01.2022

Yeni eranın çağırışları ilə üz-üzə Dünya bizim təsəvvür edə biləcəyimizdən daha çox və sürətlə dəyişib. Hesab oluna bilər ki, siyasi liderlər də daxil olmaqla insanlar hələ də qlobal biznes, maliyyə bazarları, müəyyən mənada dünyamiqyaslı şəbəkə çərçivəsində yeni qarşılıqlı əlaqələrin müasir erada bizim necə fəaliyyət göstərməyimizə təsirini anlamaqda ləngiyirlər. Liam Foks əvvəlcə qərar qəbul etm...

Milan Kundera - Ölümsüzlük | SƏSLİ KİTAB #22 06.01.2022

Milan Kundera – XX-XXI əsrlərin kəsişməsindəki ən maraqlı və çox oxunan nasirlərdən biridir. «Ölümsüzlük» onun ən çox düşünülmüş və eyni zamanda da intellektual nəsrin bestsellerinə çevrilmiş ən sirli romanıdır. O, oxucuları üslub rəngarəngliyi, hisslərin mürəkkəbliyi və qəhrəmanların düşüncələri ilə ovsunlayır. Dahi Höte Heminqueylə söhbət edir. Bettina fon Arnim dahi Höteyə olan qeyri-adi hisslə...

Nəriman Əbdülrəhmanlı - Taclı romanı | SƏSLİ KİTAB #21 06.01.2022

Roman görkəmli dövlət xadimi Şah İsmayıl Xətai və onun həyat yoldaşı Taclı Bəyimin həyatından bəhs edir. Müəllif romanın tarixi mənbələrə əsaslandığını, Səfəvilər dövrünün gizli qalan məqamlarına işıq tutduğunu bildirib.

Tur Heyerdal - Ra Ekspedisiyası | SƏSLİ KİTAB #20 23.12.2021
Robert Kiyosaki, Sharon Lechter - Varlı Uşaq, Ağıllı uşaq | SƏSLİ KİTAB #19 23.12.2021

Bu kitab müasir həyatda böyüyən nəslə, həm varlı, həm də kasıb uşaqlara yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Kitabdan çıxan nəticə budur ki, valideynlər öv­ladlarının elmə yiyələnmələrini qiymətləndirir, onların müstəqil hə­yatda ilk maliyyə uğurlarını alqışlayırlar. Onların bu istək­lərinin həyata keçməsi naminə fəal mübarizə aparmalarını arzulayırlar.

Mikayıl Müşfiq - Xatirələr | SƏSLİ KİTAB #18 23.12.2021
Barak Obama - Atamın Arzuları | SƏSLİ KİTAB #17 23.12.2021
Knut Hamsun - Nağıllar Diyarında | SƏSLİ KİTAB #16 23.12.2021

1899-cu ilin payızında Hamsun Rusiyaya və Qafqaza səfər etmiş, Peterburqu, Moskvanı, daha sonra Vladiqafqazı, Tiflisi, Batumu, Bakını gəzmişdir. 1903-cü ildə səfər təəssüratlarından bəhs edən «Nağıllar diyarında» adlı yol qeydlərini qələmə alan yazıçı bu ölkələr və şəhərlərlə bağlı müəyyən məqamlara toxunmuş, regionumuzda yaşayan xalqlar, xüsusən də ermənilər haqqında olduqca maraqlı fikirlər ­söy...

Manaf Süleymanov - Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim | SƏSLİ KİTAB #15 23.12.2021

“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının qə­­­dim keçmişindən, inqilab dövründə neft səltənətində baş ve­rən hadi­sə­lərdən, Bakının kəşməkəşli günlərindən bəhs edir. Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şey­dən əvvəl, həyat həqiqətidir. Bakının neft bumu dövrü­n­dən başlamış Sovet ittifaqının qurulmasına qədər olan dövr haq­qın­da bədii salna­mədir. O dövrün...

Mark Manson - Vecinə Almamağın İncə Sənəti | SƏSLİ KİTAB #14 23.12.2021

Mark Manson amerikalı özünüinkişaf yazarı və məşhur bloggerdir. O, MarkManson.net saytının yaradıcısı və iki kitab müəllifidir. “Vecinə almamağın incə sənəti” adlı ikinci kitabı 2016-cı ildə işıq üzü görüb. Kitabda öz həyat təcrübələrinə əsaslanaraq insanlara daha xoşbəxt bir həyata çatmağın yollarını izah edir. “Vecinə almamağın incə sənəti” Amerikada ən çox satılan kitablar siyahısındadır.

Napoleon Hill - Zənginliyin açarı | SƏSLİ KİTAB #13 23.12.2021

Siz yalnız pulla əldə edilən maddi rifaha can atırsınız. Çünki öz istedad və bacarığınızdan faydalanaraq həyatın təqdim etdiyi naz- nemətlədən maksimum dərəcədə həzz almaq istəyirsiniz. Bu, zənginliyə doğru uzanan yollardan yalnız biridir və ona, son məqsədə ancaq bircə şərtlə nail olmaq mümkündür - siz zənginliyə doğru aparan yolun açarını tapmalısınız. Napoleon Hill zənginliyin əldə edilməsi üçü...

Orxan Pamuk - Qara Kitab | SƏSLİ KİTAB #12 23.12.2021

«Qara kitab» romanı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun şah əsəridir… Qalib uşaqlıq sevgisi, dostu, əmisinin qızı, sevgilisi və itkin arvadı Röyanı qarlı bir qış günü İstanbulda axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq eləyəcək…

Paulo Coelho - Kimyagər | SƏSLİ KİTAB #11 23.12.2021

Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir...

Sona Cabbarlı - Onu Kim Unudar (Xatirə Ədəbiyyatı) | SƏSLİ KİTAB #10 23.12.2021

Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın onun haqqında xatirələri. Cəfər haqqında danışmaq mənim üçün həm şirindir, həm acı... Ona görə şirindir ki, bu zaman ömrümün Cəfərlə keçən xoş günlərinə qayıdıram, sanki yenidən onunla üzbəüz oturub danışıram.

Stefan Svayq - Şahmat | SƏSLİ KİTAB #9 23.12.2021

Psixoloji janrda şedevrlərdən hesab olunan “Şahmat” (alm. Schachnovelle )əsərialman yazıçı Stefan Sveyqin qələminin məhsuludur. Sveyqin, Braziliyada sürgündə olarkən qələmə aldığı və 1942-ci il fevral ayında etdiyi intahardan bir neçə ay öncə tamamladığı “Şahmat”, Avropa mədəniyyətinin Nasyonal Sosializm ideyaları altında məhv edilməsinə bir işarədir. İlk öncə 1942-ci ildə Argentinanın Paytaxtı Bu...

Yuval Noah Harari - XXI əsr üçün 21 dərs | SƏSLİ KİTAB #8 23.12.2021

Yuval Harari anlaşılması gündən-günə çətinləşən yaşadığımız bu dünyadan yazır. İnsanlıq özünü nüvə müharibəsi, ekoloji fəlakət və texnoloji qəzalar təhlükəsindən necə xilas edə bilər? Yalan xəbərlər epidemiyası ilə mübarizə aparmaq iqtidarındayıqmı? Dünyada hansı sivilizasiyalar dominantlıq edir – Şərq, Qərb? Terrorizmə qarşı hansı tədbirləri görməliyik? Müəllif özünəməxsus aydın fikirlərlə diqqət...

Ziqmund Freyd - Psixoanaliz | SƏSLİ KİTAB #7 23.12.2021

Psixoanaliz təliminin yaradıcısı olan Ziqmund Freydin sizə təqdim etdiyimiz bu kitabı onun geniş dinləyici auditoriyası üçün oxuduğu mühazirələrin birinci bölümüdür. Adından da göründüyü kimi, bu əsər psixoanaliz təlimini daha geniş çevrədə, anlaşıqlı bir dildə tanıtmaq məqsədi güdür. Freydin təlimini öyrənmək istəyən anadilli oxucularımızın işinə yarayacağını düşündüyümüz üçün bu kitabı dilimizə...

Əsəd Bəy - Qafqazın on iki sirri | SƏSLİ KİTAB #6 23.12.2021

Bakı neft milyonçusunun xəstə oğlu atasının izni ilə süd qardaşı Əli bəylə birlikdə yay tətilini onların kəndində – Qafqazın uzaq bir dağ aulunda keçirməyə gedir. Yeniyetmələr qoca bir xədimin müşayiəti ilə qədim bir dünyaya, cəngavərliyin hakimiyyətdən, şairliyin zadəganlıqdan üstün tutulduğu dağlar diyarı Dağıstana yola düşürlər… Bu, Əsəd Bəyin ikinci kitabıdır. İngilis dilində ilk dəfə 1931-ci...

Banin - Qafqaz günləri | SƏSLİ KİTAB #5 23.12.2021

Fransada yaşayıb-yaratmış Ümmülbəni (Banin) iki məşhur neft milyonçusunun —Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi olub. Fransız dilində qələmə alınmış “Qafqaz günləri” avtobioqrafik romanında Banin uşaqlıq illərindən başlayaraq Parisə getdiyi günə qədər həyatında baş verənləri qələmə alıb. Roman son dərəcə səmimi bir dildə yazılıb və heyrət doğuran etiraflarla doludur. Kitabda Baninin ailəsi i...

Og Mandino - Dünyanın Ən Böyük Satıcısı | SƏSLİ KİTAB #4 23.12.2021

Oq Mandino, kitabları 22 dilə çevrilmiş, 36 milyondan çox nüsxəsi satılmış 18 nəşrin müəllifidir. Onun fərdi inkişaf sahəsində qələmə aldığı əsərlər ən çox oxunan ədəbiyyatlar siyahısındadır. Oxumağa başlayacağınız “Dünyanın ən böyük satıcısı” kitabı da müəllifin fərdi inkişaf sahəsində qələmə aldığı ən təsirli əsərlərdən biridir. Klassik fərdi inkişaf əsərlərindən fərqli olaraq Oq Mandino əsərini...

Corc Kleyson - Babilin Ən Varlı Adamı | SƏSLİ KİTAB #3 23.12.2021

«Babilin ən varlı adamı» – bu kitab, pulla necə davranmağın üsulunu öyrənmək istəyən, lakin iqtisadiyyat ədəbiyyatını oxumağı sevməyənlər üçün yazılmışdır. Müəl­lif müvəffəqiyyət qazanmağa can atanlara öz maliyyə imkanlarını planlaşdırmağı, pul qazanmağı, bunlardan qənaətlə istifadə etməyi və yığılmış var-dövləti artırmağı öyrədir. Düşünülə bilər ki, axı burada yeni nə var? Yenilik isə ondan ibarə...

Écoute le podcast SƏSLİ KİTAB sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics